Məhkəmə qərarları › İş №2(103)-5120/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5120/2024

11.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5120/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dаir mülki iş üzrə Açar sözlər:(aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə, Vətən Elçin oğlu Zeynalovun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(008)-1975/2024 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh və İddiaçı xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 adlı övladları dünyaya gəlmişdir. Tərəflərin münasibətləri pozulmuş, artıq ayrılmışlar və birgə təsərrüfat aparmırlar. 2.Tərəflərin birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında, xx.xx.2016-cı il təvəllüdlü X6 isə atası Cavabdehnin yanına yaşayır. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin, xx.xx.2016-cı il təvəllüdlü X3 atadan alınaraq ona verildiyi tarixdən etibarən uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün 235 manat aliment və uşağın 3 yaşına çatanadək saxlanılması üçün onun xeyrinə hər ay 150 manat alimentin və mediasiya üçün ödədiyi 50 manat rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavadeh Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Aralarında olan ər-arvad münasibətləri bir müddət normal olsa da, sonradan pozulmuşdur. Hal-hazırda onlar ayrı yaşayırlar və cavabdeh uşaqları ilə maraqlanmır, uşağın saxlanılması üçün heç bir maddi yardım göstərmir. 5.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 15 aprel 2024-cü il tarixli, 2(008)-1975/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Adilə Paşayeva) iddia tələbi qismən təmin edilərək, tərəflərin birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat pulun əvəzinin cavabdehdən tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan:

6. 5 saylı Asan Xidmət X12 tərəfindən verilmiş AZ-İ seriyalı, 007175 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmış və 1976 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şahməmmədov, arvada Pənahova soyadı verilmişdir.

7. 5 saylı Bakı Asan Xidmət X12 tərəfindən verilmiş AZ-İİİ seriyalı, 812504 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

8. 5 saylı Bakı Asan Xidmət X12 tərəfindən verilmiş AZ-İV seriyalı, 227899 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

9. 4 saylı Bakı Asan Xidmət X12 tərəfindən verilmiş AZ-İV seriyalı, 613705 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. 10.Məhkəmə qeyd etmişdir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valdieynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideyn övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşıyır. 11.Məhkəmə hesab etmişdir ki, cavabdehin sabit gəliri olması barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, iddia qismən təmin olunmalı, İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2024cü il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər uşaq üçün 235 manat, cəmi 705 manat pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. 12.Məhkəmə eyni zamanda iddiaçının uşaq 3 yaşına çatanadək əlavə yardım kimi cavabdehdən 150 manat pul vəsaitinin tutulması hissəsi ilə bağlı iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən qadının hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvada aliment buna zəruri vəsaitə malik olan ərdən tutulur. Yəni əsas şərtlərdən biri ərin zəruri vəsaitə malik olmasıdır ki, iddiaçı da bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. 13.Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən mediasiya şurasına ödənilmiş 50 (əlli) manat rüsumun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 14.Bundan başqa, iddiaçı iddia ərizəsində və məhkəməyə ünvanladığı müraciətində alimentin hesablanma tarixinin uşağın atadan alındığı vaxtdan, gah da xx.xx.2023-cü il tarixdən hesablanmasını xahiş etsə də, onun göstərdiyi dəlilləri məhkəmə əsaslı hesab etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı isə məhkəməyə hazırki iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət edib. Əvvəlki iddialar üzrə müraciətinin isə hazırki işə aidiyyatı yoxdur. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 84.1, 84.2.2, 100.2-ci; Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Qanununa;“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 100.2, 119.1, 234.2.1, 14.2 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində tutulan alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanması, xx.xx.2016-cı il təvəllüdlü X3 atadan alınaraq ona verildiyi tarixdən etibarən uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün 235 manat aliment və uşağın 3 yaşına çatanadək saxlanılması üçün onun xeyrinə hər ay 150 manat alimentin tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul ediləsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməyən hissəsi uşağın 3 yaşına çaatanadək ananın saxlanması üçün tələb edilən aliment və alimentin tutulmasının başlanğıcı hissəsidir ki, iş materialllarına əlavə edilmiş əvvəlki qətnamədən və mediasiya arayışından da göründüyü kimi iddiaçı xx.xx.2023-cü ildə rəsmi olaraq cavabdehə mediasiya təklifi göndərərək aliment və s tələb etdiyini bildirmiş və bu barədə xx.xx.2023-cü ildə mediasiya arayışı almış həmin dövrdə alimentlə bağlı həm müvvəqəti təminat tədbiri ilə bağlı ərizə, həm də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin buna baxmayaraq məhkəmə bu sübutlara əhəmiyyət verməmiş və həmin hissədə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə qətnaməsi o zaman əsaslı olardı ki, məhkəmə Ailə Məcəlləsinin 100-cü maddəsinə istinadən iddiaçının aliment almaq üçün müraciətlərinin sübut edildiyinə istinad etməklə əvvəlki qətnamə və qərardadla ödənmiş alimentləri nəzərə almaqla keçmiş dövr üçün aliment tutardı. Bununla yanaşı qanunvericiliyin tələbinə əsasən uşağın 3 yaşına çatanadək saxlanması üçün aliment tutulması da tam qanuni olduğu halda məhkəmə bu hissədə də aliment tələbini qismən də təmin edərdi. Bununla yanaşı iddia tələbindən də göründüyü kimi iddiaçı onda olmayan uşağın alınaraq ona verildiyi gündən aliment alınmasını tələb etmişdir. Məhkəmə iddiaçının iddia tələbini ən azı mediasiya təklifinin göndərildiyi vaxtdan hesablamalı olduğu halda əsassız olaraq öz icraatına iddianın daxil olduğu tarixdən hesablamış və səhv nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmişdir. Ailə Məcəlləsinin 84.2-ci maddəsinin məzmunundan göründüyü kimi iddiaçı bu hissədə də iddia tələbində haqlı olmuş və qanuna söykənən tələbi əsassıəz rədd edilmişdir. Belə ki, o qanunla müəyyən edilməyən tələb etmədiyi halda iddiası həmin hissədə əsassız rədd edilmişdir. Məhkəmə çəkişmə prinsipinə əsasən verilmiş sənədlərə əsasən deyil özünün qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə iddianın təmin edilməyən hissəsində səhv nəticəyə gəlmişdir. 18.Qətnamədən həmçinin Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən - iddiа tələbinin hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulmаsı hissəsində dəyişdirilməsini, xx.xx.2016-cı il təvəllüdlü X3 atası Cavabdeh yаnındа qаlmаsı nəzərə аlınаrаq, оnun sахlаnmаsı üçün İddiaçındаn 235 mаnаt аlimеntin Оruc Şаhməmmədоvun хеyrinə tutulmаsı, digər аzyаşlı uşaqlаrın sахlаnmаsı üçün hər аy 235 mаnаt аlimеntin müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Cavabdeh məhкəmə iclаslаrındа iştrаkını təmin еtməmiş, həmin şəхsə məhkəmə iclаsının yеri və vахtı bаrədə lаzımi qаydаdа məlumаt vеrməmiş, qаnunsuz və əsаssız оlаrаq işə bахılmаsını təmin еtmişdir. Hаzırki qətnаmə əsаssızdır, prоsessuаl və mаddi hüquq nоrmаlаrının коbud şəkildə pоzulmаsı ilə qəbul оlunmuşdur, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti оlаn işin bütün fаktiki hаllаrını аydınlаşdırmаmışdır, оdur ki, qətnаmə qismən - iddiа tələbinin hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulmаsı hissəsində dəyişdirilməli, xx.xx.2016-cı il təvəllüdlü X6 atası Cavabdeh yаnındа qаlmаsı nəzərə аlınmаqlа оnun sахlаnmаsı üçün Cavabdehndаn 235 manat olmaqla sаbit pul məbləğində аlimеntin tutulаrаq İddiaçınа ödənilməsi hissəsində ləğv еdilərək yeni qətnamə qəbul edilməlidir.İlk növbədə оnu qеyd еtmək lаzımdır ki, bu işdə yаlnız аlimеnt məsələsinə bахılmışdır. Tərəflər аrаsındа birgə nikаhdаn аnаdаn оlmuş xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulmаsı həll еdilmişdir. Lakin məhkəmə işin faktiki hallarını tаm araşdırmamış, uşаqlаrdаn İsmаyılın vаlidеynlərdən kimin yаnındа qаldığını nəzərə аlmаmış, iddiа tələbinin həcmini nəzərə аlmаmış, qаnunsuz оlаrаq iddiа tələbinin həcmindən kənаrа çıхmış və şübhəli əsaslara söykənərək qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə uşаqlаrdаn İsmаyılın аtаnın yаnındа qаlmаsını nəzərə аlmаmış, iddiаçı tərəfindən bu hаlın məhkəmənin nəzərinə iddiа ərizəsi vаsitəsilə çаtdırmаğınа bаxmаyаrаq, məhkəmə kоbud qаnun pоzuntusunа yоl vеrmiş, iddiа tələbini təmin еdərkən şəхsin vеrdiyi tələbdən kənаrа çıхmış, uşаqlаrdаn İsmаyılа münаsibətdə аlimеnt tələbini uşаğın аtаdаn аlınıb аnаyа vеrilməsi аnı ilə şərtləşdirmiş, lаkin məhkəmə bu hаllаrа əhəmiyyət vеrməmiş, qeyd оlunan prоsessual nоrmaları kоbud şəkildə pоzmuşdur.Məhkəmə mübаhisəli qətnаmədə qеyd еdir ki, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulsun. Lаkin məhkəmə bu nəticəyə gələrкən hеç nəzərə аlmаmışdır ki, tərəflərin bоşаnmаsı və uşаqlаrın kimin himаyəsinə vеrilməsi məsələsi аyrıcа icrааtdа bахılır və bu iş üzrə hеç də yеkun məhkəmə аktı qəbul еdilməmişdir. Həmin iş Sаbunçu Rаyоn Məhкəməsinin hаkimi Tаhirə Əsədоvаnın icrаatındа bахılаrаq hаzırdа məhkəmə еkspеrtizası təyin еdilməsi səbəbindən icrааt dаyаndırılmışdır. Əgər cаvаbdеh Cavabdehnnun hаzırki icrааtdа iştirakı təmin еdilsəydi, о bu bаrədə müvаfiq məlumаtlаrı vеrə bilərdi. Həttа məhkəmə öz təşəbbüsü ilə də bu məlumаtlаrı əldə еdə bilərdi. Məhкəmə bu icrааt üzrə hаrdаn bilirdi ki, аlimеnt ilə təmin оlunmаlı uşаqlаr аnаnın himаyəsinə vеriləcəklər? Uşаqlаrın vаlidеynlərdən kimin himаyəsinə vеriləcəyi bаrədə qаnuni qüvvəsini аlmış qətnаmə оlmаdаn məhkəmə hаnsı müddəаlаrа əsаslаnıb аlimеntin tutulmаsı ilə əlаqədаr qətnаmə qəbul еdir? Qeyd еtmək lаzımdır ki, tərəflərin birgə nikahdan anadan оlmuş uşaqlardan xx.xx.2016-cı il təvəlldüdlü X6 hələ iddiа ərizəsi vеrilməmişdən əvvəl hаl-hаzırаdək аtаsı Cavabdeh yаnındа qаlır. Bu səbəbdən Cavabdeh tərəfindən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə mürаciət еdilərək mübahisənin həllinədək birgə nikahdan olan xx.xx.2016-cı il təvəlldüdlü X1 üçün hər ay 235 mаnаt alimentin İddiaçındаn О.Şahməmmədovun xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sаbunçu Rаyоn Məhкəməsinin еlə bu işə bахmış hакim Аdilə Pаşаyеvаnın qərаrdаdı ilə iş üzrə cаvаbdеh Cavabdeh vəsаtəti təmin еdilmiş, İddiaçındаn xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq Cavabdeh ödənilməsi qərаrа аlınmışdır. Lаkin məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu hallar məhkəmə iclaslarında təsdiqini tapmamış, iddiaçı tərəfindən göstərilmiş hallar işin həlli üçün əhəmiyyət kəsb etməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Belə ki, işə bахаn məhкəmə yuхаrıdа qeyd edilən hаllаrı nəzərə аlmаmış, аzyаşlı İsmаyılın məhz аtаnın yаnındа qаlmаsının оnun mənаfеyi üçün dаhа əlvеrişli hаllаrın оlduğu əks etdirilməsinə bахmаyаrаq, məhkəmə bu hаllаrа dа hüquqi qiymət verməmişdir. Eyni zаmаndа, iş materiallarına əlavə edilmiş sənədlər iddia tələbinin təmin оlunması üçün (həttа qisməndə оlsа) yetərli deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21.İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları: 22.Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 23.Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin dördüncü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 24.Maddə 75.1.Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 25.Maddə 75.4.Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 26.Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 27.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 28.Maddə 84.1.Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 29.Maddə 84.2.Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: -84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 30.Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 31.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 32.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasənməhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 35.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır

Apellyasiya baxışının hədləri

36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38.İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 adlı övladları dünyaya gəlmişdir. Tərəflərin münasibətləri pozulmuş, artıq ayrılmışlar və birgə təsərrüfat aparmırlar. 39.İşin hallarından o da görünür ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında, xx.xx.2016-cı il təvəllüdlü X6 isə atası Cavabdeh yanına yaşayırlar. 40.Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 874/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3102/2023 nömrəli iş üzrə 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı аrаsındа 5 saylı Bakı “ASAN xidmət” X12ndə xx.xx.2016-cı il tarixdə bağlanmış və 1976 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X3 Cavabdeh alınaraq İddiaçı verilməsi, xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2016cı il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X9 3 (üç) yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-874/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3102/2023 nömrəli iş üzrə 15 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3102/2023 nömrəli iş üzrə 15 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması, aliment” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. 41.İddia ərizəsinin baxılmamış saxlanılmasına əsas olan hal “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbinə əməl edilməməsi, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməzədən ilkin mediasiya sessiyasında iştirak edilməməsi olmuşdur. 42.Məhkəmə kollegiyası xx.xx.2016-cı il təvəllüdlü X3 hələ də atası-Cavabdeh himayəsində olmasını, iddiaçının X3 atadan alınaraq ona verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmamasını, onun hazırda uşağın atadan alınması ilə bağlı birinci instansiya məhkəməsində tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, məhkəmənin xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat məbləğində alimentin tutulması barədə gəldiyi nəticə işin hallarına uyğun olmamış, həmin hissədə qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. 43.Buna görə də qətnamə həmin hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi xx.xx.2016-cı il təvəllüdlü X3 atadan alınaraq ona verildiyi tarixdən etibarən uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün 235 manat alimentin tutulması hissəsində təmin edilməməlidir. 44.Kollegiya apellyator olan cavabdehin xx.xx.2016-cı il təvəllüdlü X1 üçün iddiaçıdan cavabdehin xeyrinə 235 manat aliment tutulması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh tərəfindən alimentin tutulması ilə bağlı iddia tələbi irəli sürülməmişdir. Budan əlavə kollegiya qeyd edir ki, alimentin tutulması məsələsi nikahın pozulması zamanı mütləq qaydada müzakirə olunan məsələ olmaqla (AM-22.2.2 maddəsi), hazırki tələb nikahın pozulması ilə bağlı deyildir. 45.Məhkəmə kollegiyası həmçinin xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən alimentin tutulmasının əvvəlinin xx.xx.2024-cü il tarixdən başlanması barədə də məhkəmənin gəldiyi nəticəni əsaslı hesab etmir. 46.Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. 47.İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü ildə mediasiya tətbiqi barədə təklif göndərmiş, İMS üçün ərizənin tarixi isə xx.xx.2023-cü ildir. 48.Göründüyü kimi iddiaçının hazırki tələblə məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəl xx.xx.2024-cü il tarixdə də cavabdehə qarşı alimentlə bağlı mediasiyaya müraciət etmiş, alimentin alınması üçün tədbirlər görmüş, lakin cavabdeh tərəfindən aliment ödənilməmişdir. 49.Məhkəmə kollegiyası hesab edir ki, birinci instanisya məhkəməsi xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 görə tutulan alimentin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması qənaətinə gələrkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. 50.Buna görə də kollegiya hesab edir ki, iddiaçının bu hissədə apellyasiya şikayəti təmin edilməli, qətnamə xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 görə tutulan alimentin əvvəlinin xx.xx.2024-cü il tarixdən müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 görə tutulan alimentin əvvəlinin xx.xx.2023-cü ildən müəyyən edilməsi hissəsində təmin edilməlidir. 51.Məhkəmə kollegiyası xx.xx.2021-ci il təvəllüdlü X4 uşağın 3 yaşına çatanadək saxlanılması üçün onun xeyrinə hər ay 150 manat alimentin tutulması ilə bağlı iddianın rədd olunan hissəsində məhkəmənin mövqeyi ilə razılaşaraq, bu hissədə iddiaçının apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, mübahisələndirilən hissədə iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 84.2.2-ci maddəsi təşkil edir. 52.Həmin maddəyə əsasən qadının hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvada aliment buna zəruri vəsaitə malik olan ərdən tutulur. Normanın məzmunundan göründüyü kimi qeyd olunan tələb üzrə əsas şərtlərdən biri ərin zəruri vəsaitə malik olmasıdır ki, iddiaçı da bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. 53.Qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(008)-1975/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay 235 manat alimentin tutulması ilə bağlı iddianın qismən təmin edilən və rədd olunan hissələrində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia xx.xx.2016-cı il təvəllüdlü X3 atadan alınaraq ona verildiyi tarixdən etibarən uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün 235 manat alimentin tutulması hissəsində təmin edilməməlidir. Qətnamə 2 uşağa görə alimentin tutulmasının əvvəlinin xx.xx.2024cü il tarixdən müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 görə tutulan alimentin əvvəlinin xx.xx.2023-cü ildən müəyyən edilməsi hissəsində təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 54.Kollegiya cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, qeyd olunan dəlil iş materialları ilə öz təsdiqini tapmır. 55.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(008)-1975/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay 235 manat alimentin tutulması ilə bağlı iddianın qismən təmin edilən və rədd olunan hissələrində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia xx.xx.2016-cı il təvəllüdlü X3 atadan alınaraq ona verildiyi tarixdən etibarən uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün 235 manat alimentin tutulması hissəsində təmin edilməsin. Qətnamə 2 uşağa görə alimentin tutulmasının əvvəlinin xx.xx.2024-cü il tarixdən müəyyən edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 görə tutulan alimentin tutulmasının əvvəlinin xx.xx.2023-cü ildən müəyyən edilməsi hissəsində təmin edilsin, alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar