Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5021/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Üçüncü şəxs LPO “xxxxxxxxxxx” ASC-nin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1159/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs LPO “xxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X10 cavabdeh X2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs LPO «xxxxxxxxxxx» ASC-yə və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 18A saylı evin 43 saylı mənzilinin «xxxxxxxxxxx» ASC qarşısında xx xxxx 2013-cü il tarixdə bağlanmış 042/13 saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklülüyünə xitam verilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması vəzifəsinin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO «xxxxxxxxxxx» ASC-nin ləğvedicisi X3 «X9» MMC-yə, X6, X7, X4 qarşı «borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X9» MMC ilə xx xxxx 2013-cü il tarixdə aralarında bağlanmış 042/13 saylı kredit müqaviləsinə xitam verilməsi, LPO «xxxxxxxxxxx» ASC-nin xeyrinə 501.021 manat 34 qəpik əsas borc, 85.936 manat 08 qəpik faiz və 89.181 manat 80 qəpik dəbbə pulu olmaqla, ümumilikdə 675.916 manat 54 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın X10 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 18A saylı evin 43 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, həmçinin tutmanın X8 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-860/2018 saylı qətnaməsi ilə iddia – cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi olmadığı, tam əksinə, 229.559 manat 35 qəpik artıq ödəməsinin olduğu əsas gətirilərək təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-11910/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-860/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(102)- 3332/2019 saylı qərarı ilə LPO «xxxxxxxxxxx» ASC-nin ləğvedicisi X1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-11910/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1541/2016 saylı qərarı ilə «xxxxxxxxxxx»xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx«xxxxxxxxxxxxxxxxx» MMC, sonradan isə «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC, iflas proseduruna başlamış «xxxxxxxxxxx» ASCyə ləğvedici qismində təyin edilmişdir. Lakin, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1541/2016 saylı qərardadı ilə LPO «xxxxxxxxxxx» ASC-nin ləğvedicisi «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC dəyişdirilərək, X3 ilə əvəzlənmişdir. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 59.5.1, 71.1, 71.3-cü maddələrinə istifadən iddiaçı daha sonra qeyd etmişdir ki, onun tərəfindən «xxxxxxxxxxx» ASC qarşısında borc öhdəlikləri tam ödənilməsinə və həmçinin bununla bağlı müvafiq məhkəmə qərarının qüvvəyə minməsinə baxmayaraq, «xxxxxxxxxxx» ASC-nin ləğvedicisi X2 ipoteka predmeti olan, X7 məxsus Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 18A saylı evin 43 saylı mənzilinin ipotekadan azad edilməsi barədə xx.xx.2019-cu il tarixli ərizə verilsə də, həmin ərizə təmin olunmamış, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana bu barədə ərizə göndərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına, Mülki Məcəllənin 294.1.1, 311.3-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2, 48.2-ci maddələrinə istinad edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1159/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X7 məxsus olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 18A saylı evin 43 saylı mənzilinə dair LPO “xxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilməsi, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 18A saylı evin 43 saylı mənzilinə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində “xxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi, ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən LPO “xxxxxxxxxxx” ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X9” MMC ilə “xxxxxxxxxxx” ASC arasında xx.xx.2013-cü il tarixli 042/13 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən X10 özünə məxsus Binəqədi rayonu, Əcəmi Naxçıvani küç., 18A saylı evin, 43 saylı mənzilini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin borcalan “X9” MMC Bank qarşısında olan kredit öhdəliklərini yerinə yetirməmişdir. Halhazırda da onun Banka 675.916,54 manat məbləğində borcu vardır. “X9” MMC tərəfindən ödənişlər vaxtında icra olunmadığından Bank həmin vəsaitlərdən faydalana bilməmiş, müvafiq vəsaitlər Bankın büdcəsində kəsirə səbəb olmuş və bu cür hallar onun iflasına rəvac vermiş, ləğv prosesi müddətində isə kreditorların borcunu vaxtında qaytara bilməmiş və bununla da Banka zərər dəyməsi ilə nəticələnmişdir. Banka olan borcun ödənməməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi, gələcəkdə mənfi məhkəmə təcrübəsinin yaranmasına səbəb olacaqdır. Bu hal məhkəmə qətnamələrinin gələcəkdə vaxtında icra olunmayacağına, onlara dırnağarası baxılacağına və zərərçəkmiş şəxslərin hüquqlarına toxunacağına və onların hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs LPO “xxxxxxxxxxx” ASCnin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1159/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi LPO “xxxxxxxxxxx” ASC-yə münasibətdədəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-3332/2019 saylı qərarından (http://sc.supremecourt.gov.az/storage/Mulki/2019/2_3332+xx.xx.2019.pdf) görünür ki, LPO «xxxxxxxxxxx» ASC-nin ləğvedicisi X3 «X9» MMC-yə və qeyrilərinə qarşı «borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X9» MMC ilə xx xxxx 2013-cü il tarixdə aralarında bağlanmış 042/13 saylı kredit müqaviləsinə xitam verilməsi, LPO «xxxxxxxxxxx» ASC-nin xeyrinə 501021,34 manat əsas borc, 85936,08 manat faiz və 89181,80 manat dəbbə pulu olmaqla, ümumilikdə 675916,54 manat borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın X10 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 18A saylı evin 43 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılınası, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, həmçinin tutmanın X8 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)- 860/2018 saylı qətnaməsi ilə LPO «xxxxxxxxxxx» ASC-nin ləğvedicisi X1 «X9» MMC-yə və digərlərinə qarşı «borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)- 11910/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)- 860/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. LPO «xxxxxxxxxxx» ASC-nin ləğvedicisi X1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, həmin iş üzrə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yoxdur.. Belə olduğu təqdirdə, hazırkı işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən ipotekaya xitam verilməsi üçün qanuni əsas mövcuddur. Çünki, girovla (ipoteka ilə) təmin edilmiş öhdəliyə xitam verildikdə girova (ipotekaya) xitam verilir. Bundan başqa, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Həmin Qanunun 48.2-ci maddəsinə əsasən bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya hesab edir ki, şikayətdə göstərilən hallar iş materialları və maddi hüquq normaları ilə təkzib olunur. Belə ki, üçüncü şəxs şikayətində “X9” MMC-nin banka borcunun olduğunu qeyd etsə də, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən görünür ki, “X9” MMC-nin halhazırda bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1159/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi LPO “xxxxxxxxxxx” ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs LPO “xxxxxxxxxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1159/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi LPO “xxxxxxxxxxx” ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5021/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5021/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver