Məhkəmə qərarları › İş №2(103)-5010/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5010/2024

26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5010/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, X7, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 MTK-ya qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş pul vəsaitinin bölünməsi, nikah dövründə əldə olunmuş avtomobilin satışından əldə olunmuş pul vəsaitinin yarısının tutulması, üçüncü şəxsin xeyrinə icra, preyudisiya, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, cavabdeh X9 nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh3, X7, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 MTK-ya qarşı “birgə nikah dövründə əldə olunmuş pul vəsaitinin yarısının, habelə nikah dövründə alınmış avtomobilin satışından əldə olunmuş pul vəsaitinin yarısının xeyrinə tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh3 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından xx.xx.2014-cü il tarixdə Abdullah, xx.xx.2017-ci il tarixdə Cahan, xx.xx.2019-cu il tarixdə İrəm adını verdikləri uşaqları dünyaya gəlmişdir.

2. “HYUNDAİ SONATA” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 13 000 manata Cavabdeh3 tərəfindən satın alınaraq onun adına qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə onun tərəfindən 8000 manata X3 və sonuncunun adına rəsmiləşdirilmiş, eyni gün Elçin İbrahimov tərəfindən Cavabdeh3 həmin nəqliyyat vasitəsindən istifadə hüququnu ehtiva edən və xx.xx.2030-cu il tarixindək qüvvədə olan etibarnamə verilmişdir.

3. X10 “X28” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 22 may 2023-cü il tarixdə 18 000 manata X5.

4. Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında Bakı şəhəri, Nobel (8 Noyabr) prospekti, "xxxx" MTK-dakı CY1 binasında yerləşən 3308 nömrəli mənzilə dair CY1- 010/21 nömrəli 10 mart 2021-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə görə MTK, 3308 saylı mənzili yaşayış məqsədi üçün Cavabdeh4 təqdim etməyi, Cavabdeh4 isə razılaşdırılmış qrafik üzrə 125 226,08 manatı MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.

5. Cavabdeh4 Cavabdeh3 anasıdır.

6. Cavabdeh1 MTK ilə Cavabdeh2 Abdulla oğlu arasında Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, "xxxx" MTK-daki CY1 binasında yerləşən 5408 nömrəli mənzilə dair CY 1-035/21 nömrəli 5 aprel 2021-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə görə MTK, 5408 saylı mənzili yaşayış məqsədi üçün Cavabdeh2 təqdim etməyi, Cavabdeh2 isə razılaşdırılmış qrafik üzrə 274 698,14 manatı MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.

7. Cavabdeh1 MTK ilə Cavabdeh2 Abdulla oğlu arasında Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, "xxxx" MTK-daki CY1 binasında yerləşən 5409 nömrəli mənzilə dair CY 1-036/21 nömrəli 5 aprel 2021-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə görə MTK, 5409 saylı mənzili yaşayış məqsədi üçün Cavabdeh2 təqdim etməyi, Cavabdeh2 isə razılaşdırılmış qrafik üzrə 159 227,62 manatı MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.

8. X19 000183 nömrəli ödəniş qəbzi əsasında 05 mart 2021-ci il tarixdə 5409 nömrəli mənzilə dair CY 1-036/21 nömrəli müqavilə üzrə "xxxx" MTK-na 3184,54 manat ödəniş etmişdir.

9. X19 000184 nömrəli ödəniş qəbzi əsasında 05 mart 2021-ci il tarixdə 5408 nömrəli mənzilə dair CY 1-035/21 nömrəli müqavilə üzrə "xxxx" MTK-na 5493.96 manat ödəniş etmişdir.

10. X19 000082 və 000250 nömrəli ödəniş qəbzləri əsasında 01 mart 2021-ci il tarixdə 3308 nömrəli mənzilə dair CY1-010/21 saylı müqavilə üzrə "xxxx" MTK-na 2504,52 manat, 11 mart 2021-ci il tarixdə isə 42 576,87 manat ödəniş etmişdir.

11. Cavabdeh1 MTK-nin Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, "xxxx" yaşayış kompleksində Cavabdeh3 aid heç bir mənzil mövcud deyil, bildirişdə göstərilən 000183, 000184 nömrəli qəbzlər üzrə ödənişlər müvafiq olaraq 5409 və 5408 nömrəli mənzillər üçün, 000250 və 000082 nömrəli qəbzlər üzrə ödənişlər isə 3308 nömrəli mənzil üçün edilmişdir.

12. ünvan 2 ünvanında yerləşən 3308, 5408 və 5409 saylı mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

13. X4 Asəf Mürsəl oğluna qarşı (Cavabdeh1 MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbi ilə məhkəməyə müraciət edərək, “birgə nikah dövründə əldə edilmiş Nobel (8 Noyabr) prospekti 151, "K Residence” MTK-dakı 3 ədəd mənzilin - CY1 binasında yerləşən 3308 saylı mənzilin, CY1 binasında yerləşən 5408 saylı mənzilin, CY1 binasında yerləşən 5409 saylı mənzilin 3/5 hissəsinə onun, 2/5 hissəsinə cavabdehin pay hüququnun tanınması, "Hyundai Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 3/5 hissəsinə onun, 2/5 hissəsinə cavabdehin pay hüququnun tanınması, "Paşa Bank” Açıq Səhmdar Cəmiyyətində müxtəlif hesablara qoyulmuş pul vəsaitinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətində müxtəlif hesablara qoyulmuş pul vəsaitinin, l5.09.1963-cü il təvəllüdlü Cavabdeh4 (ünvan: ünvan 3aq üçün verilmiş 50.000 ABŞ dolları məbləğində pul vəsaitinin 3/5 hissəsinə onun, 2/5 hissəsinə cavabdehin pay hüququnun tanınması” barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır.

14. Həmin qətnamədən Kəmalə Baxşıyevanın verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin 06 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə Kəmalə Baxşıyevanın apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Həmin işə baxılarkən müəyyən edilmişdir ki, "xxxx" yaşayış kompleksində Cavabdeh3 aid heç bir mənzil mövcud deyildir, 000183 və 000184 saylı qəbzlər üzrə ödənişlər müvafiq olaraq 5409 və 5408 nömrəli mənzillər üçün, 000250 və 000082 saylı qəbzlər üzrə ödənişlər isə 3308 nömrəli mənzil üçün edilmişdir. 3308 nömrəli mənzil "Knightsbridge Ağ Şəhər” MTK ilə Baxşıyeva Fəridə arasında bağlanmış CY1-010/21 saylı 10 mart 2021-ci il tarixli müqavilənin, 5408 nömrəli mənzil "Knightsbridge Ağ Şəhər” MTK ilə Cavabdeh2 arasında bağlanmış CY1-035/21 saylı 5 aprel 2021-ci il tarixli müqavilənin, 5409 nömrəli mənzil "Knightsbridge Ağ Şəhər” MTK ilə Cavabdeh2 arasında bağlanmış CY1-036/21 saylı 5 aprel 2021-ci il tarixli müqavilənin predmetidir, 3308, 5408 və 5409 nömrəli mənzillərin, həmin mənzilləri tələb etmək üzrə subyektiv hüququ ehtiva edən hər hansı əşya hüququnun tərəflərin ayrı ayrılıqda və ya birgə mülkiyyəti sayılması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlərin mövcudluğu müəyyən edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, adları qeyd edilən şəxslər üçün daxil olduqları müqavilə münasibətlərinə əsasən yaranmış öhdəliklərin onların əvəzinə üçüncü şəxs, hazırki halda Cavabdeh3 tərəfindən icra edilməsi, yəni hər hansı məbləğdə ödənişlərin həyata keçirilməsi qanunvericilklə yolverilən haldır və nəticə etibaırlə mübahisəli əmlak barəsində adına mülkiyyət (və ya digər əşya) hüququnun yaranmasına əsas deyildir.

18. Məhkəmə kollegiyası həmçinin vurğulamışdır ki, qətnamə yuxarıda qeyd edilən müqavilələrin etibarsız hesab edildiyi və s. halların baş verdiyi təqdirdə başqa əsaslarla tərəflərin yeni mülki hüquqlarının və vəzifələrinin əmələ gəlməsini istisna etmir.

19. İddiaçı ilə Cavabdeh3 ailə münasibətləri 2021-ci ilin mart ayından etibarən pozulmuşdur, onlar həmin dövrdən birlikdə yaşamırlar, azyaşlı uşaqlar analarının himayəsindədirlər.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

20. İddiaçı (iddiaçı) Cavabdeh3, X7, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 MTK-ya (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh1 MTK və X11 arasında Bakı şəhəri, Nobel (8 Noyabr) prospekti, "xxxx" MTK-dakı CY1 binasında yerləşən, 3308 nömrəli mənzilə dair bağlanmış CY1-010/21 nömrəli 10 mart 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə sahiblik və istifadə hüququ üzərində ½ hissədə payının tanınması, Cavabdeh1 MTK və Cavabdeh2 Abdulla oğlu arasında Bakı şəhəri, Nobel (8 Noyabr) prospekti, "xxxx" MTK-daki CY1 binasında yerləşən, 5408 nömrəli mənzilə dair bağlanmış CY 1-035/21 nömrəli 5 aprel 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə sahiblik və istifadə hüququ üzərində ½ hissədə payının tanınması, Cavabdeh1 MTK və Cavabdeh2 Abdulla oğlu arasında Bakı şəhəri, Nobel (8 Noyabr) prospekti, "xxxx" MTK-daki CY1 binasında yerləşən, 5409 nömrəli mənzilə dair bağlanmış CY 1-036/21 nömrəli 5 aprel 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə sahiblik və istifadə hüququ üzərində ½ hissədə payının tanınması, Cavabdeh3 ilə birgə nikah dövründə əldə etdikləri “Hyundai Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh3 ilə X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində ½ (ikidə bir) hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh3 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Nobel (8 Noyabr) prospekti 151, "xxxx" MTK-dakı 3 ədəd mənzilin - CY1 binasında yerləşən 3308 nömrəli mənzilin, CY1 binasında yerləşən 5408 nömrəli mənzilin, CY1 binasında yerləşən 5409 nömrəli mənzilin 3/5 hissəsinə onun, 2/5 hissəsinə cavabdehin pay hüququnun tanınması, “Hyundai Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 3/5 hissəsinə onun, 2/5 hissəsinə cavabdehin pay hüququnun tanınması, "xxxx" Açıq Səhmdar Cəmiyyətində müxtəlif hesablara qoyulmuş pul vəsaitinin, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətində müxtəlif hesablara qoyulmuş pul vəsaitinin, cavabdehin anası xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh4 (ünvan: ünvan 4maq üçün verilmiş 50 000 ABŞ dolları məbləğində pul vəsaitinin 3/5 hissəsinə onun, 2/5 hissəsinə cavabdehin pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti yenidən təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 01 aprel 2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işə yenidən apellyasiya qaydasında baxarkən 000082, 000250, 000184 və 000183 nömrəli mədaxil qəbzlərinə əsasən ödənişlərin 3308, 5408 və 5409 nömrəli mənzillərin əldə edilməsi və ya digər məqsədlərlə həyata keçirildiyini müəyyən etmək məqsədilə Cavabdeh1 MTK-nı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etmiş, iş üçün əhəmiyyəti olan halların araşdırılması məqsədilə sübutların əldə edilməsi barədə müvafiq qərardad qəbul etmişdir. Aparılmış araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, "xxxx" yaşayış kompleksində Cavabdeh3 aid heç bir mənzil mövcud deyildir. 000183 və 000184 nömrəli qəbzlər üzrə ödənişlər müvafiq olaraq 5409 və 5408 nömrəli mənzillər üçün, 000250 və 000082 nömrəli qəbzlər üzrə ödənişlər isə 3308 nömrəli mənzil üçün edilmişdir. 3308 nömrəli mənzil Cavabdeh1 MTK ilə Baxşıyeva Fəridə arasında bağlanmış CY1-010/21 nömrəli 10 mart 2021-ci il tarixli müqavilənin, 5408 nömrəli mənzil Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış CY1-035/21 nömrəli 5 aprel 2021-ci il tarixli müqavilənin, 5409 nömrəli mənzil Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış CY 1-036/21 nömrəli 5 aprel 2021-ci il tarixli müqavilənin predmetidir. Bununla əlaqədar məhkəmə kollegiyası müəyyən etmişdir ki “İş materiallarından göründüyü kimi mübahisə predmeti olan 3308, 5408 və 5409 nömrəli mənzillərin, həmin mənzilləri tələb etmək üzrə subyektiv hüququ ehtiva edən hər hansı əşya hüququnun tərəflərin ayrı-ayrılıqda və ya birgə mülkiyyəti sayılması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlərin mövcudluğu müəyyən edilməmişdir. Həmçinin yuxarıda adları qeyd edilən şəxslər üçün daxil olduqları müqavilə münasibətlərinə əsasən yaranmış öhdəliklərin onların əvəzinə üçüncü şəxs, hazırki halda Cavabdeh3 tərəfindən icra edilməsi, yəni hər hansı məbləğdə ödənişlərin həyata keçirilməsi qanunvericilklə yolverilən haldır və nəticə etibarı ilə mübahisəli əmlak barəsində adına mülkiyyət (və ya digər əşya) hüququnun yaranmasına əsas deyildir. Eyni zamanda qeyd edilməlidir ki, kollegiyanın gəldiyi bu qənaəti iş üzrə aparılmış araşdırmanın nəticələrinə, yəni müəyyən edilmiş halların mövcud hüquqi vəziyyətinə uyğundur. Hazırki qətnamə isə yuxarıda qeyd edilən müqavilələrin etibarsız hesab edildiyi və s. halların baş verdiyi təqdirdə başqa əsaslarla tərəflərin yeni mülki hüquqların və vəzifələrinin əmələ gəlməsini istisna etmir.” Göründüyü kimi Cavabdeh3 onu aldatmış, birgə nikah dövründə əldə etdikləri pul vəsaitini mənzillər almaq adı ilə MTK-ya ödəmiş, həmin ödəniş qəbzlərini ona verərək onu inandırmış və əvvəldən məqsədli şəkildə mənzillərin birini anası Cavabdeh4 digər ikisini də yaxın dostu olan Cavabdeh2 adına rəsmiləşdirmişdir. 000183 və 000184 nömrəli qəbzlər üzrə ödənişlər müvafiq olaraq 5409 və 5408 nömrəli mənzillər üçün, 000250 və 000082 nömrəli qəbzlər üzrə ödənişlər isə 3308 nömrəli mənzil üçün edilmişdir. Ödənişləri Cavabdeh3 etmiş, müqavilələr isə başqa şəxslərlə bağlanmışdır. Yəni burada belə qənaətə gəlmək olur ki, müqavilələr məhz sonradan dəyişdirilmiş və ödəniş qəbzləri onda olduğundan həmin qəbzləri dəyişdirə bilmirlər. Cavabdeh bu hərəkətləri təkcə mənzillərlə bağlı deyil, eyni zamanda birgə nikah dövründə əldə etdikləri “Hyundai Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı da etmişdir. Həmin avtomobilin bölünməsini tələb etsə də iddia təmin edilməmişdir. Belə ki, tələb olunan avtomobil cavabdehin mülkiyətində deyil. Lakin sonradan vəkili tərəfindən sorğu verilmiş və müəyyən edilmişdir ki, həmin avtomobil Cavabdeh3 tərəfindən xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında yaxın dostu X6 adına rəsmiləşdirilmişdir. Avtomobili alqı-satqı müqaviləsi əsasında X6 adına keçirsə də, elə həmin tarixdə də mübahisəli avtomobillə bağlı ondan etibarnamə almışdır. Yəni, avtomobili formal olaraq dostunun adına keçirtmişdir. Cavabdeh3 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X17, xx.xx.2017-ci il təvəllüdlü X20 və xx.xx.2019-cu il təvəllüdlü X22 dünyaya gəlmişdir. Cavabdeh birgə nikah dövründə əldə etdikləri əmlakları başqa şəxslərin (anasının və yaxın dostlarının) adına keçirdəndən sonra 2021-ci ilin mart ayında əşyalarını götürərək başqa qadının yanına köçmüş, bundan sonra isə nikahın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

22. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Cavabdeh3 "xxxx" MTK-ya ödənilmiş, birgə nikah dövründə əldə etdikləri 53 759,35 manat pul vəsaitinin ½ hissəsinə payı tanınmaqla, yəni 26 879,675 manatın və “Hyundai Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş məbləğin ½ hissəsinə (yəni 10 000 manata) payı tanınmaqla həmin 10 000 manatın, habelə 201 manat dövlət rüsumunun, yəni cəmi 37 080,675 manatın Cavabdeh3 tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etmiş, cavabdeh X12 nümayəndəsi (vəkili) qanuni qüvvədə olan məhkəmə aktı ilə tərəflər arasındakı münasibətlərə aydınlıq gətirildiyini və iddiaçının artıq bir dəfə baxılmış tələbi yenidən irəli sürdüyünü, bunun isə yolverilməz olduğunu bildirmişdir.

24. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MTK-nin nümayəndəsi də iddiaya etiraz edərək iddia tələbini qəbul etmədiyini bildirmiş, iddiaçının cavabdeh qismində göstərdiyi digər şəxslər isə məhkəməyə gəlməmişlər.

25. Birinci instansiya məhkəməsinin 23 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, X8 "xxxx" MTK-ya ödənilmiş pul məbləğinin ½ hissəsi olan 26 879,675 manatın, “Hyundai Sonata” markalı ** SS *** dovlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul məbləğinin ½ hissəsi olan 9000 manatın, yəni cəmi 36 080,675 manatın və 198,24 manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

26. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

26.1. Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, "xxxx" MTK-dakı CY1 binasında yerləşən 3308 nömrəli mənzilə dair CY1- 010/21 nömrəli 10 mart 2021-ci il tarixli müqavilə bağlanması görünsə də, "xxxx" Bakunun 000082 və 000250 nömrəli ödəniş qəbzindən görünür ki, X19 01 mart 2021-ci il tarixdə 3308 nömrəli mənzilə dair CY1-010/21 nömrəli müqavilə əsasında 2504.52 manat, 11 mart 2021-ci il tarixdə isə 42 576.87 manat ödənişlər etmişdir. Belə ki, "Knightsbridge Ağ Şəhər” MTK ilə Cavabdeh4 arasında Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, "xxxx" MTK-dakı CY1 binasında yerləşən 3308 nömrəli mənzilə dair CY1-010/21 nömrəli müqavilə 10 mart 2021-ci il tarixdə bağlanırsa, 01 mart 2021-ci il tarixdə, yəni müqavilə bağlanmazdan 10 gün öncə Cavabdeh3 tərəfindən 3308 nömrəli mənzilə dair CY1- 010/21 nömrəli qəbzlə 2504,52 manat hansı mənzil, müqavilə üçün ödənilmiş və bu məbləğ MTK tərəfindən qəbul edilmişdir?. 26.2. Cavabdeh1 MTK ilə Cavabdeh2 Abdulla oğlu arasında Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, K-Residence MTK-daki CY1 binasında yerləşən 5408 nömrəli mənzilə dair CY 1-035/21 nömrəli müqavilə 5 aprel 2021-ci il tarixdə bağlanmış və "K Residence” Bakunun 000184 nömrəli ödəniş qəbzindən görünür ki, X19 05 mart 2021-ci il tarixdə, yəni müqavilə bağlanmazdan 1 ay öncə 5408 nömrəli mənzilə dair CY 1-035/21 nömrəli müqavilə əsasında 5493,96 manat ödəniş etmişdir. Eynilə "Knightsbridge Ağ Şəhər” MTK ilə Cavabdeh2 Abdulla oğlu arasında Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, K- Residence MTK-daki CY1 binasında yerləşən 5408 nömrəli mənzilə dair CY 1-036/21 nömrəli müqavilə 5 aprel 2021-ci il tarixdə bağlanmış və "K Residence” Bakunun 000183 nömrəli ödəniş qəbzindən görünür ki, X19 1 ay öncə - 05 mart 2021-ci il tarixdə 5409 nömrəli mənzilə dair CY 1-036/21 nömrəli müqavilə əsasında 3184.54 manat ödəniş etmişdir. 26.3. Bütün bunlar bir daha təstiq edir ki, "Knightsbridge Ağ Şəhər” MTK ilə Cavabdeh3 arasında ilkin müqavilələr mövcud olmuş, daha sonra iddiaçı ilə aralarında ailə münasibətləri pozulduğundan, "Knightsbridge Ağ Şəhər” MTK-nın köməyi vasitəsilə yeni müqavilələr hazırlanmışdır. 26.4. MTK-ya bütün ödənişlər 2021-ci ilin mart ayında, yəni iddiaçı ilə birgə nikah dövründə edildiyindən, məhkəmə hesab edir ki, bu ödənişlər tərəflərin birgə nikah dövründə qazanılmış vəsait hesab olunmalıdır. 26.5. Cavabdeh3 21 iyul 2020-ci il tarixdə tərəflərin birgə nikah dövründə əldə edilmiş "X28” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iddiaçının razılığı olmadan 13 iyul 2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X2. 22 may 2023-cü il X10 "X28” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 18 000 manata X5. Göründüyü kimi nəqliyyat vasitəsi hazırda vicdanlı alıcı olan 3-cü şəxsin mülkiyyətində olduğundan, iddiaçı tərəfindən həmin əmlakın alqı-satqısı əsasında əldə olunan məbləğin tələb edilməsini məhkəmə qanuni hesab edir. 26.6. “X28” markalı nəqliyyat vasitəsinin satışından əldə olunmuş pul məbləğinə münasibət bildirən məhkəmə, nəqliyyat vasitəsinin 13 iyul 2021-ci ildə 8000 manata satılmasını inandırıcı hesab etmir və ondan iki il sonra 22 may 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin qiyməti olan 18 000 manatı ədalətli və ağlabatan hesab edir. 26.7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində “X28” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı, iddiaçının həmin avtomobilin cavabdehin mülkiyyətində olmasına, həmin avtomobilin birgə nikah dövründə və birgə qazanc hesabına əldə edilməsinə dair hər hansı sübut təqdim edilməməsinə əsaslanmışdır. Hazırki halda isə qeyd olunan nəqliyyat vasitəsinin əldə olunması ilə bağlı məhkəmə tərəfindən sorğu əsasında Azərbaycan Respublikası DİN cavab məktubuna qoşma edilmiş alqı-satqı müqavilələrindən məlum olur ki, “X28” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh3 tərəfindən 21 iyul 2020-ci il tarixdə, yəni tərəflərin birgə nikah dövründə alqı-satqı vasitəsi ilə əldə edilmiş və 13 iyul 2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1. Hazırki halda nəqliyyat vasitəsinin nə vaxt əldə edilməsi ilə bağlı məhkəməyə sübut təqdim edildiyindən məhkəmə bu sübutu araşdırmalı və buna münasibət bildirməlidir.

27. Mövqeyini əsaslandırarkən məhkəmə, Ailə Məcəlləsinin 29.1-ci, 32.1-ci, 32.2-ci, Mülki Məcəllənin 213.2-ci və 225.1-ci maddələrinə istinad etmişdir.

28. Qətnamədən cavabdeh Asəf Baxşıyevin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətində, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən olunan hallara əhəmiyyət vermədiyini, heç bir sübut olmadan əsassız nəticəyə gəldiyini irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “...Hakim qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında ilkin müqavilələr mövcud olmuş, daha sonra iddiaçı ilə aralarında ailə münasibətləri pozulduğundan, Cavabdeh1 MTK köməyi vasitəsilə yeni müqavilələr hazırlanmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən göründüyü kimi MTK-ya bütün ödənişlər 2021-ci ilin mart ayında yəni iddiaçı ilə birgə nikah dövründə edildiyindən, məhkəmə hesab edir ki, bu tərəflərin birgə nikah dövründə qazanılmış vəsait hesab olunmalıdır. İddia tələbinin nəqliyyat vasitəsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, Cavabdeh3 21 iyul 2020-ci il tarixdə tərəflərin birgə nikah dövründə əldə edilmiş “X28” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini onun razılığı olmadan 13 iyul 2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X2. 22 may 2023-cü il X10 “X31” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 18000 manata X21 satmışdır. Göründüyü kimi nəqliyyat vasitəsi hazırda vicdanlı alıcı olan 3-cü şəxsin mülkiyyətində olduğundan, iddiaçı tərəfindən həmin əmlakın alqı-satqısı əsasında əldə olunan məbləğin tələb edilməsini məhkəmə qanuni hesab edir. “X28” markalı nəqliyyat vasitəsinin satışından əldə olunmuş pul məbləğinə münasibət bildirən məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin 13 iyul 2021-ci ildə 8000 manata satılmasını inandırıcı hesab etmir və ondan iki il sonra 22 may 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin qiyməti olan 18000 manatı ədalətli və ağlabatan hesab edir. Düşünürəm ki, bu, hakimin şəxsi təxəyyülünün məhsulu olmaqla, yalnız formal mülahizələrə əsaslanaraq heç bir hüquqi əsası olmayan və heç bir sübuta söykənməyən fikirlərdir. Belə ki, ilkin olaraq bildirim ki, yuxarıda qeyd edilən ödəniş qəbzlərinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3236/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış və bu iş üçün birbaşa preyudisial xarakter daşıyan qətnaməsində də qeyd olunur ki, “İş materiallarından göründüyü kimi mübahisəpredmeti olan 3308, 5408 və 5409 nömrəli mənzillərin, həmin mənzilləri tələb etmək üzrə subyektiv hüququ ehtiva edən hər hansı əşya hüququnun tərəflərin ayrı-ayrılıqda və ya birgə mülkiyyəti sayılması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlərin mövcudluğu müəyyən edilməmişdir. Həmçinin yuxarıda adları qeyd edilən şəxslər üçün daxil olduqları müqavilə münasibətlərinə əsasən yaranmış öhdəliklərin onların əvəzinə üçüncü şəxs, hazırki halda Cavabdeh3 tərəfindən icra edilməsi, yəni hər hansı məbləğdə ödənişlərin həyata keçirilməsi qanunvericilklə yolverilən haldır və nəticə etibaırlə mübahisəli əmlak barəsində adına mülkiyyət (və ya digər əşya) hüququnun yaranmasına əsas deyildir”. Yuxarı instansiyanın mövqeyinə əsasən konkret olaraq araşdırılmışdır ki, adıçəkilən mənzillər üçün edilmiş ödənişlər, cavabdeh X19 tərəfindən edilsə də, əslində Asəfin işi ilə əlaqədar olaraq, (Asəf Baxşıyev dizayner-realtordür) ayrıayrı şəxslər üçün evlərin bron olunması, onlar üçün ilkin beh ödənişlərinin edilməsi və onların adlarına müqavilələr bağlanmasına nail olmaqdan ibarətdir. Araşdırma zamanı da aydın oldü ki, cavabdeh Asəf Baxşıev birgə nikah dovründə əldə edilmiş vəsait hesabına deyil, ayrı-ayrı şəxslərin sifarişləri ilə onların oz hesabına edilmiş odənişlərdir və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində də qeyd edildiyi kimi, müqavilə münasibətlərinə əsasən yaranmış öhdəliklərin onların əvəzinə Cavabdeh3 tərəfindən icra edilməsi, yəni hər hansı məbləğdə ödənişlərin həyata keçirilməsi qanunvericilklə yolverilən haldır və nəticə etibarilə mübahisəli əmlak barəsində adına mülkiyyət (və ya digər əşya) hüququnun yaranmasına əsas deyildir. Bundan başqa, “Hyundai Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş məbləğin ½ hissəsinə iddiaçının payının tanınması hissəsində araşdırma zamanı da hakim heç bir araşdırma aparmadan və yuxarı instansiya məhkəməsinin qanuni qüvvəsini almış qərarını heçə sayaraq formal mülahizələr əsasında qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd edilən əmlak birgə nikah dövründə əldə edilmiş əmlak kimi qəbul edilməsə də, hazırki iş üzrə onun satışından əldə edilmiş pul vəsaiti bölünmüşdür. Həmçinin, verilmiş izahatlardan da aydın olur ki, Asəf Baxşıyev həmin avtomobili mühərriki və sürətlər qutusu tamamilə sıradan çıxdığına görə 8000 manata satsa da, heç bir əsas olmadan iki il sonra həmin avtomobilin digər şəxs tərəfindən 18 000 manata satmasını əsas götürmüşdür. Bu mövqe ilə də razı olmadığımızı nəzərə alaraq bildirim ki, bir avtomobilin satışı zamanı, hansı ki, həmin alqı-satqı müqaviləsi ləğv və ya etibarsız hesab edilməmiş və qüvvədədir, əldə edilmiş vəsait deyil, iki ildən sonra satıldığı qiymət əsas götürülməsi məntiqsiz və qanunsuzdur. Avtomobilllərin qiyməti müxtəlif illərdə müxtəlif vəziyyətlərdə və müxtəlif cür ola bilər. Bildiyimiz kimi, mülki prosessual qanunvericilik formal həqiqətə əsaslanan və sübutlar əsasında aparılan icraat olmasına baxmayaraq, hakimin yalnız öz əsassız ehtimalları əsasında belə qanunsuz nəticəyə gəlməsi anlaşılan deyil və hakimin açıq-aşkar qərəzinin göstəricisidir”.

Apellyasiya şikayətinə qarşı etiraz

29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir (təqdim olunmamışdır).

Apellyasiya baxışı, izahat

30. Cavabdeh Asəf Baxşıyevin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili), habelə digər proses iştirakçıları məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

32. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

33. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin

34. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

35. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

36. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

37. Maddə 32.1, 32.2. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

38. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

42. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

47. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).

51. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

52. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onların rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı şikayət vermədiyindən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

53. Bununla yanaşı qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

54. Kollegiya, birinci instansiya məhkəməsinin “X8 "xxxx" MTK-ya ödənilmiş pul məbləğinin ½ hissəsi olan 26 879,675 manatın tutulub İddiaçı ödənilməsi” barədə gəldiyi nəticəni əsaslı hesab edir.

55. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).

56. Qanunvericilik (§ 34, 37) nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir və bunun əksini sübutetmə yükü etiraz edənin üzərinə düşməkdədir.

57. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.

58. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il il tarixli qərarında vurğulanmışdır ki, “Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır”.

59. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 39,40,41).

60. Qanunvericilik (§ 37) təsbit edir ki, nikah dövründə kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlak ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan aktivlərdir.

61. İşin hallarından görünür ki, iddiaçı ilə nikahda olduğu dövrdə Asəf Baxşıyev, Cavabdeh1 MTK və anası, habelə digər üçüncü şəxs arasında bağlanmış müqavilələr üzrə anasının və həmin üçüncü şəxsin xeyrinə adı çəkilən MTK-ya ümumilikdə 53 759,89 manat ödəniş həyata keçirmişdir.

62. Asəf Baxşıyev mübahisəsi gedən həmin pul vəsaitinə dair mövcud olan qanuni prezumsiyanın həqiqi olmadığını təsdiq edə biləcək mötəbər sübut təqdim etmədiyindən kollegiya hesab edir ki, həmin vəsait tərəflərin birgə əmlakı olmuşdur və iddiaçının müvafiq tələbinə bu kontekstdə qiymət verən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas yoxdur.

63. Nəzərə alınmalıdır ki, sözügedən ödənişlərin “birgə nikah dovründə əldə edilmiş vəsait hesabına deyil, ayrı-ayrı şəxslərin sifarişləri ilə onların oz hesabına edilmiş odənişlər olduğu”nu sübutetmə yükü bilavasitə Asəf Baxşıyevin üzərinə düşür və apellyasiya şikayətində irəli sürülənin əksinə olaraq, qanuni qüvvəsini almış məhkəmə aktları ilə belə bir hal müəyyən olunmamışdır.

64. Kollegiya iddiaçının “Hyundai Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş məbləğin ½ hissəsinə payının tanınması” tələbi üzrə gəlinən nəticəni qismən əsaslı hesab edir:

65. Belə ki, həmin avtomobilin tərəflərin (iddiaçı ilə Asəf Baxşıyevin) nikahda olduqları dövrdə əvəzli əqd əsasında alındığı, ailə münasibətlərinin pozulmasından sonra Asəf Baxşıyev tərəfindən satıldığı və avtomobili alan şəxs tərəfindən yenidən Asəf Baxşıyevin istifadəsinə verildiyi məlum olur; belə olan halda, satışdan əldə olunan vəsaitin (əgər əldə olunmuşdursa) ailə ehtiyaclarına xərcləndiyini sübut etmək yükü məhz cavabdehin üzərinə düşməlidir.

66. Bu cür yanaşma ilk növbədə ondan irəli gəlir ki, müvafiq alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verdiyi müəyyən olunmayan iddiaçı ilə həmin müqaviləni bağlamış cavabdeh əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malikdirlər. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində əmlakı satmış tərəf bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına, yaxud ailənin kredit borcunun ödəniməsinə sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Əmlakın satılmasına razılıq verdiyi müəyyən (sübut) olunmayan tərəfin isə bu imkanı məhduddur, bir çox hallarda isə qeyri-mümkündür.

67. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və kollegiya bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır.

68. Cavabdeh müvafiq halı sübuta yetirə bilmədiyindən kollegiya, “Hyundai Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş məbləğin ½ hissəsinə payının tanınması” tələbi üzrə məhkəmənin gəldiyi nəticəni qanuni hesab edir.

69. Bununla belə kollegiyanın qənaətinə görə, məhkəmə müvafiq satış məbləğini 18 000 manat kimi qəbul etməklə səhvə yol vermişdir; belə ki, birincisi, iddiaçının mübahisələndirmədiyi (faktiki olaraq bəyəndiyi) alqı-satqı müqaviləsində avtomobilin satış dəyəri 8000 manat göstərilmişdir; digər tərəfdən isə iddiaçı, avtomobilin real dəyərinin həmin dövrdə daha yüksək olduğuna dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

70. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il il tarixli qərarında vurğulanmışdır ki, “...iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər. Belə mübahisələrə baxılarkən əqd əhəmiyyətsiz olduqda (müqavilənin mühüm şərtləri göstərilmədikdə, formaya riayət edilmədikdə və s.) isə belə müqavilə heç bir hüquqi nəticə yaratmadığı üçün əşyanın mülkiyyəti əldə edənə keçmiş sayılmır, yaxud sonuncunun adına aparılmış reyestr qeydiyyatı əsassız olur. Bu halda pul tələbinin təmin edilməsi mümkün olmadığına görə iddiaçıya əşyanın qaytarılması barədə iddia qaldırmaq hüququ izah edilməlidir. Bununla belə, əşya məhv olduqda və ya vicdanlı üçüncü şəxs tərəfindən əldə edildikdə hüququ pozulmuş ərin (arvadın) düşdüyü zərərin əvəzini tələb etmək hüququ vardır”.

71. Bu kontekstdə kollegiya hesab edir ki, qətnamə “Hyundai Sonata” markalı ** SS *** dovlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul məbləğinin ½ hissəsi olan 9000 manatın tutulub İddiaçı ödənilməsi” hissəsində dəyişdirilməli, Asəf Baxşıyevdən “Hyundai Sonata” markalı ** SS *** dovlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul məbləğinin ½ hissəsi qismində 4000 manat iddiaçının xeyrinə tutulmalıdır.

72. Kollegiya, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla həmçinin qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

73. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh3 nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-846/2024 saylı iş üzrə 23 may 2024-cü il tarixli qətnaməsi “Hyundai Sonata” markalı ** SS *** dovlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul məbləğinin ½ hissəsi olan 9000 manatın tutulub İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. “Hyundai Sonata” markalı ** SS *** dovlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul məbləğinin ½ hissəsi qismində 4000 (dörd min) manat Cavabdeh3 alınıb İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada aldığı gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar