Məhkəmə qərarları › İş №2(103)-5154/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5154/2021

07.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5154/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 31.01.2018-ci il tarixli ilkin müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə ödənilmiş 5000 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manatın, ümumilikdə 5030 manat məbləğində pulun cavabdehdən alının iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova, iş № 2(011)-540/21) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh etibarnamə üzrə nümayəndəsi Şahid arasında 31.01.2018-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinin 06.02.2015-ci il tarixli, **********49 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində Cavabdeh məxsus icarə hüququnun alqı-satqısına dair ilkin müqavilə bağlanılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə müqavilədə göstərilən daşınmaz əmlakın icarə hüququnun satış qiyməti 10000 manat müəyyən edilmişdir. Tərəflərin arasında olan razılaşmaya əsasən bu məbləğin 5000 manatını iddiaçı nağd şəkildə, müqavilə bağlanan anda qarşı tərəfə ödəmiş, qarşı tərəf isə gələcəkdə alqı-satqı müqaviləsi bağlanan zaman bu məbləğin nəzərə alınacağı barədə öhdəlik götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə görə cavabdeh istifadəsində olan daşınmaz əmlakın icarə hüququna dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən Çıxarışın, İcra Hakimiyyətindən özgəninkiləşdirilməyə razılıq məktubunun, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair (yüklülüklə bağlı dövlət reyestrindən) arayışın, onun özünün və səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq icarə hüququnun iddiaçıya satılması, alqı-satqı müqaviləsinin bağlanılması və həmin əmlakın iddiaçının mülkiyyətinə verilməsi barədə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, 31.01.2018-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinin 06.02.2015-ci il tarixli, **********49 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində Cavabdeh məxsus icarə hüququnun alqısatqısına dair ilkin müqavilədən onun xəbəri olmamışdır. Belə ki, Şahid iddiaçının etibarından sui-istifadə etmiş, başqa əqdlərin rəsmiləşdirilməsi üçün verilmiş etibarnamədən istifadə etmiş və yuxarıda qeyd edilən əqdi cavabdehin məlumatı olmadan bağlamışdır. Müqavilə üzrə 5000 manat məbləğində pulu da Şahid mənimsəmişdir. Şahid ona qarşı da cinayət törədib, Cavabdeh aldadaraq, ondan 2000 manat məbləğində pulu alıb mənimsəmişdir. Baş verən hadisələr ilə bağlı məlumat aldıqdan sonra o, Şahid verdiyi etibarnaməni ləğv etmişdir. İlkin müqavilədə müəyyən edilən şərtlərə uyğun olaraq əsas alqı-satqı müqaviləsi imzalanmadığından İddiaçı ona müraciət etmiş, 22.05.2020-ci il və 24.09.2020-ci il tarixlərində isə pretenziya məktubu göndərmişdir. Bundan sonra o, müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinin 06.02.2015-ci il tarixli, **********49 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi faktiki mövcud deyil. Cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçı 5000 manat məbləğində pulu ondan deyil, Şahid istəməlidir. Odur ki, məhkəmədən iddianın rədd olunmasını xahiş edir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməli, onun Xətai Rayon Məhkəməsinə və Sabunçu RPİ istintaq şöbəsinə təqdim etdiyi dəlil və sübutlar layiqincə araşdırılmadığı üçün təkrar dəyərləndirilərək etiraz bildirişi, məhkəməyə vəsatət, istintaq şöbəsinə təqdim etdiyi dəlil və sübutlarla onun cavabdeh olmadığı, ilkin müqavilədə tərəf olmadığı, vətəndaş İddiaçı aldadan şəxsin o olmadığı, 5030 manat pulu ödəyəcək şəxsin də o olmadığı aydınlaşdırılmalıdır. Hakim onun vəsatətdə qeyd etdiyi çox məsələləri gözardı edərək diqqətə almamış, şübhəli məqamların üzərindən keçmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görünür ki, 31.01.2018-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinin 06.02.2015-ci il tarixli, **********49 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərinə icarə hüququnun alqı-satqısına dair ilkin müqavilə imzalanmışdır. Cavabdeh əvəzinə müqaviləni Bakı şəhəri 52 saylı notariat kontorunda 27.01.2018-ci il tarixdə verilmiş 1303 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Şahid imza etmişdir. Cavabdeh 0,02 ha torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısına dair əsas müqaviləni bağlamaq öhdəliyini yerinə yetirmədiyindən və müqavilə predmeti olan torpaq sahəsinin mövcudluğu müəyyən edilmədiyindən iddiaçı məhkəmədə hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi ilkin müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş 5000 manatın qaytarılması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış ilkin müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısına dair müqavilə bağlamaq öhdəliyini üzərinə götürsə də, həmin öhdəliyi icra etməmişdir. Müqavilənin imzalandığı vaxtdan sonra iki ildən çox müddət keçsə də, cavabdeh tərəf ilkin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş sənədləri iddiaçıya təqdim etməmiş və tərəflər arasında torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqı müqaviləsi bağlanılmamışdır. Digər tərəfdən, cavabdeh məhkəmə iclasında bildirmişdir ki, torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısı faktiki olaraq mümkün deyil. Bununla da cavabdeh ilkin müqaviləni əhəmiyyətlə dərəcədə pozmuş, iddiaçı isə ona dəymiş zərər nəticəsində müqavilə üzrə haqqı çatanlardan məhrum olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış 31.01.2018-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinin 06.02.2015-ci il tarixli, **********49 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərinə icarə hüququnun alqı-satqısına dair ilkin müqavilə Cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğuna görə ləğv edilməlidir. 31.01.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi cavabdeh tərəfin həmin müqavilənin əhəmiyyətli dərəcədə pozması nəticəsində ləğv edildiyindən, iddiaçı müqavilə imzalandığı zaman ödənilmiş 5000 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək, 5000 manat məbləğində pul Cavabdeh alınaraq cavabdehə ödənilməlidir. Cavabdehin etirazı ilə bağlı birinci instansiya məhkəməsi göstərmişdir ki, Cavabdeh Ələddinovic 31.01.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin onun xəbəri və razılığı olmadan etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalandığını və pulu da həmin şəxsin alaraq mənimsədiyini bildirsə də, qeyd edilən halları təsdiq edəcək hər hansı bır mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin istinad etdiyi bu halları mövcud olmayan hal kimi rədd etmişdir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2, 424.5-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və s. maddələri ilə əsaslandırmışdır. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsindəki mövqeyinə uyğun əsaslandırmağa çalışsa da, sözügedən halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsiknə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar