Məhkəmə qərarları › İş №2(103)-5018/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5018/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5018/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Cavabdeh2-nin nümayəndəsi və vəkili X5 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(005)- 2557/2021 nömrəli qərardadından Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRXİ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və DƏDRXİ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsi cəlb edilməklə ipoteka müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə Cavabdeh2 arasında Qusar rayon Notariat kontorunda Qusar şəhəri, Əzizbəyov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 89 kv.metr ümumi sahəsi olan 3 otaqlı 186 nömrəli fərdi yaşayış evi ilə bağlkı bağlanmış 14.10.2014-cü il tarixli **********58114/ip nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-də yüklülüyün ləğv edilməklə əmlakının yüklülükdən azad edilməsi və RX seriyalı ******* nömrəli Çıxarışın bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianın təmin edilməsi tədbiri qismində X2 məxsus RX seriyalı ******* nömrəli ÇİXARİŞ-la onlara məxsus Qusar şəhəri Əzizbəyov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 89 kv.metr ümumi, sahəsi olan 3 otaqlı 186 nömrəli fərdi yaşayış evinin özgəninkiləşdirilməsi ilə bağlı qadağa qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(005)-2557/2021 nömrəli qərardadı ilə ərizə təmin edilərək, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Qusar şəhəri Əzizbəyov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 89 kv.metr ümumi, sahəsi olan 3 otaqlı 186 nömrəli fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(005)-2557/2021 nömrəli qərardadından 19 aprel 2021-ci il tarixdə şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi və iddianı təmin etmə barədə ərizənin təmin olunmaması barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(005)-2557/2021 nömrəli qərardadından 19 aprel 2021-ci il tarixdə şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi və iddianı təmin etmə barədə ərizənin təmin olunmaması barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.04.2020-ci il tarixli 2(004)-2557/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasında iştirak edən Cavabdeh2-nin nümayəndəsi X9 şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsi göstərilən qərardadı qəbul edərkən, özgəninkiləşdirilməsini qadağan etdiyi yaşayış evinə tutmanın yönəldilməsi və onun hərracda satılması haqqında Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 05.09.2019-cu il tarixli 2(029)-38/2019 №-li qətnaməsinin mövcudluğunu nəzərə almamış və nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına maneə yaratmışdır. “xxxx” Bank ASC ilə X3 arasında bağlanmış İpoteka müqaviləsinin etibarsızlığı haqqında iddia onunla əsaslandırılmışdır ki, guya iş üzrə iddiaçı - İddiaçı əri - X1 birgə nikah dövründə əldə etdiyi, Qusar şəhəri Əzizbəyov küçəsindəki 186 №-li yaşayış evinin banka ipotekaya qoyulmasından xəbərsiz olmuş və bununla bağlı razılıq ərizəsi verməmişdir. Lakin, Qusar Rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli 2(029)- 38/2019 №-li qətnaməsi ilə müəyyən edilmişdir ki, ipoteka saxlayan -ASC “xxxx” Bankı ilə ipoteka qoyan - X3 arasında 14.10.2014-cü il tarixli **********58114 №-li ipoteka müqaviləsi bağlanmışdır. Məlumdur ki, qanunvericiliyin tələbinə görə ipoteka müqaviləsi notarial formada bağlanmalıdır. Həmin ipoteka müqaviləsi Qusar rayon notariat kontorunda notariat qaydasında təsdiq edilmişdir. İpoteka müqaviləsi təsdiq edilərkən, İddiaçınm Qusar şəhəri Əzizbəyov küçəsindəki 186 №-İi yaşayış evinin ipotekaya qoyulmasına notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi alınmışdır (əlavə edilir). Beləliklə, Qusar Rayon Məhkəməsinin qətnaməsilə İddiaçı Qusar şəhəri Əzizbəyov küçəsindəki 186 №-li yaşayış evinin ipotekaya qoyulmasına notariat qaydasında razılıq verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən “Bir mülki iş üzrə qanuni qüvəyə minmiş məhkəmə qətnaməsilə müəyyən edilmiş faktlar, həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir”. İddiaçınm Yasamal Rayon Məhkəməsinə verdiyi “İpoteka müqaviləsinin etibarsız hesab edilməsi haqqında” iddia ərizəsi və iddianın təmini tədbiriningörülməsi haqqında ərizəsi yalnız vaxt udmaq və banka ipotekaya qoyulmuş evin üzərinə tutmanın yönəldilməsi haqqında Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasını ləngitmək məqsədi daşımışdır. Əgər bu belə olmasaydı, İddiaçı Qusar Qayon Məhkəməsində işə baxılan zaman ipoteka müqaviləsinin etibarsızlığı tələbilə ASC “xxxx” Bankına qarşı qarşılıqlı iddia irəli sürərdi. Yasamal Rayon Məhkəməsi iddianın təmini tədbirinin görülməsinin zəruriliyi haqqında qərardad qəbul edərkən və Qusar şəhəri Əzizbəyov küçəsindəki 186 №-li yaşayış evinin özgəninkiləşdirilməsini qadağan edərkən, ipoteka predmetinin daşınmaz əmlak (fərdi yaşayış evi) olmasını və onun itirilməsi və ya oğurlanması ehtimalının sıfra bərabər olmasını nəzərə almamışdır. Bir də ki, iddianın təmini tədbiri haqqında iddiaçının ərizəsinə Yasamal Rayon Məhkəməsi iş üzrə cavabdeh ASC “xxxx” Bankının iştirakı olmadan (banka bu barədə bildiriş daxil olmamışdır) baxmış və beləliklə də, bankın hüquqlarını ciddi surətdə pozmuşdur. Hesab edir ki, bu halda cavabdehin (bankın) məhkəmə iclasında iştirak etməməsi iddianın təmini tədbiri haqqında iddiaçının ərizəsinin təmin edilməsində həlledici rol oynamışdır, çünki əgər hakim Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğundan xəbərdar olsaydı, belə qərardad qəbul etməzdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsinə ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir; 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Kollegiya bununla bğlı qeyd edir ki, birinci instansiya məhkəməsi özgəninkiləşdirilməsini qadağan etdiyi yaşayış evinə tutmanın yönəldilməsi və onun hərracda satılması haqqında Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 05.09.2019-cu il tarixli 2(029)-38/2019 №-li qətnaməsinin mövcudluğunu nəzərə almamış, hazırkı qərardadla əlaqəli olub-olmamasına müvafiq münasibət bildirməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, sadalanan hallar üzrə zəruri araşdırma aparılmaqla ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2557/2021 saylı iş üzrə 06 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar