Məhkəmə qərarları › İş №2(103)-5031/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5031/2020

09.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5031/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi X13, Cavabdeh "xxxxxxxxxxx" MMC-nin nümayəndəsi X12 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 920/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC və "xxxxxxxxxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxxxxxxxxx" MMC-yə qarşı "müqavilənin ləğv edilməsi və pulun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxxxxxxx" MMC ilə İddiaçı arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli, ABB JM-0102 saylı mənzil alqı-satqısı müqaviləsinin ləğv olunması və həmin müqavilə üzrə ödənilmiş məbləğin dəymiş ziyanla birlikdə “xxxxxxxxxxx” MMC-dən tutularaq İddiaçı qaytarılması barədə məhkəmədə iddia qaldırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)-940/2018 saylı qətnaməsi ilə xx xxxx 2015-ci il tarixli, ABB JM-0102 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən “xxxxxxxxxxxx” MMC-nə ödənilmiş 34,485 manat, həmin vəsaitin qanunsuz saxlanması nəticəsində iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 7854,03 manat, 30 manat dövlət rüsumuna görə pul, cəmi 43,297,03 manat pulun “AAAF -İnşaat’’MMC-dən alınıb İddiaçı verilməsi qət edilmişdir. “xxxxxxxxxxx” MMC məhkəmə qərarından sonra vaxt qazanmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə və daha sonra Ali Məhkəməyə müraciət etsə də, şikayət təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)-940/2018 saylı qətnaməsi Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazanın icraatındadır. Bundan sonra, iddiaçı hər 3 (üç) məhkəmənin - həm Abşeron Rayon Məhkəməsinin, həm də Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarını rəhbər tutaraq qərar icra olunana qədər ödənişlərin (kreditin faiz hissəsinin) dayandırılması ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İdarə Heyətinin sədri X15 yazılı məktub ilə müraciət etsə də, xahişi təmin edilməmişdir. İşin hazırki mübahisəli vəziyyətində iddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin "ABB Premyer" müştəri xidməti arasında bağlanmış №2-xx-xx-2015-YS-AAF-AE (daxili ipotreka krediti üçün) saylı xx.xx.2015-ci il tarixli X9 də ləğv olunmalı və iddiaçının qeyd edilən müqaviləyə 1 saylı əlavədə nəzərdə tutulan ödəniş cədvəlində əsas və faiz ödənişləri üzrə 22.764,02 manat ümumi qalıq borcun Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)-940/2018 saylı qətnaməsinə əsasən “xxxxxxxxx" MMC-dən iddiaçının xeyrinə tutulacaq 43,297,03 manat pul məbləği hesabından Banka ödənilməlidir. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin "ABB Premyer" müştəri xidməti ilə bağlanmış X9nə iddiaçı imza atsa da, müqavilə həddən artıq kiçik şrift ilə yazıldığından, onu diqqətlə oxuya bilməmiş, kreditin kimə və hansı qaydada ödəniləcəyi barədə bu günədək məlumatlandırılmamışdır. Lakin bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, qeyd edilən kredit müqaviləsi üzrə borcalan tərəf iddiaçı olduğu halda, ona ayrılmış 27,485 manat pul vəsaiti birbaşa "xxxxxxxxx" MMC-nin Bank hesabına köçürülmüşdür. Bu isə X9 üzrə öhdəliklərin borcverən tərəfindən hansısa maraqlar naminə kobud şəkildə pozulmasıdır. Belə ki, xx.xx.2015-ci il tarixli X5 2.2-ci bəndinə əsasən borcverən borcalana alınması üçün 27,485 manat məbləğində kredit verilməsi öhdəliyinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə uyğun olaraq, borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.1-ci bəndində göstərilir ki, bu müqavilə ilə müəyyən olunan şərtlər borcalan tərəfindən icra edildikdən sonra, kredit vəsaiti borcverən tərəfindən borcalanın hesabına köçürülür və bu barədə borcalana məlumat verilir. Müqavilənin 14.1-ci bəndində qeyd olunur ki, borcverən borcalanın hesabına kredit vəsaitinin köçürülməsi barədə borcalana məlumat verməyi öhdəsinə götürür. Beləliklə, yuxarıda qeyd olunan müqavilə öhdəliklərinə uyğun olaraq kredit vəsaiti borcverən tərəfindən iddiaçının hesabına deyil, birbaşa "xxxxxxxxx" MMC-nin hesabına köçürülmüş və bu barədə iddiaçıya bu günədək heç bir məlumat verilməmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanmış X9 əslində formal xarakter daşımış, bu müqavilə üzrə borcalan tərəf kimi faktiki olaraq "xxxxxxxxx" MMC çıxış etmişdir. Yuxarıda qeyd edildiyi kimi, ipoteka ilə alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış mənzilə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən X9 üzrə ayrılmış 27,485 (iyirmi yeddi min dörd yüz səksən beş manat) pul vəsaiti xx.xx.2015-ci il tarixində "xxxxxxxxx" MMC-nin hesabına köçürülmüşdür, yəni “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə bağlanılmış № 2-xx-xx-2015-YS-AAF-AE (daxili ipoteka krediti üçün) saylı xx.xx.2015- ci il tarixli X9 iddiaçıya satılmış mənzilə görə iddiaçı tərəfindən imzalansa da, burada mənzilin tikintisi üçün borcalan tərəf “xxxxxxxxxxxxx” MMC-dir. xx.xx.2015-ci il tarixindən bu günə qədər keçən 5 (beş) il ərzində yuxarıda qeyd olunan X9nə uyğun olaraq borcverən - “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən borcalan - “xxxxxxxxxxx” MMC-yə ödənilmiş kredit məbləğinin təyinatı üzrə xərclənməsi barədə məlumat alınmamış, həmin vəsaitin bu müqavilə üzrə təminat kimi çıxış edən, tikilməsi nəzərdə tutulan mənzilin tikintisinə xərclənib-xərclənmədiyi bu günədək yoxlanılmamışdır. Beləliklə, “xxxxxxxxxxx” MMC-yə verilən 15 illik kreditlərin taleyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-ni maraqlandırmayıb və bunun da nəticəsi olaraq səbrsizliklə öz mənzilinə köçməyi gözləyən iddiaçı kimi onlarla ailələr daha uzun müddət gözləməli olublar. Buradan göründüyü kimi “xxxxxxxxxxx” MMC ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyindən, o cümlədən bankların iş adamlarına yüksək məbləğdə kredit tranşları açmasından sui- istifadə edərək, müxtəlif həcmdə vəsaiti kredit şəklində götürmüş, lakin təyinatı üzrə istifadə etməmiş və bunun da nəticəsi olaraq, ötən 5 il ərzində olmayan mənzilə görə hər ay bu müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişləri etməyə və kirayələrdə yaşamağa məcbur qalmışdır. Bu isə bir alıcı olaraq hüquqlarının tam olaraq pozulması deməkdir. Kredit müqaviləsinə əsasən xx xxxx 2015-ci il tarixdən hal-hazıra kimi alınmış kredit məbləğinə görə illik faiz dərəcəsi 10% olmaqla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə iddiaçı tərəfindən vaxtlı - vaxtında faiz ödənişləri aparılmışdır. Göstərilənlərə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə № 213-03- 2015-YS- AAF-AE (daxili ipoteka krediti üçün) saylı xx.xx.2015-ci il tarixli X5 ləğv edilməsi, iddiaçının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin "ABB Premyer" müştəri xidmətinə xx.xx.2019-cu il tarixə olan əsas və faiz ödənişləri üzrə 22,764.02 (iyirmi iki min yeddi yüz altmış dörd, 02) manat ümumi qalıq borcunun Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)-940/2018 saylı qətnaməsinə əsasən "xxxxxxxxx" MMC- dən iddiaçının xeyrinə tutulacaq 43,297,03 (qırx üç min iki yüz doxsan yeddi manat, üç qəpik) pul məbləği hesabından banka ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə aralarında bağlanmış № 2-xx-xx-2015-YS-AAF- AE (daxili ipoteka krediti üçün) saylı xx.xx.2015-ci il tarixli X5 ləğv edilməsi, onun “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin "ABB Premyer" müştəri xidmətinə xx.xx.2019-cu il tarixə olan əsas və faiz ödənişləri üzrə 22,764.02 (iyirmi iki min yeddi yüz altmış dörd, 02) manat ümumi qalıq borcunun Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)-940/2018 saylı qətnaməsinə əsasən "xxxxxxxxx" MMC-dən xeyrinə tutulacaq 43,297,03 (qırx üç min ikiyüz doxsan yeddi manat üç qəpik) pul məbləği hesabından banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxxxxxxxxx " MMC-nin cavabdeh qismində hazırki iş üzrə cəlb edilməsi, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 2-13- 03- 2015-YS-AAAF-AE nömrəli X5 ləğv edilməsi, bu müqavilə üzrə xx.xx.2019-cu il tarixə hesablanmış 22764,02 manat məbləğində əsas və faiz qalıq borcu üzrə ödənişlərin cavabdeh "xxxxxxxxxxx " MMC tərəfindən aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-920/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi,“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2-xx-xx-2015-YS-AAAF-AE nömrəli X5 ləğv edilməsi, bu müqavilə üzrə xx.xx.2019-cu il tarixə hesablanmış 22764,02 (iyirmi iki min yeddi yüz altmış dörd manat, iki qəpik) manat məbləğində əsas və faiz qalıq borcu üzrə ödənişlərin cavabdeh "xxxxxxxxxxx" MMC tərəfindən aparılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASCapellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən qətnamə ləğv edilməli və iddia tələbi tam təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, “xxxxxxxxxxx” MMC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli, ABB JM-0102 saylı alqı-satqı müqaviləsi və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında xx.xx.2015-ci i tarixli, 2-13- 03-2015-YS-AAAF-AE saylı X9 bağlanmışdır. X9nə əsasən Bank iddiaçıya illik faiz dərəcəsi 10 % olmaqla 180 ay müddətinə 27,480.00 manat məbləğində kredit vermişdir. Bank X5 şərtlərinə tam şəkildə əməl etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsini və xx.xx.2015-ci il tarixli, 2-xx-xx-2015-YS-AAAF-AE saylı X9ni əsassız olaraq ləğv etmişdir. Həmin qətnamədən həmçinin cavabdeh "xxxxxxxxxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, İddiaçı “xxxxxxxxxxx" X3rşı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,qətnamənin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və diizgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydmlaşdırılmaması. həmin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir; bu səbəbdən qətnamə ləğv edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçı iddia tələbi "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə 2-13-03- 2015-YS-AAF-AE (daxili ipoteka krediti üçün) saylı xx.xx.2015-ci il tarixli X5 ləğv edilməsi; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-niıı “ABB Premyer" müştəri xidmətinə xx.xx.2019-cu il tarixinə olan əsas və faiz ödənişləri üzrə 22.764.02 manat ümumi qalıq borcunun Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-68O/2018 nömrəli qətnaməsinə əsasən ”xxxxxxxxx” MMC-dən xeyrinə tutulacaq 43.297,03 manat pul məbləği hesabından banka ödənilməsi tələblərindən ibarətdir. İddiaçı cavabdeh “xxxxxxxxxxx” MMC-nə qarşı iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddia tələbindən göründüyü kimi İddiaçı digər cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC ilə bağlanmış 2-xxxx-2015-YS-AAF-AE (daxili ipoteka krediti üçün) saylı 13,03.2015-ci il tarixli X9 üzrə ayrılmış 27.485 (iyirmi yeddi min dörd yüz səksən beş) manat məbləğində vəsaitinin "xxxxxxxxx" MMC-nin hesabına mədaxil etməsi barədə məlumatı olmamışdır. Buna səbəb olaraq iddiaçının müqavilə mətninin şriftlərin kiçik olması göstərilmişdir. Lakin digər tərəfdən İddiaçı müqavilə üzrə vəsaitin hansı hesaba mədaxil olunması barədə məlumatı olmadığı və sözügedən müqavilə üzrə kredit vəsaiti iddiaçı tərəfindən məxaric olunmadığı halda Bank qarşısında öhdəliyini qismən icra etmişdir. Ona görə də iddiaçının göstərdiyi xüsusatın hüquqi əsası yoxdur, müdafiə xarakterlidir. İddiaçı iddia ərizəsinin əsaslandıcı hissəsində Abşeron Rayon Məhkəməsinin 2(012)-6 80/2018 nömrəli xx xxxxx 2018-ci il tarixli qətnaməsinə istinad edir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-680/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnamə ilə “xxxxxxxxxxx” X8 ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda “xxxxxxxxx" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5. mərtəbə 2 , ümumi sahəsi 36.3 kv.m.olan 1 otaqlı 8 saylı mənzilə dair xx xxxx 2015-ci il tarixli ABB JM-0102 saylı alqı-satqı müqaviləsi ləğv edilməsi, həmin müqaviləyə əsasən “xxxxxxxxxxx” X4 ödənilmiş 34.485 manat, həmin vəsaiti qanunsuz saxlanması nəticəsində vurulan ziyan kimi 928 manat, tərəfindən ödənilmiş kredit faizləri nəticəsində iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 7854,03 manat, 30 manat dövlət rüsumuna görə pul, cəmi 43.297.03 “xxxxxxxxxxxx” MMC-dən alınıb İddiaçı qzına ödənilməsi qət edilmişdir. Sözsüz, Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-680/2018 nömrəli mülki işdə İddiaçı ilə “xxxxxxxxxxx” MMC arasında yaranmış müqavilə münasibətlərindən irəli gələn mübahisələr yaranmış və hüquqi əsasını formalaşdırmışdır. Belə ki, hazırki mülki işdə mübahisə predmeti üzrə 2-xx-xx-2015-YS-AAF-AE (daxili ipoteka krediti üçün) saylı xx.xx.2015-ci il tarixli X9 mübalıisələndirilir. Məhz həmin müqavilə isə İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında yaranmış və müqavilə münasibətləri nizamlanmışdır. Halbuki hazırki müqavilədə cavabdeh "AAAF- lnşaaf’ MMC tərəf deyildir. Bank ilə iddiaçı arasında yaranmış kredit münasibətlərində Bank kredit vəsaitini cəlb edərək mənfəət əldə etmək məqsədilə faiz məbləğini müəyyən etmişdir. Həmin faiz məbləğində cavabdeh Cəmiyyət yararlanmadığna görə həmin faiz məbləğinin cavabdeh Cəmiyyətdən tutulmasının heç bir hüquqi əsası yoxdur. Halbuki “xxxxxxxxxxx" MMC və ya “xxxxxxxxx” MMC deyil, İddiaçı xx.xx.2015-ci il tarixli 2-xx-xx-2015-YS- AAF-AE (daxili ipoteka krediti üçün) saylı X9 üzrə 27.485 {iyirmi yeddi min dörd yüz səksən beş) manat məbləğində kredit vəsaitini illik 10% faiz dərəcəsi ilə hər ay bərabər hissələrlə Banka ödənilməsini öhdəsinə götürmüşdür. İddia tələbinin "xx.xx.2015-ci il tarixli 2-xx-xx-2015-YS-AAF- AE (daxili ipoteka krediti üçün) saylı X5 ləğv edilməsi" hissəsinə münasibət “xxxxxxxxxxx” MMC münasibət bildirmir. Çünki əvvəl qeyd etdildiyi kimi müqavilə münasibətləri, qarşılıqlı vəzifə və öhdəlikləri iddiaçı və Bank arasında yaranmışdır. xx.xx.2015-ci il tarixli 2-xx-xx-2015-YS-AAF-AE (daxili ipoteka krediti üçün) saylı X9 üzrə yaranmış öhdəliklərə görə cavabdeh “xxxxxxxxxxx” MMC-dən tələb olunmasının maddi hüquqi əsası yoxdur. Digər tərəfdən, İddiaçı iddia tələbinin "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin "ABB Premyer" müştəri xidmətinə xx.xx.2019-ci il tarixinə olan əsas və faiz ödənişləri üzrə 22.764.02 manat ümumi qalıq borcunun Abşeron rayon məhkəməsinin 17,04.2018-ci il tarixli 2(012)-680/2018 nömrəli qətnaməsinə əsasən "xxxxxxxxx" MMC-dən xeyrinə tutulacaq 43.297,03 manat pul məbləği hesabından banka ödənilməsi’' hissəsinə dair bildirilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-680/2018 nömrəli xx xxxxx 2018-ci il tarixli qətnamə üzrə mübahisə münasibətlərinə artıq hüquqi qiymət verilmişdir. Hazırki iddiaçının iddia tələbinin "Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-680/2018 nömrəli qətnaməsinə əsasən "xxxxxxxxx" MMC-dən xeyrinə tutulacaq 43.297,03 manat pul məbləği hesabından banka ödənilməsi kimi qeyd olunması prosessual normalara əsasən düzgün deyildir. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələbinə hüquqi qiymət verən zaman qeyd edir ki, əsas olaraq “xxxxxxxxxxx” MMC sözügedən mənzili təhvil verməməsinə istinad edərək, xx.xx.2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin ləğv edildiyinə görə bank ödənişlərinin cavabdeh Cəmiyyət tərəfindən yerinə yetirilməsi qənaətinə gəlmişdir. Bu da tamamilə yanlış əsaslanmadır. Belə ki, “xxxxxxxxxxx” MMC xx.xx.2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə öhdəliyinin icra olunmaması, müqavilənin ləğv edilməsi və ləğvindən irəli gələn mənzil dəyərinin hazırki İddiaçı geri qaytarılması xüsusatlarına artıq Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)- 680/2018 nömrəli qətnaməsində hüquqi qiymət verilmişdir. Lakin Nəsimi Rayon Məhkəməsi eyni əsasla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2-xx-xx-2015-YS-AAF-AE (daxili ipoteka krediti üçün) saylı X9 üzrə yaranmış öhdəlikləri “xxxxxxxxxxx” MMC-yə yönəltmişdir. Halbuki xx.xx.2015-ci il tarixli 2-xx-xx-2015-YS-AAF-AE (daxili ipoteka krediti üçün) saylı X9ndə və ya xx.xx.2015-ci il tarixli Mənzilin alqı-satqı müqaviləsində bununla bağlı har hansı bir müddəa və ya öhdəlik nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxxxxxxxxx" MMC-nin nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 izahatında hazırki iş üzrə "xxxxxxxxxxx" MMC-nin cavabdehlər sırasından çıxarılmasını və 3-cü şəxs qismində işə cəlb edilməsini, cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 2-xx-xx-2015-YS-AAAF-AE nömrəli X5 ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASCməhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC və "xxxxxxxxxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-920/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-yə və "xxxxxxxxxxx" MMC-yə qarşı "müqavilənin ləğv edilməsi və pulun tutulması" tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəm kollegiyası iddia tələbinin iki hissədən ibarət olmasını və tələblər ayrı-ayrı cavabdehə qarşı yönəldilməsini nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apelyasiya şikayətlərinin dəlillərinin nəzərə alınmaqla iddia tələbinə cavabdehlər üzrə ayrı-ayrılıqda qiymət verilməlidir. İddianın cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-yə yönəldilən, yəni müqavilənin ləğv edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2-xx-xx-2015-YS-AAAF-AE saylı X9nə əsasən bank tərəfindən İddiaçı illik 10%-lə, 180 ay müddətinə 27480 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu ipoteka və xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixinə Banka xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 22.501,51 manat əsas, 262,51 manat faiz, cəmi 22.764,02 manat borcu vardır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, onunla “xxxxxxxxxxxx” MMC arasında xx xxxx 2015-ci il tarixində mənzilin alqı-satqı müqaviləsi imzalanmışdır. Eyni zamanda, onunla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC “Müştəri Xidməti Departamenti” arasında xx xxxx 2015-ci il tarixində illik faiz dərəcəsi 10 % olmaqla, 180 ay müddətinə 27480 manat məbləğində ipoteka krediti rəsmiləşdirilmişdir. Kredit müqaviləsinin təminatı kimi onunla “xxxxxxxxxxxx” MMC arasında imzalanmış xx xxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, 8 nömrəli mənzil ipoteka predmeti qismində çıxış edir. Rəsmiləşdirilmiş müqavilələrin və təqdim edilmiş ödəniş cədvəlinin şərtləri razılaşdırılaraq imza ilə təsdiqlənmişdir. Onunla “xxxxxxxxxxx” MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, 8 nömrəli mənzilə görə imzaladıqları ABB YM-0102 saylı alqı-satqı müqaviləsinə əsasən 27205 manat vəsait xx xxxx 2015-ci il tarixində tərəflərindən ******************** saylı cari hesabından məxaric edilmiş və “xxxxxxxxxxx” MMC- nin direktor müavini X1 ******************** saylı cari hesabına mədaxil edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2-xx-xx-2015-YS-AAAF-AE saylı X9ni ləğv edilməsi qənaətini ümumiyyətlə əsaslandırmamışdır. Belə ki, iş materiallarından görünür ki, qeyd olunan müqavilə mülki qanunvericiliyinin prinsiplərinə uyğun mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı əsasəndan bağlanmış və müqavilənin ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş materiallarından görünür ki, iddiaçı ilə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC arasından xx.xx.2015-ci il tarixli, 2-xx-xx-2015-YS-AAAF-AE saylı X9 bağlanmış və "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC müqavilə üzrə üzərinə düşən öhdəliyi yəni illik 10% olmaqla, 180 ay müddətinə 27480 manat məbləğində krediti İddiaçı verilmişdir. Göründüyü kimi, İddiaçı iddia tələbində cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC ilə aralarında bağlanmış müqavilənin ləğvini tələb etsə də, müqabilənin ləğvi üçün əsasın nədən ibarət olmasını sübut edə bilməmiş, birinci instansiya məhkəməsi də qeyd olunanları nəzərə almadan yalnız subyektiv mülahizələrlə əsassız olaraq tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2-xx-xx-2015-YS-AAAF-AE saylı X9ni ləğv etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbicavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-yə yönəldilən, yəni müqavilənin ləğv edilməsi hissəsində əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddianın cavabdeh "xxxxxxxxxxx" MMC-yə yönəldilən, yəni pulun tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan "xxxxxxxxxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ABB YM-0102 saylı mənzilin alqı-satqı müqaviləsindən (ABB tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil üçün) görünür ki, Cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında "AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 2, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 36,3 kv.m ibarət, 1 otaqlı 8 №-li təmirli və mebel ilə təchiz olunmuş mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 2.2.7-ci bəndinə əsasən Alıcı tərəfindən Alıcı və "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC arasında imzalanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə öhdəliklər 60 gün müddətində Alıcı tərəfindən yerinə yetirilmədikdə Cəmiyyət Alıcı və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC arasında imzalanmış kredit müqaviləsinin təminatı olan Cəmiyyət və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC arasında imzalanmış Zaminlik müqaviləsinə əsasən ödənişləri təmin edir və Alıcı və Cəmiyyət arasında imzalanmış müqaviləni birtərəfli qaydada ləğv edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə qiymətinin 7005 manat hissəsi Alıcının şəxsi vəsaiti hesabına, qalan 27.480 manat hissəsi isə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcəkdir İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-940/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxxxxxxxxx” X7 ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda “AAF park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 2, ümumi sahəsi 36,3 kv.m olan 1 otaqlı, 8 saylı mənzilə dair xx xxxx 2015-ci il tarixli, ABB JM-0102 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən “xxxxxxxxxxx” X4 ödənilmiş 34.485 manat, həmin vəsaiti qanunsuz saxlaması nəticəsində vurulan ziyan kimi 928 manat, tərəfindən ödənilmiş kredit faizləri nəticəsində iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 7854,03 manat, 30 manat dövlət rüsumuna görə pul, cəmi 43.297,03 manat pulun (qırx üç min iki yüz doxsan yeddi manat üç qəpik) “xxxxxxxxxxx” X2 alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli, 2(105)-3543/2018 saylı qətnaməsi ilə cavabdehin nümayəndəsi X10 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxx 2018-ci il tarixli, 2(012)-680/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2263/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. (Mülki Məcəllənin 389.1., 390.1.maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsi). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (Mülki Məcəllənin 442. maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mənzilin alqı-satqısına dair bağlanmış müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulması iş materiallarında olan məhkəmə aktları ilə təsdiq olunduğu üçün iddiaçı, Mülki Məcəllənin 447.7-ci maddəsinə əsasən həmin müqavilədən imtina edərək düşdüyü zərərin – 34.485 manat, həmin vəsaiti qanunsuz saxlaması nəticəsində vurulan ziyan kimi 928 manat, tərəfindən ödənilmiş kredit faizləri nəticəsində iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 7854,03 manat, 30 manat dövlət rüsumuna görə pul, cəmi 43.297,03 manat pulun əvəzini tələb etmiş və iddiası təmin edilmişdir. Bu hal mübahisələndirilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinə ünvanlanan ərizə nəzrə alınmaqla və iddiaçının tələbi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC ilə arasında bağlanmış müqaviləsinin ləğv edilməsi hissəsində əsasız olduğundan iddia tələbi cavabdeh "xxxxxxxxxxx" MMC-yə yönəldilən, yəni pulun tutulması hissəsində əlavə araşdırılma aparılmağa ehtiyac yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC və "xxxxxxxxxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-920/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-yə və "xxxxxxxxxxx" MMC-yə qarşı "müqavilənin ləğv edilməsi və pulun tutulması" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC və "xxxxxxxxxxx" MMC tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-920/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-yə və "xxxxxxxxxxx" MMC-yə qarşı "müqavilənin ləğv edilməsi və pulun tutulması" tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar