Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5098/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(010)-1506/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(010)-4304/2019 nömrəli qətnaməsinə əsasən cavabdehin xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının azaldılması, cavabdehin xeyrinə ondan xx.xx.2010-cu il təvəllüdlü X1 hər ay 193 (bir yüz doxsan üç) manat miqdarında alimentin tutulması, xx.xx.2010-cu il təvəllüdlü X3 müalicəsi üçün ondan hər ay 50 (əlli) manat məbləğində pulun tutularaq cavabdehə ödənilməsinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1506/2022 nömrəli iş üzrə qəbul etdiyi 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilərək, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razı olmayan İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1506/2022 nömrəli iş üzrə qəbul etdiyi 16 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardad ilə razı olmayan İddiaçı qərardaddan şikayət vermiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1506/2022 nömrəli iş üzrə qəbul etdiyi 24 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin yenidən geri qaytarılması qərara alınmışdır. Həmin qərardad ilə də razı olmayan İddiaçı yenidən qərardaddan şikayət vermiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1506/2022 nömrəli iş üzrə qəbul etdiyi 26 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin yenidən geri qaytarılması qərara alınmışdır. Qərardad ilə razı olmayan İddiaçı yenidən qərardaddan şikayət vermiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(010)-1506/2022 saylı qərardadı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1506/2022 nömrəli iş üzrə qəbul etdiyi 26 may 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə şikayəti geri qaytarmaqla iddiaçının məhkəməyə əlçatanlığını və hüquqi müdafiə tədbiri görməsini qərəzli və kobud surətdə pozmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(010)-1506/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apelyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1, 363.1.2-ci və 363.1.5-ci maddələrinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət apellyasiya şikayətində olduğu kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2də göstərilən formada verilməmişdir Kollegiya eləcə də qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayətdə işin halları, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, apellyasiya şikayəti verən şəxsin tələbi və s. əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməmişdir. Eyni hal İddiaçı tərəfindən verilmiş bundan əvvəlki şikayətlərdə də təkrarlanmış, məhkəmə qərardadına əsasən şikayət qaytarılsa da, qərardadda qeyd olunan göstərişlər nəzərə alınmayaraq yenidən eyni qaydada şikayət ilə müraciət olunmuşdur. Ona görə də, kollegiya hesab edir ki, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(010)-1506/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(010)-1506/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-5098/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5098/2022
13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver