Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5026/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(001)- 1688/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onlar hal-hazırda Cavabdeh ilə bir evdə yaşasalar da, o, uşaqlarına baxmır, uşaqların yeməyinə, geyiminə heç bir əhəmiyyət vermir. Gəliri normal olsa da, evə ərzaq almır, pulunu əsasən uşaqların qəbul etməli olduğu qida məhsullarına deyil, özü yediyi kolbasa məmulatlarına, çəkdiyi siqaretə və içdiyi arağa xərcləyir. İddiaçı özü demək olar ki, yemək yemir. Lakin bu onu narahat etmir. Onun əsas dərdi uşaqların vaxtı-vaxtında lazımi qaydada qidalanmamasıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2021-ci il, tarixli 2(001)- 1688/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 07.01.2021-ci il tarixdən başlayaraq 22.10.2013-cü il təvəllüdlü X3, 21.04.2015-ci il təvəllüdlü X4 və 20.02.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1688/2021 saylı iş üzrə 30.03.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1688/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsi birtərəfli, əsassız, qeyri-obyektiv qəbul edildiyindən və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 14, 88. 217, 218-ci maddələrinin tələbləri, o cümlədən ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi, sübutların obyektiv, qərəzsiz qiymətləndirilməsi, qətnamənin qanuni və əsaslılığı kimi mülki məhkəmə icraatının prinsipləri kobud surətdə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, məhkəmə tərəfindən tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri nəzərə alınmamışdır. Sadalanan maddi və prosessual hüquq normalarının məhkəmə tərəfindən pozulması sonda düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhər Binəqədi rayon məhkəməsinin 2(001)-1688/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə qurduğunu, birgə nikahlarından 22.10.2013-cü il təvəllüdlü X3, 21.04.2015-ci il təvəllüdlü X4 və 20.02.2018-ci il təvəllüdlü X5 adlı 3 övladlarının anadan olduğunu bildirmişdir. Qətnamədə verilən izahatların tamamilə səh olduğunu, ailəni dolandıran şəxsin özünün olduğunu qeyd etmişdir. İddiaçının evdə yemək bişirmədiyini, məcbur qalıb özümə yemək aldığını, uşaqlarını indiyənə qədər özünün saxladığını bildirmişdir. Hal-hazırda onunla bir yerdə yaşadıqlarını, yenə özünün onları dolandırdığını qeyd etmişdir. Qızına məxsus məktəb ləvazimatlarını aldığını və rəsmi kəsilən alimentin miqdarı onun üçün çox yüksək olduğunu bildirmişdir. Özü məcburi köçkündür, həmin pulu ödəməyə maddi imkanının çatmadığını qeyd etmişdir. Bir evin içində onların dolanışığını tam təmin etdiyini, valideyn kimi borcunu yerinə yetirdiyini qeyd etmişdir. Uşaqlarına baxmaqdan boyun qaçırmır. Lakin ayda 300 manat ödəməyə maddi imkanı çatmadığını, 300 manat onun üçün çox yüksək məbləğ olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, 22.10.2013-cü il təvəllüdlü X3, 21.04.2015-ci il təvəllüdlü X4 və 20.02.2018-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.5-ci maddəsinə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi 07.01.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə kollegiyası tərəflərin maraqları arasında ədalətli tarazlığı qorumaq məqsədi ilə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 07.01.2021-ci il tarixdən başlayaraq 22.10.2013-cü il təvəllüdlü X3, 21.04.2015-ci il təvəllüdlü X4 və 20.02.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməsi, 07.01.2021-ci il tarixdən başlayaraq 22.10.2013-cü il təvəllüdlü X3, 21.04.2015-ci il təvəllüdlü X4 və 20.02.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(001)- 1688/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5026/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5026/2021
03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver