Məhkəmə qərarları › İş №2(103)-5049/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5049/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5049/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı və onun vəkili X4, Cavabdeh1 İKB ASC-nin (“xxxxxxxx” ASC) vəkili X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-1410/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(009)-1410/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 İKB ASC-nə və “Cavabdeh1 Lizinq Kompaniyası” MMC-nə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin olunmaması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 10456/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1410/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, İddiaçı cavabdeh “Cavabdeh1 Lizinq Kompaniyası” MMC-yə qarşı əsassız varlanma tələbi ilə məhkəməyə müraciət edərək avtomobil üçün ödədiyi 38 min manat pul vəsaitini və çəkdiyi xərcləri cavabdehdən tələb etmək hüququnun olmasını izah edilməsi, apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-383/2020 saylı qərarı iləİddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 10456/2019 saylı qətnaməsi ləğv edilərək iş yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-383/2020 saylı qərarında vurğulanmışdır ki,“apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı qəbul etmir. Belə ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 İKB ASC ilə “Cavabdeh1 Lizinq Kompaniyası” MMC arasında «Lexus İS250» markalı, 99-AD250 dövlət qeydiyyat nişanlı avtomaşının ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlansa da, müqavilə notariat qaydasında təsdiqlənməmiş və qeydiyyata alınmamışdır. Avtomobilə dair məhdudiyyətin məktuba əsasən qoyulması da ipoteka müqaviləsinin qeydiyyata alınmadığını təsdiq edir. Qanunun tələbinə əsasən mübahisəli ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilməsi və etibarlılığı halında belə onun qüvvəyə minməsi üçün dövlət qeydiyyatına alınması zəruri idi. Lakin göründüyü kimi, etibarsız ipoteka müqaviləsi qeydə alınmamış və qeydiyyat orqanı X3 şəhadətnaməsində avtomobilin Cavabdeh1 İKB ASC-nin və ya hər hansı digər şəxsin xeyrinə yüklü edilməsinə dair xüsusi qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.7-ci maddəsinə görə ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin həmin dəlilinə hüquqi qiymət verməmişdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə görə “Fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir”. Apelyasiya instansiyası məhkəməsi lizinq müqaviləsi bağlanan vaxt lizinq obyekti olan mübahisəli avtomobilə dair əvvəl bağlanmış ipoteka müqaviləsinin qeydiyyata alınıbalınmamasını, həmin ipoteka müqaviləsinin mövcudluğundan İddiaçı məlumatının olub-olmamasını, həmçinin lizinq obyektinin iddiaçıya təhvil verildiyi vaxt həmin avtomobil barəsində yüklülüyə dair iddiaçının onun iradəsindən asılı olmayan səbəblərdən məlumatının olmamasını araşdırmamışdır. Bunun nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının bağlanmış lizinq müqaviləsi üzrə onun sahibliyinə verilmiş avtomobilə dair ipoteka saxlayana münasibətdə üstün hüquqlara malik olub-olmamasına hüquqi qiymət verməmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1175/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onun cavabdehlər “Cavabdeh1 Lizinq Kompaniyası” MMC-yə və Cavabdeh1 İKB ASC-yə qarşı “avtomobilin üzərindən məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası təmin edilərək, “Cavabdeh1 Lizinq Kompaniyası” MMC-nin adına qeydiyyatda olan “Lexsus İS250” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh1 İKB ASC tərəfindən 2-9528 saylı xx.xx.2016-cı il tarixli məktub əsasında qoyulmuş məhdudiyyət qanunsuz hesab edilmiş və həmin avtomaşının özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş məhdudiyyət götürülmüşdür. Məhkəmə onun lizinq yolu ilə əldə etdiyi və bütün lizinq ödənişlərini verdiyi avtomaşına mülkiyyət hüquqlarının yaranması və qoyulmuş məhdudiyyətin onun mülkiyyətçi hüquqlarını pozmasını müəyyən etdiyindən, yuxarıdakı qətnamə çıxarılmışdır. Cavabdehlər Cavabdeh1 İKB ASC ilə “Cavabdeh1 Lizinq Kompaniyası” MMC arasında “Lexsus İS250” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşının ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlansa da, müqavilə notariat qaydasında təsdiqlənməmiş və qeydiyyata alınmamışdır. Avtomobilə dair məhdudiyyətin məktuba əsasən qoyulması da ipoteka müqaviləsinin qeydiyyata alınmadığını təsdiq edir. Qanunun tələbinə əsasən mübahisəli ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilməsi və etibarlılığı halında belə onun qüvvəyə minməsi üçün Dövlət qeydiyyatına alınması zəruri idi. Lakin göründüyü kimi, etibarsız ipoteka müqaviləsi qeydə alınmamış və qeydiyyat orqanı X3 şəhadətnaməsində avtomobilin Cavabdeh1 İKB ASC-nin və ya hər hansı digər şəxsin xeyrinə yüklü edilməsinə dair xüsusi qeyd etməmişdir. Onun lizinq yolu ilə əldə etdiyi və bütün lizinq ödənişlərini verdiyi “Lexsus İS250” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşına mülkiyyət hüquqları yaranmışdır. Həmin avtomaşının ipoteka ilə yüklü edilməsinə dair mübahisəli müqavilə notariat qaydasında təsdiq edilmədiyindən, Mülki Məcəllədə müəyyəmləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olaraq etibarsız olmuşdur. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı və onun vəkili X10 apelyasiya şikayətində göstərilənləri müdafiə edərək və əlavə olaraq izahatında bildirmişdir ki, lizinq yolu ilə əldə etdiyi və bütün lizinq ödənişlərini verdiyi “Lexsus İS250” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşına mülkiyyət hüquqları yarandığı vaxt, Qanunun tələbinə görə yox hökmündə olan və formal olaraq imzalanması bağlanma kimi qiymətləndirilməyən “Lexsus İS250” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşının ipoteka ilə yüklü edilməsinə dair notariat qaydasında təsdiq olunmamış və dövlət qeydiyyatına alınmamış xx.xx.2014cü il tarixli müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik olmadığı barədə cavabdeh tərəfin bildirdikləri iddianın rədd edilməsinə əsas ola bilməz. 1. İlk öncə iddia, cavabdeh “Cavabdeh1 Lizinq Kompaniyası” MMC tərəfindən etiraf edilmişdir. 2. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin əsas prinsiplərindəndir. Həmin Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 280.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 280.4-cü maddəsinə əsasən bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanununun 11,2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11,4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. “Lexsus İS250” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşının ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2014-cü il tarixli müqavilə notarial qaydada təsdiq edilmədiyindən bağlanmış sayılmır. Qanun tələbinə görə belə bir müqavilə yox hökmündədir və onun formal olaraq imzalanması, lizinq müqaviləsindən əvvəl bağlanması kimi dəyərləndirilə bilməz. Göründüyü kimi “Nikoyr’ İKB ASC-nin bağlanmış sayılmayan xx.xx.2014-cü il tarixli müqaviləyə əsaslanmaqla tələblərini “Lexsus İS250” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşına yönəltmək hüququ (subyektiv hüquq) yaranmadığı halda isə baxan məhkəmələr tələblərin avtomobillərə yönəldilməsi barədə iddiasını təmin etmişlər. Bərabərlik prinsipinə uyğun olaraq cavabdehlər Cavabdeh1 İKB (indiki xxxxxxxx) ASC ilə “Cavabdeh1 Lizinq Kompaniyası” MMC arasında bağlanmış “Lexsus İS250” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşının ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddianın subyektiv hüququn olmaması əsası ilə rədd edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, subyektiv hüququ yaranmadığı halda iddiası təmin edilmiş Cavabdeh1 İKB (indiki xxxxxxxx) ASC-yə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. 3. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad və əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 573.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilən maddi hüquq normalarının tələbinə əsasən o, satıcı olaraq alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur, lakin xx.xx.2014-cü il tarixli müqavilənin mövcudluğu onun bu vəzifəsinin icrasına maneə olur ki, bu da “Lexsus İS250” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə alıcıdan geri alınması halında onun üçün alıcıya dəymiş zərərin əvəzini ödəmək öhdəliyi də yaradır. Bildirir ki, nəinki alıcı heç o özü də, xx.xx.2014-cü il tarixli müqavilənin mövcudluğundan xəbərsiz olmuşdur. Belə ki, lizinq alan olaraq avtomobili gələcəkdə mülkiyyətinə keçirmək üçün lizinq müqaviləsi bağlamış və həmin vaxt ona avtomobilin qeydiyyat vəsiqəsi təqdim edilmişdir. Həmin sənədlə avtomobilin üzərində hər hansı məhdudiyyətin olmadığı müəyyən edildiyindən və avtomaşının ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2014-cü il tarixli müqavilə barədə hal ondan gizlədildiyindən lizinq müqaviləsi bağlamış və “Lexsus İS250” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşının bütün lizinq ödənişlərini vermişdir. Əgər bilsəydi ki, avtomobillə bağlı etibarsız da olsa ipoteka müqaviləsi var, həmin avtomobili lizinqə götürməzdi. Lakin nə qədər ki, həmin müqavilə etibarsız sayılmayıb, “Lexsus İS250” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə alıcıdan geri alınması, onun üçün alıcıya dəymiş zərərin əvəzini ödəmək öhdəliyi yaradır. Göründüyü kimi, xx.xx.2014-cü il tarixli müqavilə onu satıcı olaraq alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya vermək öhdəliyinin icrasından məhrum etdiyindən, bu da öz növbəsində alıcının ona qarşı dəymiş zərərlə bağlı iddia verməsinə səbəb olmaqla hüquqlarına toxunduğundan həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malikdir. Eyni zamanda, alıcının alqı-satqı müqaviləsinin ləğvini və dəymiş zərərin əvəzinin ödənilməsini tələb etdiyi günü gözləməyi mübahisəli müqavilə ilə bağlı iddia müddətinin ötürülməsinə, nəticədə pozulmuş hüquqlarının bərpa edilməsində səmərəsiz gözləntiyə səbəb olacaq. Apellyasiya baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, lizinq şirkətinə müqavilə üzrə ödənilməli olan 38.000 manat borcu ödəmiş, nəqliyyat vasitəsini idarə edərkən qəza törətmiş, avtomobil zədə aldığı üçün dəyəri azalmış və xx.xx.2018-ci il tarixdə 22.000 (iyirmi iki min) manata satmışdır. “Lexus İS250” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012, qara rəngli, JTHCF5C23C5059152 ban nömrəli nəqliyyat vasitəsi ilə bağlı heç kimlə mübahisə və ona qarşı tələb yoxdur. Apelyasiya baxışı zamanı Cavabdeh1 İKB ASC (“xxxxxxxx” ASC)-nin vəkili X6 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, iddiaçı hazırkı iddia ilə bağlı kəsici müddəti ötürmüşdür. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, habeləAzərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-383/2020 saylı qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)-1175/2018 saylı qətnaməsindən görünür ki, «Cavabdeh1 Lizinq Kompaniyası» MMC-nin adına qeydiyyatda olan «Lexus İS250» markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh1 İKB ASC tərəfindən 2-9528 saylı, xx.xx.2016-cı il tarixli məktub əsasında qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi və həmin avtomaşının özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş məhdudiyyətin götürülməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 6-BİZ-7-0-2311-14 nömrəli sonrakı girov müqaviləsindən görünür ki, Cavabdeh1 İKB ASC ilə «Cavabdeh1 Lizinq Kompaniyası» MMC arasında «Lexsus İS250» markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşının ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(009)-340/2017 saylı qətnaməsindən görünür ki, “Cavabdeh1 Lizinq Kompaniyası” MMC-dən Cavabdeh1 İKB ASC-nin xeyrinə 1.871.742,79 manat əsas, 121.565,41 manat faiz borcu olmaqla, 1.993.308,20 manat məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetləri: “Cavabdeh1 Lizinq Kompaniyası” MMC-yə məxsus, ilkin satış qiyməti 63.000 manat olan «Hyundai HD-170» markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 25.000 manat olan «FAW» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 25.000 manat olan «Shcman SX3314DT366» markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «HOWO ZZ3317N3567W» markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «HOWO ZZ3317N3567W» markalı, 90-JR626 dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «Shcman SX3314DT366» markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 370.000 manat olan «Daewoo» markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 170.000 manat olan «B-100» markalı, AZ-10A-684 dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 60.000 manat olan «BMW X6 AH» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «Shcman CX3314DM366» markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 67.000 manat olan «Mercedes Benz GL 450» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 4.000 manat olan «QAZ 33023-18» markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 20.000 manat olan «Volvo F 1227» markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «Low Bed» markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 80.000 manat olan «Cat 330BL» markalı, AZ- 10R-618 dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «Komatsu WA- 420» markalı, AZ-10R-617 dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 173.000 manat olan «Liebherr R934B-HDSL» markalı, AZ-10R632 dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «HOWO ZZ3317N3867» markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 80.000 manat olan «DAF» markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və tipi furqon refrejerat olan, «Lambert» markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 50.000 manat olan «DAF» markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və tipi bortlu tentli olan, «Schmitz» markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 65.000 manat olan «DAF» markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və tipi bortlu tentli olan,«Fliegh» markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 38.000 manat olan «HOWO ZZ3257N3847A» markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 38.000 manat olan «HOWO ZZ3257N3847A» markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 43.000 manat olan «HOWO ZZ3257N3847A» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «BMC» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 50.000 manat olan «SCANİA 144L» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və tipi furqon refrejerat olan, «PACTON T3 002»markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 47.000 manat olan «RENAULT PREMİUM 450» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və tipi tentli furqon olan, «ŞAMPO ST39PJPA» markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 60.000 manat olan «DAF» markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və tipi tentli furqon olan, «SCHMİTZ SCS» markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «Mercedes-Benz Sprinter» markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 43.000 manat olan «HOWO ZZ3257N3847W» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 63.000 manat olan «MAN» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və tipi özüboşaldan olan, «NFP Eurotrailer yarımqoşqu» markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 125.000 manat olan «Temsa Safari SD» markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 150.000 manat olan «R360LC-7A» markalı, AZ-10U-051 dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 25.000 manat olan «Mercedes-Benz Sprinter» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 15.000 manat olan «Mitsubishi Pajero» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 30.000 manat olan «Range Rover» markalı, 10PD-014 dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 43.000 manat olan «Mercedes Benz E 200» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 30.000 manat olan «Mercedes Benz GL 450» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 32.000 manat olan «RANGE ROVER» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 32.000 manat olan «Chevrolet Traverse» markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 55.000 manat olan «Lexus LX 570» markalı, 99-AB770 dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 11.000 manat olan «Honda ACCORD» markalı, **-PV- *** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 60.000 manat olan «Hyundai County» markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 15.000 manat olan «Lexus LX 470» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 25.000 manat olan «X20 Prado» markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 22.000 manat olan «Volkswagen Passat CC» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 20.000 manat olan «Mercedes Benz-ML 350» markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 21.000 manat olan «Mercedes Benz E350» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 20.000 manat olan «Mercedes Benz-C200» markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 19.000 manat olan «KİA Sportage» markalı, 10-PZ887 dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 14.000 manat olan «X16» markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 20.000 manat olan «İnfiniti FX-35» markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 38.000 manat olan «Shacman SX3251DM384» markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 38.000 manat olan «Shacman SX3251DM384» markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 65.000 manat olan «Porsche Panamera» markalı, 90AZ-579 dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 21.000 manat olan «Mercedes C 300» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 20.000 manat olan «Volkswagen Passat» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 25.000 manat olan «Mercedes Benz s 350» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 28.000 manat olan «Lexus İS250» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 25.000 manat olan «Mercedes Benz s 350» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 39.000 manat olan «Mercedes Benz GL450» markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 15.000 manat olan «Mercedes Vito» markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 80.000 manat olan «X9» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 38.000 manat olan «Mercedes Viano» markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 38.000 manat olan «HOWO» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 20.000 manat olan «X18» markalı, ** PL *** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 18.000 manat olan «Mercedes Benz ML 350» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 38.000 manat olan «HOWO ZZ3317N3867W» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 23.000 manat olan «Mercedes Benz C300» markalı, ** AL *** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «Ekskavator Yükləyici HMK102B» markalı, 10-O-987 dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 60.000 manat olan «X5» markalı, 10-O-610 dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 42.000 manat olan «Daewoo BS090» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı və ilkin satış qiyməti 14.000 manat olan «X18» markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin göstərilən qiymətlərlə açıq hərracdan satılması, ipoteka predmetlərinin hərracda satışından əldə olunan pul vəsaitindən Cavabdeh1 İKB ASC-yə ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra həmin vəsaitin qalan hissəsinin ilkin iddia üzrə cavabdeh “Cavabdeh1 Lizinq Kompaniyası” MMC-yə qaytarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, “Cavabdeh1 Lizinq Kompaniyası” MMC-nin xx xxxxxx 2014-cü il tarixli, 6-BİZ-70-2311-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İKB ASC-yə olan əsas borcundan 120.118,48 manat silinməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli, 2(103)-8423/2017 saylı qətnaməsinə əsasən Cavabdeh1 İKB ASC və “Cavabdeh1 Lizinq Kompaniyası” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(009)340/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-793/18 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli, 2(103)-8423/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-8.2-ci maddəsinə əsasən lizinq verənin əmlakına yönəldilmiş üçüncü şəxslərin iddiası lizinq verənin yalnız bu mülkiyyət hüququnun obyektinə lizinq obyektinə münasibətdə aid edilə bilər. İddianın təmin edilməsi nəticəsində lizinq verənin hüquqlarını əldə edənə lizinq verənin.lizinq müqaviləsində müəyyənləşdirilmiş həm hüquqları, həm də öhdəlikləri məcburi qaydada keçir. Ona görə də, lizinq verən “Cavabdeh1 Lizinq Kompaniyası” MMCnin lizinq müqaviləsi ilə müəyyənləşdirilmiş hüquqlarının Cavabdeh1 İKB ASC-yə keçməsi lizinq alanların hüquqlarının pozulmasına səbəb olmur. Kollegiya eyni mövqedən çıxış edərək daha sonra qeyd edir ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, AD seriyalı, 161120 nömrəli X3 Şəhadətnaməsinə əsasən İddiaçı “Lexus İS250” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012, qara rəngli, JTHCF5C23C5059152 ban nömrəli nəqliyyat vasitəsinin idarə edilməsi üçün xx.xx.2018-ci texniki pasport verilmişdir. İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, İddiaçı “Lexus İS250” markalı, buraxılış ili 2012, qara rəngli, JTHCF5C23C5059152 ban nömrəli nəqliyyat vasitəsini xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən 22.000 (iyirmi iki min) manata X1. İş materiallarında olan AD seriyalı, 161023 nömrəli X3 Şəhadətnaməsinə əsasən X7 “Lexus İS250” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012, qara rəngli, JTHCF5C23C5059152 ban nömrəli nəqliyyat vasitəsinin idarə edilməsi üçün xx.xx.2018-ci texniki pasport verilmişdir. Daha sonra, X12 “Lexus İS250” markalı, buraxılış ili 2012, qara rəngli, JTHCF5C23C5059152 ban nömrəli nəqliyyat vasitəsini xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən 26.350 (iyirmi altı min üç yüz əlli) manata “Faktor Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə satmışdır. Göründüyü kimi, iş materialları ilə sübut olunur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən 11 (on bir) ay əvvəl mübahisəli “Lexus İS250” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012, qara rəngli, JTHCF5C23C5059152 ban nömrəli nəqliyyat vasitəsini öz mülkiyyətinə keçirmiş, idarə edilməsi üçün ona xx.xx.2018-ci texniki pasport verilmiş, daha sonra iddiaçı nəqliyyat vasitəsini xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən 22.000 (iyirmi iki min) manata X1.Apellyasiya baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, lizinq şirkətinə müqavilə üzrə ödənilməli olan 38.000 manat borcu ödəmiş, nəqliyyat vasitəsini idarə edərkən qəza törətmiş, avtomobil zədə aldığı üçün dəyəri azalmış və xx.xx.2018-ci il tarixdə 22.000 (iyirmi iki min) manata satmışdır. “Lexus İS250” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012, qara rəngli, JTHCF5C23C5059152 ban nömrəli nəqliyyat vasitəsi ilə bağlı heç kimlə mübahisə və ona qarşı tələb yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən ipoteka müqaviləsinə dair hüquqi proseslər barəsində «Cavabdeh1 Lizinq Kompaniyası» MMC, X11 və X8 müqavilə tərəfi kimi azadlığı olmuşdur və bu, mülki qanunvericiliyin əsas prinsiplərindən olan “müqavilələr azadlığı” prinsipinin təbii nəticəsidir. “Müqavilə azadlığı” prinsipi çərçivəsində «Cavabdeh1 Lizinq Kompaniyası» MMC, X11 və X13 tam sərbəst iradəsi ilə hərəkət etmiş, mübahisələndirilən ipoteka müqaviləsini bağlamışdır. Mübahisələndirilən müqavilənin digər tərəfi olan Cavabdeh1 İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin müqavilənin etibarsız hesab edilməsi mülki qanunvericiliyin (Mülki Məcəllənin 6-cı maddəsi) prinsiplərinə uyğun olmadığı kimi, həm də ədalətli deyildir. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında da göstərilir ki, “...Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır». “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 İKB ASC-nə və “Cavabdeh1 Lizinq Kompaniyası” MMC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin olunmaması ilə bağlı 1-ci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-1410/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar