Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5142/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1695/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Yaqublı X8 Fuad Məhəmməd oğlu ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlamışlar. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X12 adlı uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1208/2021 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqların ananın yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş və məhkəmə çəkişməsi zamanı cavabdeh tərəfindən satılmış **-VS-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent2 markalı avtomobilin bazar qiyməti olan 20.000 manatın yarısı, yəni 10000 manat cavabdehdən tutularaq ona ödənilməsi, ona məxsus olan cehiz əşyalarının- Qonaq otağında olan lüstur-150 manat, 3-lü pərdə dəsti (2 yataq otağı, 1 qonaq otağı və mətbəx, jalüz) -500 manat, mətbəxdə olanlar- Mətbəx mebeli-2000 manat, qaz peçi boz rəngli -70 manat; aspirator boz rəngli - 150 manat, boz rəngli "Samsung" markalı soyuducu- 1300 manat; boz rəngli, "Simens" markalı paltaryuyan-700 manat; 1 ədəd lüstur-50 manat: elektrik sobası boz rəngli 100 manat; 1 ədəd qəhvəyi rəngli stol va 4 stul dəsti- 380 manat; 1 ədəd ağ rəngli ətçəkən maşın-150 manat; 1 ədəd boz rəngli sok çəkan maşın-100 manat; 1 ədəd qımızı rəngli ləpəçəkən maşın-10 manat; 1 ədəd Tefal çaydan -20 manat, 1 ədəd çörək qabı -15 manat; 1 ədəd zibil vedrəsi -15 man; 1 ədəd qırmızı rəngli "Samsung" markalı tozsoran- 80 manat; 1 ədəd boz rəngli qəfədan- 25 manat; 1 ədəd tava-33 manat; 5 ədəd qazan dəsti- 200 manat; 3 ədəd 3-lü qazan dəsti- 25 manat; 2 ədəd qara qazan 15 manat; 2 ədəd rusiya istehsalı olan aliminium qazan- 12 manat; 2 dəst çay servisi -100 manat; 92 parçalıq nahar və çay servisi- 400 manat; 48 ǝdəd qara rəngli bosqab-80 manat; 48 ədəd ağ rəngli-güllü boşqab dəsti-60 manat; 1 dəst tort boşqabı (1 böyük 6 balaca) - 15 manat; 12 ədəd ayaqlı şüşə bakal- 18 manat; 12 ədəd ayaqlı güllü şüşə bakal-25 manat; 1 ədəd Bagima qrafin dəsti- 30 manat: 2 ədəd dəst su qrafinkası (hər birinin yanında 6 bakalı)- 24 manat; 12 ədəd xrustal stəkan- 60 manat; 42 ədəd nəlbəki- 50 manat; 4 ədəd qənd qabı 20 manat; 2 ədəd qara rəngli vaza (giləmeyvə qabı)- 12 manat; 1 ədəd böyük vaza- 15 manat; 2 ədəd 3 mərtəbəli çərəz qabı-27 manat; 4 ədəd cərəz qabı -15 manat; 24 ədəd çəngəl- 24 manat; 18 ədəd xörək qaşıq-18 manat; 24 adad meyvə bıçağı- 24 manat; 12 ədəd çay qaşığı- 12 manat; 12 ədəd limon çəngəli- 5 manat; 6 ədəd duz qabı-3 manat; 6 ədəd kasa və 6 ədəd boşqab -10 manat; 12 ədəd bulud qaşığı- 24 manat; 2 ədəd tort qaşığı- 5 manat: 3 ədəd qazan altı - 5 manat; 6 ədəd plasmas qaşıq (çömçə) - 8 manat; 1 ədəd çugun vedrə- 10 manat; 1 ədəd çaynik- 10 manat; 1 ədəd çugun aşsüzən və abgərdən- 10 manat; 1 ədəd paltar asılan- 70 manat; 3 ədəd sini- 60 manat, Yataq otağında olanlar: 1 ədəd taxt və matras; 1 ədəd dolab; 2 ədəd tumba; 1 ədəd termo- 1150 manat: 1 ədəd lüstur -50 manat; 1 ǝdəd taxt və matras; 1 ədəd dolab; 2 ədəd tumba: 1 ədəd termo; 1 ədəd tək çarpayı; 1 ədəd matras-1500 manat; 1 ədəd lüstur -50 manat; 2 adəd tək döşək, 2 ədəd tək yorğan, 2 ədəd yastıq, 1 ədəd taxt örtüyü -60 manat; 2 ədəd taxt adyalı-50 manat; 1 ədəd tək adyal -10 adyal, 15 ədəd taxt üçün yataq çarşafı dəsti-500 manat; 4 ədəd çexol-çarşaf dəsti-50 manat; 2 ədəd çarşaf- 20 manat; 2 ədəd çexol -20 manat; 2 balış üzü- 10 manat; 1 ədəd "Evrolüks" markalı- 50 manat; 1 ədəd ütü masası-90 manat; 2 ədəd fen- 80 manat, Dəhlizdə olanlar: 1 ədəd şakf- 1100 manat; 1 ǝdǝd DVDvideo-50 manat; 12 ədəd çay dəsmalı- 36 manat; 4 ədəd süfrə- 60 manat: 12 ədəd paket dəsmal- 40 manat; 25 ədəd dəsmal- 160 manat; 2 ədəd xalça- 400 manat - cavabdehdən alınaraq ona verilməsini, əgər cehiz əşyaları aşkar olunmazsa, onların dəyəri olan 12,825 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiada göstərir ki, cavabdehlə birgə nikahda olduqları dövrdə, cavabdehin adına **-VS-*** dövlət qeydiyyat nişanlı, "Hyundai Accent" markalı avtomobili əldə etmişlər. Həmin avtomobilin bazar qiyməti 20.000 manat təşkil edir. Avtomobil onun "nikahın pozulması və birgə nikah zamanı əldə olunmuş əmlakın bölünməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılarkən satılmışdır. Cavabdehin adına əldə olunmuş **-VS-*** dövlət qeydiyyat nişanlı, "Hyundai Accent" markalı avtomobil birgə nikahda əldə olunduğuna görə və həmin avtomobilin bazar qiyməti 20.000 manat təşkil etdiyi üçün, hesab edir ki, avtomobilin dəyərinin yarısının, yəni 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq mənə ödənilməlidir. Bundan əlavə, cavabdehlə rəsmi nikaha daxil olarkən gətirdiyi cehiz əşyaları gəlin köçdüyü və cavabdehlə birgə yaşadığı ünvan 1 ünvanında qalmışdır. Məhkəməyə müraciət etməzdən əvvəl sözügedən mübahisənin mediasiya bölməsində həllinə nail olmaq istəsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1695/2022 saylı, 11 may 2022ci il tarixli qətnaməsi (hakim İlkin Əliyev) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, tərəflər arasında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra tərəflərin arasında daşınmaz əmlakın, o cümlədən avtomobilin bölgüsü ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Avtomobillə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3202/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində müəyyən edilmişdir ki, birgə nikah dövründə alınmış olsa da, avtomobil özgəninkiləşdirildiyindən onun üzərində pay(birgə mülkiyyətçilərin payı) müəyyən edilə bilməz. Konkret olaraq bu formada qeyd edilmişdir: “həm "xxxx" MMC tərəfindən inşa edilmiş mənzil, həm də avtomobil tərəflərin birgə nikahda olan dövrdə əldə edilib, həmin əmlakların yalnız Cavabdeh gəlirləri hesabına əldə olunması halı(Cavabdeh mənzillə bağlı bunu bildirsə də, sübuta yetirə bilməmişdir) müəyyən edilməmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mübahisələndirilən avtomobil ötən dövrdə cavabdeh tərəfindən özgəninkiləşdirilmiş və hazırda onun mülkiyyətində deyil. Mülkiyyətdə olmayan əmlaka isə payın tanınması hüquqi baxımdan mümkün deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir.” Həmin qətnamədən həm X10, həm Cavabdeh, həm də İddiaçı apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətinin dəlillərindən biri birgə nikah dövründə əldə edilmiş avtomobilə münasibətdə birinci instansiya məhkəməsinin iddianı təmin etməməklə işin faktiki hallarının düzgün araşdırılmaması olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 11239/2021 saylı qətnaməsində qeyd edilmişdir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətlərinin təmin edilməməsi qənaətinə gəlir. Həmin qətnamədən yalnız X7 özünə aid hissədə kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-11239/2021 saylı qətnaməsini həmin hissədə mübahisələndirmişdir. İş hal-hazırda Ali Məhkəmənin icraatındadır. Yəni, avtomobillə bağlı olan məsələ hal-hazırda Ali Məhkəmənin icraatında olan mülki iş üzrə kassasiya baxışının predmetini təşkil etmir. Hazırki icraatda iddiaçı avtomobilin özgəninkiləşdirildiyi faktını qəbul edərək, avtomobilin dəyərinin yarısını cavabdehdən tələb edir. Avtomobilin dəyərinin yarısını ona görə tələb edir ki, avtomobilin kimə, necə, hansı məbləğdə özgəninkiləşdirilməsi ona məlum olmamış və bu səbəbdən avtomobilin bazar dəyərinin yarısını tələb etmişdir. Məhkəmə prosesində avtomobilin xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən X6 23000 manata özgəninkiləşdirildiyi məlum olsa da, o, tələbini artırmamış və bazar dəyərinin yarısını, yəni 10000 manatı tələb etmişdir. Eyni zamanda iddiaçı tərəfə məhkəmə prosesi zamanı məlum olmuşdur ki, avtomobillə bağlı formal alqı-satqı müqaviləsi bağlanmış, belə ki, həmin tarixdə cavabdehin özünə etibarnamə verilmiş və bu gün də avtomobil cavabdehin faktiki sahibliyindədir. Buna baxmayaraq iddiaçı tərəf avtomobillə bağlı bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirməmiş və iddia tələbini müdafiə etmişdir. Cavabdeh tərəf avtomobillə bağlı tələbə münasibətdə iddianı qəbul etməmiş və etirazını bir neçə arqumentlə əsaslandırmışdır. Birinci arqumenti avtomobillə bağlı məhkəmə mübahisənin olması və iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsi, ikinci arqumenti avtomobilin ümumiyyətlə ümumi birgə mülkiyyət olmaması, üçüncüsü avtomobilin tərəflərin birgə təsərrüfat apardıqları dövrdə özgəninkiləşdirilməsi, dördüncüsü avtomobilin alqı-satıqısının formal olması olmuşdur.
6. İddiaçı avtomobildən başqa cehiz əşyalarının qaytarılması tələbini də irəli sürmüşdür. İddia ərizəsində göstərdiklərindən fərqli olaraq, iddiaçı tərəf məhkəmə iclaslarında cehiz əşyalarının bir qisminin gəlin köçən zaman cavabdehlə yaşadığı evə aparıldığını, qalan qisminin isə iddiaçının anası tərəfindən qayınanasına verildiyini iddia etdiyi 8300 manat məbləğində vəsaitin hesabına əldə ediliyini bildirməklə əsaslandırmışdır.Cavabdeh tərəf iddianı qəbul etməmiş və etirazının əsasını iddiaçının gəlin köçən zaman özü ilə cehiz əşyası gətirməməsi, iddiaçının iddia etdiyi əşyaların nikaha daxil olduqdan 9 il sonra əldə etdikləri mənzilə cavabdehin anası tərəfindən alınması, iddiaçının ona hər hansı pul məbləği verməməsi, iddiaçının onun anasına verdiyi pul məbləği ilə bağlı mübahisənin ona aid olmaması ilə əsaslandırmışdır.
7. Məhkəmə əvvəla avtomobillə bağlı hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
8. Belə ki, iddiaçı əmlak bölgüsü ilə bağlı başqa məhkəmə mübahisəsi zamanı sözügedən avtomobilin özgəninkiləşdirildiyi ona məlum olandan sonra, birgə nikah dövründə əldə edilmiş hesab etdiyi avtomobilin güman etdiyi özgəninkiləşdirmə məbləğinin yarısını cavabdehdən tələb etmişdir. Yəni, iddiaçı faktiki olaraq birgə nikah dövründə əldə edilmiş avtomobilin bölgüsü tələbini irəli sürmüşdür. Çünki, iddia verən zaman avtomobilin artıq özgəninkiləşdirildiyini yəqin etmiş və bu səbəbdən onun dəyərinin yarısının cavabdehdən tutulmasını xahiş etmişdir. Halbuki iddiaçının tutulmasını tələb etdiyi avtomobilin dəyəri, əslində onun ümumi birgə mülkiyyət hesab etdiyi avtomobilin özgəninkiləşdirməsindən əldə edilən ümumi əmlakdır. Yəni, iddiaçı ümumi birgə mülkiyyət hesab etdiyi avtomobilin dəyərinin yarısının cavabdehdən tutulmasını onə görə tələb edir ki, birgə nikah dövründə, birgə gəlirlər hesabına əldə edilən əmlakın satışından əldə edilən vəsaitin özünün də birgə mülkiyyət olduğunu hesab etməsidir.
9. Bununla bağlı qeyd edilməlidir ki, avtomobilin ümumi birgə mülkiyyət hesab edilməsi hissəsi ilə bağlı məhkəmə qətnaməsi qəbul edilsə də, o cümlədən həmin qətnamə avtomobilin ər-arvadın nikah müddətində və ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması hissəsində mübahisələndirilməsə də, qanuni qüvvəsini almamışdır. Buna baxmayaraq iddiaçı həmin qətnamənin preyudusiallığına istinad edərək, avtomobilin satışından əldə olunan vəsaitin ümumi birgə mülkiyyət kimi bölünməsini tələb etmişdir.
10. Lakin qeyd olunmalıdır ki, birgə nikah dövründə əldə edilmiş əmlakın özünü bölmədən onun dəyərinin və ya satış qiymətinin digər mülkiyyətçidən tutulması ilə əmlakın bölünməsinə nail olmaq iki halda mümkün ola bilər. Birincisi ümumi birgə mülkiyyət olan əmlak tərəflərin birgə təsərrüfat aparmadığı dövrdə(hətta birgə təsərrüfat aparılsa belə ailə ehtiyaclarına sərf olunmadığı müəyyən olunduqda) özgəninkiləşdirildiyi, xüsusilə satıldığı halda alıcının vicdanlı olduğu təsdiq olunduğuna görə ümumi əmlakın bölünməsinin mümkün olmadığı müəyyən edilərsə, ikincisi ümumi birgə mülkiyyət olan əmlak tərəflərin birgə təsərrüfat aparmadığı dövrdə(hətta birgə təsərrüfat aparılsa belə ailə ehtiyaclarına sərf olunmadığı müəyyən olunduqda) özgəninkiləşdirildiyi, xüsusilə satıldığı halda alqısatqı müqaviləsi mübahisələndirilmədən, yəni əqdin bağlanmasına razılıq verildiyi və ya əqd bəyənildikdə əqddən əldə edilən vəsait hesabına digər mülkiyyətçinin əsassız olaraq varlandığı müəyyən edilərsə. Digər bütün hallarda ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsi Mülki-Məcəllənin 220-ci maddəsinin tələbinə əsasən aparılır.
11. Halbuki işin hallarından müəyyən edilir ki, sözügedən avtomobil formal olaraq alqı- satqı edilmiş və alıcının vicdanlılığı şübhə doğurur, eyni zamanda alqı-satqı nəticəsində malın dəyərinin ödənilmədiyi təsdiq olunur. Belə ki, cavabdeh tərəflərin birgə təsərrüfat aparmadığı, ər-arvad arasında əmlak və.s mübahisələrin getdiyi dövrdə sözügedən avtomobili anasının adına alqı-satqı adı altında keçirmiş və həmin əmlakın bölünməsindən yayınmağa çalışmışdır. Buna bu formada qismən müyəssər olsa da, lakin nəzərə alınmalıdır ki, özgəninkiləşdirmə real olaraq baş tutmamışdır.
12. Odur ki, avtomobilin ümumi birgə əmlak olması ehtimalından çıxış edilsə belə, faktiki olaraq baş tutmayan alqı-satqının dəyərinin cavabdehdən tutulması ilə bağlı tələb əsassızdır.
13. Məhkəmə cehiz əşyalarının cavabdehdən alınması ilə bağlı iddia tələbini də əsassız hesab edir.
14. Əvvəla qeyd edilməlidir ki, cehiz əşyalarının alınması ilə bağlı iddia tələbinin hüquqi əsası vindikasiya iddiasıdır. Vindikasiya iddiası əşya-hüquqi müdafiə üsullarından biri olmaqla, özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri tələb edilməsi barədə iddiadır.
15. Mülki Məcəllənin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Eyni zamanda Ailə Məcəlləsinin 34-cü maddəsində qeyd edilmişdir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
17. İddiaçı iddia edir ki, cavabdehin yaşadığı ünvan 2 ünvanda ona məxsus iddia ərizəsində sadalanan əşyalar vardır. Belə ki, həmin əşyalardan bir qismi onun gəlin köçdüyü zaman cavabdehlə yaşadığı ilk evə gətirdiyi, bir qismi isə onun(iddiaçının) anasının vəsaiti hesabına cavabdehin anası tərəfindən alınan əşyalardır.
18. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, vindikasiya iddiasının təyinatı və məqsədi mülkiyyətçinin əşya üzərində itirilmiş sahibliyini(əşya üzərində fiziki nəzarəti) bərpa etməkdən ibarətdir. Vindikasıya iddiasının dispozitiv şərtlərinə görə, tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Qanunvericiliyin qeyd olunan normasından göründüyü kimi, yalnız bu üç şərtin mövcudluğu halında iddia təmin edilə bilər.
19. Lakin iddiaçı gəlin köçdüyü zaman cehiz əşyası gətirməsi ilə bağlı tələbini sübut edə bilmir. Əvvəla iddiaçı bununla bağlı hər hansı mötəbər sübuta istinad etməmiş, yalnız əşyaları sadalamaqla kifayətlənmişdir. Bundan başqa iddiaçının 13 il əvvəl gəlin köçdüyü zaman gətirdiyinə istinad etdiyi məişət əşyalarının istismar müddətinin keçməsi həmin əşyaların faktiki mövcudluğunu şübhə altına alır. Belə ki, iddiaçının iddia ərizəsində sadaladığı əşyalar gündəlik məişətdə istifadə olunan əşyalardır və onların 13 ildən sonra salamatlılığı inandırıcı deyildir.Eyni zamanda iddiaçının özünün də etiraf etdiyi kimi cehiz əşyası alınması üçün hissə-hissə 10 il müddətində cəmi təqribən 8000 manat vəsait toplaya bilmişdirlər. Odur ki, iddiaçının gəlin köçdüyü zaman bütün şəkildə o qədər(4500 manat dəyərində) cehiz əşyasını gətirməsi məhkəmə üçün inandırıcı deyildir.
20. Bundan başqa iddiaçının digər cehiz əşyaları ilə bağlı tələbi isə ona görə əsassızdır ki, yuxarıda qeyd edilən vindikasiya iddiasının obyektini fərdi əlamətləri ilə müəyyən edilən əşyalar təşkil edir. Cinsi əlamətləri ilə müəyyən edilən əşyalar da vindikasiyanın obyekti kimi çıxış edə bilər, bir şərtlə ki, həmin əşyalar onun növündən olan digər əşyalardan ayrılmaqla fərdiləşdirilsin. Əşyanın özü yoxdursa, maddi hüquqi tələbi də yoxdur.
21. İşin hallarından müəyyən edildiyi kimi iddia edilən cehiz əşyalarının mülkiyyətçisi cavabdehin anasıdır. Belə ki, həmin əşyalar pul vəsaitinin mənbəyindən asılı olmayaraq cavabdehin anası tərəfindən alınmışdır. Bu həmçinin işin mübahisə olunmayan halıdır. Odur ki, iddiaçının iddia etdiyi pul vəsaiti vindikasiya iddiasının obyektini təşkil etmir.
22. Halbuki iddia tələbinin qanuni əsasının tapılması işə baxan məhkəmə üçün ona görə vacibdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. Məhkəmə göstərilənlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı və ya iddiaçının anası cavabdehə pul vəsaiti verdiyini və həmin vəsait hesabına cehiz əşyasının alınmalı olmasını iddia edirsə, onda həmin şəxsə qarşı tapşırığın icrası ilə bağlı hüquqi nəticələri və ya əsassız varlanma ilə əldə edilənlərin geri qaytarılmasını tələb edə bilər.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
24. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
25. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi birgə nikah dövründə əldə olunmuş avtomobil ilə bağlı iddianın rədd edilməsinə yönəlmiş öz mövqeyini belə əsaslandırmağa çalışır ki, sözügedən avtomobil formal olaraq alqı-satqı edilmiş və alıcının vicdanlılığı şübhə doğurur, eyni zamanda alqı-satqı nəticəsində malın dəyərinin ödənilmədiyi təsdiq olunur. Məhkəmə bu qənaətə hansı mötəbər dəlil əsasında gəldiyini göstərmir və iş materiallarında da belə bir xüsusatı təsdiq edən hal yoxdur. İş materiallarında BDYPİ-nin xx.xx.2022-ci il tarixli məktubu var, həmin sənəd sübut edir ki, "Hyundai Accent" markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi əsasında sonuncuya 23.000 manata satmışdır. Bu alqı-satqı qüvvədədir, həmin alqı-satqı Cavabdeh ilə Əsli Yaqubova arasında imzalanaraq öz iradə ifadələrini bəyan etmişlər və onu mübahisələndirən bir iddia belə ortada yoxdur. Məhkəmə hansı əsasla öz təşəbbüsü və tərəflərin iştirakı olmadan bu alqı-satqını etibarsız edib onu anlamaq olmur.
26. "Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdlərin etibarlılığını mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliin tətbiqi məsələləri üzrə" 02/2022 saylı Ali Məhkəmənin Qərardadında (bənd 49) qeyd olunur ki, əqddən irəli gələn tələblərə baxıldığı zaman buna dair iddia irəli sürülmədən həmin əqdin etibarlılığına qiymət verilməsi, yalnız əqdin bütün tərəflərinin işdə iştirak etməyə cəlb olunduğu halda əsassız olacaqdır. Deməli, alqı-satqı müqaviləsinin tərəflərindən biri olan Əsli Yaqubovanın işdə iştiraka cəlb olunmaması səbəbindən sonuncunun da tərəf olduğu (malı alan şəxs qismində) alqı-satqının etibarsızlığı ilə bağlı məhkəmənin gəldiyi nəticə əsassız olacaqdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, avtomobilin alqı-satqısı DİN BDYPİ-də aparıldığından və onların möhürü ilə təsdiq olunaraq hüquqi qüvvəyə mindiyindən həmin təşkilatın da bu mübahisədə iştirakı təmin olunmalı və prosesə cəlb olunmalıdırlar. Bundan əlavə, həmin alqı-satqı müqaviləsi alan və satan tərəflərin izahatları ilə iradə bəyan etmələri nəticəsində rəsmiləşdirilmiş, onların fəaliyyət qabiliyyətləri və imzaların həqiqiliyi baxımından məsələlər də araşdırılmalı idi.
27. Həmin Qərardadın 50-ci bəndində qeyd olunan hüquqi mövqeyə görə, əqdə əsaslanan iddia irəli sürülənədək tərəflər həmin əqdin etibarsız hesab edilməsinə dair tələblə məhkəməyə müraciət etməkdə sərbəstdirlər. Həmin Qərardadın 34-cü bəndində qeyd olunur ki, mübahisələndirmə şəxslə bağlı olan hüquqdur. Bu səbəbdən, məhkəmə işdən iradənin zədələnməsi qənaətinə gəlsə belə, öz xidməti vəzifəsinə əsaslanaraq əqdin etibarsızlığı ilə bağlı həmin halları araşdıra və nəzərə ala bilməz. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, hakim öz təşəbbüsü ilə etibarsızlıq ilə bağlı tələbə münasibət bildirərək avtomobilə dair irəli sürülmüş iddia tələbini bu əsasla rədd edir, bildirir ki, avtomobilin alqı-satqısı inandırıcı deyil. Belə ki, Cavabdeh ilə Əsli Yaqubova arasında alqı-satqı zamanı pul ödənilməsi olmamışdır, lakin bu mövqeyini hansı mötəbər dəlilə əsaslanmasını qeyd etmiş və qətnamədə şərh etmir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi bu zaman Mülki Prosesual Məcəllənin 218.3-cü maddəsinin tələblərini də kobud şəkildə pozmuşdur. Belə ki, həmin normanın tələblərinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna halda iddia tələbindən kənara çıxa bilər.
28. Hazırki iş üzrə avtomobilin satıldığı X3 Fuad Məhəmməd oğluna qarşı "borcun qaytarılması tələbinə" dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəmənə müraciət etmiş, həmin işə də hazırki işə baxan hakim İlkin Əliyev baxmış və xx.xx.2021-ci il tarixdə 2(001)-2122/2021 nömrəli qətnamə ilə iddia tələbini təmin edərək 40.000 (qırx min) manat pulun Cavabdeh alınaraq iddiaçı X6 verilməsini qət etmişdir. Buradan görünür ki, əgər xx.xx.2020-ci il tarixdə baş vermiş alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tərəflərin bir-birinə qarşı tələbi mövcud idisə elə borcun qaytarılması zamanı və onlar arasında məhkəmə çəkişməsi olan zaman da buna dair öz iradələrin ifadə edə bilərdilər. Bundan əlavə, elə bu məhkəmə aktı ilə müəyyən edilmiş hal onu göstərir ki, Cavabdeh öz borcunu qaytarmaq üçün birgə nikah dövründə əldə etdiyi avtomobili satıb və pulunu Əsli Yaqubovaya verə bilər və bu vəziyyətdə birinci instansiya məhkəməsinin ana bala arasında alqı-satqının formal olması ilə bağlı gəldiyi qənaətin əsassızlığını göstərir.
29. Bundan başqa iş materiallarına və Cavabdeh, onun anası şahid qismində dindirilən Əsli Yaqubovanın, eləcə də cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatlarından görünür ki, onlar avtomobilin kimə məxsusluğuna dair bir-birinə zidd izahatlar verirlər, çünki həqiqəti gizlətməyə çalışırlar.
30. Birinci instansiya məhkəməsi MPM-nin 218-ci maddəsinin tələbini kobud şəkildə pozmuş və işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul etmək əvəzinə iddia tələbində mübahisələndirilməyən alqı-satqının etibarsızlığı ilə bağlı öz şəxsi mülahizələri ilə qətnamə qəbul etmişdir. Halbuki, tərəflərdən heç biri hazırkı iddia üzrə bu əqdi hələ ki mübahisələndirməyib. Avtomobilin satılması nəticəsində əldə olunmuş pulun bölünməsini istəyiblər, çünki etibarsızlıq istəyib paylarını təmin etmiş olsaydılar belə, sonda naturada bölgüsü mümkün olmayan əşya kimi avtomobilin hərracda satılması və yenə də pulun bölünməsi məsələsinə gələcəkdilər. Burada birinci instansiya məhkəməsinin hakimi MPM-in 218.1-ci maddəsinin tələblərinə zidd olaraq sübutları qiymətləndirmir. Belə ki, məhkəmə təqdim olunmuş yuxarıda qeyd olunan BDYPİ-nin kompyuter çıxarışı və nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini, eləcə də cehiz əşyaları ilə bağlı cavabdehlərə pulun verilməsini təsdiq edən Əsli Yaqubovanın səs yazısını məhkəmə baxışında tədqiq etməmiş və qiymətləndirməmişdir. Halbuki, həmin səs yazısında həmin şəxs aydın şəkildə bildirir ki, pulu qəbul edib və cehiz almasında iştirak edib.
31. Daha sonra, məhkəmə qətnaməsində qeyd olunur ki, cavabdeh tərəflərin birgə təsərrüfat aparmadığı, ər-arvad arasında əmlak və.s mübahisələrin getdiyi dövrdə sözügedən avtomobili anasının adına alqı-satqı adı altında keçirmiş və həmin əmlakın bölünməsindən yayınmağa çalışmışdır. Belə olan halda, iddia necə əsassız ola bilər, məhkəmə özünü dolaşığa salaraq qətnaməsində özü-özünü təkzib etmiş olur.
32. Məhkəmə cehiz tələbi ilə bağlı iddianı rədd edərkən də formal mülahizələrə əsaslanır. Belə ki, qətnamədə qeyd olunur ki, 13 il əvvəl gəlin köçdüyü zaman gətirdiyinə istinad etdiyi məişət əşyalarının istismar müddətinin keçməsi həmin əşyaların faktiki mövcudluğunu şübhə altına alır. Belə ki, iddiaçının iddia ərizəsində sadaladığı əşyalar gündəlik məişətdə istifadə olunan əşyalardır və onların 13 ildən sonra salamatlılığı inandırıcı deyildir. Bu mövqeyi ilə məhkəmə formal mülahizələr irəli sürür, məhkəmənin məntiqindən belə çıxır ki, bir-iki ildən sonra əşyalar sınır-dağılır və ələ gəlmir. Bu, nə cür əsaslandırmadır, doğrusu başa düşə bilmir. Qanunun tələbinə əsasən, məhkəmə sübutları tədqiq edərək qiymətləndirmək əvəzinə təqdim olunmuş səs yazısını tədqiq etmir, halbuki, orada Əsli Yaqubova özü etiraf edir ki, 8000 AZN pulu cehiz alması üçün iddiaçının anası tərəfindən ona verilib, o, da həmin cehiz əşyalarının alınmasında gəlini ilə birlikdə iştirak edib. Eyni zamanda, məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini də araşdırmır. Belə ki, iddiaçının qaynanası Əsli Yaqubova həm də iddiaçının bibisidir, onlar ikitərəfli qohumdular. Bu səbəbdən, qayınanasına öz yaxın qohumları kimi yanaşaraq onun istəyi ilə gəlin köçərkən cehiz əşyaları alınmamış, buna səbəb isə o hal olub ki, iddiaçı ilə cavabdeh qayınanaya məxsus, eləcə də ondan başqa qaynının da ailəsinin yaşadığı evə gəlin köçüb və evdə çox sıxlıq olub. Bu səbəbdən, digər gəlinin də cehiz əşyalarının ora gəlməsi praktiki cəhətdən qeyri-mümkün olub. Buna görə də, sonradan iddiaçı ilə cavabdehin yeni tikilən binada evləri hazır olandan sonra həmin evə uyğun mebel və digər cehiz əşyalarının alınması üçün verilmiş pul hesabına həmin cehiz əşyalarının alınması baş tutmuşdur. Bu, məhkəmədə tədqiq olunması üçün təqdim etdiyi səs yazılarında da öz əksini tapmışdır.
33. Daha sonra məhkəmə qeyri-müəyyən fərziyələrə əsaslanan mövqeyini davam etdirərək qətnamədə qeyd etmişdir ki, cehiz əşyalarının alınması üçün hissə-hissə 10 il müddətində cəmi təqribən 8000 manat vəsait toplaya bilən şəxslərin iddiaçının gəlin köçdüyü zaman bütün şəkildə o qədər (4500 manat dəyərində) cehiz əşyasını gətirməsi məhkəmə üçün inandırıcı deyildir. Hesab edir ki, bu qədər əsassız bir münasibət ola bilməz. Niyə bu pulu toplaya bilmirlər? Məgər 4500 böyük puldur? İşin hallarından müəyyən olunur ki, iddiaçının anası kənddə təsərrüfatla məşğul olur, əkin-biçindən satdığı məhsullar, eləcə də bir-iki mal-qaranı satması ilə bu pulu asanlıqla düzəltmək olur. Məhkəmənin bu qədər işə qərəzli yanaşmasını, cavabdehləri hər vəclə müdafiə etməsini və onların mövqeyindən çıxış etməsini heç cür başa düşmək olmur.
34. Qətnamənin 39-cu bəndində məhkəmə qeyd edir ki, işin hallarından müəyyən edildiyi kimi iddia edilən cehiz əşyalarının mülkiyyətçisi cavabdehin anasıdır. Odur ki, iddiaçının iddia etdiyi pul vəsaiti vindikasiya iddiasının obyektini təşkil etmir. Məhkəmədə verilmiş izahatlar, təqdim olunmuş səs yazıları birbaşa sübut edir ki, bu pul iddiaçının anası tərəfindən cehiz alınması üçün qızına verilmişdir, qızının ailəsində qayınata öldüyündən qayınana böyüklük etmiş, bu səbəbdən də həmin cehiz əşyalarının alınması zamanı qayınananı, yəni Əsli Yaqubovanı böyük kimi qəbul etmiş və həmin əşyaları onunla birlikdə alımışlar. Həmin əşyaların mövcudluğu da şübhə doğurmur. Belə ki, təqdim olunmuş fotoşəkillər, Əsli Yaqubovanın whatsapp ilə səs yazısı və tərəflərin izahatları sübut edir ki, həmin əşyalar iddiaçının valideyinlərinin verdiyi pul hesabına alınıb və hazırda da iddiaçının yaşamış olduğu evdədir. Burada da məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərini pozmuş olur, eyni zamanda məhkəmə fərziyələr irəli sürür ki, 13 ildə bu əşyalar sıradan çıxıb. İddiaçı o qədər kasıb biridir ki, 4500 AZN məbləğində pul xərcləyib cehiz ala bilməzdi.
35. Məhkəmənin gəldiyi digər nəticə isə odur ki, guya avtomobilin ümumi birgə mülkiyyət hesab edilməsi hissəsi ilə bağlı məhkəmə xx.xx.2021-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qəbul edilmiş qətnamədə avtomobilin ər-arvadın nikah müddətində və ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması hissəsində mübahisələndirilməsə də, həmin qətnamə qanuni qüvvəsini almamışdır. Buna baxmayaraq iddiaçı olaraq o, - İddiaçı həmin qətnamənin preyudusiallığına istinad edərək, avtomobilin satışından əldə olunan vəsaitin ümumi birgə mülkiyyət kimi bölünməsini tələb etməkdə haqlı deyil. Birinci instansiya məhkəməsinin bu mövqeyi tamamilə yalnışdır. Belə ki, həmin qətnamə nə o, nə də cavabdeh Fuad Yaqublu tərəfindən mübahisələndirilməyib. Artıq kasassiya şikayəti vermək müddəti də onlara münasibətdə bitib. Kasassiya şikayəti verən Vüqar Yaqubovdur ki, (keçmiş qaynı) onun iddiası da uydurma borcun qaytarılması ilə bağlıdır. Cavabdehla birgə nikahları dövründə əldə etdikləri avtomobilə aid hissə kasassiya məhkəməsində mübahisələndirilmir. Məhkəmə isə yanlış olaraq öz mövqeyini belə əsaslandırır ki, qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsində mübahisəli avtomobilin birgə nikah dövründə əldə olunmuş əmlak kimi tanınmasını və həmin qətnamənin preyudisiallığına əsaslanmağında iddiaçı haqlı deyil.
36. Qətnamədə göstərilir ki, məhkəməyə mötəbər dəlil təqdim etməmişdir. Lakin bunun əksinə cavabdeh tərəf öz etirazını heç bir mötəbər dəlilə istinad etmədən sadəcə sözlə Cavabdeh avtomobilin pulunu anam verib deyir, onun vəkili və nümayəndəsi avtomobil bacısına məxsusdur deyir, anası isə pulun yarısını vermişəm deyir. Bundan əlavə, Cavabdeh izahatında bildirir ki, avtomobili tamamilə başqa adama satıb, bilmir nə vaxt satıb. Eləcə də, birgə nikahda satıb. Daha sonra fərqli izahatlar verir ki, faktiki ayrı yaşadığı vaxtda satıb, ancaq anasının puluna alıb və bacısına məxsus olub. Məhkəmə bu qədər ziddiyətli və bir-birini təkzib edən izahatları daha inandırıcı sayır, lakin onun müxtəlif mötəbər dəlillərlə təsdiq olunan izahatını inandırıcı saymır.
37. Birinci instansiya məhkəməsinin bu mövqeyi tamamilə əsassızdır. Hesab edir ki, xx.xx.2021-ci il qətnaməsi ilə Hyunday Accent markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə tərəflərin birgə təsərrüfat idarə edərkən əldə etmələri tam sübuta yetirilir, lakin 2020-ci ilin iyun ayından faktiki olaraq ayrlmış və cavabdehlə birgə yaşamayaraq birgə təsərrüfat idarə etməmişdir. Elə bu ərəfədə, yəni tərəflərin ayrı yaşadığı bir müddətdə cavabdeh ondan xəbərsiz avtomobili özgəninkiləşdirmişdir. İddiaçınun bundan xəbəri olmamış, məhkəmədə birgə nikah dövründə əldə olunmuş əmlakların bölgüsünə dair iddia qaldırmış, mənzil (Bakı, Binəqədi ray, H.Babaşov küç, blok 1, mərtəbə 4, mənzil 19) üzərində 1/2 hissədə İddiaçı payı tanınmış, Hyunday Accent markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil isə həmin vaxt artıq Cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir. Həmin vaxt məhkəmə artıq özgənin mülkiyyətində olan əmlaka dair payların bərabər şəkildə bölünməsinin mümkün olmaması üçün iddianı təmin edə bilməmişdir. Hazırkı iddia tələbi isə artıq məhkəmə qərarları ilə (həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsinin qətnamələri ilə) həmin avtomobilin birgə nikah dövründə əldə olunmuş əmlak olmasını müəyyən etmişdir.
38. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş "Hyundai Accent" markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə hərəkətləri təsdiq edilən sənədlərdən görünür ki, Cavabdeh ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan "Hyundai Accent" markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 23000 manata X2. Həmçinin, Gömrük bəyannaməsindən görünür ki, "Hyundai Accent" markalı avtomobil Rusiya Federasiyasından Azərbaycan Respublikasına "xxxx" MMC tərəfindən gətirilmiş, həmin avtomobil "xxxx" MMC-nin 807471 saylı arayış-hesabına əsasən, Cavabdeh verilmişdir.
39. Bundan əlavə, iş materiallarına əlavə olunmuş AR DİN-nin elektron sistemindən olan çıxarışdan görünür ki, həmin avtomobil xx.xx.2020-ci il tarixində Cavabdeh mülkiyyətindən çıxmış, X5 mülkiyyətinə verilməsinə dair xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir.
40. Əgər məhkəmə işə Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən, obyektiv, qərəzsiz və tam baxdıqdan sonra təqdim olunmuş dəlillərə hüquq normalarına uyğun qiymət versəydi onda iddianın təmin olunması barədə qərar qəbul edərdi. Bütün bunlar onu göstərir ki, hakim işə düzgün baxmayıb, maddi və prosessual normaların tələblərini pozub, əsassız olaraq iddia müddətinin tətbiq edilməli olması qənaətinə gəlib, bu da həmin qətnamənin ləğv olunmasına əsaslardan biridir.
41. İşin mübahisəsiz halı odur ki, cavabdehlə birgə nikahda olduqları zaman **-VS-*** dövlət qeydiyyat nişanlı "Hyunday Accent" minik markalı avtomobil əldə edilmiş və faktiki ayrı yaşadıqları müddətdə, yəni birgə təsərrüfat idarə etməyərək ayrı-ayrı ünvanlarda yaşayaraq nikahın pozulması barədə mübahisə getdiyi bir ərəfədə -xx.xx.2020-ci il tarixdə avtomobili arvadının razılığı və iradə ifadəsi olmadan satmışdır. Belə ki, iddiaçı və cavabdehin izahatları, eləcə də iş materialları ilə sübut olunur ki, 2020-ci ilin iyun ayından iddiaçı Aişən Yaqublu faktiki olaraq ərinin evini tərk etmiş və onlar birgə təsərrüfat idarə etməmişlər.
b) Apellyasiya şikayətinə qarşı cavabdehin etirazının dəlilləri
42. Cavabdeh məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə etiraz və etiraza əlavəsində qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi hallar fərziyyədən və yalandan başqa bir şey deyildir. Belə ki, iddiaçı mübahisəli avtomobillə bağlı məhkəməyə yalan məlumat vermiş və nəticədə Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3202/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin avtomobilin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Lakin DİN BDYPİsi tərəfindən vəkil sorğusuna verilmiş 6583/221 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, qeyd edilən qərardad çıxarılan zamandan 4 ay əvvəl Cavabdeh adına heç bir nəqliyyat vasitəsi olmamışdır. Bu səbəbdən də iddia tləbi avtomobilə aid hissədə rədd edilmişdir. Qanuni qüvvəyə minmiş 2 qətnamə ilə mübahisəli avtomobillə bağlı iddiaçının heç bir hüququ tanınmadığından onun cavabdehlərdən pul tələb eetmək hüququ yoxdur.
43. Bundan başqa bildirir ki, iddiaçı onların yaşadığı evə gəlin gələndə özü ilə heç bir cehiz əşyası gətirməmiş və cavabdehin vəfat etmiş qardaşının otağında anasına məxsus olan mebellərdən 9 il fasiləsiz istifadə etmişlər. İddiaçı məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında öz izahatında bildirmişdir ki, gəlin köçərkən bəzi xırda cehiz əşyaları gətirsə də, əsas cehizlərini –mebel əşyalarını təzə evə köçəndən sonra anasının 9 il ərzində hissə-hissə qayınanasına göndərdiyi, məbləğini dəqiq xatırlamadığı pullar hesabına almışdır. İddiaçının anası qohumların yanında alçalmamaq üçün həmişə demişdir ki, kim cehiz soruşsa, deyin ki, cehiz almaq üçün qayınanasına xırda-xırda pul verib. Anası da qohumların yanında iddiaçının anasını pərt etməmək üçün həmişə yalandan onun dediklərini deyirdi.
44. Hətta iddiaçı ona bildirib ki, ona 3000 manat yardım etsələr, məhkəmələrdən qutaracaqdır. Birgə nikahda olduqları vaxtda o, da, iddiaçı da işləməyiblər. Cavabdeh arada taksi fəaliyyəti ilə məşğul olub gündəlik 10-15 manat pul qazanıb. Ailələrinin bütün maddi təminatını cavabdehin anası ödəmişdir. İşləmədikləri halda 2009-cu ildə yeni tikilidə 1 mənzil, 2011-ci ildə 1 mənzil, sonrakı illərdə isə müxtəlif avtomobillər almaq mümkündürmü? Odur ki, apellyasiya şikayətini əsassız hesab etmiş və məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
45. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.
46. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
47. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
48. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 34.1.Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. və 37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
50. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən ləğv və iddianın qismən təmin edilməsi üçün əsasdır.
51. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
52. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
54. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
55. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
56. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisəli avtomobilin dəyərinin(satışından əldə edilən vəsaitin) yarısının iddiaçıya ödənilməsinin rədd edildiyi hissədə düzgün olmamışdır.
57. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisə predmeti olan avtomobilin dəyərinin(satışından əldə olunan vəsaitin) yarısının cavabdehdən alınması ilə bağlı iddianın faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün bu hissədə iddia haqlı sayılırdı. Lakin birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin və Mülki Məcəllənin, eləcə də Mülki Prosessual Məcəllənin tələblərini mübahisələndirilən hissədə pozmuş, bu hissədə düzgün nəticəyə gəlməmişdir.
58. Belə ki, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar). 60.Göründüyü kimi, nikah müddətində yalnız ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur (AM. m.34.1)
61. Birinci instansiya məhkəməsi mübahisəli avtomobilin dəyərinin yarısının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsini rədd edərkən qənaətində qeyd edir ki, iddiaçı iddia verən zaman avtomobilin artıq özgəninkiləşdirildiyini yəqin etmiş və bu səbəbdən onun dəyərinin yarısının cavabdehdən tutulmasını xahiş etmişdir. Halbuki iddiaçının tutulmasını tələb etdiyi avtomobilin dəyəri, əslində onun ümumi birgə mülkiyyət hesab etdiyi avtomobilin özgəninkiləşdirməsindən əldə edilən ümumi əmlakdır. Məhkəmənin bu mövqeyindən belə məna hasil olur ki, iddiaçı avtomobilin dəyərinin yarısını o vaxt tələb edə bilər ki, avtomobil mütləq özgəninkiləşdirilməlidir, əks halda bu cür iddia keçərli ola bilməz. Bu qənaət çox ziddiyyətlidir. Belə çıxır ki, iddiaçı hazırki vəziyyətdə gözləməlidir ki, faktiki olaraq cavabdeh tərəfindən idarə olunan, ancaq rəsmi alqı-satqı müqaviləsinə əsasən anasının mülkiyyətinə keçmiş bu avtomobil nə vaxtsa iddiaçının keçmiş qaynanası tərəfindən satılacaq və bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət edə bilər.
62. Digər tərəfdən məhkəmə qeyd edir ki, avtomobilin ümumi birgə mülkiyyət hesab edilməsi hissəsi ilə bağlı məhkəmə qətnaməsi qəbul edilsə də, o cümlədən həmin qətnamə avtomobilin ər-arvadın nikah müddətində və ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması hissəsində mübahisələndirilməsə də, qanuni qüvvəsini almamışdır. Göründüyü kimi, məhkəmə digər məhkəmə aktı ilə mübahisəli avtomobilin tərəflərin birgə nikah dövründə və ümumi gəlirlər hesabına əldə edildiyi üçün ümumi mülkiyyət hesab edilməsinin təsdiq olunduğunu qəbul edir, ancaq qanuni qüvvəsini almadığı üçün iddiaçını həmin məhkəmə aktlarına istinad etməkdə qınayır. Bu qənaət də açıq-aşkar əsassızdır. Çünki, iddiaçının istinad etdiyi qətnamə artıq bu iş üzrə tərəflərə münasibətdə qüvvəyə minmişdir.
63. Birinci instansiya məhkəməsi daha sonra göstərir ki, sözügedən avtomobil formal olaraq alqı- satqı edilmiş və alıcının vicdanlılığı şübhə doğurur, eyni zamanda alqı-satqı nəticəsində malın dəyərinin ödənilmədiyi təsdiq olunur. Belə ki, cavabdeh tərəflərin birgə təsərrüfat aparmadığı, ər-arvad arasında əmlak və.s mübahisələrin getdiyi dövrdə sözügedən avtomobili anasının adına alqı-satqı adı altında keçirmiş və həmin əmlakın bölünməsindən yayınmağa çalışmışdır. Buna bu formada qismən müyəssər olsa da, lakin nəzərə alınmalıdır ki, özgəninkiləşdirmə real olaraq baş tutmamışdır. Odur ki, avtomobilin ümumi birgə əmlak olması ehtimalından çıxış edilsə belə, faktiki olaraq baş tutmayan alqısatqının dəyərinin cavabdehdən tutulması ilə bağlı tələb əsassızdır. Bu qənaət iddianın rədd edilməsi üçün deyil, əksinə təmin olunması üçün əsas olmalı idi. Çünki, məhkəmə özü də qəbul edir ki, cavabdeh avtomobili(dəyərinin) bölünməsindən yayınmaq üçün hüquqdan pis niyyətlə sui-istifadə edərək müxtəlif üsullardan istifadə edir. Ancaq nədənsə bu iddia üzrə cavabdehi mülki hüquqi məsuliyyət daşımaqdan azad edir. Demək, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisə predmeti olmuş avtomobilin tərəflərin birgə nikahı dövründə və birgə gəlirləri ilə əldə edilməsi təsdiq olunsa da üçüncü şəxsin mülkiyyətinə keçdiyi üçün onun üzərində paylı mülkiyyət tanınmır, hazırki iş üzrə olan qətnamə ilə isə onun dəyərinin yarısının cavabdehdən iddiaçının xeyrinə ona görə tutulmur ki, məhkəmə cavabdehlə alıcı arasında olan rəsmi alqı-satqını qəbul etmir.
64. Başqa sözlə qanuni qüvvəyə minmiş birinci və apellyasiya instansiya məhkəməsinin qətnamələri ilə avtomobil mülkiyyətində olan şəxsin vicdanlılığına şübhə ilə yanaşır. Məhkəmənin bu mövqeyi açıq-aşkar əsassız görünməyə bilər. Lakin bu alqı-satqı müqaviləsi qüvvədədir, hər hansı bir şəxs tərəfindən etibarlılığı mübahisələndirilməmişdir.
65. İşdə olan nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə də təsdiq olunur ki, mübahisəli avtomobil cavabdeh tərəfindən 16 noyabr 2020-ci ildə 23000(iyirmi üç min) manata X1(bax.i.v.100). İddiaçı cavabdehdən bu məbləğin yarısından da az, yəni 10000(on min) manat tələb edir. Məhkəmə isə yuxarıda qeyd olunan səbəblərə görə iddianı təmin etmir. Ancaq məhkəmənin bu hissədə gəldiyi qənaət ziddiyyətli olmaqla yanaşı əsaslı da olmamış,ədaləti təmin etməyən məhkəmə aktı olmuşdur. Çünki, iddiaçının digər qanuni qüvvəyə minmiş qətnamələrlə mübahisəli avtomobil üzərində paylı mülkiyyət hüququ tanınmamış, hazırki iş üzrə qətnamə ilə isə onun dəyərinin yarısının cavabdehdən alınaraq iddiaçıya verilməsi rədd olunmuşdur. Ona görə qətnamə mübahisələndirilən bu hissəsi ləğv edilməli və iddia həmin hissədə təmin edilməlidir.
66. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi cehiz əşyalarının rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki, iddiaçının iddia etdiyi əşyaların anasının göndərdiyi pul hesabına, keçmiş qaynanası tərəfindən birgə alınması həqiqi olsa belə, bu əşyaları mahiyyət etibarı ilə onun cehiz əşyaları kimi qəbul etmək olmaz. Çünki, həmin əşyaların həqiqətən də cehiz əşyası kimi alınması və iddiaçıya məxsus olduğu təsdiq olunmur. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçı keçmiş qaynanası tərəfindən alınmış həmin əşyaların dəyərinin məhz onun anasının verdiyi pul hesabına ödənilməsi nəticəsində ona zərər vurulduğu qənaətinə gələrsə ayrıca icraatda yeni əsasla məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququ mövcuddur.
67. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı X4 apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1695/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsi qismən, yəni **- VS-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent2 markalı avtomobilin bazar qiyməti olan 20.000 manat məbləğində pulun yarısının, yəni 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin rədd edildiyi hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməli, Cavabdeh 10.000(on min) manat alınaraq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
68. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1695/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsi qismən, yəni **-VS-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent2 markalı avtomobilin bazar qiyməti olan 20.000 manat məbləğində pulun yarısının, yəni 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin rədd edildiyi hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Cavabdeh 10.000(on min) manat alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.