Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-513/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" BOKT ASC-yə qarşı “kredit müqaviləsinin ləğv olunması” barədə tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3987/2021 saylı işi üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kredit müqaviləsinin ləğv olunmasına” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri 16-cı mikrorayonda 0.03 ha torpaq sahəsində yerləşən 49B ünvanlı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarış, Seriya MA №-0055063, Reyestr №- **********14-10301, Qeydiyyat №-**********, tarix 09.04.2010 sənədi özündə saxlamağa qadağan etmək (qaytarılması); Cavabdeh BOKT ASC ilə aralarında 30 may 2019-cu il tarixli (2019/00495-EY №-li) və (25 oktyabr 2019-cu il tarixli 2019/00681-EY) kredit müqavilələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: "Finoko” BOKT ASC ilə İddiaçı arasında bağlanmış 30.05.2019-cu il tarixli 2019/00495-EY saylı istehlak Krediti müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 24 ay müddətinə illik 43,01 faizlə 15000 manat məbləğində kredit verilmişdir; 30.05.2019-cu il tarixli 2019/00495-EYİP saylı ipoteka müqaviləsin iddiaçı ilə cavabdeh arasında bağlanmış 30.05.2019-cu il tarixli 2019/00495- EY saylı istehlak Krediti müqaviləsi üzrə öhdəliklərin təminatı məqsədilə bağlanmış və İddiaçı məxsus olan Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 49 B nömrəli fərdi yaşayış evi "Finoko” BOKT ASC qarşısında ipoteka ilə yüklü edilmiş və yüklülük Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən qeydiyyata alınmışdır; 24.06.2021-ci il tarixli maliyyə arayışı ilə, İddiaçı 30.05.2019-cu il tarixli 2019/00495-EY saylı istehlak Krediti müqaviləsi üzrə 24.06.2021-ci il tarixə 2998,11 manat əsas, 585,50 manat faiz, 1740 manat dəbbə, cəmi 5323,61 manat borcu qalmışdır; "Finoko” BOKT ASC ilə İddiaçı arasında bağlanmış 25.10.2019-cu il tarixli 2019/00681-EY saylı istehlak Krediti müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 24 ay müddətinə illik 43,01 faizlə 3000 manat məbləğində kredit verilmişdir; (səh.10, 15,42,47,49, 67, 68) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3987/2021 saylı işi üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. 421.1, 421.2, 427.3, 429.1.3, 442, 448.1, 448.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının 25.10.2019-cu il tarixli 2019/00681-EY saylı Krediti müqaviləsi üzrə borcu yoxdur, müqavilə üzrə öhdəliklər tam icra olunduğundan həmin müqaviləyə artıq xitam verilmişdir. Bu həm iş materialları həm də cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunmuşdur. Digər kredit müqaviləsi üzrə isə maliyyə arayışından da görünür ki, İddiaçı 30.05.2019-cu il tarixli 2019/00495-EY saylı istehlak Krediti müqaviləsi üzrə 24.06.2021-ci il tarixə 2998,11 manat əsas, 585,50 manat faiz, 1740 manat dəbbə, cəmi 5323,61 manat borcu qalmışdır. İddiaçı apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli 2(004)-3987/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.7, 385.1.1, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh ilə bağlanmış digər istehlak kredit müqaviləsinə əsasən 3000 manat məbləğində alınmışdır. Yuxarıda qeyd edilən kredit müqavilələri bağlanarkən 30 may 2019-cu il tarixli, 2019/00495-EYİP №-li kredit müqaviləsi və Azərbaycan Respufc-tası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış Qeydiyyat № **********,14.06.2019-cu il tarixli hüquqi sənədlərin məzmununa nəzər yetirməyərək cavabdeh ona məxsus fərdi yaşayış evinin Sumqayıt şəhəri 16-cı mikrorayon 0.03 ha torpaq sahəsində yerləşən 49B Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reystrində çıxarış, Seriya MA №-0055063, Reyestr №- **********14-10301, qeydiyyat **********, tarix 09.04.2010-cu il sənədi özündə saxlayaraq ona qaytarmaqdan imtina etmişdir. Yuxarıda qeyd edilmiş kredit müqavilələri öhdəliyi əsasında o, mütamədi olaraq ödənişlər etmişdir, ölkə ərazisində Covid-19 virusu ilə əlaqədar müəyyən edilmiş xüsusi karantin rejimi və digər məhdudiyyətlər səbəbindən qeyd edilmiş ödənişlərdə gecikmə baş vermişdir. Cavabdeh qalıq kredit ödənişinin alınması məqsədilə onun pasport qeydiyyatı üzrə Quba Rayon Məhkəməsinə “kredit müqaviləsinin ləğv edilməsi, qalıq pulların ödənilməsi, borcun əmlaka yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh ondan 14000 manat ödənilməsini və bu halda iddiadan imtina edib, onda qalmış iddiaçıya məxsus evini qaytarıb kredit müqaviləsinə xitam veriləcəyini bildirmişdir. Bununla əlaqədar onun tərəfindən 27.10.2020-ci il tarixdə 14000 manat ödənildi. Bundan sonra cavabdeh qalıq borcun tam ödənilməsi üzrə başa çatdırılmasına və onun sənədinin qaytarılıb müqaviləyə xitam verilməsi üçün əlavə olaraq 128 manat ödəniş olunmasını bildirmişdir. Bu ödəniş olandan sonra cavabdeh onun sənədini qaytarmamış və Quba Rayon Məhkəməsindən “FİNOKO" BOKT ASC işin baxılmamış saxlanmasını tələb edərək ərizə vermişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil. Beləki məhkəmə iddia ərizəsini təmin etməməklə ona əsaslanmışdır ki, iş materiallarında cavabdeh FİNOKO BOKT ASC tərəfindən 24.06.2021ci il tarixində maliyyə arayışı təqdim olunmuşdur. Halbuki məhkəmə tərəfindən 30.05.2019-cu il tarixli 2019/00495-\EY saylı istehlak kredit müqaviləsi üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli və ekspert qarşısında 30.05.2021-ci il tarixədək həmin istehlak müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən olunması sualı qoyulmaqla ekspertiza təyin edilməli idi. Ona görə də hesab edir ki, apelyasiya instansiya məhkəməsi məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul etməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-9823/2021 saylı işi üzrə 11.10.2020-ci il tarixli qərardadı ilə, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin " 21 “ dekabr 2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, 30.05.2019-cu il tarixli 2019/00495-EY Na-li İstehlak Kredit Müqaviləsi üzrə: İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və 30.05.2019-cu il tarixli 2019/00495- EY Ne-li İstehlak Kredit Müqaviləsi şərtləri əsas götürülməklə İddiaçı 24.06.2021-ci il tarixədək (borc haqqında arayışda göstərilən tarix) ASC-yə olan borcu 24.06.2021-ci il tarixə əsas borc üzrə 3019,88 manat, faiz borcu üzrə 591, 39 manat; 25.10.2019- cu il tarixli 2019/00681-EY N9-İİ İstehlak Kredit Müqaviləsi üzrə:İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və 25.10.2019-cu il tarixli, 2019/00681- EY NQ-İİ İstehlak Kredit Müqaviləsi şərtləri əsas götürülməklə İddiaçı 02.07.2021-ci il tarixədək (borc haqqında arayışda göstərilən tarix) ASC-yə olan borcu 02.07.2021-ci il tarixə sas borc üzrə 9,40 manat, faiz borcu üzrə 1, 91 manat müəyyən edilmişdir.Ekspertiza xərci olaraq 100 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, ekspert rəyi ilə razı olmadığını, banka heç bir borcunun olmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh "xxxx" BOKT ASC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 462-467,470-477, 550-554, 556, 560,739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka və zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Keçirilmiş ekkspertiza ilə 30.05.2019-cu il tarixli, 2019/00495-EY N-li İstehlak Kredit Müqaviləsi üzrə İddiaçı 24.06.2021-ci il tarixədək (borc haqqında arayışda göstərilən tarix) ASC-yə olan əsas borcu 3019,88 manat, faiz borcu isə 591,39 manat müəyyən edilmişdir. İpoteka yüklülüyü bu kredit müqaviləsinin təminatı kimi qeydiyyata alındığından və öhdəliklər tam yerinə yetirilmədiyindən kredit müqaviləsinə və ipotekaya xitam verilməsi yolverilməzdir. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız dəlilləri formal mülahizə daşıdığından əlavə və ya təkrar ekspertizanın keçirilməsinə zərurət müəyyən edilmir və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 115-119-cu maddəsinə əsasən əsassız iddia (şikayət) verdiyi üçün ekspertiza xərci iddiaçıdan tutulmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3987/2021 saylı işi üzrə 15 iyul 2021-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (yüz) manat məbləğdə pul vəsaiti – İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-513/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-513/2022
02.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver