Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-503/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Orxan Məmmədovun iştirakı ilə, iddiaçılar İddiaçı, Məmmədova Mehbarə Əhməd qızı, X6, X1 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı, Məmmədova Mehbarə Əhməd qızı, X6, X3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, sığorta ödənişi kimi cavabdeh "xxxx" ASC-dən iddiaçı X4 xeyrinə 121.719 manat, iddiaçı X1 xeyrinə 154.560 manat, iddiaçı X2 xeyrinə 154.560 manat pul tutulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. İddiaçılar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə daşınmaz əmlakın icbarı sığortası ilə bağlıdır. Həmin əmlak ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsidir, iddiaçıların mülkiyyətindıdir, cavabdeh tərəfindən icbari qaydada sığortalanıb. İddiaçılar iddia edirlər ki, sığorta hadisəsi baş verib. Onlar iddia ərizəsində sığorta hadisəsini belə təsvir ediblər: “5 sentyabr 2020-ci ildə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi şəxslərinin və polis əməkdaşlarının müdaxiləsi ilə həmin əmlakların itkisi baş vermiş və əmlak sahibləri öz qanuni əmlaklarından məhrum olmuşlar”. Bu, sığorta hadisəsi deyil. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 35.1-ci maddəsinə görə daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. İddiaçıların istinad etdikləri hal – yerli icra hakimiyyəti orqanı və polisin onları daşınmaz əmlak üzərində sahiblikdən məhrum etməsi 35.1-ci maddənin təsiri altına düşmür. Odur ki, bu əsasla sığorta ödənişi tələb oluna bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-503/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-503/2022
07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver