Məhkəmə qərarları › İş №2(103)-5041/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5041/2022

20.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5041/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə itirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(009)-486/2022 saylı qətnaməsindən Cavabdeh Mixayil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mixayil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mixayil oğlundan 2901,15 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(009)-486/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Mixayil oğlundan 2901,15 (iki min doqquz yüz bir manat on beş qəpik) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Mixayil oğlu qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Səbail rayon Məhkəməsindən məktub daxil olmuş, məktubda İddiaçı Cavabdeh Mixayil oğluna qarşı uşağa görə çəkilmiş əlavə xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə qərardaddan verilmiş şikayətə baxılması barəsində Səbail Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizəsinə baxılması ilə əlaqədar 2(009)- 486/2022 saylı mülki işin Səbail Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə mülki işin məhkəmə baxışından çıxarılaraq, rayon məhkəməsinə qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, iş materiallarını və məhkəmə kollegiyasına daxil olan məktubu nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı və İddiaçı vəkili və nümayəndəsi Nümayəndə qərardaddan verilmiş şikayətə münasibət bildirilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə icraata qəbul barədə 28 iyun 2022-ci il tarixli qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh Mixayil oğluna qarşı uşağa görə çəkilmiş əlavə xərclərin ödənilməsi tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə qərardaddan verilmiş şikayətinə münasibət bildirilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə icraata qəbul barədə 28 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar