Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-500/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“əmək haqqı” ) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 və cavabdehin nümayəndələri Nümayəndə2, X8 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-40/2023 saylı işi üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı X5 cavabdeh "xxxx" ASC-yə qarşı "əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət ərzində qanunvericilikdə nəzərdə tutulmuş qaydada 134 qeyri-iş günü iş vaxtından artıq işə cəlb edildiyinə görə ona ödənilməli olan əmək haqqının qanunauyğun şəkildə hesablanaraq 9460 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə aralarında bağlanmış 798/17 saylı 22 may 2017-ci il tarixli Əmək müqaviləsi və həmin müqaviləyə sonrakı illərdə edilmiş dəyişikliklərlə Cavabdeh ASC-nin Qəbələ filialında Təhlükəsizlik Departamentinin mütəxəssisi, direktoru və qəza komissarı vəzifələrində işləmişdir. xx.xx.2021-ci il tarixində Əmək müqaviləsinin müddəti başa çatsa da, müəssisənin əmri ilə həmin Əmək müqaviləsi 3 ay müddətinə uzadıldıqdan sonra xx.xx.2021-ci il tarixindən onunla yeni müqavilə bağlanmadığından işdən azad edilmişdir. İşdən azad olunduqdan sonra ona çatacaq son haqq-hesabı alarkən ona məlum olmuşdur ki, Cavabdeh ASC ona 09 may 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər olan müddətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 137 qeyri-iş günlərində işə cəlb edildiyinə görə yalnız 3 gününün əmək haqqısı 212 manat olmaqla ödənilmiş, qalan 134 qeyri-iş gününə görə ödənilməli olan 9460 manat əmək haqqı isə ödəməmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən 134 qeyri-iş günlərində işə cəlb edildiyinə görə ona çatacaq 9460 manat əmək haqqının hesablanaraq ona ödənilməsinə dair tələbləri ilə bağlı müraciət etsə də, bu günə qədər müxtəlif bəhanələr gətirərək onun müraciətləri cavabsız qalır. Ona şifahi şəkildə bildirilib ki, bu mübahisə ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Cavabdeh ASC-nin Qəbələ filialında 09 may 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər olan müddətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 134 qeyri-iş günlərində işə cəlb edildiyi ilə əlaqədar ona elektron qaydada göndərilmiş İMB (X7) məlumatlarının siyahısı iddia ərizəsinə əlavə edilir. Odur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada 09 may 2020-ci il tarixdən xx.xx.2021- ci il tarixinə qədər olan müddət ərzində 134 qeyri-iş günlərində və iş vaxtından artıq işə cəlb edilməyi ilə əlaqədar olaraq ona çatacaq əmək haqqı hesablanaraq ona ödənilməlidir. Bildirir ki, "xxxx" ASC-də həmin dövr üçün əmək haqqı 800 manat (798/17 saylı 22 may 2017-ci il tarixli Əmək müqaviləsinə edilən 04 fevral 2019-cu il tarixli dəyişikliklə) məbləğ təşkil edirdi. Həmin məbləğdən cavabdeh tərəfindən aparılmış hesablamalara uyğun olaraq hesablamaqla cavabdeh onun işlədiyi bir qeyri-iş gününə görə 70 manat 60 qəpik əmək haqqı hesablamışdır. Həmin hesabla hesabladıqda 134*70.6=9460 manat təşkil edir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-40/2023 saylı işi üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 09 may 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyri-iş günlərində iş vaxtından artıq vaxtda işə cəlb edildiyinə görə 375 manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 83; Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 25 qeyri-iş günü işə cəlb olunubdur.Cavabdeh ASC-nin 01 mart 2019-ci il tarixli daxili əmrinə əsasən hər bir sığorta hadisəsinə görə cəlb olunan nümayəndəyə 15 manat məbləğində əlavə əmək haqqı ödənilir. Odur ki, iddia tələbi əsaslı olmaqla qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 09 may 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyriiş günlərində iş vaxtından artıq vaxtda işə cəlb edildiyinə görə (25 qeyri - iş günü * 15 manat= 375 manat) 375 manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilməlidir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 798/17 nömrəli əmək müqaviləsinə əsasən işçi İddiaçı 22 may 2017-ci il tarixdən Cavabdeh ASC-də Təhlükəsizlik departamentində mütəxəssis vəzifəsinə qəbul olunmuşdur; - 22 may 2017-ci il tarixli 798/17 nömrəli əmək müqaviləsinə 04 fevral 2019-cu il və 10 aprel 2019-cu il tarixlərdə dəyişikliklər edilmişdir; - 22 may 2017-ci il tarixli 798/17 nömrəli əmək müqaviləsinə 13 aprel 2020-ci il tarixli əlavədən görünür ki, işçi İddiaçı Qəbələ filialında qəza komissarı vəzifəsinə təyin edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin İddiaçı göndərdiyi **********6 nömrəli məktubdan görünür ki, araşdırma zamanı Cavabdeh ASC tərəfindən təqdim edilmiş sənədlərə əsasən bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinı xx.xx.2021-ci il tarixdə Azərbaycan Republikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmiş və son haqq-hesabı qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(004)-40/2023 saylı qətnaməsini ləğv edərək iddiaçının iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 125; Əmək Məcəlləsinin 83.2, 164, 172.5; Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 76.1, 77.1, 88, 97.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, Cavabdeh ASC ilə aralarında bağlanmış 798/17 saylı 22 may 2017-ci il tarixli Əmək müqaviləsi və həmin müqaviləyə sonrakı illərdə edilmiş dəyişikliklərlə Cavabdeh ASC-nin Qəbələ filialında Təhlükəsizlik Departamentinin mütəxəssis direktoru və sonda qəza komissarı vəzifələrində işləmişdir. xx.xx.2021-ci il tarixində Əmək müqaviləsinin müddəti başa çatsa da, müəssisənin əmri ilə həmin Əmək müqaviləsi 3 ay müddətinə uzadıldıqdan sonra xx.xx.2021-ci il tarixindən onunla yeni müqavilə bağlanmadığından işdən azad edilmişdir. İşdən azad olunduqdan sonra ona çatacaq son haqq-hesabı alarkən məlum olmuşdur ki, Cavabdeh ASC ona 09 may 2020-ci il tarixdən xx.xx.2021-cü tarixinə qədər olan müddətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 137 qeyri-iş günlərində işə cəlb edildiyinə görə əvvəllər yalnız 3 gününün əmək haqqısı 212 manat olmaqla ödənilmiş, qalan 134 qeyri-iş gününə görə ona ödənilməli olan 9460 manat əmək haqqı isə ödəməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən 134 qeyri-iş günlərində işə cəlb edildiyinə görə ona çatacaq 9460 manat əmək haqqının hesablanaraq ona ödənilməsinə dair tələblərinə bağlı cavabdehə müraciət etsə də, bu günə qədər müxtəlif bəhanələr gətirərək müraciətləri cavabsız qalır. Ona şifahi şəkildə bildirilib ki, bu mübahisə ilə əlaqədar məhkəməyə müraciət edə bilərsən. Cavabdeh ASC-nin Qəbələ filialında 09 may 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər olan müddətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 134 qeyri-iş günlərində işə cəlb edildiyi ilə əlaqədar ona elektron qaydada göndərilmiş İMB (X7) məlumatlarının siyahısı əlavə olaraq məhkəməyə təqdim edilmişdir. Odur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər olan müddət ərzində 134 qeyri-iş günlərində və iş vaxtından artıq işə cəlb edilməyi ilə əlaqədar olaraq ona çatacaq əmək haqqı hesablanaraq ona ödənilməlidir. Cavabdeh ASC-də həmin dövrün qəza komissarı olaraq aylıq əmək haqqı 800 manat (798/17 saylı 22 may 2017-ci il tarixli Əmək müqaviləsinə edilən 04 fevral 2019-cu il tarixli dəyişikliklə) məbləğ təşkil edirdi. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbinə əsasən müvafiq aya uyğun aparılmış hesablamalara uyğun olaraq hesablamaqla (800/22.7=35.24) cavabdeh işlədiyi bir qeyri-iş gününə görə 70 manat 60 qəpik əmək haqqı hesablamışdır. Qanunvericiliyin müəyyən etdiyi həmin qayda ilə hesabladıqda onun qeyri-iş günlərində iş vaxtından artıq işə cəlb edildiyinə görə ona ödənilməli olan əmək haqqı 134*70.6=9460 manat təşkil edir. Bundan sonra xx.xx.2023-cü il tarixində məhkəməyə elektron kabinet vasitəsilə müraciət edərək iddia tələbinin dəqiqləşdirilməsinə dair müraciət etsə də, bu müddət ərzində və bundan sonra xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən elektron kabinet vasitəsilə göndərilən bütün məlumatları (əmr, digər sənədlər, order və s.) sübut olaraq qəbul edərək həmin sənədlərə qətnamə qəbul edərkən istinad etsə də, məhkəmə onun bu tələbini qərəzli olaraq, qəsdən, kənar təsirlər nəticəsində araşdırmamış, münasibət bildirməmiş, qiymətləndirməmişdir. Nəticədə Yasamal Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(004)-40/2023 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin etmiş, cavabdeh "xxxx" ASC-dən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeri -iş günlərində iş vaxtından artıq vaxtda işə cəlb edildiyinə görə 375 manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilməsin iqət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023 tarixli 2(004)- 40/2023 saylı qətnaməsi çox ciddi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə məhkəməyə təqdim etdiyi sübutları ümumiyyətlə araşdırmadan, sübutlara qətnamədə heç birinə münasibət bildirmədən, qiymətləndirmədən, yalnız cavabdehin nümayəndəsinin və vəkilinin qanunsuz, əsassız, qərəzli mülahizələrinə və mübahisənin mahiyyətinə aidiyyatı olmayan müəssisədaxili başqa sahalərə və şəxslərə aid sənədlərə əsaslanaraq müzakirə adı ilə 1 il 7 ay ərzində uzadılan əmək mübahisəsinə məhkəmə sisteminə utanc, xəcalət, ləkə gətirən qətnamə qəbul etmişdir. Cavabdeh ASC-nin Qəbələ Fialında 09 may 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər olan müddətdə qanunvericilikdə nəzərdə tutlmuş qaydada 134 qeyri-iş günlərində işə cəlb edildiməli olduğu ilə əlaqədar iddiaçıya elektron qaydada göndərilmiş və müstəsna olaraq cavabdehin rəsmi sənədi hesab olunan İMB (X7), digər sənədlərin və məlumatların siyahısı iddia ərizəsinə əlavə edilir (İMB və digər və sənədlərinəsli məhkəmənin hazırlıq prosesində məhkəməyə dəftərxana vasitəsilə təqdim edilmişdir). Odur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada 09 may 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər olan müddət ərzində 134 qeyri-iş günlərində iş vaxtından artıq işə cəlb edildiyinə görə iddiaçıya çatacaq əmək haqqı qanunvericiliyin tələblərinə uyğun şəkildə və aşağıda qeyd olunan mötəbər sübutlara əsasən hesablanaraq iddiaçıya ödənilməlidir: İddiaçı Cavabdeh ASC-yə qarşı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər olan müddət ərzində qanunvericilikdə nəzərdə tutlmuş qaydada 134 qeyri-iş günlərində iş vaxtından artıq vaxtda işə cəlb edildiyinə görə iddiaçıya ödənilməli olan əmək haqqının qanunauyğun şəkildə hesablanaraq, 134*70.60=9460 manat məbləğində pulun, cavabdehdən alınıb iddiaçıya ödənilməsi haqqında iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixində Yasamal Rayon Məhkəməsinə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk olaraq “Mediasiya haqqında” AR Qanuna əsasən, mediasiya prosesi həyata keçirilmişdir. Lakin Cavabdeh ASC tərəf olaraq mediasiya prosesində iştirak etmədiyindən mediasiya təşkilatı tərəfindən “İlkin mediasiya sessiayasında iştirak edilməməsi barədə arayış” verilmişdir. Daha sonra Yasamal Rayon Məhkəməsinə müraciətə qədər iddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X11 Xidmətinə müraciət edərək pozulmuş hüquqlarının bərpası və ödənilməmiş iş vaxtından artıq işə görə kompensasiyanın ödənilməsinə köməklik göstərməyi bütün məhkəməyə təqdim edilən sənədləri də təqdim etməklə xahiş etmişdir. ƏƏSMN yanında ƏM Xidməti bir həftə ərzində 2 bir-birinə ziddiyyətli cavab verərək qərəzli mövqeydə olduğunu aşkar nümayiş etdirmişdir. Belə ki, Ərizəçiyə göndərilən xx.xx.2021-ci il tarixli məktubunda bildirilir ki, “Müraciətinizlə əlaqədar tələb olunan sənədlərin təqdim olunması məqsədi ilə “Azsığorta ASC-nin ünvanına məktub göndərilmiş, lakin sənədlər tam təqdim edilməmişdir. Bununla əlaqədar müraciətinizin icra müddəti 30 gün müddətinə uzadılır. Nəzərinizə çatdırırıq ki, araşdırmaya dair sənədlər tam təqdim olunduğu təqdirdə müvafiq qaydada Sizə cavab veriləcəkdir”. xx.xx.2021-ci il tarixli cavab məktubunda isə bildirilir ki, “Cəmiyyət tərəfindən təqdim edilmiş məktubda Sizin işlədiyiniz müddətdə iş vaxtından artıq işlərə cəlb olunmadığınız məlum olmuşdur.” (Hər iki məktub məhkəməyə təqdim edilmişdir və sübutların arasındadır). Məktublardan da göründüyü kimi əvvəlcə müəyyən sənədlər ƏƏSMN yanında X11 Xidmətinə təqdim edilsə də, qısa müddətdə həmin sənədlər də yoxa çıxarılmış və 5 gündən sonra ikinci məktubla birinci məktubu təkzib edərək qərəzli hərəkətlər nəticəsində ərizəçiyə heç bir kömək göstərilməmişdir. Eyni zanamda Cavabdeh ASC-nin səlahiyyətli nümayəndəsi və vəkil Nümayəndə3la əlaqə saxlanılmış və Nümayəndə3 irəli sürdüyü 4 şərtlər əsasında 134 sığorta hadisəsinə dair siyahı tərtib edilib cavabdehə təqdim edilmişdir. Cavabdehin İMB-ı əsasında tərtib edilmiş dəqiq cavabı alan cavabdeh bundan sonra bütün suallardan qərəzli olaraq yayınmağa başlamış və hətta özlərinə məxsus sənədləri inkar etməyə başlamış və şifahi şəkildə bildirmiş ki, bu mübahisə ilə əlaqədar məhkəməyə müraciət edə bilərsiz. İddiaçının iddiası əsasında Yasamal rayon Məhkəməsində mülki iş təyin edildikdən sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən sübut olaraq məhkəməyə 138 vərəq cavabdehin rəsmi sənədi olan İMB və 9 vərəqdə əmək müfəttişliyinin iki cavab məktubu, iddiaçının əmək funksiyalarını icra edən zaman istifadə və istinad etdiyi sənədlərin-ərizələrin və vəzifə təlimatının, istirahət vaxtı və əmək haqqısına dair ümumilikdə 147 vərəq olmaqla sübutlar məhkəməyə təqdim edilmişdir, eyni zamanda elektron portalda yerləşdirilmişdir və həmin sənədlər iş materiallarının arasındadır. Məhkəməyə təqdim olunmuş həmin ərizələrdə sığorta hadisəsinin kim tərəfindən və saat neçədə qeydə alınmasına dair dəqiq məlumatlar vardır. Həmin ərizələr əsasında sığorta hadisəsi qeydə alınır, sonra pul hesablanır və sığorta olunana dəymiş ziyan ödənilir. Əgər 134 sığorta hadisəsi olubsa demək, həmin hadisəyə görə pul vəsaiti ödənilib. Əgər sığorta hadisəsi baş veribsə və siğorta pulu ödənibsə, demək bütün zəruri sənədlər cavabdehdə qorunmalıdır və qorunur. Lakin məhkəməyə niyə təqdim etmir? Ödənilməyibsə niyə ödənilməyib? Məhkəmə bu məqamlara aydınlıq gətirməli və aşkar olunmuş faktlar barədə xüsusi qərardad çıxararaq prokurorluq orqanlarını məlumatlandırmalı olduğu halda bunu etməmişdir. Yuxarıda qeyd olunanlardan sonra cavabdeh bütün hallarda zəruri sənədləri qərəzli şəkildə gizlətməklə məşğul olduğundan vəkil həmin sənədlərin təmin olunması üçün məhkəməyə vəsatətlə müraciət etmişdir. Vəkil vəsatəti icra orqanı vasitəsilə təmin olunsa da, cavabdeh mübahisə olunan mülki işlə əlaqəsi olan 43 ədəd faktı təqdim etməklə 43 sığorta faktını etiraf etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, həmin 43 sığorta hadisəsinin onların tələb etdikləri 134 sığorta hadisəsi ilə əlaqədar olsa da, məhkəmə bu fakta sonda göz yummuşdur. Bu 43 sənəd cavabdehin etirafı olsa da və onların qaldırdıqlara mübahisəyə aidiyyatı olsa da, cavabdeh məhkəmə qərardadını qəsdən qərəzli şəkildə tam icra etməkdən, 134 sığorta hadisəsinə dair sənədlərin tamamını məhkəməyə təqdim etməkdən yayınsa da və bunu dəfələrlə məhkəmənin diqqətinə çatdırsa da, məhkəmə MPM-nin78-ci maddəsinin tələblərini tətbiq etməmişdir. Bundan başqa, məhkəmənin təşəbbüsü ilə həmin mübahisəli mülk işlə ilə əlaqədar rəy verilməsi üçün mülki iş məhkəmə ekspertizasına göndərilsə də, cavabdehin zəruri sənədləri etspertizaya təqdim etməməsinə görə ekspert mübahisəli işlə əlaqədar rəy verməkdən imtina etdiyindən mülki iş məhkəməyə geri qaytarmışdır. Məhkəmə prosesləri zamanı cavabdeh tərəf dəfələrlə zəruri sənədlərin məhkəməyə təqdim edilməsi üçün məhkəmədən vaxt istəsə də, sonradan başqa bəhanələrlə prosesin araşdırılması üçün zəruri sənədləri məhkəməyə təqdim etməkdən yayınmışdır. Ona görə də 2021-ci ilin dekabrında başlanmış məhkəmə prosesi cavabdehin məsuliyyətsizliyi və əsassız olaraq işi uzatmaq yolunu tutduqlarından 18 məhkəmə prosesidir ki, davam edir. Məhkəmə 134 vərəq Cavabdeh ASC -yə aid İMB-nin cavabdehə aid olub olmadığını araşdırıb hüquqi qiymətini verməli idi. Əgər həmin sənədlər iddiaçı tərəfindən saxtalaşdırılıbsa iddiaçı, əks halda cavabdeh barəsində qanuna uyğun tədbirlər görülməli, xüsusi qərardad qəbul olunaraq prokurorluq orqanlarına cinayət işinin başlanması ilə əlaqədar məlumat verilməli idi. Məhkəmənin diqqətinə çatdırır ki, sığorta hadisəsi baş verən kimi sığortalı sığorta təşkilatına baş vermiş sığorta hadisəsi haqqında məlumat verir. Həmin məlumat təşkilatın növbətçi operatorları tərəfindən müvafiq şəxslərə, o çümlədən QƏZA KOMİSSARİNA elektron vasitə ilə İMB vasitəsilə dərhal çatdırılır. Qəza komissarı həmin məlumat əsasında təlimata və vəzifə səlahiyyətlərinə uyğun olaraq hadisənin tədqiqinə başlayır. Müxtəlif yollarla baş vermiş sığorta hadisəsi haqqında dərhal məlumatlar toplayır və ilk olaraq məlumatları toplamaq toplamaq uçun hadisə yerinin müayinəsi, zərərçəkənin ərizəsini almaq, hadisə yerinin foto, video şəkillərini çəkmək, şahidlərin ifadələrini almaq və s. üçün hadisə yerinə gedir. Hadisə yeıinə dərhal getmək mümkün olmadıqda həmin məlumatları səlahiyyətli orqanlardan əldə edir, DİN. FHN və s... Eyni zamanda Qəza komissarı qarşısında qoyulan tələbə əsasən gələcəkdə dələduzluq, mənimsəmə və s. neqativ halların baş verməməsi üçün hadisə yerinin tədqiqi zəruridir. Hadisə yerində zərərçəkənin və olarsa digər şahidlərin ərizəsi alınır və eyni zamabda hadisənin baş verməsinin dəqiq vaxtı, kim tərəfindən sənədləşdirilməsi və başqa zəruri hallar da həmin vaxtda qəza komissarı tərəfindən sənədləşdirilir. Həmin sənədlər əsasında sonradan sığorta təşkilatı sığorta ödənişini həyata keçirir. Bu sənədlər isə ciddi maliyyə sənədləri kimi təşkilat tərəfindən qorunmalıdır. Amma cavabdehin bütün bu sadə həqiqəti əsassız olaraq inkar etməsini məhkəmə qiymətləndirmədi. Cavabdeh mübahisə predmetinə aidiyyatı olmayan işçilərinə təzyiq altında suallar verərək iddiaçının sığorta hadisəsi baş verən ərazidə olmamasını əsaslandırmağa çalışaraq və tamamilə kənar şəxsi iş prosesinə cəlb etməklə qəza komissarının iş prinsiplərini qanunsuz şəkildə örtbasdır etməyə cəhd edərək məsuliyyətdən yayınmağa çalışır. Lakin bir il yarım ərzində cavabdehdən tələb olunan icra sənədlərini məhkəməyə təqdim etməyi təmin etmir, bütün məhkəmə prosesində qaldırılan bütün sualların cavabı həmin 134 sığorta hadisəsinə aid olub mütləq qaydada cavabdehdə qorunan icra sənədlərindədir. Cavabdeh isə heç bir mötəbər sübut tapmayıb, həmin icra sənədlərini məhkəmədən də yayındırmaqla məsuliyyətdən ən primitiv yolla yayınmaq yolunu tutub. Cavabdeh tərəf dəfələrlə məhkəmə hazırlıq proseslərində bildirib ki, qeyd olunan sığorta hadisələri iddiaçı tərəfindən deyil, cavabdehin başqa əməkdaşları tərəfindən sənədləşdirilib. O zaman təklif edirlər ki, bir halda ki, belə əsaslandırırlar mövqeyinizi, demək həmin hadisələrin icra sənədləri cavabdehin qorunmasındadır. Gətirin və sübut edin ki, həmin sığorta hadisəsi iddiaçı tərəfindən sənədləşdirilməyib və sizin də qeyd etdiyiniz kimi başqa işçilər tərəfindən sənədləşdirilib. Təlimat isə istənilən işçi tərəfindən belə sənədləşdirmənin aparılmasını qəbul etmir. Sığorta hadisəsi baş veribsə, həmin faktı qeydə almaq və sənədləşdirmək uçun cavabdehin strukturlarında QƏZA KOMİSSARİ vəzifəsi təsis olunub. Məhkəmə prosesinin bu günə qədər uzanmasının səbəblərindən biri, təyin olunmuş ekspertizaya ekspertin rəy verməsi üçün zəruri olan sənədlərin cavabdeh tərəfindən təqdim olunmaması (MPM-nin 97.5-ci maddəsinin tərtbiqi zəruridir) və cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə3 ekspertiza təyin edilməsi barədə qərardad qəbul edildikdən sonra verilmiş əlavə əsassız təkliflərin məhkəmə tərəfindən rədd edilməsinə dair qərardadından əsassız verdiyi apellyasiya şikayəti də olmuşdur. Qətnamənin bu hissəsini oxuduqdan sonra bu qənaətə gəlmək olur ki, hakim ümumiyyətlə mübahisənin predmetini başa düşməmiş, dərk etməmiş və ya dərk etmək istəməmişdir. Digər tərəfdən, iddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə məlumat verərək iddia tələbinin dəyişdirilməsi, gecikdirilmiş hər günü görə 1 faiz məbləğdə ödəncin verilməsini məhkəmədən xahiş etsə də, məhkəmə bu xahişə heç münasibət bildirməmiş və ƏM-nin 172.5-ci maddəsinin tələbini pozmuş, cavabdehin isə xx.xx.2023 tarixində elektron kabinetdə cavabdeh tərəfindən yerləşdirilmiş “CavabdehSC-nin filiallarında sığorta hadisəsinə cəlb olunmuş hər bir satış təmsilçisinə tənzimlədiyi hər bir sığorta hadisəsisnə görə 15 manat (net) məbləğində əlavə ödəniş edilsin” haqqında əmrinə istinad edərək qətnamə qəbul etmişdir. Məhkəmə çıxışları xx.xx.2023-cü il tarixində edilir, 13.06.2.23 tarixində qətnamə elan edilir. Cavabdeh xx.xx.2023 tarixində iş materialları ilə tanış olmaq adı ilə məhkəməyə elektron kabinetdə yerləşdirməklə müraciət edir və protokola əlavə etmək niyyətini bildirir. xx.xx.2023 tarixində protokola qeyd əlavə etmək üçün məhkəməyə ərizə ilə müraciət olunur. Cavabdehin vaxt uzatmaq məqsədi ilə MPM-nin 272.7 və 273-cü maddəsinin müddətlərlə əlaqədar tələblərinin pozulduğu tam aydın olan bu məntiqsiz və əsassız ərizəsi iddiaçının əsaslı etirazından sonra məhkəmə tərəfindən xx.xx.2023 tarixli, 2(004)-40/2023 saylı qərardadla rədd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, çox ciddi maddi və prosessual qanun pozuntuları ilə qəbul edilmiş qətnamə qanunsuz, ədalətsiz, əsassız, qeyri-obyektiv və kənar təsirlər nəticəsində qərəzli olaraq qəbul edildiyindən Yasamal Rayon Məhkəməsinin xx.xx.2023 tarixli 2(004)-40/2023 saylı qətnaməsi yuxarıda göstətilən əsaslara görə ləğv edilməli və iddia tələbinin tam təmin dilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə, konstitutsion prinsipi kobud şəkildə pozduğundan sübutları tam, obyektiv, hərtərəfli, ümumiyyətlə araşdırmadığından və nəticədə sübutları düzgün qiymətləndirmədiyindən nəticə etibarı ilə düzgün olmayan, qanunsuz, əsassız, ədalətsiz və qərəzli qətnamə qəbul etdiyindən həqiqətin təmin olunmasını təmin etməmişdir. Bu isə iddiaçının konstitutsion hüququnun kobud şəkildə pozulması ilə nəticələnmişdir. İddiaçı işdən azad olunan gün cavabdeh iddiaçıya son haqq-hesabını verərkən məlum olmuşdur ki, iddiaçının 134 qeyri-iş günündə işə cıxmasına dair əmək haqqı ödənişlərini iddiaçıya hesablayıb ödəməmişdir. Bununla da, cavabdeh iddiaçının əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə isə uzun müzakirələrdən sonra qanunun pozulmuş bu tələbini özünün qulluq müəssisənin möhürü ilə mövqeyinə görə təmin etməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının vəzifə maaşı cavabdehin əmri ilə 800 manat müəyyən edilmişdir. Aylıq normadan asılı olaraq iddiaçının orta günlük əmək haqqı 800/22 iş günü=36 manat hesab ilə müəyyən edilir. Bunun iki qati isə 76 manat müəyyən edir. İddiaçıya 3 iş vaxtından artıq işə görə günün əmək haqqı hesablanmaqla 212 manat müəyyən edilərək verilmişdir. Lakin indiki halda məhkəmə əmək elminə tanış olmayan üsuldan istifadə edərək qismən təmin etdiyi iddianın hesablanmasını cavabdehin xx.xx.2023 tarixində elektron kabinetdə cavabdeh tərəfindən yerləşdirilmiş “Cavabdeh ASC-nin filiallarında sığorta hadisəsinə cəlb olunmuş hər bir satış təmsilçisinə tənzimlədiyi hər bir sığorta hadisəsinə görə 15 manat (net) məbləğində əlavə ödəniş edilsin” haqqında əmrinə istinad edərək iddiaçının qeyri-iş günlərində işə cəlb olunmasına görə hesablanmanı satış təmsilçisinin əlavə gördüyü işə uyğun olaraq hesablamaqla səhv qənaətə gəlməklə qətnamə qəbul etmişdir. Həm də məhkəmə belə qaydanı ona görə tətbiq edə bilməzdi ki, bu əmrdə göstərilən məbləğ qanunvericilikdən istirahət günlərində və iş vaxtından artıq saatlara görə ödənilməsi nəzərdə tutulan məbləğdən qat-qat aşağıdır. Məhkəmənin bu hesablama qaydası iddiaçının əmək hüququnun kobud şəkildə pozulmasıdır. İddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə elektron kabinetdə yerləşdirməklə məlumt verərək iddia tələbinin dəyişdirilməsi, 134 qeyri-iş gününə görə ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi və gecikdirilmiş həmin məbləğin hər gününə görə 1 faiz məbləğdə ödəncin verilməsini məhkəmədən xahiş etsə də, məhkəmə proses ərzində və yekun qətnamədə bu xahişə heç ümumiyyətlə münasibət bildirməmiş və qanunun bu tələbini pozmuş, qekun məhkəmə qətnaməsində nəzərə almamışdır. Cavabdehin isə xx.xx.2023-cü il tarixində elektron kabinetə yerləşdirdiyi ənzəsinə əsasən, xx.xx.2023-cü il tarixə təyin olunmuş baxış iclasını təxirə salmağı xahiş etmiş və məhkəmə də bunu təmin etmişdir. Bundan başqa, xx.xx.2023 tarixində elektron kabinetdə cavabdeh tərəfindən yerləşdirilmiş ‘Cavabdeh ASC-nin filiallarında sığorta hadisəsinə cəlb olunmuş hər bir satış təmsilçisinə tənzimlədiyi hər bir sığorta hadisəsisnə görə 15 (on beş) manat (net) məbləğində əlavə ödəniş edilsin” haqqında əmrinə istinad edərək qətnaməni qismən təmin etmişdir. Bütün məhkəmə prosesi belə kobud qanun pozuntuları ilə müşayət olunmuşdur. Tərəflərin iştirakı təmin olunsa da, məhkəmə tərflərin təqdim etdiyi sübutları öz istədiyi kimi, qərəzli şəkildə, kənar təsirlər nəticəsində və özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırdı v ə qiymətləndirdi. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Yasamal Rayon Məhkəməsinə iddiaçının təqdim etdiyi 1) 138 vərəq cavabdehin rəsmi sənədi olan İMB (X7), 2) 9 vərəqdə əmək müfəttişliyinin iki cavab məktubu, 3) iddiaçının əmək funksiyalarını icar edən zaman istifadə və istinad etdiyi sənədlərin- ərizələrin və vəzifə təlimatının, istirahət vaxtı və əmək haqqısına dair ümumilikdə 147 vərəq olmaqla sübutları, 4) DYP-n 81 mübahisəli yol-nəqliyyat hadisələrinin baş verməsinə dair məktubu, gecikdirilmiş hər günüə görə 1 faiz ödəncin ödənilməsinə dair məlumatı məhkəməyə təqdim edilmişdir, elektron portalda yerləşdirilmişdir və həmin sənədlər iş materiallarının arasındadır. Bundan başqa, 1) ekspertin cavabdehin zəruri sənədləri ekspertizaya qəsdən təqdim etməməsinə dair ekspertin rəy verməkdən imtinasına dair məktubu, 2) məhkəmə sorğusu nəticəsində cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələb etdiyi 134 sığorta hadisəssinə dair siyahıya uyğun tərtib edib təqdim edilmiş 43 ədəd sığorta hadisəsinin etirafına dair siyahının, 3) daha sonra, elektron kabinetdə cavabdeh tərəfindən yerləşdirilmiş daha 24 ədəd iddiaçının tələb etdiyi 134 ədəd sığorta hadisəsi olan siyahıya uyğun 24 ədəd sığorta hadisəsinə aid sənədlərin yerləçdırilməsinə və 4) cavabdeh tərəfindən təqdim edilərək ifadə vermiş şahid ifadəsi və s. sənədlər sübutlar hesab olunsa da məhkəmə bu sübutlara dair heç bir prosessual hərəkət etməmişdir. Yasamal Rayonn Məhkəməsinə iddiaçının təqdim etdiyi 1) 138 vərəq cavabdehin rəsmi sənədi olan İMB (X7), 2) 9 vərəqdə əmək müfəttişliyinin iki cavab məktubu, 3) iddiaçının əmək funksiyalarını icar edən zaman istifadə və istinad etdiyi sənədlərin-ərizələrin və vəzifə təlimatının, istirahət vaxtı və əmək haqqısına dair ümumilikdə 147 vərəq olmaqla sübutları, 4) DYP-nin 81 mübahisəli yol-nəqliyyat hadisələrinin baş verməsinə dair məktubu, 5) gecikdirilmiş hər günə görə 1 faiz ödəncin ödənilməsinə dair məlumatı məhkəməyə təqdim edilmişdir, elektron portalda yerləşdirilmişdir və həmin sənədlər iş materiallarının arasındadır. Bundan başqa, 1) ekspertin cavabdehin zəruri sənədləri ekspertizaya qəsdən təqdim etməməsinə dair ekspertin rəy verməkdən imtinasına dair məktubu, 2) məhkəmə sorğusu nəticəsində cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələb etdiyi 134 sığorta hadisəssinə dair siyahıya uyğun tərtib edib təqdim edilmiş 43 ədəd sığorta hadisəsinin etirafına dair siyahının, 3) daha sonra, elektron kabinetdə cavabdeh tərəfindən yerləşdirilmiş daha 24 ədəd iddiaçının tələb etdiyi 134 ədəd sığorta hadisəsi olan siyahıya uyğun 24 ədəd sığorta hadisəsinə aid sənədlərin yerləşdırilməsinə və 4) cavabdeh tərəfindən təqdim edilərək ifadə vermiş şahid ifadəsi və s. sənədlər olmasına baxmayaraq məhkəmə bu sənədləri araşdırmamış, qiymətləndirməmiş və məhkəmə qətnaməsində istinad etməmişdir. Məhkəmə bütün yuixanda qeyd edilən sənədlərdən yalnız xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən elektron mabinetə yerləşdirilmiş AZSİĞORTA ASC-nin xx.xx.2019-cu il tarixli əmrinə əsasən bir sığorta hadisəsi zamanı cəlb olunan satış nümayəndəsinə ödənilən 15 manat əlavə əmək haqqının ödənilməsinə dair arayışa istinad edərək 25 sığorta hadisəsi zamanı iş vaxtından artıq işə görə ödəniş etməsi, ƏM-nin 164-cü maddəsinin 1-ci hissəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqının ödənilməsi qaydasına başdan-başa ziddir və kobud konstitutsion qanun pozuntusu hesab olunmalıdır. Yasamal Rayon Məhkəməsi mübahisəli məsələ üzrə iddiaçıya cavabdeh tərəfindən İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqının hesablanıb ödənilməsi üçün mülki iş materiallarınmı erspertizaya göndərsə də ekspert zəruri tədqiqat predmetlərini cavabdehin təqsiri səbəbindən ekspertə təqdim etmədiyindən ekspert rəy verməkdən imtina etmişdir. Bundan sonra mübahisə predmetinə dair 43 sənədi və əlavə olaraq 24 sənədi məhkəməyə təqdim etsə də, məhkəmə bu halları qiymətləndirməmişdir. Məhkəmə hansı əsasla iddiaçının işə cəlb olunduğu 134 qeyri-iş günün yalnız 25-ni əsaslandırmışdır? Axı ən azından 81 hadisənin baş verdiyini DYP-nin arayışı təsdiqləyirdi, bundan başqa cavabdeh özü 43 hadisənin olduğunu məhkəmə sorğusuna verdiyi cavabda etiraf edərək təsdiqləmişdi və sonuncu iclaslara yaxın onların tələb etdikləri 134 hadisənin daha 24-ü haqqında elektron kabinetdə icra məlumatları yerləşdirmişdir. Beləliklə, 81 hadisənin DYP tərəfindən, 67 hadisənin cavabdeh tərəfindən etiraf edilməsinə baxmayaraq məhkəmə sonda onların tələb etdikləri 134 sığorta hadisəsindən yalnız 25 sığorta hadisəsini qətnamədə müəyyən etmişdir. 134 sığorta hadisəsindən 81- DYP-də təsdiqlənmiş, 67-si isə cavabdeh tərəfindən etiraf edilmişdisə məhkəmənin 25 sığorta hadisəsini hansı qaydada müəyyən etdiyi qətnamədən aydın deyildir. Məhkəmənin gəldiyi ən utancverici məqam isə müəyyən etdiyi 25 qeyri-iş gününə görə ödənişin Əmək məcəlləsinin tələbinə (ƏM-nin 164, 165ci maddələri) görə deyil, hansısa əmrdə satış təmsilşisinə ödəniləcək əlavə 15 manat kompensasiya ilə hesablaması hesab olunmalıdır. Qətnamənin bu hissəsini oxuduqdan sonra bu qənaətə gəlmək olur ki, hakim ümumiyyətlə mübahisənin predmetini başa düşməmiş, dərk etməmiş və ya dərk etmək istəməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixuində elektron kabinetdə yerləşdirməklə məhkəməyə məlumat verərək iddia tələbinin dəyişdirilməsini, gecikdirilmiş hər günü görə 1 faiz məbləğdə ödəncin verilməsini məhkəmədən xahiş etsə də, məhkəmə bu xahişə heç münasibət bildirməmiş, iddianın dəyişdirilməsini təmin etməmiş, ƏM-nin 172.5-ci maddəsinin tələbini pozmuş, cavabdehin isə xx.xx.2023 tarixində elektron kabinetdə cavabdeh tərəfindən yerləşdirilmiş ‘Cavabdeh ASC-nin flkllannda!ığorta hadisəsinə cəlb olunmuş hər bir satış təmsilçisinə tənzimlədiyi hər bir sığorta hadisəsisnə görə 15 manat (net) məbləğində əlavə ödəniş edilsin” haqqında əmrinə istinad edərək qətnamə qəbul etmişdir. Nəticədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-40/2023 saylı qanunsuz, əsassız, ədalətsiz və qərəzli qətnaməsi qəbul olunmuşdur. 134 sığorta hadisəsinin 25 sığorta hadisəsi hansı qaydada müəyyən olunmuşdur məhkəmə tərəfindən?
5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, № 2(004)-40/2023 qətnaməsinin ləğv edilməsini, iddiaçının iddiasının rədd edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 95,99; Mülki Prosessual Məcəllənin 217-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi” haqqında Plenum qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı X1 işlədiyi müddət ərzində iş vaxtından əlavə iş saatlarında işə cəlb edilməsi barədə hər hansı sərəncam, əmr və yaxud göstəriş olmamışdır. Bu barədə iddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsində keçirilən məhkəmə iclaslarında bu fikri qeyd etmişdir. Bütün bunlara baxmayaraq, Məhkəmə əmək müqaviləsi üzrə qeyd olunan iş saatlarından əlavə iş saatlarına işə cəlb etmə halının mövcud olmadığı təqdirdə 25 hadisə üzrə iddiaçının işə cəlb edilməsi kimi qiymətləndirərək hər bir hadisə üzrə 15 manat məbləğin ümumilikdə 375 manat pul vəsaitinin cavabdehdən tutulmasını təmin etmişdir. Hansı ki iddiaçı qeyd edilən hadisələr üzrə hadisə yerində olmasını təsdiq edən hər hansı əmr, sərəncam, göstəriş olduğunu qeyd etməmişdir. İddiaçının tələbi üzrə şahid ifadələri işə əlavə olunmuşdur və müəyyən edilmişdir ki, o iş vaxtından əlavə işə cəlb olunmayıb. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi şərh olunan həmin tələblərə cavab vemir. Məhkəmə heç bir əsas göstərilmədən iddianı qismən təmin etməklə qanunun tələblərini pozmuş, iddia ərizəsində və iş materiallarında göstərilən sübutlara lazımi hüquqi qiymət verməməklə, işin hallarını ətraflı araşdırmamışdır. İşə baxan məhkəmə, ilk növbədə, iddiaçının qeyri-iş günlərində işə cəlb olunmasına dair hər hansı sərəncam, əmr və yaxud göstəriş olması faktını aşkar etməmişdir. Əmək Məcəlləsinin 95-ci maddəsinin 2-ci bəndinə əsasən iş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. İddiaçı X1 işlədiyi müddət ərzində iş vaxtından əlavə iş saatlarında işə cəlb edilməsi barədə hər hans sərəncam, əmr və yaxud göstəriş olmamışdır. Bu barədə iddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsində keçirilən məhkəmə iclaslarında yuxarda göstərilən fikri qeyd etmişdir. Lakin məhkəmə iddiaçınının qeyri-iş günlərində işə cəlb olunmasını sübut edən hər hansı sübutlara istinad qeyd etməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatının aparılması Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmişdir. Sərbəst auditor X4 xx.xx.2024-cü il tarixli audit rəyində qeyd edilmişdir ki, "xxxx" ASC-nin təqdim etdiyi sənədlər və İddiaçı təqdim etdiyi izahat və sənədlər əsasında araşdırma aparılmışdır. Azsığorta ASC-nin nümayəndələri Fərəh xanım və Şəfaət bəy iştirak etmişlər. İddiaçı özü şəxsən müvafiq sənədləri təqdim etmiş və zəruri izahat vermişdir. Bundan əlavə İddiaçı qeyri-iş saatları və günlərində işləməsinə istinad edilən e-mail yazışmaları təqdim etmişdir. Bu e-mail yazışmalarında İddiaçı hansı tarixdə, hansı hadisə ilə bağlı işlərə cəlb olunması barədə məlumatlar öz əksini tapmışdır. Göstərilən hadisələrin qovluqları "xxxx" ASC müəsissəsindən tələb edilsə də, müəsissə həmin işlərin qovluqlarını təqdim etməmişdir. İddiaçı təqdim etdiyi e-mail yazışmalarda, yalnız, İddiaçı müvafiq hadisələrdə iştirakı göstərilmişdir. Lakin, həmin işlərdə iştirak edib-etməməsi barədə akt araşdırmaya təqdim olunmamışdır. Azsığorta ASC-nin nümayəndələri isə email yazışmaları ilə işçilərin müvafiq işlərə yönləndirildiyini təsdiq etmiş, lakin, bütün email yazışmalarını və sığorta hadisələri üzrə İddiaçı iştirak etdiyi işlərin qovluqları akt və digər sənədləri təqdim edilməmişdir. Məhkəmə əgər tərəflərin təqdim etdiyi sənəd və izahatlara əsasən İddiaçı xx.xx.2020 - ci il tarixindən xx.xx.2021 - ci il tarixinə qədər olan müddətdə 99 qeyri - iş günündə və 35 gün üzrə qeyri-iş saatlarında, yəni iş vaxtından əlavə artıq işə cəlb edildiyini təsdiq edən sənəd olaraq email yazışmaları üzrə sənədləri sübut kimi qəbul edərsə 99 qeyri - iş günü və 35 gün üzrə iş vaxtından əlavə, qeyri-iş saatlarında işə cəlb olunduğuna görə İddiaçı 134*35.43*2= 9495.24 (doqquz min dörd yüz doxsan beş manat 24 qəp) manat məbləğində əlavə əmək haqqı hesablama aparılaraq "xxxx" ASC-dən ödənilməlidir.
7. Cavabdeh "xxxx" ASC vəsatətlə məhkəməyə müraciət etmiş və vəsatətdə qeyd edilmişdir ki, 29 dekabr 2023-cü il tarixində saat 12:00-da X9 "AZSİĞORTA” ASC-nin ofisinə gələrək X3 aid sənədləri tələb etmiş, İnsan resursları xidmətinin və Hüquq xidmətinin əməkdaşları ilə söhbətlər aparmış, qeyri-prosessual münasibətərə yol vermişdir. Belə ki, o, Cavabdeh ASC-nin maliyyə xidmətinə dair işlərin ona verilməsini, onun bu sahədə şirkətinin olmasını təklif etmişdir. Təbii ki, ASC-nin maliyyə bölməsi olduğuna görə bu təklifdən imtina edilmişdir. Bundan sonra ekspert X9 12 yanvar 2024-cü il tarixində məhkəmə-mühasibatlıq ekspertizasının aparılması barədə rəy vermişdir. Ekspertin rəyi əsassız, şübhə doğuran, qeyri-mötəbər sübutlara əsaslanmaqla yanaşı, prosessual qaydaları pozmaqla yalnız İddiaçı izahatı əsasında tərtib edildiyindən sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən ekspertin vəzifələrindən biri məhkəmə ekspertizasının aparılmasında ekspert kimi iştirakını rədd edən hallar olmadıqda, ona tapşırılmış məhkəmə ekspertizasını aparmaq, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy verməkdir. Ekspert məhkəmə ekspertizasının aparılması ilə bağlı işin gedişatında maraqlı olduğunu güman etməyə əsas verən proses iştirakçıları ilə şəxsi əlaqələr yaratmamalı, məhkəmə ekspertizasını aparmaq üçün müstəqil olaraq material toplamamalıdır. Lakin ekspert tərəflərlə ayrı-ayrılıqda görüşmüş, hansı ki rəydə bu hal qeyd edilməmiş, sanki tərəflərin birgə iştrakı ilə tədqiqat aparılmışdır. Ekspert İddiaçı öz mülahizəsi əsasında suallar hazırlayaraq izahat almış və rəyə əlavə etmişdir. Halbuki, məhkəmə-mühasibat ekspertizasının əsas vəzifəsi onun hesabatlarda və hesabat prosesində neqativ kənarlaşmaların müəyyən edilməsi məqsədilə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsinin vəziyyətini öyrənməkdən ibarətdir. Cavabdeh tərəfindən Əmək haqqı hesablanması ilə əlaqədar müvafiq hesabatlar, işçinin işə davamiyyəti barədə (işə gəlib getməsini müəyyən etmək üçün) tabel cədvəli, ƏMAS-dan çıxarılmış əmək müqaviləsi bildirişi, digər əmək müqaviləsinə əlavələr, əmək haqqı hesablanmasına əsas verən digər sənədlər təqdim edilmiş və bununla İddiaçı "xxxx"ASCdə xx.xx.2020-ci tarixindən-xx.xx.2021-ci il tarixədək olan müddət ərzində hər hansı iş vaxtından əlavə iş saatlarında işə cəlb edilməsi barədə əmr və ya göstəriş olmadığı məlum olmuşdur. Göründüyü kimi, auditordan seçilən ekspert Məhkəmə ekspertizası fəaliyyəti haqqında AR Qanunun 7-ci maddəsinə əsasən tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmamışdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmamışdır. Ekspert sanki, maliyyə təklifinə imtinaya uyğun olaraq "xxxx" ASC-dən qisas çıxmışdır. Ümumiyyətlə iş materiallarında olan tabel, maliyyə cədvəlləri, hesabatlar və sənədlərə istinad etməmişdir. Yalnız iddiaçının naməlum mənbədən əldə edilmiş, naməlum formalı elektron məktub blanklarına istinad etmişdir. Bütün məsuliyyəti də məhkəmənin üzərinə qoymuşdur. Bununla da kifayət qədər aydın və tam olmayan, əsassız, ziddiyyətli, qeyri-obyektiv rəy vermişdir. Qeyd edilənləri nəzərə alaraq, təkrar ekspertiza təyin edilməsi və ekspert qarşısında xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixinə kimi əmək müqaviləsində nəzərdə tutulan əmək haqqı verilmişdirmi?- sualının qoyulmasını xahiş etmişlər.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-6740/2023 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizası barədə 22 iyul 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Təqdim edilmiş mülki iş materiallarında olan sənədlər, rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilənlərə əsasən ekspertiza təyini haqqında Qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdeh "xxxx" ASC-də işlədiyi müddətdə artıq iş saatlarına cəlb edilmədiyi müəyyən edilir. Rəyin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilmişdir ki, iş materiallarında iddiaçı X1 xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh ASC-də işlədiyi müddətdə artıq iş saatlarına cəlb edilməsi barədə hər hansı bir təsdiqedici sənəd, yəni əmr və ya sərəncam, tabel, uçot vərəqələrində qeydlər olmadığından həmin müddət ərzində X1 artıq iş saatlarına cəlb edilməsi müəyyən olunmur. Həmçinin iddiaçı X1 əmək haqqısının, məzuniyyət haqqının hesablanması Azərbaycan Respublikasının qüvvədə olan qanun və müvafiq qaydalarına əsasən əmək müqaviləsinin şərtlərinə uyğun hesablandığı müəyyən olunur. Həmçinin, qeyd edilmişdir ki, təyin olunmuş məhkəmə-mühasibat ekspertizasının metodikasına görə tədqiqat ilkin mühasibat sənədləri əsasında aparılır. Aparılmış eskpertiza tədqiqatının dəyəri 150 manat məbləğində müəyyən edilmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etmiş, şikayətin məzmununa uyğun izahat verməklə şikayətinin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-40/2023 saylı qanunsuz, əsassız, ədalətsiz hesab etdiklərini, belə ki, iddiaçının işə cəlb olunduğu 134 qeyri-iş günün yalnız 25-nin məhkəmə tərəfindən əsaslandırılmasının onlara aydın olmadığını, ən azından 81 hadisənin baş verdiyini DYP-nin təsdiqlədiyini, bundan başqa cavabdeh özü 43 hadisənin olduğunu məhkəmə sorğusuna verdiyi cavabda etiraf etdiyini və sonuncu iclaslara yaxın onların tələb etdikləri 134 hadisənin daha 24-ü haqqında cavabdeh tərəfindən elektron kabinetə icra məlumatları yerləşdirildiyini, beləliklə, 81 hadisənin DYP tərəfindən, 67 hadisənin cavabdeh tərəfindən etiraf edilməsinə baxmayaraq, məhkəmənin sonda onların tələb etdikləri 134 sığorta hadisəsindən yalnız 25 sığorta hadisəsini qətnamədə müəyyən etdiyini və 25 qeyri-iş gününə görə ödənişin Əmək Məcəlləsinin tələbinə görə deyil, hansısa əmrdə satış təmsilçisinə ödəniləcək əlavə 15 manat kompensasiya ilə hesablandığını, iddiaçının xx.xx.2023-cü il tarixində məhkəməyə məlumat verərək iddia tələbinin dəyişdirilməsi, gecikdirilmiş hər günü görə 1 faiz məbləğdə ödəncin verilməsini məhkəmədən xahiş etsə də, məhkəmənin bu xahişə heç münasibət bildirmədiyini və ƏM-nin 172.5-ci maddəsinin tələbini pozduğunu, xx.xx.2023 tarixində elektron kabinetdə cavabdeh tərəfindən yerləşdirilmiş “Cavabdeh ASC-nin filiallarında sığorta hadisəsinə cəlb olunmuş hər bir satış təmsilçisinə tənzimlədiyi hər bir sığorta hadisəsinə görə 15 manat (net) məbləğində əlavə ödəniş edilsin” haqqında əmrinə istinad etdiyini qeyd etmiş, qətnaməni əsaslı hesab etmədiklərini bildirməklə, şikayətlərinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaçı X1 işlədiyi müddət ərzində iş vaxtından əlavə iş saatlarında işə cəlb edilməsi barədə hər hansı sərəncam, əmr və yaxud göstəriş olmadığını bildirməklə, əmr və yaxud göstəriş əsasında hadisə yerindən iştirak edən əməkdaşlara buna müvafiq ödənişlərin edildiyini, Cavabdeh ASCnin filiallarında sığorta hadisələrinə cəlb olunan hər bir satış nümayəndəsinə tənzimlədiyi hər bir sığorta hadisəsinə görə 15 manat (net) məbləğində əlavə ödəniş edildiyini, iddiaçının isə iş vaxtından əlavə vaxtda hər hansı siğorta hadisəsində iştirak etmədiyini bildirməklə, apellyasiya şikayətlərini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək, qəza komissarının vəzifə təlimatını mübahisələndirmədiklərini, sadəcə olaraq iddiaçının iş vaxtından artıq işə cəlb edilmədiyini, buna dair hər hansı bir əmr, göstəriş, sərəncam olmadığını qeyd etmişdir.
13. Məlumatlandırılması üçün qanununvericilikdən nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Ona görə, iddiaçıya münasibətdə tələbin iş vaxtından artıq işə cəlb edildiyinə görə ödənilməli olan əmək haqqının qanunauyğun şəkildə hesablanması əsası ilə təmin edilməyən, cavabdehə münasibətdə isə təmin edilmiş hissədə araşdırılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə əsasən: 7. İİİ. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; - icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; - məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. İV. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər; 35. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 9. e) Əmək müqaviləsi üzrə işçinin - iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək- kimi əsas hüquqları vardır:; 95. 1. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 2. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. 3. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin bu Məcəllə ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər. 99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 101. 1. İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir: a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda; d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda. 2. İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur. 102.1 . İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. 2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. 165. 1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. 2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. 3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiya məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirmədən saxlamaq qənaətinə gəlir.
19. Cavabdeh ASC-nin 01 mart 2019-ci il tarixli daxili əmrinə əsasən müəyyən edilir: 1.Cavabdeh ASC-nin filiallarında sığorta hadisələrinə cəlb olunan hər bir satış nümayəndəsinə tənzimlədiyi hər bir sığoıta hadisəsinə görə 15 (on beş ) manat (net) məbləğində əlavə ödəniş edilsin. 2. Cəmiyyətin filiallarında baş vermiş sığorta hadisələrinin tənzimlənməsinə görə satış nümayəndələrinə ödəniləcək əlavə məbləğin həyata keçirilməsi üçün müvafiq forma təsdiqlənsin (əmrə əlavə olunur). 3. Əmrdən irəli gələn məsələlərin həlli İnsan Resursları, Sığorta hadisələrinin tənzimlənməsi, Daxili monitorinq və Sığorta hadisələri üzrə müştəri xidmətlərinə tapşırılsın.
20. İddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, o, cavabdeh şirkətdə işlədiyi dövrdə iş vaxtından əlavə işlərə cəlb edildiyini və bu saatların iddia etdiyi müddətdə olduğunu sübut etməmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müəyyən edilir ki, belə bir hal iş materialları ilə öz təsdiqini tapmır, bundan əlavə, iş üzrə keçirilən sonuncu xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdeh "xxxx" ASC-də işlədiyi müddətdə artıq iş saatlarına cəlb edilmədiyi müəyyən edilir. Bununla belə, iddiaçının sığorta hadisələri ilə bağlı iş vaxtından artıq fəaliyyət göstərdiyi istisna edilməsə də, o öz hüquqlarına rəğmən iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etməmiş, işəgötürən isə bu halları rəsmiləşdirməmişdir. Kollegiya hesab edir ki, hər bir iş vaxtından artıq vaxtda işə cəlb olunması üçün işəgötürənin qanunvericiliklə və əmək müqaviləsi üzrə iradə ifadəsi (buna zərurət) rəsmiləşdirilməli və müvafiq maliyyəmühasibat sənədləşməsi aparılmalıdır. İşçinin öz təşəbbüsü ilə iş vaxtından artıq vaxtda fəaliyyət göstərməsi qanunvericiliyin dispozitiv şərtinə uyğun iş vaxtından artıq vaxtda işə cəlb olunması anlamını vermir. Belə bir halın olması qanunda və müqavilədə nəzərdə tutulmayan iş vaxtından artıq vaxtda işə cəlb olunma, yəni qanunsuz olaraq əməyə məcbur etmə qanunla qadağan olunan və müvafiq olaraq sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta və ya cinayət hüququ müstəvisində araşdırılmalı olan haldır və inzibati (xəta) və cinayət məsuliyyətini yaradır. Misal üçün, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən: 198.1.5. normal əmək və istirahət rejiminə riayət edilməməsi Əməyin mühafizəsi qaydalarının pozulmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə əsasən: 144-2.1. qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə cinayət təqibi təhdidi altında olan əməldir.
21. İddiaçının diqqətinə çatdırılmalıdır ki, onun qaldırdığı məsələ biləvasitə mülki hüququn predmetinə aid deyil və araşdırma təbiətinə görə ilkin olaraq buna səlahiyyətli (icra hakimiyyəti) orqanlar tərəfindən ciddi araşdırmalıdır. Ona görə iddiaçı tərəfindən müvafiq müraciətlər edilə bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti haqqında Əsasnaməyə görə: 2.1.1. əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak və öz səlahiyyətləri daxilində həmin siyasətin həyata keçirilməsinin təmin edilməsi; 2.1.2. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Xidmətin fəaliyyət istiqamətlərinə aiddir. 3.1.1. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrinə aiddir.
22. Cavabdehin şikayətinə münasibətdə isə qeyd edilməlidir ki, Cavabdeh ASC-nin 01 mart 2019-ci il tarixli daxili əmrinə əsasən birinci instansiya məhkəməsinin qənaətini təkzib edən sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən, əksinə cavabdehin nümayəndələri tərəfindən bunun təcrübədə mümkün olduğu qeyd edildiyindən, hər bir sığorta hadisəsinə görə 15 manat məbləğində əlavə ödənişin verilməsi də mümkündür. Lakin iddiaçının şikayətinin əsası bu müstəvidə olmadığından, lakin buna etiraz da etmədiyindən, ona münasibətdə sübutetmənin predmetinə aid olmayan (iş vaxtından artıq işə cəlb edildiyinə görə ödənilməli olan əmək haqqının qanunauyğun şəkildə hesablanmasına dair şikayət həddinə aid olmayan) məsələnin müzakirəsi mülki prosessual tələblər baxımından yolverilməzdir. Ona görə cavabdehin şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir.
23. Kollegiya hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Hazırki qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti cavabdehə münasibətdə beş min manatdan az olduğundan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi istisna edilir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı və cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-40/2023 saylı işi üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı və cavabdeh "xxxx" ASC-dən bərabər tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iddiaçı iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.