Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-508/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment öhdəliyinə xitam verilməsi və aliment borcunun silinməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2539/2020 saylı işi üzrə 09.06.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11.04.2011 -ci il tarixli, 2(008)- 284/2011 saylı qətnaməsi əsasında yaranmış aliment borcunun silinməsi, bundan sonra aliment ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11.04.2011-ci il tarixli, 2(008)-284/2011 saylı qətnaməsinin surətinə əsasən, İddiaçı Cavabdeh qarşı "nikahın ləğv edilməsi tələbinə dair" iddiası təmin edilərək tərəflər arasında 27.05.2003-cü il tarixdə bağlanmış nikahın pozulması, 18.03.2006-cı il təvəllüdlü X2 anasının yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 11.04.2011-ci il tarixdən başlayaraq iddiaçıdan hər ay 76 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir (səh.8); iddia ərizəsinə əlavə olunmuş 24.12.2019-cu il tarixli, 191167/2019-4-9 saylı tələbin könüllü icrası haqqında bildirişə əsasən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11.04.2011-ci il tarixli, 2(008)- 284/2011 saylı icra sənədi üzrə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsində 24.12.2019-cu il tarixli qərarla icraata başlanılmış və borclu İddiaçı qeyd olunan icra sənədində göstərilən tələbləri 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuş, əks təqdirdə icra sənədinin məcburi icra ediləcəyi barədə xəbərdarlıq edilmişdir (səh.12). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2539/2020 saylı işi üzrə 09.06.2020ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə, 34-cü maddəsinə; BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında Konvensiyası” nın 3-cü maddəsinə; “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə, 18-ci maddəsinin 1 -ci bəndinə, 27-ci maddəsinin 2-ci bəndinə; "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə və 12.11.1989-cu ildə qəbul edilmiş "Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-ci maddəsinə; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 107, 113-cü maddələrinə; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 77, 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İddiaçı tələbinin hüquqi əsası kimi aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənilməsini, özünün hazırda maddi vəziyyətinin pisləşməsini göstərsə də, məhkəmə hesab edir ki, qanunun göstərilən müddəaları yetkinlik yaşına çatmamış uşaqlara deyil, digər əsaslarla aliment almaq hüququna malik olan şəxslərə aid olan müddəalardır. Həmin hüquqi əsasa görə hazırkı iddia tələbi təmin edilə bilməz. Belə olan halda da alimentin cavabdehə ödənməsi qanuni və əsaslıdır və iddianın təmin edilməsi üçün əsas yoxdur. Ona görə də, məhkəmə uşağın mənafeyini əsas tutaraq belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh aliment borcunun silinməsi və aliment öhdəliklərinə xitam verilməsi barədə iddiası əsassız olduğundan təmin edilə bilməz. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli 2(011)-2539/2020 saylı qətnaməsini ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətindəAzərbaycan Respublikası Konstitusiyasının 13, 34, 125-ci maddələrinə; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50, 56, 58, 60, 76, 78, 106, 107.2, 113, 560-cı maddələrinə istinadən qeyd edilmişdir ki, işin faktiki hallarından müəyyən olunur ki, o, 27 may 2003-cu il tarixdə cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan onların bir övladı anadan olmuşdur : 18 may 2006-cı il təvəllüdlü X7. Ər-arvad kimi onlar uzun müddət birgə yaşamışlar, lakin sonradan münasibətləri müvəqqəti pozulmuşdur və Xətai rayon Məhkməsinin 11 aprel 2020-ci il tarixli 2(008)-284/2011 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir birgə nikahdan doğulan X7 cavabdehin (anasının) yanırıda qalmalı və uşağın saxlanılması üçün ondan cavabdehin xeyrinə hər ay 76 manat aliment tutulmalıdır. Lakin qətnamə qəbul edidikdən sonra tərəflərin ailə və maddi vəziyyətində əhəmiyyətli dəyişdiklər baş vermiş, ailə münasibətləri qısa müddətdə bərpa edilmiş, cavabdeh ilə bir mənzildə birgə yaşayıb, birgə fəaliyyət aparmış və qızları Gülbəniz Quliyevanı birgə saxlayıb böyütmüşlər, onun maddi və mənəvi təlabatlarını da birgə ödəmişlər. Nikah pozulduqdan sonra onların ər-arvad kimi faktiki münasibəti 2019-ci ilə qədər davam etmişdir. Həmin tarixdən münasibətləri pozulmuş və ailə münasibətlərinə faktiki xitam verilmişdir. Azyaşlı uşağın saxlanması üçün cavabdehin xeyrinə aliment tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcüd olsa da, uşaq faktiki olaraq daim onların yanında qalmış, onun bütün maddi və mənəvi ehtiyaclarını o ödəmiş və çəkdiyi aylıq xərclərin həcmi 76 manatdan qat-qat artıq olmuşdur. Göründüyü kimi nikahın ləğv edilməsi haqqında qətnamə qəbul ediləndən sonra qərar qanuni qüvvəyə minməmiş, qısa bir müddətdə (təxminən 1 ay) ərzində onlar barışmış və 2011-2019-cü illər tarixində səhər-gündüz-gecə onlar ər-arvad kimi bir mənzildə birgə yaşamış və ümumi təsərrrüfat aparmışlar. O, bir ata kimi qızı Gülbəniz Quliyevi 1 yaşından 3 yaşınadək Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Süsən” körpələr evinə hər səhər saat 7-00 aparıb, axşam saat 17-00 evə gətirmişdir. Eyni qaydada 3 yaşından 6 yaşmadək onu Əhmədli qəsəbəsində yerləşən 236 saylı uşaq baxcasına aparıb-gətirmişdir. 2011-ci-2019-cu illərdə hal-hazırda 15 yaşı olacaq övladının psixi inkişafını hərtərəfli təmin etmişdir: uşağın təhsil prosesinə, sağlamlığına (poliklinikada müayinə edilməsi, peyvəndlərin vurulması, 9-cu mikrorayonda fəaliyyət göstərən göz klinikasında müalicəsi, eynəklərlə təmin edilməsi və sair) daim qayğı və diqqət göstərmişdir. Bundan əlavə, valideyn kimi uşağına arxa-dayaq olmaqla bərəbər ailə üzvlərinin qidalanması üçün onları tələb olunan ərzaq məsulları ilə təmin etmişdir. Uşaq təhsil aldığı 2014-2017-ci illərdə onu şəxsi Jiqulu markalı ** HK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə məktəbə aparıb-gətirmişdir. 2017-2019-cu illərdə ** NA *** qeydiyyat nömrəli avtomobili ilə saat 7-20-də məktəbə aparmış və saat 14-00 isə uşağı qarşılayıb evə gətirmişdir. Göstərilən illər ərzində o, yaşadığı H.Aslanov metrosu ərazisindən qızını təhsil aldığı Nizami rayonu 214 saylı orta məktəbə və Q.Qarayev metrosuna yaxın yerləşən 32 saylı orta məktəbə aparıb-gətirmiş, dəfələrlə sinifdə oturub qızının sual-cavabını dinləmiş, valideyn iclaslarında iştirak etmişdir. Əlavə olaraq həftənin İİ,İV,Vİ günlərində uşağı evlərinə Ukrayına dairəsinin yaxınlığında fəaliyyət göstərən “Kaspi” Tədris Məktəbinə saat 15-00 aparıb, saat 16-00 qeri gətirmişdir. Asuda vaxtlarında uşağı dəfələrlə dənizkənarı parka gəzintiyə və əyləncəyə aparmışdır. Uşaq 7 yaşında olanda ona Laçın Ticarət Mərkəzində ağ gəlinlik donu və fata almışdır. Anası Mehriban iki dəfə ərdə olub, lakin nə toyu, nə də ki fata geyinib. Cavabdeh 2003-cü ildən 2010-cu ilə kimi bərbərxanada saçdüzəldən işləyib, gündə cəmi 15 manat pul qazanıb, o, gedib nəzarət edəndə onun daim başqa işçilərlə qeybət etdiyinin şahidi olmuşdur. Göründüyü kimi o, cavabdeh ilə ərarvad kimi gecə və gündüz bir yerdə yaşamışlar. Onun hec ağlına da gəlməyib ki yenidən nikahı rəsmiləşdirsin. Lakin cavabdeh bilərəkdən buna etməmişdir, məqsədi isə onun hesabına çoxlu sərbəst toplamaq olub. Onlar Avropa nikah növlərindən olan vətəndaş nikahında yaşamışlar. Həmin illər ərzində yaşadıqları ünvanları tez-tez dəyişib, müxtəlif mənzillərdə kirayə yaşamışlar və kirayə haqlarını 300 Manat o ödəmişdir. Həmin mənzillər aşağıdakılardır: Bakıxanov qəsəbəsi, Arablinka küçəsi, 2 otaqlı mənzil (2008-2009-cü illər); Bakı şəhəri, 8-ci KM,XXİ əsr "xxxx" MTK, 2 otaqlı mənzil (2009-2010-cu il); Bakı şəhəri, 8-ci KM, Qara Qarayev küçəsi 71 (2011-ci il). 2017-2019-cu illərdə "xxxx" MTK-nın iş adamları İmran Axundov və İsfəndiyar Axundov onunla cavabdehin arasında nifaq saldılar, cavabdehlə aralarında əmlak mübahisələri başlandı və bunun nəticəsi olaraq 2019-cu ildə onlar birdəfəlik ayrıldılar və elə həmin ildə cavabdeh aliment iddiasına başladı və məhkəməyə müraciət edib icra vərəqəsi aldı. Halbuki cavabdeh alimentin məbləğini ondan 5 qat artıq çıxartmışdır. 2011-ci ildə 2019-cu illər ərzində uşagın onun yanında faktiki himayəsində olması faktı aşağıda göstərilən mötəbər sübutların məcmusu ilə tam təstiq olunur: Xətai rayon Məhkəməsinin 11 aprel 2020-ci il tarixli 2(008)-284/2011 saylı qətnaməsi ilə nikahları rəsmi qaydada pozulduqdan sonra onlar birgə yaşayıb, birgə təsərrüfat apardıqları cavabdeh inkar etmir, bunu özü etiraf etmişdir. Nikah pozulduqdan sonra, yəni 2011-ci ildə 2019-cu ilə qədər uşaqla birlikdə ər-arvad kimi birgə yaşayıb, birgə təsərrüfat aparması X1 özü şəxsən təstiq edəcəkdir. Məhkəmənin qətnaməsi ilə onların nikahın formal ləğv edilməsinə baxmayaraq, faktiki birgə yaşamağa davam etdiyi üçün cavabdeh 2019-cu ilə qədər heç zaman ondan aliment tələb etməmiş, alimentin məcburi icraya yönəldilməsi üçün hec bir tətbir görməmiş, məhkəmədən icra vərəqəsi tələb etməmişdir. Cavabdeh icra vərəqəsini verilməsi barədə məhkəməyə yalnız 2019-cu ildə müraciət etmiş və bu hərəkətləri ilə məhz həmin tarixdən etibarən faktiki ayrıldıqlarını nümayiş etdirmişdir. O, uşaqla bir mənzildə yaşadığı üçün, məhkəmədə iddia qaldırıb uşaqla görüş qaydalarının müəyyən edilməsini tələb etməmişdir. O, 2011-2019-ci illər ərzində cavabdeh ilə birgə yaşadıqları faktın təstiq etmək üçün məhkəməyə kifayət qədər sübutlar təqdim etmək imkanında olmuş, lakin işə baxan hakim buna imkan verməmişdir. O, bildirmişdir ki, aliment tutulması barədə iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamə vardır. Həmin qətnamə preyudisial əhəmiyyətə malik olmaqla, hökmən icrası təmin edilməlidir. Ona görə məhkəmə hər hansı əlavə sübutları qəbul etməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq, apellyasiya məhkəməsindən xahiş edir ki, aşağıdakı adları göstərilən şəxslərini məhkəmədə dindirilməsini təmin edilsin: X15 (ünvan : Baki şəh. ünvan 1 X10 ( ünvan: Baki şəh. Bakıxanov qəsəbəsi, Sülh küç., ev 14/2 mən. 44); X11 ( ünvan: Baki şəh. Bakıxanov qəsəbəsi, Sülh küç., ev 4 mən . 34); X4 ( ünvan: Baki şəh. ünvan 5ayonu 32 saylı orta məktəbin pedaqoqu , uşağın sinif rəhbəri, tel: 012 421-24-07). X1 da məhkəmədə dindirilmnəsini təmin edilməsini xahiş etmişdir. Belə ki anası (cavabdeh) onun məhkəmədə dindirilməsinə imkan vermir, buna mane olur. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcüd olsa da, o, 2011- 2019-ci illlər ərzində uşağını faktiki öz yanında saxlamış, uşağın maddi və bütün digər ehtiyaclarını ödəmiş və bir valideyn kimi uşaq qarşısında vəzifələrini vicdanla yerinə yetirmişdir. Lakin, 2019-cu ildə münasibətləri pozulduqdan sonra, cavabdeh əsassız varlanmaq niyyətinə düşmüş və 2011-ci ildə verilmiş qətnaməyə əsasən 2019-cu ildə icra vərəqəsi almış və icra işinin başlanmasına nail olmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment cavabdehin varlanması üçün deyil, uşağın saxlanması üçün təyin edilmişdir. Uşağı isə bu müddət ərzində o saxlamış və uşağa aliment ödəmək öhdəliklərini artıq icra etmişdir. Qətnamə qəbul ediləndən sonra tərəflərin vəziyyətlərində əhəmiyyətli dəyişdiklər baş vermişdir: ailə münasibətləri bərpa edilmiş, hazırda pensiya yaşına çatmış, əmək qabiliyyətini itirmiş, ağır xəstədier, “şizofreniya” diaqnozu ilə tibbi qeydiyyatdadır. 03.01.2001-ci il tarixdən 12.02.2001-ci il tarixə kimi Bakı şəhəri 2 saylı X20 stasionar qaydada yatib və şizofreniyanın paranoid formalı xəstəliyindən müalicə olunmuşdur. Həmin xəstəlik sağalmayan xəstəlikdir. F 20-0 diaqnozu ilə bu günə kimi dərman qəbul edir (fenazepam, moditen depo, anafranil, vitaminlər v ə başqa dərmanlar). 2017-ci-2019-cu illərdə Mehribanın təzyiqləri nəticəsində xəstəlik resediv verib vəziyyəti pis olduğu üçün 16.01.2020-30.01.2020-ci illərdə Bakı şəhəri 3 saylı Kliniki Xəstəxanasında psixosomativ şöbəsində yatmışdır. 17.10.2015-ci ildə Respublika Kliniki Xəstəxanasında MRT müayinəsi olmuşdur. Nəticə: L-Sl səviyyəsində fəqərəarası disklərin şmorl düyünləri, L1-L2 səviyyəsindən fəqərəarası disklərin deqenerativ dəyişdikləri,L1-L2 fəqərəarası diskin sağ lateral- foramenal protuziya, sağ lateral sinir köpcüyünün minimal sıxılması, L4-L5 fəqərəarası diskin arxa median geniş əsaslı protroziyası aşkar olunub. Xəstə 3 saylı Klinikada 10.09. 2011, 10.10.2012-03.11.2012-ci ilə kimi , 31.03.2016- 14.04.2016-ci ilə kimi, 22.09. 2017-02.10.2017 ci ilə kimi bel-omba fəqərəsinin protroziyası diaqnozu ilə müalicə alıb. Maddi vəziyyətinə gəldikdə isə o, 1 otaqlı mənzildə qeydiyyatdadır və orada 2-ci qrup əlil olan eyni irsi xəstəlikdən əziyyət çəkən oğlu ilə yaşayır. Ondan fərqli olaraq cavabdeh əmək qabiliyyətlidir, onun pullarının hesabına özünə geniş biznes açmış, daşınmaz əmlakın təmiri və alqı-satqısı ilə məşğuldur, külli miqdarda pul və əmlak sahibidir. Həmin əmlklar aşağıdakılardır: "xxxx" MTK tərəfindən inşa edilmiş Xətai r-nu, Əhmədli qəsəbəsi Gəncə prospekti, 2980/81-ci məhəllədə 4 otaqlı mənzil 78. Həmin mənzili 25.02 2015-ci ildə 123000 manata satıb. Həmin ünvanda olan 106 nömrəli mənzil 2019-cu ildə 135000 manata satıb. "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 6 ünvanında olan obyekt ( bərbərxana). 2019-cu ildə 120 000 manata satıb. "xxxx" MTK tərəfindən inşa edilmiş, 8-ci KM qəsəbəsi, ünvan 7 ünvanda 4 otaqlı mənzil. Hazırda həmin mənzildə yaşayır. Turkan qəsəbəsində 10 sot torpaq sahəsində inşa edilmiş bağ evi. “Nissan-Qaşqay” markalı 90 ve 949 dövlət qeydiyyat nömrəli avtomobil. “TOYOTA RAF-4” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobil. Hazırda onun heç bir gəliri yoxdur, maddi vəziyyəti çətin və ağırdır, tələbkar M.Cəlilov isə bütün bu illər 2010-2019-cu illər ərzində birlikdə yaşadıqları müddətdə birlikdə yaşadıqları müddətdə onun hesabına varlanmış, külli miqdarda pul vəsaiti, bahalı avtomob, mənzillər, özəl bərbərxana, obyeklər,villalar və sairə almışdır. Bakı Apellyasiya Məhkəməsinin 24.08.2020-ci il tarixli qərardadı ilə, üçün Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-6493/2020 saylı mülki işin materialları Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi qərara alınmış və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 14.06.2021-ci il tarixli rəyinə əsasən, Həmiçinin müəyyən olunmuşdur ki, Cavabdeh ünvan 8 ünvanında (İnzibati bina) qeydiyyatda olsa da, faktiki ünvan 9 ünvanında övladı ilə birlikdə yaşayır. O, izahatında boşandıqdan sonra qızının atası ilə daim ünsiyyətdə olduğunu, atanın onun təlim-tərbiyəsində iştirak etdiyini vurğulayaraq, İddiaçı aliment ödəmədiyini, övladının maddi problemlərini özü həll etdiyini bildirmişdir (surəti əlavə olunur).Yetkinlik yaşına çatmayanın fikrinin öyrənilməsi məqsədilə X2 izahatı alınmışdır. Yetkinlik yaşına çatmayan G.İddiaçıa izahatında anası ilə birlikdə yaşadığını, valideynlərinin ayrılmasına baxmayaraq onların 2017-ci ilə kimi bir evdə yaşadıqlarını, atasının ona mənəvi dəstək olduğunu, onun təlim-tərbiyəsi ilə məşğul olduğunu, gəzməyə apardığını qeyd etsə də, maddi cəhətdən onu az təmin etdiyini, daha çox birinci nikahdan olan övladlarına pul xərclədiyini vurğulamış, onun maddi cəhətdən təmin edilməsinin, kommunal xidmətlərin ödənilməsinin anası tərəfindən həyata keçirildiyini bildirmiş, 2017-ci ildən atası ilə ayrı-ayrı evlərdə yaşadıqlarını və atasının ancaq onun mənəvi probleməri ilə maraqlandığını, hətta o, xəstə olduğu zamanlarda anasının ona dəstək olduğunu qeyd etmişdir (surəti əlavə olunur).Yuxarıda şərh olunanlara əsasən, həmçinin İddiaçı xəstəliyini, 2019-cu ilədək tərəflərin birgə yaşadıqlarını nəzərə alan Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiya İddiaçı övladı X3 olan aliment öhdəliyinin 2019-cu il tarixindən ödənilməsini məqsədəuyğun hesab etmişdir . Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X8 apellyasiya şikayətini müdafiə edərək, qəyyumluğun rəyinin qərar qəbul edilən zaman əsas kimi qəbul edilməli olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən olunur: Sabunçu Rayon İcra Şöbəsinin 16.07.2021-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)_284/2011 saylı, 11.04.2011-ci il tarixli icra sənədinə əsasən İddiaçı ığlundan 11 aprel 2011-ci il tarixdən balayaraq bir uşağın saxlanması üçün hər ay 76 manat nəbləğində alimentin Cavabdeh ödənilməsi qərara alınmışdır. İcra sənədi 24.12.2019-cu il tarixdə icraata daxil olmuş və qanunamüvafiq qaydada icraata başlanılmışdır. Qərar və bildirişi 24.12.2019-cu il tarixdə şəxsən qəbul etmişdir. Borclunun ünvanına 28.12.2019-cu il tarixli xəbərdarlıq göndərilmişdir. Borclu 27.12.2019-cu il tarixdə alimentin ləğvi ilə bağlı şöbəyə ərizə ilə müraciət etmişdir. Tələbkar Cavabdeh 29.12.2019cu il tarixdə şöbəyə ərizə müraciət etmişdir. Borclu çağırışlara gəlmədiyi üçün qeydiyyatda olduğu ünvanda yaşamadığı səbəbindən borclu barəsində axtarış qərarı qəbul edilmişdir.Borclu Nizami rayonunda qeydiyyata düşdüyü üçün axtarış qərarı açılmadan geri qaytarılmışdır. Borclu İddiaçı 16.07.2021-ci il tarixə olan aliment borcu 9348 manat təşkil edir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 76, 78, 99, 100, 110, 112.1; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80- 82.1, 106.2, 217.4, 218.3, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməldir. Belə ki, iş materiallarından, rəydən və uşağın izahatından göründüyü kimi iddiaçı 2017-ci ilədək cavabdehlə mübahisəsiz bir ailə təsərrüfatı aparmış və uşağa baxmışdır. İddia tələbi 24.02.2020-ci il tarixdə irəli sürülmüşdür. Ailə Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, icra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik müddət həddində tutula bilər. Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Qeyd edilən faktiki və hüquqi əsaslara görə iddia qismən təmin edilməli, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment tələbi üzrə 24.02.2017-ci ilədək olan borca xitam verilməlidir. Qalan hissədə iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı məsrəflər onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2539/2020 saylı işi üzrə 09.06.2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11.04.2011-ci il tarixli, 2(008)-284/2011 saylı qətnaməsi əsasında yaranmış aliment borcunun 24.02.2017-ci ilədək olan hissəsindən İddiaçı azad edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-508/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-508/2021
26.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver