Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-509/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: artıq ödənilmiş alimentin geri qaytarılması, alimentin miqdarının dəyişdirilməsi, uşağın atanın himayəsinə verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “artıq ödənilmiş alimentin geri qaytarılması, alimentin miqdarının dəyişdirilməsi, uşağın atanın himayəsinə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2289/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı 27 mart 2015-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşlar.
2. Tərəflərin birgə nikahlarından olan 09 sentyabr 2015-ci il təvəllüdlü X9, 29 noyabr 2016-cı il təvəllüdlü X5 və 08 sentyabr 2018-ci il təvəllüdlü X7 doğulmuşdur.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1683/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 09 sentyabr 2015-ci il təvəllüdlü X9, 29 noyabr 2016-cı il təvəllüdlü X5 və 08 sentyabr 2018-ci il təvəllüdlü X7 adlı uşaqların anaları Cavabdeh yanında saxlanmaları müəyyən edilmiş, yetkinlik yaşına çatmayan uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün İddiaçı hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının başlanğıcının 07 yanvar 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsinə verilməsi, artıq tutulmuş alimentin geri qaytarılması və aliment miqdarının həcminin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X3 iddiaçının himayəsinə verilməsi, xx.xx.2021-ci il tarixdən aylıq qazancından artıq tutulmuş aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması və ödəməli olduğu aliment məbləğinin həcmini azaldaraq əmək haqqının 1/3 hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan 3 uşaqları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan aralarında münasibətlər pozulmuş, cavabdeh heç bir ciddi əsas olmadan övladlarını götürərək ata evinə getmişdir. Daha sonra nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan uşaqların ananın himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment hər ay İddiaçı qazancının yarısının tutulması, tutmanın xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. Lakin qızları Nərgiz Ağayeva autizim xəstəliyindən əziyyət çəkdiyindən cavabdeh onu aparmamış, digər övladları Uğur və Laləni isə özü ilə aparmışdır. Nərgiz Ağayeva xəstə olduğundan psixoloji mərkəzlərə aparılmalı, pedaqoqlarla görüşməli, müayinə və müalicə olunmalıdır. Xəstəlikdən əziyyət çəkən uşaqların xüsusi ana qayğısına ehtiyacı vardır. Anası isə uşağa əziyyət çəkmək istəməyərək asan yola əl ataraq onu iddiaçının yanında qoyaraq getmişdir. Lakin iddiaçı uşağın anasız böyüməməyini düşünərək uşağı anasının yanına göndərmiş, o, isə uşağı aparan şəxsə “mənim gedən yerim var, onu apar evlərinə” cavabını vermişdir. Nərgiz Ağayeva ilə iddiaçı, nənəsi və babası baxır, onun qayğısına qalır, uşağı psixoloji mərkəzlərə, loqopedə, müxtəlif həkimlərə, baxçaya aparır, onun bütün madi ehtiyaclarını qarşılayırlar. O, bir ata kimi qızının sağlam olması üçün əlindən gələn hər şeyi edir. Həmçinin alimentin tutulması hissəsində iddiaçı birdirmişdir ki, uşaq onun yanında qalsa da, uşağın bütün xərcləri onun tərəfindən qarşılansa da, əsassız olaraq hər ay cavabdehə pul ödənilir. O, isə alimenti alaraq xərcləyir. Bununla bağlı iddiaçı icra məmuruna müraciət etsə də, məhkəmə qətnaməsi olduğundan alimentin azaldılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən də, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 2289/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X3 atası İddiaçı himayəsinə verilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1683/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, İddiaçı 09 sentyabr 2015-ci il təvəllüdlü X6 və 08 sentyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin dəyişdirilmiş hissədə tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini əsaslandırarkən AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X5 atası İddiaçı himayəsinə verilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1683/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 09 sentyabr 2015-ci il təvəllüdlü X6 və 08 sentyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşa çatanadək saxlanmaları üçün İddiaçı hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməlidir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, Binəqədi rayon məhkəməsinin 2(001)- 2289/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnızca Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsaslanaraq, məhkəmə-psixoloji eskpertizası təyin etmədən, autizm xəstəliyindən əziyyət çəkən azyaşlı uşağı ana və qardaş-bacısından ayıraraq ataya vermiş, tam qanunsuz və ədalətsiz şəkildə iddiaçının marağlarına uyğun qətnamə qəbul etmişdir. Sözügedən rəydə qeyd edilənlər həqiqəti əks etdirməyən məlumatlardır. Belə ki, rəydə bildirilir ki, guya “körpə yaşlarından uşaqların daha çox ana qayğısı və sevgisinə ehtiyacları olduğu bir zamanda ana tərəfindən üç ay davamlı onları ata himayəsində qoyması, 1 ilə yaxın müddətdə səhhətində problemi olan övladı - Nərgizi ata və onun valideynlərinin himayəsində qoymaqla, səhhəti ilə maraqlanmaması, sağalması üçün tədbirlər görməməsi, onun valideynlik bacarıqlarının zəif olmasına dəlalət edir”. Bu deyilənlər tamamilə absurddur və həqiqəti əks etdirmir. Belə ki, cavabdeh tərəfindən azyaşlı övladı heç vaxt aylarla, illərlə iddiaçının himayəsinə verilməyibdir, sırf iddiaçı tərəfin uydurmalarıdır ki, rəydə onu da qeyd etdiriblər ( bunun əksini sübut edəcək dəlili varsa iddiaçı tərəf məhkəməyə təqdim etdin, komissiya necə müəyyən etdi ki, uşağ neçə ay kimin yanında qalmışdır ? ) əksinə, azyaşlı Nərgizin öz atasına bağlılığını və tərəflərin evlərinin bir birinə qonşu olmasına görə, cavabdeh tərəfindən tez-tez Nərgizin öz ata, nənə və babası ilə birlikdə qalmasına şərait yaradılmışdır. Bunun qarşılığında isə iddiaçı tərəf uşağın autizm xəstəliyindən istifadə edərək onu anasından və qardaş- bacısından uzaqlaşdıraraq uzun müddət öz yanında məcburi saxlamışdır, çünki uşaqda psixi pozğunluq var və iddiaçı bu xəstəlikdən məharətlə istifadə etmişdir. Ana tərəfindən dəfələrlə uşaq geri tələb edildikdə isə müxtəlif maneələr yaradılmış və nəhayətində məcburi icra orqanlarının köməyi ilə uşağı geri qaytarmaq mümkün olmuşdur. Belə ki, yaradılan bu şəraitdən, yəni cavabdehin insanlıq edərək iddiaçı tərəf və onun ailəsinin uşağla ünsiyyətdə olmasını, azyaşlı uşağın psixologiyasında atanın pis xatırlanmaması üçün Cavabdeh yaratdığı şəraitdən iddiaçı tərəf böyük ustalıqla sui-istifadə etmiş və başqa çarə qalmadığı üçün nəhayətində Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Ramin Muradovun iştirakı ilə azyaşlı Nərgiz yenidən anasının himayəsinə qaytarılmışdır. Atanın öz övladının müxtəlif müalicə və müayinələrinə pul xərcləməsi isə heç də ananın övladını atması və ya istəməməsi demək deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı tərəf cavabdehə ödədiyi alimentin dərdindədir, ona övlad maraqlı deyildir, sırf uşaqlardan birini anasından ayırmaqla ona mənəvi zərər vurmağa çalışır. Əks halda öz övladına xərclədiyi müalicə xərclərini əsas gətirərək, balanı anasından və öz bacı-qardaşlarından ayırmağa çalışmazdı. Necə olur ki, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından olan digər azyaşlı övladlarının səsini belə eşitmək istəməyən, görməyəçalışmayan ata birdən-birə azyaşlı Nərgizə qarşı belə diqqətli oldu. Bu sualın cavabı odur ki, sırf iddiaçı alimentdən boyun qaçırtmaq üçün xəstə uşağından istifadə edir. Onu yanında saxlamaqla alimenti azaltmaq və bacıqardaşından, anasından ayırmaqla hər kəsə psixoloji zərbə vurmağa çalışır. Hətta öz iddiasında ödədiyi alimentlərin də geri qaytarılması tələbini qoymuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yönəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
17. 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
18. 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
19. 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.
20. 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
21. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etməyə borcludurlar.
22. 58.2-ci maddəsinə görə valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
23. 60.1-ci maddəsinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
24. 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər.
25. 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşağın yaşayış yeri barədə mübahisə məhkəmə tərəfindən göstərilənlər nəzərə alınmaqla həll edilir: 1) uşağın hüquq və mənafeləri; 2) uşağın rəyi; 3) uşağın qardaş və bacılarına olan bağlılığı; 4) uşağın valideynlərdən hər birinə olan bağlılığı; 5) valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri; 6) uşağın yaşı; 7) uşağın inkişafı və tərbiyəsi üçün şərait yaradılması.
BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının:
26. 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
27. 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər birbirindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:
28. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
33. 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
35. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin 04/06-13-8-11-31/895 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58 və 60-cı maddələrini nəzərə alaraq, uşağın mənafeyinin üstünlüyü baxımından xx.xx.2016-cı il təvəllüdlü X3 İddiaçı himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin, rəydə qeyd edilmişdir ki, körpə yaşlarından uşaqların daha çox ana qayğısı və sevgisinə ehtiyacları olduğu bir zamanda ana tərəfindən üç ay davamlı onları ata himayəsində qoyması, eyni zamanda 1 ilə yaxın müddətdə səhhətində problemi olan övladı – Nərgizi ata və onun valideynlərinin himayəsində qoymaqla, səhhəti ilə maraqlanmaması, sağalması üçün tədbirlər görməməsi, onun valideynlik bacarıqlarının zəif olmasına dəlalət edir. Hal-hazırda, Nərgizin yaş həddi məktəbəqədər hazırlıq dövrünə aiddir. Bu yaşda uşaqların fiziki və psixi inkişafında kifayət qədər dəyişikliklərin, inkişafın baş verdiyi və məktəb həyatında hazırlıqların edildiyi dövrdür. Nərgizin məktəb həyatına tam hazır olması, yaşına uyğun inkişafının təmin edilməsi üçün səhhəti ilə bağlı görülən tədbirlərin davam etdirilməsi, əvvəllər yaşadığı, öyrəşdiyi mühitdə yaşamasının təmin edilməsi məqsədilə onun atasının himayəsinə verilməsi uşağın maraqlarına daha uyğundur.
36. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, Cavabdeh ailə və mənzil-məişət şəraiti yaşayış üçün əlverişlidir. Həmçinin, müayinə aktında Cavabdeh sözlərinə əsasən qeyd edilmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü X1 problemlər olduğu üçün o, baş verənləri başa düşmür, uşaq atası ilə ünsiyyətdə olmaq istədiyi üçün onu atasının yanında göndəriblər.
37. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, İddiaçı qızının ailə və mənzil-məişət şəraiti yaşayış üçün əlverişlidir. Həmçinin, aktda qeyd edilmişdir ki, ünvanda olarkən yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X3 atasının evində olması müəyyən edilmişdir. İddiaçının atası Nümayəndə sözlərinə görə, xx.xx.2022-ci il tarixdə keçirilən Komissiya iclasından bir neçə saat sonra böyük nəvəsi Uğur Ağayev heç bir məlumat vermədən bacısı Nərgizi onlara gətirib vermiş, həmin gündən uşaq onlarda qalır, uşağın anası isə övladı ilə maraqlanmır.
38. Birinci instansiya məhkəməsi qeyd olunan rəyə və aktlara istinadən hesab etmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü X5 atası İddiaçı himayəsinə verilməli və bununla əlaqədar məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir.
39. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir.
40. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1683/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozularkən tərəflərin birgə nikahlarından olan 29 noyabr 2016-cı il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması müəyyən edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsini tərəflər mübahisələndirməmişlər və qətnamə hal hazırda da qüvvədədir.
41. Lakin bu qətnamənin qəbul edilməsindən cəmi 9 aya yaxın müddət keçdikdən sonra İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək azyaşlı 29 noyabr 2016cı il təvəllüdlü X3 onun himayəsinə verilməsini xahiş etmişdir.
42. Kollegiya hesab edir ki, tərəflər arasında nikah pozularkən uşağın valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən və bu qətnamə hal-hazırda qüvvədə olduğundan, uşağın yaşayış yerinin dəyişməsi yalnız həmin qətnamə qəbul edildikdən sonra yaranmış əsaslarla mümkündür.
43. Bu mənada qeyd edilməlidir ki, hazırkı iddianın əsaslılığı məsələsinə xx.xx.2021-ci il tarixdən sonra mövcud olmuş hallar nəzərə alınmaqla, həmin tarixdən sonra cavabdeh tərəfindən uşağın onun yanında saxlanmasını mümkünsüz edə biləcək hansı yeni əsasın yarandığı müəyyən edilməklə qiymət verilməlidır.
44. Tərəflərin vermiş olduqları izahatlardan müəyyən edilir ki, azyaşlı Nərgiz Ağayeva hələ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1683/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edilməmişdən əvvəl tərəflərin qarşılıqlı razılığı əsasında İddiaçı valideynlərinin yanına getmiş və onların yanında qalmışdır. Yəni, bu hal həmin qətnamə qəbul edilərkən artıq mövcud olmuş, lakin nə iddiaçı, nə də cavabdeh uşağın ananın yanında qalması ilə bağlı məhkəmənin gəldiyi nəticəni mübahisələndirməmişlər.
45. Bu halın mövcud olması onu deməyə əsas verir ki, tərəflərin uşağın birdəfəlik olaraq atanın yanında qalması kimi bir niyyəti olmamış, qətnamə qəbul edilən vaxt uşağın iddiaçının valideynlərinin yanında qalması müvəqqəti xarakter daşımışdır.
46. Əks halda, tərəflərdən biri bu məsələni həmin qətnamə qəbul ediərkən qaldırardı. Belə ki, ata uşağın faktiki olaraq onun yanında qalmasına istinad edərək, iddiaçının dəlillərinə etiraz edərdi, yaxud ana uşağın atadan alınıb ona verilməsi məsələsinə də baxılmasını məhkəmədən xahiş edərdi.
47. Bu mənada kollegiya hesab edir ki, uşağın valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə qətnaməsi ilə həll edildikdən əvvəl və sonra tərəflərin qarşılıqlı razılığı əsasında uşağın müvəqqəti olaraq digər valideynin yanında qalması, onun tərəfindən müailicəsinin həyata keçirilməsi özü-özlüyündə uşağın yaşayış yerinin dəyişdirilməsinə əsas olan bir hal kimi qiymətləndirilə bilməz.
48. İddiaçı uşağın onun yanında qalmaqla yanaşı, autizm xəstəliyindən əziyyət çəkməsi ilə bağlı müalicəsinin də onların – onun özü, atası və anası tərtəfindən və yalnız onların vəsaiti hesabına həyata keçirildiyini, habelə ananın uşaqla ünsiyyət saxlamamasını, faktiki olaraq ondan imtina etdiyini bildirir.
49. Bu dəlillərlə bağlı qeyd edilməlidir ki, nikah pozulduqdan sonra uşaqğın valideynlərdən birinin yanında qalmasının müəyyən edilməsi digər valideyni uşağın təlimtərbiyəsində və sağlam böyüməsində iştirak etmək vəzifəsindən azad etmir.
50. Belə ki, Ailə Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
51. Geniş mənada uşağın saxlanması məfhumu uşağın maddi ehtiyaclarının qarşılanması, onun təlim-tərbiyəsi, təhsili ilə yanaşı həm də uşağın sağlam böyüməsi üçün zəruri tədbirlərin görülməsini ehtiva edir.
52. Qanunvericiliyin bu tələbindən çıxış etməklə bu qənaətə gəlmək olar ki, hazırkı iş üzrə tərəflərin ümumi nikahından doğulmuş azyaşlı Nərgiz Ağayevanın ananın yanında qalması müəyyən edilməsinə baxmayaraq, tərəflərin özlərinin qarşılıqlı razılığı əsasında iddiaçının uşağın müalicəsi ilə məşğul olması və bununla bağlı xərc çəkməsi onun valideyn kimi qanunla nəzərdə tutulan öhdəliyidir.
53. Bu hal da nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün İddiaçı aylıq qazancının və digər gəlirlərinin yarısı miqdarında alimentin tutulması qət edilmişdir. Halbuki, iddiaçının özünün də etiraf etdiyi kimi, onun ödədiyi aliment məbləği azyaşlı Nərgiz Ağayevanın müalicəsinə kifayət etmir və müalicəyə çəkilən xərclərdən xeyli azdır.
54. Ananın işləməməsini və digər iki uşağın da onun yanında qalmasını nəzərə alaraq kollegiya qeyd edir ki, iddiaçının uşağın müalicəsi ilə məşğul olması və bu məqsədlə maddi vəsait sərf etməsi uşağın anadan ayrılmasına və ataya verilməsinə əsas verə bilən müstəsna hal hesab edilə bilməz.
55. Kollegiya Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin 04/06-13-8-11-31/895 saylı xx.xx.2022-ci il tarixli rəyinə münasibətdə qeyd edir ki, bu rəydə Komissiya tərəflərin nikahlarının pozulmasından əvvəl mövcud olmuş hallara (ananın uşaqları atanın evində qoyaraq getməsi) istinad etmişdir. Bundan başqa, Komissiya, yuxarıda da qeyd edildiyi kimi, tərəflərin qarşılıqlı razılığı əsasında uşağın müvəqqəti olaraq atanın yanında qalmasını və atanın uşağın müalicəsi ilə məşğul olmasını ananın uşağın sağlamlığı ilə məşğul olmaması, onun səhhəti ilə maraqlanmaması kimi qiymətləndirmiş, bu halların onun valideynlik bacarıqlarının zəif olmasına dəlalət etdiyini bildirmişdir.
56. Kollegiya bu dəlillərlə razılaşmayaraq qeyd edir ki, Cavabdeh uşaqları atanın yanında qoyaraq getdikdən bir müddət sonra gəlib onları götürmüş, hətta onlar barışaraq bir müddət bir yerdə yaşamış və yalnız bundan sonra nikahları pozulmuş və uşaqların ananın yanında qalması müəyyən edilmişdir. Belə olan halda, həmin faktın təkrarən cavabdehin ziyanına nəzərə alınması yolverilməzdir.
57. Bundan başqa kollegiya iş materiallarına istinad edərək qeyd edir ki, Cavabdeh azyaşlı uşağı Nərgiz Ağayevanın onun yanında qalması müəyyən edilməsinə baxmayaraq, qarşılıqlı razılıq əsasında onun müvəqqəti olaraq atanın və onun valideynlərinin (baba və nənənin) yanında qalmasına imkan verməsi əslində uşağın onlar tərəfindən müalicəsinin həyata keşirilməsinə hesablanmış bir razılıq olmuşdur. Belə olan halda, həmin faktın Komissiya tərəfindən guya Cavabdeh öz uşağının səhhəti ilə maraqlanmaması kimi nəzərə alınmasını da kollegiya əsassız hesab edir.
58. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, azyaşlı X3 İddiaçı yanında qalmasının müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
59. Kollegiya iddia tələbinin alimentin məbləğinin azaldılmasına dair hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də işin hallarına uyğun hesab etmir və bununla bağlı qeyd edir ki, bu iddia tələbi azyaşlı X3 atanın yanında qalmasına dair iddia ilə əlaqəli olduğundan və həmin hissədə iddia tələbi əsassız olduğundan, Binəqədi rayon məhkəməsinin 2(001)-1683/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (faktiki olaraq azaldılması) üçün də əsas olmamışdır.
60. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin Komissiyanın həmin rəyinə əsaslanması düzgün olmamışdır.
61. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab edir və bu nəticəyə gəlir ki, işə baxmış birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını düzgün müəyyən etməmiş, bu səbəbdən onun iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2289/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “artıq ödənilmiş alimentin geri qaytarılması, alimentin miqdarının dəyişdirilməsi, uşağın atanın himayəsinə verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.