Məhkəmə qərarları › İş №2(103)-5112/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5112/2020

08.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5112/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxxxxxxxxx katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-843/2020 saylı, 04 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 500000 (beş yüz min) manat vəsaitin onun hesabına köçürülməsi üçün qətnamə çıxarılmasını və cavabdehin iştirakının təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vətəndaş Cavabdeh (xx.xx.1962, Ağdam, Əliağalı kəndi) ona qarşı ibtidai istintaq və məhkəmə istintaqı zamanı yalan ifadələr (izahatlar) verərək mənəvi zərər vurmuşdur. Belə ki, vətəndaş Cavabdeh istintaqa və məhkəməyə ziddiyyətli ifadələr verərək 500000 (beş yüz min) manat dəyərində mənəvi zərər vurmuşdur. Cavabdeh yalan ifadələri mənəvi sarsıntı keçirməyinə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasına və sağlamlığının pozulmasına səbəb olmuşdur. Qeyd edir ki, Cavabdehla ilk dəfə istintaqda tanış olmuşdur. Əvvəllər onu tanımırmış, üzünü ilk dəfə məhkəmə zalında görmüşdür. Cavabdeh ilk dəfə istintaqda ona pul verdiyini bildirmiş, sonradan isə ifadəsini dəyişərək “Bəs mən pulu kimə vermişəm deyə” ziddiyyətli ifadələr vermişdir. Eyni zamanda bildirir ki, sübutların saxtalaşdırılması üçün məhkəmə gedişatında Cavabdeh barəsində ətraflı məlumatlar təqdim ediləcəkdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-843/2020 saylı, 04 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə baxışı cavabdehin verdiyi ifadələri və iddiaçı tərəfinin suallara cavabları göstərilməmiş, onlar tədqiq olunmamış və onlara heç bir qiymət verilməmişdir.Belə təsəvvür yaranır ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsində məhkəmə içlasları sədrlik edən hakim B.N.Qasımov yox, kim isə başqası olmuş və orada tərəflərin verdiyi ifadələrdən cənab B.N.Qasımovun xəbəri olmamışdır. Əks halda həmin məhkəmə iclaslarda Cavabdeh dəfələrlə öz ifadələrdə qeyd etdiyi kimi ondan pul tələb edən şəxs o, yox, digər keçmiş MTN-nin əməkdaşı onun işlədiyi təhsil müəssisənin kuratoru olmuş Nazim Lətifov olduğu, məhz onunla cavabdeh tələb olunan məbləğ barədə danışıqlar aparıldığı və sonra bir neçə dəfə pulları ona verdiyini, onunla isə pul barədə söhbət aparmadığı, ona pul vermədiyi, pulun alınması və hər hansı digər hallar barədə onunla heç vaxt danışmadığı barədə hallar mübahisələndirilən qətnamənin təsviri hissəsində göstərilməli və əsaslandıncı hissədə onlar tədqiq olunmalı və onlara qiymət verilməli idi. Faktiki olaraq hazırki iş üzrə məhkəmə baxışı zamanı Cavabdeh özü etiraf etmişdir ki, cinayət prosesi zamanı ona qarşı verdiyi ittihamedici ifadələr həqiqətə uyğun deyildir.Lakin mübahisələndirilən qətnamədə məhkəmə qeyd etdiyi hallara öz münasibəti bildirməmiş və qərəzli olaraq onlara qiymət verməmişdir. Bu isə məhkəmənin mövqeyinin tərəflərə münasibətdə bərabərlik prinsipinə pozan qərəzli olduğunu təsdiq edir. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə baxışının təxirə salınmasını xahiş etsə də, bununla bağlı müraciətinə sübut əlavə etməmişdir. Cavabdeh oğl isə hər hansı səbəb göstərmədən gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianın rədd edərkən qənaətni belə əsaslandırmışdır ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı xx xxxxx 2018-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 29,302.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 320.1, 320.2, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəci ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 178.3.1 və 178.3.2-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,302.2 və 302.2- ci maddələri ilə 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 320.1 və 320.2-ci maddələri ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq İddiaçı 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcı xx xxxxxx 2015-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən ali hərbi rütbədən (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 1409 nömrəli sərəncamı ilə ona verilmiş general-mayor), habelə dövlət təltiflərindən, yəni Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2007-ci il tarixli, 2067 nömrəli sərəncamı ilə ona verilmiş “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni və xx xxxx 2010-cu il tarixli, 819 nömrəli sərəncamı ilə ona verilmiş “Hərbi xidmətlərə görə” medalından məhrum edilməsi məsələsinin həlli üçün həmin ali hərbi rütbə və dövlət təltiflərini vermiş müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilmiş və zərəçəkmiş şəxs Cavabdeh təqsirləndirilən şəxs İddiaçı qarşı maddi və mənəvi ziyana görə 961000 (doqquz yüz altmış bir min) manat məbləğində pul vəsaitinin qaytarılmasına dair mülki iddiasının qismən təmin edilməsi, 340000 (üç yüz qırx min) manat məbləğində pulun təqsirləndirilən şəxs İddiaçı tutularaq Cavabdeh ödənilmişdir. Göründüyü kimi Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı xx xxxxx 2018-ci il tarixli hökmü ilə Cavabdeh həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış və 340000 (üç yüz qırx min) manat məbləğində pulun təqsirləndirilən şəxs İddiaçı tutularaq ona ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 1-1(103)-01 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin məhkumlar İddiaçı, X4, X10, X2, X6, X8, X1 və qeyriləri haqqındakı xx xxxxx 2018-ci il tarixli hökmü məhkumlar İddiaçı, F.Əliyev, Z.Məmmədov, N.Alıyev, T.Quliyev, F.Atayev və A.Şirəliyevə aid hissədə dəyişdirilmədən, apellyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi tam olaraq (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Əvvəla, mənəvi zərərin ödənilməsi barədə iddia da o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi inandırıcı deyildir. İkincisi,məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cavabdehin iddiaçıya qarşı nə ibtidai, nədə məhkəmə istintaqı zamanı yalan ifadə verməsi təsdiq edilməmişdir. Əksinə cavabdehin cinayət işi üzrə zərərçəkən kimi iddiaçıya qarşı mülki iddiası qismən təmin edilərək 340000(üç yüz qırx min) manatın tutulması hökm edilmişdir. Belə vəziyyətdə cavabdeh iddiaçıya necə mənəvi ziyan vura bilərdi? Əlbətdə ki, bu cür iddia irəli sürməmişdən əvvəl iddiaçı özü üçün bu halları dəqiqləşdirməli idi. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-843/2020 saylı, 04 mart 2020-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar