Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5041/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nə və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər:delikt ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-731/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 03 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçının atası 1955-ci il təvəllüdlü X2 Cavabdeh2 MMC-də “xoledoxolitiaz, xroniki kalkulyoz xolesistit, şəkərli diabet” kliniki diaqnozu qoyulmuşdur. Tibbi kartasının məlumatlarına görə pasiyentə həkim Cavabdeh3 tərəfindən xx.xx.2021-ci il tarixdə “ERXPQ”, həkim T.Yusifov tərəfindən xx.xx.2021-ci il tarixdə “Laparotomiya, qarın boşluğunun təftişi, sanasiyası” və xx.xx.2021-ci ildə “Traxeostomanın qoyulması” kimi cərrahi əməliyyatlar aparılmışdır. xx.xx.2021-ci il tarixində “ERXPQ” əməliyyatını icra edən həkim – Cavabdeh3 olmuşdur. Əməliyyatdan sonra xəstənin vəziyyəti pisləşmişdir və buna görə də ağırlaşmanın nəticələrinin aradan qaldırılması məqsədilə pasiyentin üzərində əlavə tibbi müdaxilələr icra edilmişdir.
2. İş materialları, xüsusən də Azərbaycan Respublikası Sahiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X17 148/KEŞ nömrəli, xx.xx.2023-cü il tarixli; xx.xx.2022-ci il tarixli, 646 nömrəli; BŞŞ-434 nömrəli, xx.xx.2022-ci il tarixli rəyləri ilə müəyyən edilmişdir ki, X1 üzərində xx.xx.2021-ci il tarixdə keçirilmiş “ERXPQ” əməliyyatı qüsurlu olmuşdur. Rəylərdən görünür ki, tibbi xidmət göstərilərkən ardıcıl şəkildə əməliyyatın keçirilməsi qaydası və proseduru pozulmuş, Səhiyyə sistemində 2012-ci il tarixli 70 saylı əmrin tələblərinə riayət olunmamışdır. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən vurulmuş mənəvi zərərə görə 50.000 manat, maddi zərərə görə 50.000 manat pul vəsaitinin müştərək qaydada onlardan tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 tərəfindən iddiaçının atası X4 cavabdeh “Diaqnoz” Tibb Mərkəzində “RCP” əməliyyatı olunmuşdur. Cavabdeh3 səhlənkarlığı ucbatindan mərhumun bağırsaq və öd yolu deşilmiş, nəticədə X4 vəfat etmişdir. Cavabdeh3la yanaşı digər Cavabdeh1 da cərrahiyə əməliyyatı zamanı qüsurlara yol vermişdir ki, həmin qüsurlar sonda Şahmurad Əliyevin ölümü ilə nəticələnmişdir. İddiaçı atasının vəfatından sonra təbii olaraq ciddi mənəvi sarsıntılar və iztirab keçirmişdir ki, bu da cavabdehlər tərəfindən ona mənəvi ziyan vurulduğunu göstərir. Bundan əlavə dərmanların alınması, habelə atasının müalicəsi zamanı iddiaçı maddi xərcləri qarşılamalı olmuş, nəticədə xeyli məbləğdə maddi ziyan çəkmişdir. İddiaçı 2 fevral 2021-ci il tarixində xx.xx.1955-ci il təvəllüdlü atası Şahmurad Əliyevin səhhətindəki narahatlıqla bağlı “Bakı Sağlamlıq Mərkəzi”nə müraciət etmişdir. Orada atasının ödü və öd yollarında daş olması, müalicə metodu kimi də ya açıq əməliyyat, ya da RCP olunmalı olduğu iddiaçıya bildirilmişdir. Daha sonra o, bu barədə araşdırdıqdan sonra ona Cavabdeh2ndə çalışan Rəfail həkim məsləhət görülmüşdür. Rəfail həkim Şahmuradın şəkər xəstəsi olması səbəbindən açıq əməliyyatın deyil, RCP əməliyyatının daha məqsədəuyğun olduğunu düşünərək həmin gün RCP əməliyyatı olunması barəsində onunla razılaşmışdır. 03 fevral 2021-ci il tarixində Bəhruz tərəfindən 1.200 manat ödəniş edildikdən sonra atası Rəfail həkim tərəfindən RCP əməliyyatı olunmuşdur. Əməliyyatdan sonra Rəfail həkim gələrək əməliyyatın baş tutmadığını, səbəb kimi də daşın pis yerdə olduğuna görə onu götürməyinin mümkünsüz olduğunu bildirdi. Halbuki, əməliyyatdan qabaq o həmin əməliyyatın risksiz və sadə bir proses olduğunu bildirmişdi. Şahmurad əməliyyatdan çıxdıqdan sonra təxminən 5 saat klinikada saxlanılmış və həmin gün saat 17 radələrində evə buraxılmışdır. O, evə gəldikdən sonra sağ tərəf qarın boşluğunda güclü ağrılardan şikayət etməyə başlamışdır. Həmin gün axşam saatlarında onun səhhəti kəskin surətdə pisləşmiş, qızdırma və üşütmə ilə müşahidə olunan ağrıları davam etmiş, axşam saat 21:30 radələrində sarı su qaytarmağa başlamış və bu barədə Rəfail həkimə məlumat verilmişdir. Rəfail həkim öddə olan daşın yerindən tərpəndiyini, bu səbəbdən ağrıların artdığını bildirmiş və ona “parasetomol” dərmanını qəbul etməsini məsləhət görmüşdür. Ağrılar azalmaq yerinə daha da artmış olan Şahmurad gecə saat 3 radələrində vəziyyəti daha da pisləşmiş və qanla ödün qarışığını qaytarmağa başlamışdır. Ölümcül vəziyyətdə olan Şahmurad dərhal “Bakı Sağlamlıq Mərkəzinə” gətirildiyi zaman ona ilkin tibbi yardım göstərilmiş və KT müayinəsi zamanı bağırsağın deşildiyi və bu səbəbdən içəri hava və maye dolduğu məlum olmuşdur. O, vəziyyətlə bağlı Rəfail həkimlə yenidən əlaqə saxladığı zaman o, bağırsaq və öd yolunun onun səhvi ucbatından deşildiyini etiraf etməklə atasını sağaldacağını bildirmişdir. 4 fevral 2021-ci il tarixində Şahmuradı “X14” aparıldığı zaman Rəfail həkim əməliyyata ehtiyac olmadığını, antibiotiklərlə sağala biləcəyini, kəsiklərin qapanacağını bildirmişdir. Ertəsi gün həmin müəssisədə KT zamanı mayenin sürətlə artdığı görünmüşdür. Təcili əməliyyat zərurəti yarandığından o, “Bona Dea” klinikasında həkim tapsa da, Cavabdeh2 gözləmədən atası Şahmurad orada Cavabdeh1 və Tərxan Yusifov tərəfindən əməliyyat edilmişdir. Ərizəyə qoşma olaraq əlavə edilən izahatlarda Cavabdeh1 və Tərxan Yusifov əməliyyat zamanı 1.500 ml bulanıq ödlü ərpli mayenin ifraz olunduğunu təsdiq etmişlər. Əməliyyatla atasının qarın boşluğundan 3 litr öd mayesi götürülmüş və drenaj qoyulmuşdur. Lakin drenaj düzgün qoyulmadığına görə öd mayesi yenə də qarın boşluğuna axmışdır. Daha sonra onun hesabına “Trisiamin”, “Zafiçeftra”, “Fisit”, “Alqumin”, “Tpn”, “Hemopars”, “Sandostatin” kimi bahalı dərmanlar alınmış və güya atasının vəziyyətinin yaxşılaşdığı bildirilmişdir. Aldığı dərmanların hamısını ondan Zaur adlı reanimatoloq qəbul etmiş və Məhəbbət adlı tibb bacısı hesabatını aparmışdır. Lakin X16ndə Rəfail həkimin bacısının əri Xalid həkim bitişmə olmadığını və öd mayesinin hələ də qarın boşluğuna axdığını deyərək Rəfail həkimlə mübahisə etmişdir. Bütün bu əməliyyatlar fayda vermədiyinə görə Rəfail həkim ona “Respublika Diaqnostika Mərkəzində” qarın boşluğu üzrə cərrah Ağakişi həkimi məsləhət görmüşdür. Şahmurad sonuncu tərəfindən əməliyyat olunsa da, bu əməliyyat da uğursuzluqla nəticələnmişdir. Daha sonra Rəfail həkim bu dəfə Əliniyaz həkimi məsləhət görmüşdür. O, Əliniyaz həkimlə görüşüb mövcud vəziyyəti müzakirə etdikdən sonra o, Rəfail həkimə və Ələddin adlı baş həkimə tapşırmışdır ki, xəstəni əməliyyat üçün hazırlasınlar və evə gedib qayıtdıqdan sonra əməliyyata başlayacaqdır. Lakin bir saatdan sonra nədənsə o, Rəfail həkimə zəng edərək əməliyyatdan imtina etdiyini bildirmişdir. Bundan sonra Bəhruza “X20”da çalışan Kamal həkim məsləhət görülsə də, həmin klinika rəhbərliyi Rəfail həkimdən gələn xəstələri qəbul etmədiyini bildirmişdir. Bundan sonra Rəfail həkim Topçubaşov adına X8 çalışan Şahid1 məsləhət görmüş, sonuncu 2021-ci ilin fevral ayının sonlarında Cavabdeh2ndə Şahmuradı əməliyyat edərək ödünü təmizləmiş və 72 saat ərzində atasının səhhəti stabilləşəcəyi halda əməliyyatla ödü götürə biləcəyini bildirmişdir. Təqribən 4 gün sonra Rəfail həkim stend qoymağa cəhd göstərsə də, buna müvəffəq olmamış və Qurbanxan həkim səhhətinin stabilləşməməsi səbəbindən yenidən Şahmuradı əməliyyat etməkdən imtina etmişdir. X6 5 mart 2021-ci il tarixində Cavabdeh2ndə vəfat etmişdir. Şahmurad Əliyev "xxxx" Neft Şirkətinin Qaz İxracı İdarəsində işləyib təqaüdə çıxdığına görə tibbi sığortası olmuşdur. Lakin buna baxmayaraq atasının əməliyyatları və dərmanları ilə əlaqədar bütün xərclər onun tərəfindən qarşılanmışdır. Təkcə dərmanlara 43.000 manat, Bakı Sağlamlıq Mərkəzində qan alma, plazma və s. 1.000 manat, 30 gün ərzində yemək, tibb bacısı və digər xəstə ehtiyacları ilə bağlı 5000 manat, ümumilikdə 50.000 manat xərcləmişdir. Atasının meyiti gecə saat 23-dən səhər saat 5 radələrinədək ambulansda saxlanılmış, meyitin yarılması ilə bağlı ona heç bir təklif verilməmişdir. Meyit gecə saatlarında klinikadan çıxarılaraq ambulansda saxlanılmışdır ki, buna da çox güman ki, ölüm səbəbinin təyin edilməməsi və ekspertizanın keçirilməsinin qarşısının alınması əsas olmuşdur. Həmçinin, Şahmurad vəfat etdikdən sonra xəstəxana tərəfindən bildirildi ki, onlar artıq ölümün səbəbini müəyyənləşdirib müvafiq qeydlər aparmışlar və təkrar yoxlanışa ehtiyac yoxdur. İddiaçı bunun nəticəsi olaraq atasını aparıb dəfn etmiş və bu meyitin ekshumasiya olunmamasına səbəb olmuşdur. AR Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X9 PHŞ-dən daxil olmuş 1878 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, “ERXPQ” cərrahiyyə əməliyyatının gedişi zamanı əməliyyat olunan nahiyələrdə, yəni Fater məməciyində striktura və divertikulun olduğu müəyyən edilmişdir. Bu patoloji proseslər çətinliklərə səbəb olmuş və 12-barmaq bağırsağın arxa divarının perforasiyasına gətirib çıxarmışdır. Qeyd olunan texniki qüsur Səhiyyə sistemində 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxs bu əməliyyatı icra edən həkim mütəxəssisdir. 5 fevral 2021-ci il tarixdə həkimlərin konsiliumu aparılmış və “Laparotomiya” cərrahiyə əməliyyatının aparılmasına qərar verilmişdir. Həmin tarixdə “Laparotomiya qarın boşluğunun təftişi sanasiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı növbəti səhvə yol verilmiş, “ERXPQ” ilə əlaqəli olan perforasiya dəliyi aşkar edilməmişdir. Belə ki, əməliyyat zamanı öd peritonitinin olmasını nəzərə alaraq peritonitin mənbəyi olan periforativ dəlik mütləq qaydada müəyyən olunması üçün intraoperasion konsilium keçirilməli və aparıcı mütəxəssislərin konsultasiyası aparılmalı idi. Eyni zamanda intraoperasion qastroduadenoskopiya aparılmaqla periforativ dəliyin lokalizasiyası aşkar edilməli və əlavə cərrahi tibbi tədbirlər yerinə yetirilməli idi. Beləlikə, “Laparotomiya” cərrahi əməliyyatı tam icra edilməmişdir. Qeyd olunan texniki qüsur Səhiyyə sistemində 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxs bu əməliyyatı icra edən həkim mütəxəssisdir. Əlavə olaraq AR Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X9 PHŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, BŞŞ-434 saylı xx.xx.2022-ci il tarixli, 646 saylı oxşar məzmunlu olmaqla həkimlər tərəfindən yol verilmiş qüsurları təsdiqləyir. 24 aprel 2022-ci il tarixli, BŞŞ-434 saylı rəydə əlavə olaraq qeyd olunmuşdur ki, X1 üzərində 03 fevral 2021-ci il tarixində icra edilmiş “ERXPQ” cərrahiyyə əməliyyatı zamanı ağırlaşma Fater məməciyinin yaxınlığında 12 barmaq bağırsağın perforasiyası baş vermişdir. Bununla əlaqədar xx.xx.2021-ci il tarixdə təkrar cərrahiyə əməliyyatı “Laparotomiya” tam olaraq aparılmamış, 12 barmaq bağırsaqda olan perforasiya dəliyi müəyyən edilməmişdir. Daha sonra öd peritoniti davam etmiş və 15 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə “Relaparotomiya” cərrahi əməliyyatına qərar verilsə də, əməliyyat gecikdirilmiş və inkişaf edən iltihabi proses daha da dərinləşmişdir. Cərrahi təcrübədə 15 gün müddətində davam edən öd peritoniti yol verilməzdir. Bunlardan əlavə, X4 Cavabdeh2nin həkimi Cavabdeh3 12-barmaq bağırsağını deşməsi (peroforasiyası) səbəbindən ölməsi faktı Cavabdeh2 tərəfindən verilmiş tibbi şəhadətnamədə öz təsdiqini tapmışdır. Ekspert rəyləri 03 fevral 2021-ci il tarixli “ERXPQ” əməliyyatı zamanı Cavabdeh3 tərəfindən Şahmurad Əliyevin 12 barmaq bağırsağında perforasiyanın yaranması, eləcə də 5 fevral 2021-ci il tarixli əməliyyat zamanı digər Cavabdeh1 və Tərxan Yusifov tərəfindən həmin dəliyin aşkar edilməməsi ilə bağlı ciddi qüsurlara yol verildiyini və sonda iddiaçının atasının dünyasını dəyişdiyini təsdiq etməklə cavabdeh həkimlərin təqsirli olduqlarını göstərir. Həkim səhlənkarlığı ucbatından atası vəfat edən iddiaçı eyni zamanda mənəvi ziyana da məruz qalmışdır. Yuxarıda qeyd olunduğu kimi ilk əməliyyatdan vəfata kimi iddiaçının atası dəfələrlə əməliyyat olunmuş, proseslər uzun çəkmişdir. Beləcə iddiaçı uzun müddət cavabdehin səhlənkarlığı ucbatından stress və gərginlik keçirmişdir ki, bunlar da sonda onun atasının vəfatı ilə nəticələnmişdir. Beləcə iddiaçının uzun müddət keçirdiyi gərginlik azmış kimi, sonda doğma atasının vəfatı ilə üzləşməli olmuş, təbii olaraq ağır mənəvi sarsıntı keçirmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-731/25 saylı iş üzrə 01 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Abdullayeva) iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən mənəvi zərərin əvəzi qismində 10.000 (on min) manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh3 mənəvi zərərin əvəzi qismində onun 2021-ci ilin fevral ayı üçün müəyyənləşdirilmiş bir aylıq orta əmək haqqı məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, 121 (bir yüz iyirmi bir) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Azərbaycan Respublikası Sahiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X17 X3 tərəfindən verilmiş 847/KEŞ nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyi qüsurlu tibbi xidmətin aparılmadığını qeyd etsə də, digər 3 rəy bunun əksini qeyd etdiyindən və pozuntu müəyyən edən rəylərin məzmunu biri-digəri ilə uzlaşdığından, məhkəmə 148/KEŞ nömrəli, xx.xx.2023-cü il tarixli; xx.xx.2022-ci il tarixli, 646 nömrəli; BŞŞ-434 nömrəli, xx.xx.2022-ci il tarixli rəyləri əsas götürmüşdür. Belə ki, qüsurlu tibbi xidmətin göstərilməsi iş materialları ilə müəyyən edildiyindən iddia tələbləri qismən əsaslı sayılmaqla, cavabdehlər Cavabdeh2 MMC-nə və Cavabdeh3 aid hissədə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tibbi xidmətin göstərilməsi üçün Cavabdeh2 MMC-nə və həmin müəssisədə çalışan həkim Cavabdeh3 müraciət olunmuşdur (“diaqnostik manipulyasiyaların və cərrahi müdaxilələrin aparılmasına xəstə və ya xəstənin qanuni nümayəndəsinin razılığı” barədə xx.xx.2021-ci il tarixli iltizamnamə xəstənin qanuni təmsilçisi İddiaçı və həkim Cavabdeh3 tərəfindən imzalanmışdır). Həkim-cərrah Cavabdeh3 xx.xx.2021-ci il tarixdə “ERXPQ” əməliyyatını icra edərkən sonuncunun əməliyyatın keçirilməsi qaydası və prosedurunu pozması, Səhiyyə sistemində 2012-ci il tarixli 70 saylı əmrin tələblərinə riayət olunmaması iş materialları ilə öz təsdiqini tapmışdır. (148/KEŞ nömrəli, xx.xx.2023-cü il tarixli; xx.xx.2022-ci il tarixli, 646 nömrəli; BŞŞ-434 nömrəli, xx.xx.2022-ci il tarixli rəylər). Məhkəmə qeyd etmişdir ki, xəstənin müraciəti əsasında “ERXPQ” əməliyyatının aparılması tərəflər arasında razılaşdırılmış, əməliyyatın aparılması həkim Cavabdeh3 tapşırılmışdır. Sonrakı tibbi müdaxilələr əvvəlcədən razılaşdırılmamaqla, yol verilmiş qüsurlu tibbi xidmətin nəticələrinin aradan qaldırılmasına yönəlmişdir. Dəymiş ziyanın ödənilməsi tələblərinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, maddi ziyanı əsaslandıran müvafiq ödəniş sənədləri iddiaçı tərəfindən təqdim olunmadığından, bu hissədə iddia təmin edilməməlidir. Bununla bağlı iş materiallarından görünür ki, məhkəmə iclasında iştirak edən İddiaçı tibbi xərclərlə (tibbi müayinələr, dərman preparatları və sair) bağlı ödəniş qəbzlərinin onda saxladığını bildirmiş, lakin məhkəmənin təklifinə baxmayaraq, həmin qəbzlər iş materiallarına əlavə edilməmişdir. Buna görə də maddi ziyanın ödənilməsi hissəsində iddia təmin edilməməlidir. Cavabdeh2 MMC-nin həkimi Cavabdeh3 təqsirindən iddiaçının atası qüsurlu şəkildə əməliyyat olunmuşdur. Şübhəsiz ki, bu hal pasiyentə və onun övladı olan iddiaçıya mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1099, 1112, 1115-ci, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13, 16, 19-cu, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş həkim-qastroenteroloqun nümunəvi vəzifə Təlimatının 5, 9, 15, 24-cü bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-731/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 MMC tərəfindən apellyasiya şikayətləri verilmişdir.
9. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMCnin qeyd olunduğu kimi özəl tibbi müəssisəsi olduğuna görə kifayət qədər büdcəsi mövcuddur və mənəvi zərərin əvəzi olaraq həmin müəssisədən sadəcə 10.000 manat pul tutulması ağlabatan deyildir. Buna baxmayaraq məhkəmə nə zərərvuranşəxsin təqsiri, nə də onun əmlakı məsələlərini düzgün araşdırmayaraq qeyri-mütənasib məbləğin mənəvi zərərin əvəzi qismində ödənilməsini qərara almışdır. AR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-1393/2024 saylı Qərarında da maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı məsələ mübahisələndirilmişdir. Belə ki, Qərarda cavabdeh “X10 Mərkəzi” PHŞ-nin işçisinin təqsirinə görə şəxsin həyatdan məhrum olması ilə bağlı Ali Məhkəmə əvvəlki insantansiyaların mərhumun övladına (iddiaçıya) vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat ödənilməli olmasını təsdiq etmiş, cavabdeh tərəfindən verilən kassasiya şikayətini əsaslı olaraq təmin etməmişdir. Qeyd olunduğu kimi burada cavabdeh qismində çıxış edən “X10 Mərkəzi” PHŞ TƏBİB-in tabeliyində olsa da ayrıca dövlət müalicə mərkəzi kimi qeydiyyatdadır. Həmin PHŞ-nin büdcəsi dövlət tərəfindən maliyyələşdirilir və onun gəliri o qədər də yüksək deyildir. Buna baxmayaraq məhkəmə tərəfindən mənəvi zərərin əvəzi qismində PHŞ-dən 30.000 manat tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Lakin hazırki iddiada “X18” MMC özəl klinika olmaqla, gündəlik və aylıq xeyli miqdarda gəlir əldə etməsinə, yetərincə büdcəyə malik olmasına baxmayaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsi iddiaçıya vurulmuş mənəvi zərərə görə cavabdehdən sadəcə 10.000 manat tutulması ilə kifayətlənmişdir. Eləcə də digər cavabdeh olan Cavabdeh3 daiş materiallarında göstərildiyi Cavabdeh2 PHŞ-dən aylıq 300 manat, digər iş yeri olan “X5- Bakı” QSC-də aylıq 8.000 manat maaş almasına baxmayaraq ondan sadəcə bir aylıq orta əmək haqqı tutulması qət olunmuşdur. Qeyd olunan hallar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə düzgün yanaşmayaraq, müvəkkilimə ödənilməli olan məbləğdən qat-qat aşağı məbləğin ödənilməsini qət etdiyini, beləliklə, düzgün olmayan qərarın qəbul olunduğunu göstərir. Şahmurad Əliyevin sözügedən tibb müəssisəsində müalicə aldığı zaman onun müalicəsi üçün zəruri olan dərman preparatlarının alınmasına, qidalanmasına, həmçinin tibb bacılarına xəstəyə göstərilən xidmətə görə çəkilən xərclər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Maddi zərərlə bağlı sübutları əldə etmək üçün verdiyi sorğu və vəsatətlər cavabsız qalmış, məhkəmə tərəfindən əsassız olaraq bu barədə onlara yardım edilməmişdir. Bu səbəbdən də məhkəməyə maddi zərərlə bağlı sənədləri təqdim etmək mümkün olmamışdır. Həmçinin qeyd olunduğu kimi X11 Tibb Mərkəzində müalicə aldığı müddətdə onun yemək, tibb bacılarının göstərdikləri xidmətlə əlaqədar və s. xərclərinə müəyyən məbləğdə pul xərclənmişdir. Həmin xərclərin sübut olunması üçün hansısa sənədin məhkəmə tərəfindən tələb edilməsi absurd xarakter daşıyır. İstənilən tibb müəssisəsində müalicə alan xəstə üçün daima qulluq tələb olunur və bu qulluq qarşılığında tibbi müəssisəsinin işçilərinə (əsasən tibb bacılarına) müəyyən məbləğdə pul ödənilir. Həmin bu ödənişləri hansı sənədlə sübut etmək olar ki??! Dəfn etmə xərcləri, baş daşının qoyulması və s. xərclərlə bağlı maddi zərər cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 tərəfindən ödənilməli halda İddiaçı tərəfindən ödənilmişdir.
10. Cavabdeh2 MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Prokurorluğunda iddiaçının atası mərhum Əliyev Şahmuradın ölüm faktı ilə bağlı hazırkı iş üzrə cavabdeh həkimlərin həkim səhvlərinin qiymətləndirilməsi ilə bağlı cinayət işinin istintaqı aparılıb, lakin həkimlərin əməllərində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işi üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilmişdir. Hazırda Bakı şəhəri Xətai rayon Prokurorluğunun 25 noyabr 2024 -cü il tarixli Qərarı ilə ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmiş və bu qərar hazırda qüvvədədir. Həmin cinayət işi üzrə çoxsaylı və müxtəlif növ məhkəmə tibbi ekspertizalar keçrilmişdi, Əliyev Şahmuradın meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi haqqında fikir söylənilməsi mümkün olmadı. İddiaçı tərəf milli adətləri bəhanə edərək meyitin qəbirdən çıxarılmasına etiraz etmişdir. 05 mart 2021-ci il tarixli “izahatnamə”-yə məhkəmə qəbul etdiyi qətnamədə istinad etmişdir və həmin mətnin məzmunu Qətnamədə öz əksini tapmışdır. İddiaçı atası Ş.Əliyevə qoyulmuş diaqnoza razıdır. Ölümün səbəbi ona izah olunub. Atasının meyidinin patoloji anatomik müayinəsindən qəti imtina edir və meyiti evə aparacaqdır. Tibbi personala və tibb mərkəzinə iradı yoxdur. Bütün məsuliyyəti öz üzərinə götürür. Lakin məhkəmə bu hüquq məsuliyyəti yaratmayan sənədin qanuniliyinə və əsaslılığına məhkəmə qətnaməsində münasibət bidirməmişdir. Şəxsin iradə ifadəsini əhatə edən və kifayət qədər əsaslı olan sənədin hüquqi əsasları araşdırılmamışdır. Ekspert rəylərindən də məlum olur ki, xəstəyə düzgün diaqnoz qoyularaq xəstəliyinə uyğun tibbi xidmət göstərilmişdir. Bu halda iddiaçıya nə maddi ziyan, nə də mənəvi ziyan vurulmamışdır. Mərhum xəstə həkim səhlənkarlığı və ya digər təqsiri ucbatından ölməmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən işin bu hallarına səthi yanaşmışdır, maddi hüquq normalarının pozulması ilə müşaiyət edilən qətnamə qəbul edilmişdir. İddiaçıya dəymiş maddi zərərlə bağlı kifayət qədər araşdırma aparılmış, cavabdehlər tərəfindən iddiaçıya maddi zərər vurulmaması əsasları düzgün olaraq müəyyən edilmişdir. Mənəvi zərərlə bağlı hissədə işin faktiki halları araşdırılmamışdır. Həkim səhvini qiymətləndirən məhkəmə mənəvi zərəri müştərək qaydada tutmamaqla maddi hüquq normasını da düzgün tətbiq etməmişdir. Cavabdeh2 MMC-yə münasibətdə mənəvi zərər tutulması tamamilə sübuta yetirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətini əsassız sayaraq onun rədd olunmasını xahiş etdi.
13. Cavabdeh2 MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edərkən hüquqlarını müdafiə etdiyi MMC-nin apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etmişdir. Lakin o, xx.xx.2026-cı il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak etməyərək iclasın 3 ay sonraya təxirə salınması barədə ərizə göndərmişdir. Məhkəmə kollegiyası cavabdehin bu müraciətinin (ərizəsinin) əsassız olmaqla işi yubatmaq məqsədi daşıdığı qənaətinə gələrək onu təmin etmədi.
14. İşdə iştirak edən digər şəxslər də məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1099. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuşzərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
16. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş bilavasitə xəstələrlə bağlanmış müqavilələr; üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr; icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə sığortaçılar ilə bağlanmış müqavilələr; xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Maddə 16. Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri aşağıdakılardır: tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək; təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərmək; özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərmək; xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək; tibbi statistik hesabatları qanunvericilikdə müəyyən olunmuş qaydada və vaxtında təqdim etmək; xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək; özəl tibbi praktikanın həyata keçirilməsinə hüquqi əsas verən sənədlərlə xəstəni tanış etmək; həkim sirrinə əməl etmək; zəruri hallarda xəstənin vəziyyəti barədə başqa mütəxəssislərlə məsləhətləşmək, xəstəni tibbmüəssisəsinə göndərmək; qanunvericiliklə müəyyən olunmuş müddətlərdə öz vəsaiti hesabına, göstərilən tibbi yardım maliyyələşdirilən müəssisələrlə müqavilələrdə bu nəzərdə tutulmayıbsa, öz ixtisasını artırmaq və ya yenidən hazırlıq keçmək; qanunvericiliyə uyğun olaraq tədrisə cəlb olunmaq və sertifikasiyadan keçmək. Maddə 19. Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
17. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 10. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir
18. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş həkim-qastroenteroloqun nümunəvi vəzifə Təlimatı: Bənd 5. Həkim-qastroenteroloq aşağıdakıları bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili vətəxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin əsaslarını; öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını; qastroenterologiya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı məsələləri; öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri; tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial ekspertizanın aparılması qaydasını; dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını; tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin fəaliyyətinin təşkilatiiqtisadi əsaslarını; həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın əsaslarını; insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; sanitarmaarifləndirmənin əsaslarını; daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını. Bənd 9. Həkim-qastroenteroloq stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir. Bənd 15. Həkim-qastroenteroloq tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir. Bənd 24. Həkim-qastroenteroloq aşağıdakılara görə məsuliyyət daşıyır: ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə; öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə; qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş qaydada təqdim edilməsinə; ona tabe işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə; tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə. Həkim-qastroenteroloq əmək intizamının, qanunvericilik və normativhüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətləri üzrə qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını bütövlükdə yoxladı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
22. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
23. Apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibb ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X9” X15 xx.xx.2025-ci il tarixli, 5472 saylı rəyi ilə müəyyən edilmişdir ki, X1 meyiti müayinə edilmədən onun ölümünün səbəbi və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqəni müəyyən etmək mümkün deyil. Ekspert rəylərində həkimlər tərəfindən yol verilmiş nöqsan kimi qeyd edilən hallar – “12-barmaq bağırsağın arxa divarının perforasiyası”, ““ERXPQ” ilə əlaqəli olan perforasiya dəliyinin aşkar edilməməsi”, “təkrar aparılmış “Relaparotomiya” cərrahiyyə əməliyyatının gedişi zamanı 12-barmaq bağırsaqda olan defektin tapılmasına baxmayaraq həmin nahiyəyə axan ödün və mədə şirəsinin axıntısmın qarşısının alınması üçün əlavə cərrahi tədbirlər görülməli olduğu halda bunun görülməməsi” peritonitə səbəb ola bilərdi. Cavabdeh2ndə X1 adına tərtib edilmiş stasionar xəstənin tibbi kartası və ******* saylı ölüm haqqında tibbi şəhadətnamədə onun ölümünün səbəbi kimi “12-barmaq bağırsağın arxa divarının perforasiyası” nəticəsində baş vermiş yayılmış peritonit göstərilmişdir. Lakin bu mərhum X1 ölümünün klinikada klinisistlər tərəfindən təyin edilmiş səbəbidir, məhkəmə-tibbi müayinə nəticəsində təyin edilmiş ölüm səbəbi deyil.
24. Göründüyü kimi, apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın rəyi ilə mərhumun ölüm səbəbi olaraq tibbi əməliyyatın keçirilməsi qaydası və prosedurunun pozulması öz təsdiqini tapmışdır.
25. Azərbaycan Respublikası Sahiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 148/KEŞ nömrəli, xx.xx.2023-cü il tarixli; xx.xx.2022-ci il tarixli, 646 nömrəli; BŞŞ- 434 nömrəli, xx.xx.2022-ci il tarixli rəyləri də bu faktı təsdiq etmişdir.
26. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, maddi ziyanı əsaslandıran müvafiq ödəniş sənədləri iddiaçı tərəfindən təqdim olunmamışdır. Mənəvi ziyanın məbləğinə gəldikdə isə, Kollegiya nəzərə alır ki, məhkəmənin qət etdiyi məbləğ iddiaçıya dəymiş mənəvi zərərə adekvatdır.
27. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
29. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.