Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5018/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-432/2020 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi qulluqçu kimi 6.600 manat məbləğində dövlət icbari sığorta pulunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Sabirabad şəhərində anadan olmuşdur. xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək N saylı hərbi hissədə, xx.xx.1996-ci il tarixdən xx.xx.1999-cu il tarixədək N saylı hərbi hissədə, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmət etmişdir. xx.xx.2004-cü il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Döyüşdə olarkən döyüş bölgələrində torpaqlarımızı qorumuş və döyüşlərdə iştirak etmişdir. O, döyüşə gedərkən komissiyalardan keçmiş və sağlam olmuşdur, lakin torpaqların müdafiəsi zamanı yaralanmışdır, hazırda da İİ qrup müharibə əlili kimi təqaüd alır. Hərbi xidmətdə olarkən heç vaxt xidmətdə qüsurlara yol verməmişdir. Həmişə tapşırıqları yerinə yetirmişdir. Hərbi Həkim Komissiyasının Qərarına görə, xəstəlik hərbi xidmət dövründə alınmışdır. Sülh dövründə hərbi xidmətə yararsız olmağı qeyd olunur. Hazırda həmin xəstəlikdən əziyyət çəkir. Sağlamlığı pozulub və sağlamlığının bir qismini itirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 432/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dövlət X3 6.600 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Hərbi qulluqçuların icbari sığortasını tənzimləyən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Resplikasının Qanunu isə xx.xx.1997-ci il tarixdə qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti xx.xx.1997-ci il tarixdə Fərman imzalamış və həmin Qanun xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbçilərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində heç bir şərt yoxdur. Habelə, bu Qanun İddiaçı münasibətdə şamil edilsə belə, onun xidmətdən tərxis edilən gündən 10 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab edilə bilməz. Göründüyü kimi İddiaçı əlillik dərəcəsi 10 il sonra təyin edildiyindən Mülki Məcəllənin 373cü maddəsinin 3 və 4-cü bəndlərinə görə sığorta ödənişi verilməli deyil. 1991-1997-ci illərdə xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara sığorta məbləğinin ödənilməsi qaydası və şərtləri müəyyən olunmamış, bu məqsədlər üçün müvafiq vəsait büdcədən ayrılmamışdır, ona görə də məhkəmə qətnaməsi ilə sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh kimi Dövlət X4 üzərinə qoyulması əsassızdır. İddiaçının tələbi onun hüquqi vəziyyətinin yaxşılaşdırılması və hüquq məsuliyyətinin aradan qaldırılması ilə əlaqədar deyil, sığorta ödənişinə dair sığorta ödənişinə dair maddi tələbdən ibarətdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən xx.xx.1986cı il tarixdə verilmiş BB seriyalı 146738 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissə tərkibində xx.xx.1992-xx.xx.1994-cü ilə kimi Ağdam qarnizonunda iştirak edib. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “A” bəndinə (yaşa görə) müvafiq olaraq AR SQ-dan ehtiyata tərxis olunub. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş çıxarış epikrizin sürətindən görünür ki, N saylı hərbi hissənin kapitanı İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək MN MHHK-ın abdominal cərrahiyyə bölməsində “Xroniki kalkulyoz xolesistitin kəskinləşməsi, öd kisəsinin empieması” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2001-ci il tarixdə laparatomiya, xolesistektomiya, periton boşluğunun drenaj edilməsi əməliyyatına məruz qalmışdır. “Xəstəliklər cədvəlinin” 61-ci maddəsinin İİİ qrafasına və ƏTC-yə əsasən hərbi xidmətə müvəqqəti yararsızdır. xx.xx.2001-ci il tarixdə hərbi hissədə olmalıdır. Azərbaycan Respublikası Dövlət X8 tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 008774 saylı vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı hərbi xidmət dövründə aldığı xəsarətə görə İİ qrup əlil kimi pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət X4 xx xxxxxx 2015-ci il tarixli, 07-07-419 nömrəli cavabından görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlərə əsasən, İddiaçı xx xxxxx 2004-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur və bu hadisədən 3 ildən artıq müddət keçdikdən sonra, yəni xx xxxx 2014-cü ildə İİ qrup əlillik dərəcəsi almağı göstərilmişdir. İddia müddətindən üç ildən artıq vaxt keçdiyinə görə, ona İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 10 saylı X1 tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş xxxxxxx0002 nömrəli rəydən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı təkrar müayinə zamanı İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmasıdır. Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 704 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı “Fədai” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin rəisi polkovnik Vüsal Babayev tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 117 nömrəli arayışdan görünür ki, kapitan İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək N saylı hərbi hissədə, xx.xx.1996-ci il tarixdən xx.xx.1999-cu il tarixədək N saylı hərbi hissədə, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmət etmişdir. “Hərbi Xidmət Keçmə Haqqında” Əsasnamənin “156”-cı maddəsinin “b” bəndinə (yaşa görə) AR MN-ın 0247 nömrəli xx.xx.2004-cü il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. F.Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanası tərəfindən verilmiş 4636 saylı epikriz-çıxarışdan görünür ki, İddiaçı daxil olarkən qarın boşluğunun operasiyadan sonrakı bitişmə xəstəliyi diaqnozu qoyulmuşdur. Evə yazılarkən qarın boşluğunun operasiyadan sonrakı bitişmə xəstəliyi, hissəvi bağırsaq keçməməzliyi, postxolesistektomik sindromu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 728 nömrəli qərarın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Səbail RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1993cü ildən xx.xx.1993-cü ilə kimi Sabirabad rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Kəskin kalkulyoz xolesistit. Prostat vəzinin adenoması. Kəskin sidik ləngiməsi” və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Xroniki kalkulyoz xolesistitin kəskinləşməsi, öd kisəsinin empieması. Laparotomiya, xolesistektomiya (xx.xx.2001), poriton boşluğunun drenaj edilməsi əməliyyatından sonrakı vəziyyət” (Azərbaycan Reapublikası SHXÇDX-in Bakı şəhəri Səbail rayon idarəsinin xx.xx.2012-ci il tarixli 589 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 589 nömrəli arayışı, vətəndaşın ərizəsi, Sabirabad rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.1993cü il tarixli epikrizi, xx.xx.2016-ci il tarixli 815 nömrəli məktubu, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli çıxarış epikrizi, MN MHHK-ın həkim mütəxəssisi – cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. MN MHHK-ın xx.xx.2012-ci il tarixli qərarı ləğv edilmişdir. Göstərilənləri nəzərə alan Kollegiya mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə görə, Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Məhkəmə tərəfindən hazırki işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, iddiaçı hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət X4 müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinin mənasına görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təyin olunduqda bu, sığorta hadisəsi hesab edilir və onlara sığorta ödənişi bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İİ qrup əlilliyə görə - 60 faizi nisbətində verilir. Hazırda iddiaçı hesab edir ki, hərbi xidmət dövründə aldığı xəsarətlə əlaqədar ona 2-ci qrup əlillik təyin olunmasına görə, qanunla müəyyən edilmiş məbləğdə sığorta ödənişi səlahiyyətli olan cavabdeh Şirkət tərəfindən ona ödənilməlidir. İddianı təmin edən birinci instansiya məhkəməsinin mövqeyinə etiraz edən cavabdeh Şirkətin apellyasiya şikayətində iddiaçıya sığorta ödənişinin ödənilməsi səlahiyyətinin Şirkətin üzərinə qoyulmasının əsassız olduğu qeyd edilir. Apellyasiya şikayətində göstərilir ki, qətnamədə istinad olunan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu isə xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbçilərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barədə heç bir şərt yoxdur. Burada 1991- 1997-ci illərdə xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara sığorta məbləğinin verilməsi nəzərdə tutulmur. Buna görə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi sığorta ödənişinin ödənilməsi qaydası və şərtlərinin hələlik müəyyən olunmamasının iddiaçının qanuni və əsaslı iddiasının təmin olunmamasına əsas ola bilməməsi barədə gəldiyi qənaət düzgündür. Belə ki, faktiki olaraq dövlət tərəfindən icbari şəxsi sığorta edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünun müdafiəsi zamanı əlil olmuş hərbi qulluqçunun baş vermiş sığorta hadisəsindən sonra sığorta ödənişindən bu kimi səbəblərə görə məhrum olması insan hüquq və azadlıqları sahəsində müəyyən edilmiş konstitusion prinsiplərlə bir araya sığmır. Bundan başqa, sığorta olunana sığorta ödənişinin verilməsindən imtinanın əsasları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən imtinanın əsasları göstərilmişdir ki, hazırki mübahisə çərçivəsində həmin əsasların heç biri müşahidə olunmur. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətində irəli sürülən daha bir dəlil isə onunla bağlıdır ki, sığorta ödənişinin ödənilməsi üçün sığorta olunana hərbi xidmət dövründə alınmış xəsarətlə əlaqədar Qanunda 3 il müddətində əlillik təyin olunması tələb olunur. Lakin hazırki iş üzrə iddiaçı əlillik dərəcəsini 10 il sonra almışdır. Kollegiya qeyd edir ki, qanunun 3 illik müddət müəyyən etməkdə məqsədi xəsarətin məhz hərbi əməliyyatlar zamanı alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsinə xidmət edir. Apellyasiya şikayətinin bu dəlilli əsassızdır, belə ki, iş materiallarından görünür və mübahisə doğurmur ki, iddiaçıya 2-ci qrup əlillik təyin olunmasına Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı xəsarət alması səbəb olmuşdur. Bu baxımdan apellyasiya şikayətinin müvafiq dəlili də əsassız hesab olunmalıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-432/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-5018/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5018/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver