Məhkəmə qərarları › İş №2(103)-5027/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5027/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5027/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X5 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət X2rşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağrıldığını, hərbi xidmət keçərkən 1994-cü ildə aldığı xəsarət nəticəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Bərdə rayon mərkəzi xəstəxanasında “sağ tərəfli kəskin irinli hemisinusit diaqnozu” ilə müayinə və müalicə olunduğunu, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət nəticəsində qapalı fəqərə sütunu travması, L1 fəqərəsinin fəsadlaşması kompression sınıq çıxığı, aşağı ətrafların süst paraplegiyası, çanaq üzləri funksiyasının pozulması, iki tərəfli xr. koxliar nevrit, sensonevral tip ağır eşitmə İİİ-V dərəcəli irinli orta otit və sağ tərəfli ikinci sinusit xəstəliklərinə məruz qalmaqla İ qrup əlil olduğunu, sığorta pulunun verilməsi ilə əlaqədar Dövlət X9 Bərdə rayon şöbəsinə və Müdafiə Nazirliyinə etdiyi müraciətlərə müsbət cavab verilmədiyini bildirmiş, buna görə də 8800 (səkkiz min səkkiz yüz) manat sığorta pulunun cavabdeh şirkətdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, hazırda qüvvədə olan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.1997-ci il tarixdə qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda müəyyən edilmiş sığorta ödənişinin bu Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbiçilərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsinin olması barəsində qeyd-sərt yoxdur. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına görə isə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz və Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Bununla yanaşı, həmin Qərarın 2-ci bəndinə görə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Bu sığorta məbləğinin ödənilməsi qaydası və şərtləri müəyyən olunmamış məhkəmə qətnaməsi ilə sığorta məbləğinin ödənilməsi öhdəliyinin Dövlət X3 üzərinə qoyulması əsassızdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanunun 5-ci maddəsinin ç) bəndinə görə, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda müvafıq faiz məbləğində sığorta ödənişi verilir. İş materiallarındakı sənədlərdən də müəyyən olur ki, İddiaçı 1994-cü ildə xəsarət aldığını bildirir, lakin bundan 22 il sonra əlillik dərəcəsi almışdır.Göründüyü kimi, iddiaçıya əlillik dərəcəsi hərbi xidmətdən buraxıldığı tarixdən üç il müddətində təyin olunmadığından ona sığorta məbləğinin verilməsindən imtina edilməli olduğu halda, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol verərək onun iddiasını təmin etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət X6 nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirməklə iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iddiaçının və onun nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iddiaçının təqdim etdiyi hərbi biletin surətində olan məlumatlara görə o, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Kəlbəcər və Laçın rayonu ərazilərində döyüş zonalarında hərbi xidmətdə olmuşdur; özünün, hər hansı digər sübutla təsdiqlənməyən bildirdiklərinə görə isə iddiaçı, hərbi xidmət keçərkən 1994-cü ildə aldığı xəsarət nəticəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Bərdə rayon mərkəzi xəstəxanasında “sağ tərəfli kəskin irinli hemisinusit diaqnozu” ilə müayinə və müalicə olunmuş, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət nəticəsində qapalı fəqərə sütunu travması, L1 fəqərəsinin fəsadlaşması kompression sınıq çıxığı, aşağı ətrafların süst paraplegiyası, çanaq üzləri funksiyasının pozulması, iki tərəfli xr. koxliar nevrit, sensonevral tip ağır eşitmə İİİ-V dərəcəli irinli orta otit və sağ tərəfli ikinci sinusit xəstəliklərinə məruz qalmışdır. İş materiallarından həmçinin aydın olur ki, iddiaçıya Bərdə rayon Əmək və X10 tərəfindən xx.xx.2012-ci il tarixdə İ qrup əlillik verilmiş, əlilliyinin səbəbi kimi “Azərbaycan Respublikasının Müdafiəsi” göstərilmiş, Əmək və X8 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 21 saylı X1 tərəfindən xx.xx.2016-cı il tarixdə əlilliyi müddətsiz müəyyənləşdirilərək ona “qapalı fəqərə sütunu travması, L 1 fəqərəsinin fəsadlaşmış kompression sınıq çıxığı, aşağı ətrafların süst paraplegiyası, çanaq üzləri funksiyasının pozulması, iki tərəfli xr. koxliar nevrit, sensonevral tip ağır eşitmə İİİ-V dərəcəli, sağ tərəfli xr. irinli orta otit və sağ tərəfli ikinci sinusit” diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə istinad etməklə belə nəticəyə gəlmişdir ki, iddiaçı hərbi xidmətdə olduğu dövrdə yaralanaraq bu səbəblə İ qrup əlillik dərəcəsi aldığından, Dövlət X6 tərəfindən ona sığorta ödənişi ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, həmin nəticəyə gələrkən məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçının hərbi xidmət dövründə yaralanmış olmasına, yaxud hərbi xidmət dövründə xəstələndiyi üçün hərbi xidmətə yararsız hesab edildiyinə dair heç bir sübut təqdim etmədiyini nəzərə almayaraq gəldiyi nəticənin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə - 80 faiz; İİ qrup əlilliyə görə - 60 faiz; İİİ qrup əlilliyə görə - 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 5 faiz. İşin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçıya qeyd olunan maddənin “ç” bəndində göstərilən əsaslara görə sığorta ödənişi verilə bilməz. Çünki iddiaçı hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almamış, habelə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək ehtiyata buraxılmamış, eyni zamanda tərxis olunduğu tarixdən üç il müddətində ona əlillik təyin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Azərbaycan Respublikası Dövlət X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1311/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnamə ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Azərbaycan Respublikası Dövlət X2rşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar