Məhkəmə qərarları › İş №2(103)-5126/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5126/2023

24.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5126/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X6rşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-129/2023 saylı, 07 iyun 2023-cü il tarixli cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X6rşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdehn İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X8 İnsan Resursları Departamentinin İnsan Resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsinin icrasının ona həvalə edilməsinə dair xx.xx.2021-ci il tarixli, 01-93 nömrəli, xx.xx.2021-ci il tarixli, 02-044/h nömrəli və xx.xx.2021-ci il tarixli, 02-085/h nömrəli əmrlərə əsasən ona ödənilməli olan 9 aylıq əmək haqlarının gecikdirildiyinə görə qanunvericiliyin tələbinə əsasən hər gecikdirilmiş günə görə bir faiz hesablanmaqla ümumilikdə 34.328,25 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-129/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-129/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.1-ci maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Apelyasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən şikayətə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Halbuki yuxarıda qeyd edilən maddədən göründüyü kimi məhz iddiaçıların - əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə dövlət rüsumu ödənilməsindən azad edilməsi qeyd edilmişdir. Hazırki iş üzrə apellyasiya şikayəti verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh isə iddiaçı deyil, cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya qanunla nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanından istifadə olunması barədə vəsatət şikayətə əlavə edilmədiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-129/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin cavabdehə geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-129/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X10 verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti cavabdehə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar