Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5072/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə isə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qey-diy-yat şəhadətnaməsinin ləğv olunması” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1510/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli “Mercedes Benz VİTO CDİ” markalı ** EU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Cavabdeh adına alqı-satqı edilməsi üzrə əqdin etibarsız hesab olunması, ona verilmiş xx.xx.2017-ci il tarixli AC №955944 saylı qeydiyyat şəhadətnaməsi üzrə qeydin ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətlərinə qay-ta---rılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli “Mercedes Benz VİTO CDİ” markalı nəqliyyat vasitəsi tərəfindən alınaraq Almaniyadan Azərbaycan Respublikasına gətirilmiş, xx.xx.2013-cü il tarixdə AB №963689 qeydiyyat şəhadətnaməsi əsasında adına ** EU *** qeydiyyat nişanı ilə rəsmiləşdirilmişdir. Nəqliyyat vasitəsi daim istifadəsində olaraq müəyyən müddət satılmadığından dayanacaqda saxlanılmış, sonradan xaricdə olduğundan qardaşı X8 adına xx.xx.2014-cü il tarixdə 20 illik baş etibarnamə vermişdir. Nəqliyyat vasitəsindən qardaşı ilə bərabər istifadə etmişlər və avtomobil hazırda onun sərəncamındadır. Lakin bu yaxınlarda müəyyən etmişdir ki, sözügedən nəqliyyat vasitəsi Cavabdeh tərəfindən öz adına sənədləşdirilərək yeni qeydiyyat şəhadətnaməsi alınmışdır. Halbuki onun həmin şəxsə maşın satmaq fikri olmamışdır, Cavabdeh ona verilmiş etibarnamədən öz şəxsi məqsədləri üçün istfiadə edərək nəqliyyat vasitəsini adına keçirmişdir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, “Mercedes Benz VİTO CDİ” minik markalı avtomobili İddiaçı qardaşı X6 xx.xx.2017-ci il tarixdə etibarnamə ilə 15000 manata aldığını, xx.xx.2017-ci il tarixdə AC № 955944 saylı qeydiyyat şəhadətnaməsi əsasında ** EU *** qeydiyyat nişanı alaraq adına rəsmiləşdirdiyini, rəsmiləşdirmə zamanı avtomobilin 500 manat məbləğindən çox cərimə borcu olduğunu aşkar etdiyini və ödədiyini, bu barədə Səməd Salmana bildirmək istədiyini, lakin onu tapa bilmədiyini, bir müddətdən sonra tapdığında maşını vurduğu üçün qaytarmaq istədiyini, sonuncunun, pulu olmadığını bəhanə gətirərək maşını geri almadığını, ancaq satılmasına köməklik edəcəyini bildirdiyini irəli sürmüş, buna görə də avtomobilin və onun qeydiyyat şəhadətnaməsinin İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh onun ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasınıxahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12736/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1203/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv olunaraq, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir:“...Mülki işin materialları ilə müəyyən edilir ki, mübahisəli avtomaşının alqısatqısı ilə bağlı xx xxxx 2017-ci il tarixli müqavilə Cavabdeh ilə X7 arasında deyil, İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. Beləliklə birinci instansiyası məhkəməsinin etibarsız hesab etdiyi müqavilə mülki işin materiallarında mövcud deyildir. Birinci instansiyası məhkəməsinin qətnaməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığına görə apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutların araşdırılması və iddia tələbinin təminində səhvə yol vermişdir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd edir ki, “mübahisəsi gedən avtomobil xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alındıqdan sonra o, yenidən X10 etibarnamə vermişdir və işin müəyyən olunan halına görə hazırda həm avtomobil həm avtomobilə dair sənədlər ilkin iddiaçıdadır”. Deməli iddiaçı xx.xx.2017-ci il tarixdə mübahisəli avtomaşının Cavabdeh adına qeydiyyata alındığını bilmişdir. Mülki işə əlavə edilmiş BDYPİ Qeydiyyat-imtahan İdarəsinin xx xxxxxx 2018-ci il tarixli məktubundan müəyyən edilir ki, cavabdeh tərəfindən X10 mübahisəli avtomaşın ilə bağlı etibarnamə xx.xx.2017ci il tarixdə verilmişdir. Beləliklə iddiaçı həmin tarixdən məhkəməyə müraciət edərək avtomaşının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edə bilərdi. Lakin iddiaçı bu cür tələblə məhkəməyə bir il dörd ay sonra müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə müəyyən edilmiş kəsici müddəti ötürmüşdür..”. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, o, Pərvizi tanımır. Pərviz avtomobilə dair qardaşına etibarnamə vermiş, iddiaçının qardaşı Səməd Salman isə ona olan borcu müqabilində girov olaraq avtomobili ona vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə iddiaçı, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X7 və Daxili İşlər Nazirliyinin Baş Dövlət X17 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarında olan AC seriyalı 955944 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəha-dətnaməsinin surətindən müəyyən edilir ki, «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. İş materiallarında olan AB seriyalı 963689 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət qeydiyyat nişan-lı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarında olan ƏN-V seriyalı 684780 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2018-ci il tarixədək X2 etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİnin Qeydiyyat-İmtahan Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli 120482/218 saylı məktubuna əlavə edilmiş «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət nömrə nişanlı avtomobilin qeydiyyat hərəkətlərindən hal-hazıra kimi məlumatların kompüter çıxarışından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə X10 xx.xx.2015-ci il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, daha sonra xx.xx.2015-ci tarixdə X11, xx.xx.2016-cı il tarixdə X5, xx.xx.2017-ci il tarixdə Cavabdeh xx.xx.2018-ci il tarixə kimi qüvvədə olan etibarnamə verilmiş, sonra yenə Cavabdeh xx.xx.2018-ci il tarixə kimi qüvvədə olan etibarnamə verilmiş, Cavabdeh xx.xx.2017-ci il tarixdə X3 xx.xx.2018-ci il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, xx.xx.2017-ci il tarixdə avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına rəsmiləşdirilmiş, daha sonra Cavabdeh xx.xx.2017-ci il tarixdə X3 xx.xx.2023-cü il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, xx.xx.2017-ci il tarixdə X10, xx.xx.2018-ci il tarixdə X9 etibarnamələr verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx xxxx 2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh 15000 (on beş min) manata satılmışdır. İş materiallarında olan ƏN-V seriyalı 828739 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2018-ci il tarixədək X1 etibar etmişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin yuxarıda şərh edilən faktiki hallarından göründüyü kimi, mübahisəsi gedən avtomobil İddiaçı (ilkin iddiaçının) verdiyi etibarnamə əsasında hərəkət edən qardaşı Salman Səməd tərəfindən öz borcunun təminatı (girovu) qismində Cavabdeh verilmiş, sonuncu, ona verilən etibarnamədən istifadə edərək avtomobili adına qeydiyyata aldırmışdır. Başqa sözlə, ilkin iddiaçı (təmsil olunan), Salman Səmədə həmin etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, Salman Səməd onun maraqlarından deyil, öz maraqlarından hərəkət edərək avtomobili borcunun təminatı qismində Cavabdeh vermiş, sonuncu avtomobili öz adına rəsmiləşdirmiş, avtomobilin formal satışından hər hansı pul vəsaiti əldə olunmayaraq ilkin iddiaçıya (təmsil olunana) verilməmişdir; bu o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuşdur. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bununla belə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilən maddələrin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq olunmalıdır. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia müddətləri həmişə məhkəməyə müraciət etməklə bağlı olan müddətlər olduqları halda, kəsici müddətlərin məhkəməyə müraciət etməklə bağlı olması həmişə zəruri deyildir. Əqdi mübahisələndirə bilmək üçün məhkəmədə iddia qaldırmaq məcburiyyəti və zərurəti yoxdur, hüququ pozulmuş şəxs tərəfindən əqdin mübahisələndirildiyinə dair iradə ifadəsinin hər hansı bir şəkildə qarşı tərəfə bildirilməsi kifayətdir. Nəzərə alınmalıdır ki, qeyd edilən maddələrin mənasına görə, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən ilkin iddia üzrə iddiaçı mübahisəsi gedən avtomobilə dair X8 adına xx.xx.2013-cü ildə baş etibarnamə vermişdir. O, qardaşına baş etibarnamə verməklə ehtimal etməli idi ki, qardaşı tərəfindən avtomobilə dair sərəncam hüquqları digər şəxsə verilə bilər. Belə ki, o qardaşı Səməd Salmana avtomobili idarə etmək üçün deyil, avtomobilə dair sərəncam vermək hüququnu ehtiva edən baş etibarnamə vermişdir. Beləliklə hazırki iddia üzrə müddət axımı baş etibarnamənin verildiyi xx.xx.2013-cü il tarixdə başlamışdır. Həmçinin kollegiya onu da qeyd edir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirildiyinə dair iradə ifadəsinin hər hansı bir şəkildə qarşı tərəfə bildirməmişdir; bu isə o deməkdir ki, iddiaçı əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə əməl etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İşin yuxarıda sadalanan hallarından məlum olur ki, «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət nömrə nişanlı avtomobil barədə İddiaçı xx.xx.2013-cü il tarixdə X10 xx.xx.2015-ci il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, daha sonra xx.xx.2015-ci tarixdə X11, xx.xx.2016-cı il tarixdə X5, xx.xx.2017-ci il tarixdə Cavabdeh xx.xx.2018-ci il tarixə kimi qüvvədə olan etibarnamə verilmiş, sonra yenə Cavabdeh xx.xx.2018-ci il tarixə kimi qüvvədə olan etibarnamə verilmiş, Cavabdeh xx.xx.2017-ci il tarixdə X3 xx.xx.2018-ci il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, xx.xx.2017-ci il tarixdə avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına rəsmiləşdirilmiş, daha sonra Cavabdeh xx.xx.2017-ci il tarixdə X3 xx.xx.2023-cü il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, xx.xx.2017-ci il tarixdə X10, xx.xx.2018-ci il tarixdə X9 etibarnamələr verilmişdir. Göründüyü kimi «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət nömrə nişanlı avtomobil hazırda Cavabdeh mülkiyyətindədir, lakin avtomobil və ona dair sənədlər hazırda İddiaçıdır. Bu isə o deməkdir ki, İddiaçı avtomobilə sahiblik hüququ qanunsuz olduğundan avtomobil və ona dair sənədlər Cavabdeh qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1510/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi apellyasiya ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qey-diy-yat şəhadətnaməsinin ləğv olunması” barədə ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət nömrə nişanlı avtomobil və ona dair AC seriyalı 955944 nömrəli avtomobil qeydiyyat şəhadətnaməsi İddiaçı alınaraq Cavabdeh qaytarılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5072/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5072/2020
24.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver