Məhkəmə qərarları › İş №2(103)-5160/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5160/2025

05.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5160/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2608/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Ödəniş qəbzlərindən (təkrar əlavə olunmuş qəbzlər nəzərə alınmadan) görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 55.806,76 manat pul köçürülmüşdür. Sumqayıt ŞPİ İŞ-in xx.xx.2024-cü il tarixli qərarına əsasən, Cavabdeh əməlində cinayət tərkibi olmadığından X2 müraciət əsasında toplanmış material üzrə çinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, X8 oğlu Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək, Elnur adlı şəxs vasitəsi ilə tanıdığı Elnarə adlı qadın onkoloji xəstə olduğunu deyərək ondan pullar istəmiş, o, həmin müddət ərzində həmin şəxsin ona təqdim etdiyi Leobanka məxsus 4098 **** **** 4729 saylı kart hesabına 40.000 manat pul köçürsə də, həmin şəxs dələduzluq edərək onu aldatmış, pulunu indiyə qədər geri qaytarmamışdır. xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, X8 oğlu araşdırma zamanı izahatında göstərmişdir ki, Elnarə adlı qadın mobil nömrə ilə onunla əlaqə saxlayaraq ona ərinin olmadığını, qardaşının şəhid olduğunu, övladının öldüyünü, əvvəl tək, daha sonra isə bibisinin evində yaşadığını bildimişdir. 2023-cü ilin əvvəlindən xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində Elnarə adlı qadın onkoloji xəstə olduğunu deyərək ondan pullar istəmiş, o, həmin müddət ərzində şəxsin ona təqdim etdiyi Leobanka məxsus 4098 **** **** 4729 saylı kart hesabına 40.000 manat pul köçürsə də, həmin şəxs dələduzuq edərək, onu aldatmış, pulunu indiyə qdərə geri qaytarmamışdır. xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, X3 araşdırma zamanı izahatında göstərmişdir ki, ...Coşğunla qiyabi münasibətləri yaranmış və tez-tez telefonla danışmağa başlamışlar. Həmin vaxtlar o aeroportun mühafizə xidmətində işləyirdi və 780 manat maaş alırdı. Lakin Coşğunla tanış olduqdan təxminən 2 ay sonra o işdən çxarıldı və pula ehtiyacı yarandı. İlk dəfə o Coşundan qızdırmalı olmağı və müalicəyə ehtiyacının olması ilə əlaqədr 150 manat borc pul istəmiş və Coşğun ona həmin pulu göndərəcəyini bildirdikdə ona öz adına olan Leobanka aid 4098 **** **** 4729 hesabını göndərmiş və elə həmin gün Coğun onun kart hesabına 150 manat göndərmişdir. Bundan sonra onların aralarında səmmi münasibətlər daha da artmış, lakin bir-birlərinə “siz” deyə müraciət etmişlər, aralarında heç bir intim münasibət olmamışdır. Bundan başqa o daha 4 dəfə Coşğundan az məbləğlərdə borc pul istəmişdir, belə ki, anası xəstə olarkən müalicəsi üçün ona 1.000 manat pul lazım olmuşdur və o həmin pulu Coğundan istidikdə, onun kart hesabına öz kart hesabından 1.000 manat pul göndərmişdir. Digər 3 dəfə ondan borc istədiyi məbləğlər isə daha xırda olmuşdur. Lakin onun borc istədiyi faktlardan başqa, Coşğun onun işləmədiyini, anasının xəstə olduğunu bildiyindən tez-tez ona müxtəlif məbləğlərdə pulları o istəmədən öz təşəbbüsü ilə göndərmişdir və o da yalnız minnətdarlığını bildirmişdir. Beləliklə, Coşğun onun kart hesabına təxminən 2024-cü ilin oktyabr ayına kimi onun hesablamasına görə 25.000 manata yaxın pul göndərmişdir və izahatında da qeyd etdiyi kimi 5 dəfə ondan özü borc istədiklərindən başqa digər hallarda pulları Coşğun öz təşəbbüsü ilə göndərmiş, ondan hər hansı adla pul istəməmişdir. Coşğun onun barəsində Sumqayıt ŞPİ-nin 4-cü PB-nə şikayət edənə kimi ümumiyyətlə, onunla görüşməmiş, yalnız telefon vasitəsi ilə görüntülü danışmış, ilk dəfə onu 2024-cü ilin noyabr ayında 4-cü PB-nin dəhlizində canlı olaraq görmüşdür. Coşğunun guya onun özünü şəhid bacısı, övladını itirən, onkoloji xəsətə kimi təqdim etməyi barədə göstərdikləri yalandır. xx.xx.2024-cü il tarixli qərardan daha sonra müəyyən olunur ki, İddiaçı 29 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində cəmi 50.780 manat məbləğində pulu hissə-hissə olmaqla, yardım etmək məqsədi ilə Elnar Zeynalovanın kart hesabına köçürməsi, borc öhdəliklərindən irəli gələn mülki münasibətlərin tərkibini yaratdığından mülki-mübahisə xarakterli olmaqla, Cavabdeh əməlində dələduzluq cinayətinin əlamətlərini istisna olunur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 6(060)-2/2025 saylı qərarından müəyyən olunur ki, İddiaçı şikayəti təmin edilməmiş Sumqayıt ŞPİ İŞ-in xx.xx.2024-cü il tarixli çinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qanuni hesab edilmişdir. “Whatsapp” yazışmalarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı aşağıdakı məzmunlu yazılar göndərilmişdir: “yəni bu boyda sənlə borca girməzdim”, “artıqlaması ilə hamısını sənə ümumiyyətlə hamısını sənə verəcəm”, “banka gedim alım”, “hamısını artıqlaması ilə hamısını verəcəm sənə” və s. CD diskə əlavə edilmiş səs yazılarından görünür ki, Cavabdeh İddiaçı onun hesabına pul köçürülməsini istəmişdir. Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı tərəfindən Vəkil1 hüquqi yardım göstərilməsi üçün 300 manat məbləğində xidmət haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Cavabdeh verilmiş 64.939 manat məbləğində borc, vəkilə ödənilmiş 300 manat hüquqi yardım xərci və məhkəməyə ödənilmiş 287 manat dövlət rüsumu olmaqla ümümilikdə 65.526 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tanışı Elnur Aslanovun vasitəsi ilə Cavabdeh ilə tanış olmuş və onunla yalnız mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Cavabdeh ona ərinin olmadığını, övladının öldüyünü, qardaşının şəhid düşdüyünü, bibisinin evində yaşadığını bildirmiş, 2023-cü ilin əvvəlindən başlayaraq əvvəlcə anasının xəstə olmasına görə və sonradan özünün ankaloji xəstəliyi ilə əlaqədar müalicəsi üçün iddiaçıdan borc pul istəmişdir. İddiaçı cabadehi Elnur Aslanov vasitəsi ilə tanıdığından, ona etibar etmişdir. İddiaçının həkim dostları olduğu üçün ankaloji xəstəlikdən əziyyət çəkən insanların necə əziyyət çəkmələrini və güclü maddi dəstəyə ehtiyaclarının olduğunu bilirdi. Ona görə də, Elnurun yaxın tanışı olan Elnarə adlı xanımın ankaloji xəstə olmasına inanaraq yazığı gəlmiş və müalicəsi üçün pul vermişdir. İddiaçı cavabdehə verdiyi borcun böyük hissəsini bankdan kredit götürürərək ona verdiyi üçün çox narahat idi ki, cavabdeh borcu vaxtında qaytarmaz və əlavə faiz borcu iklə birlikdə bank tərəfindən ondan tələb edilər. İddiaçı Elnura verdiyi borcu ala bilmədikdə onun ağlında belə bir şübhə yarandı ki, Cavabdeh da Elnur Aslanovla əlbir ola bilər və onun borcunu qaytarmaz. Bundan sonra iddiaçı cavabdehə zəng vuraraq borcun qaytarılmasını tələb etmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirmiş, o borcunu israrla tələb edildikdə özünü intihar edəcəyi ilə bağlı iddiaçını təhtid etmişdir. Cavabdehin borcun qaytarılmasından boyun qaçırması artıq iddiaçını ciddi narahat etmişdir. İddiaçının telefon zənglərinə də artıq cavab verilmədiyindən, o hər iki şəxs tərəfindən ona qarşı dələduzluq edildiyini başa düşmüşdür. Məhkəmə iclasında iştirak etmiş iddiaçı, iddiaçının vəkili-nümayəndəsi iddia tələbini müdəfiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh iddiaya etiraz edərək bildirmişidir ki, pulların iddiaçı tərəfindən köçürülməsini təsdiq edir, lakin məbləğ təxminən 20-30 min manat olmuşdur. Köçürülmələr ona məxsus 3 karta edilmişdir. Başqa heç bir karta köçürülmə olmamışdır. O iddiaçıdan cəmi 3 dəfə borc istəmiş. Həmin məbləğləri də işi düzələn kimi qaytaracağını bildirmişdir. Özü heç vaxt xəstə olmamış, övladı olmamış, anası xəstə olmamışdır, sadəcə xalası onkoloji xəstə olmuşdur. Həmin məbləğləri xalasının xəstəliyi ilə bağlı xərcləmişdir. İddiaçı ilə olan yazışmalarda həmin 3 məbləği qaytaracağını bildirmişdir. O, iddiaçıya bildirmişdir ki, onun adına keçəcək torpaq və ev var, lakin həmin əmlaklar başqa şəxsin adına keçmişdir, həmin əmlaklar adına keçsə, borcunu qaytaracaqdır. Yazışmalarda bu boyda borca girməzdim dedikdə 1500, 300 və 250 manatı nəzərdə tutmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2608/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 55.806,76 manat pul, 300 manat vəkil xərcinin və 257 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehin hesabına pul məbləğlərinin köçürülməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə iclasında cavabdeh pul köçürmələrinin iddiaçı tərəfindən həyata keçirildiyini, pulların köçürüldüyü kart hesablarının isə ona məxsus olduğunu mübahisələndirməmişdir. Lakin, cavabdeh onun hesabına iddiaçı tərəfindən köçürülən pulun məbləğinin təxminən 20-30 min manat olduğunu və cavabdehdən yalnız 3 dəfə (1500, 300, 250 manat olmaqla) borc istədiyini, qalan pulların iddiaçı tərəfindən ona könüllü olaraq, borc kimi qaytarılmaq şərti ilə deyil, yardım məqsədi ilə köçürüldüyünü bildmişdir. İddiaçı isə cavabdehin məbləğindən asılı olmayaraq hər dəfə pula ehtiyacı olanda ondan borc istədiyini, onun tərəfindən cavabdehin hesabına köçürülmüş bütün pulların borc kimi verildiyini qeyd etmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında borc münasibətləri olduğundan iddiaçı köçürülən məbləğlərin cavabdehdən geri tələb edilməsində haqqlı olmuşdur. İddiaçı tərəfindən cavabdehin kart hesabına köçürülmüş məbləğlərin əvəzsiz bağışlanmadığını, qaytarılmaq şərti ilə borc kimi verildiyini məhkəmə aşağıdakılarla əsaslandırır. Cavabdehin neçə dəfə və hansı məbləğlərdə iddiaçıdan borc istəməsi ilə bağlı məhkəmə iclasında və polis idarəsində verdiyi izahatlarda ziddiyyətlər mövcuddur. Məhkəmə iclasında cavabdeh köçürülən pullardan yalnız 3 dəfəsinin borc kimi köçürüldüyünü, belə ki, iddiaçıdan 1500 manat, 300 manat və 250 manat olmaqla, 3 dəfə borc istədiyini bildirmişdir. Polis idarəsindəki izahatında isə bildirmişdir ki, “ilk dəfə o Coşğundan qızdırmalı olmağı və müalicəyə ehtiyacının olması ilə əlaqədr 150 manat borc pul istəmiş və Coşğun ona həmin pulu göndərəcəyini bildirdikdə ona öz adına olan Leobanka aid 4098 **** **** 4729 hesabını göndərmiş və elə həmin gün Coşğun onun kart hesabına 150 manat göndərmişdir... Bundan başqa o daha 4 dəfə Coşğundan az məbləğlərdə borc pul istəmişdir, belə ki, anası xəstə olarkən müalicəsi üçün ona 1000 manat pul lazım olmuşdur və o həmin pulu Coğundan istidikdə, onun kart hesabına öz kart hesabından 1000 manat pul göndərmişdir. Digər 3 dəfə ondan borc istədiyi məbləğlər isə daha xırda olmuşdur”. İddiaçı isə cavabdehin hesabına köçürülən bütün məbləğlərin borc kimi verildiyini, polisə müraciət edərkən borc məbləğini daha az göstərməsinin səbəbinin həmin vaxt əldə edə bildiyi sübutların bütün köçürülən məbləğləri təsdiq edə bilməməsi ilə əlaqədar olduğunu bildirmişdir. İddiaçı tərəfindən cavabdehə “yəni bu boyda sənlə borca girməzdim”, “artıqlaması ilə hamısını sənə ümumiyyətlə hamısını sənə verəcəm”, “banka gedim alım”, “hamısını artıqlaması ilə hamısını verəcəm sənə” və s. məzmunlu mesajlar yazılması təsdiq edir ki, tərəflər arasında mövcud olan münasibətlər borc münasibətləri olmuşdur. “CD” diskdə təqdim edilmiş səs yazısından görünür ki, iddiaçı cavabdehdən onun hesabına pul köçürülməsini xahiş etmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan 1500 manat, 300 manat və 250 manat olmaqla, cəmi 3 dəfə borc istədiyini bildirməsi təsdiq edir ki, tərəflər arasında olan münasibətlər məhz borc münasibətləri olmuşdur. Belə ki, həqiqətən cavabdehin dediyi kimi daha çox sayda və daha böyük məbləğlərdə köçürülən pullar qaytarılmaq şərti olmadan, əvəzsiz olaraq iddiaçı tərəfindən cavabadehə bağışlanmış olsa idi, daha kiçik məbləğlərin iddiaçıdan borc kimi istənilməsinə ehtiyac olmaz, cavabdeh həmin məbləğlərin də ona yardım kimi verilməsini xahiş edərdi. Qeyd edilənlər təsdiq edir ki, cavabdehin hesabına köçürülən pullar ona məhz borc kimi verilmişdir. Məhkəmə qeyd edilənləri, həmçinin, ayrı-ayrı vaxtlarda köçürülən pul məbləğlərinin 3.000 manatdan artıq olmadığını, fiziki şəxslər arasında 3.000 manata qədər məbləğdə şifahi bağlanmış borc müqavilələrinin etibarlı olduğunu nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, borcun qaytarılması ilə bağlı iddia əsaslıdır. Lakin, qaytarılmalı olan borc məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddia qismən təmin edilərək, 55.806,76 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materialları ilə (təkrar əlavə edilən qəbzlər nəzərə alınmadan) təsdiq edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin hesabına 55.806,76 manat (53.556,76 manat “ABB mobile” köçürmələri, 1650 manat “Leobank”dan köçürmələr, 600 manat “MilliÖn” vasitəsi ilə köçürmələr) pul köçürülmüşdür. Məhkəmə həmçinin qeyd etmişdir ki, borcun ödənilməsi tələbinə dair iddia əsaslı olduğundan və göstərilmiş hüquqi yardıma görə tələb edilən 300 manat haqq ağlabatan məbləğdə müəyyən olunduğundan, iddia tələbi vəkil xərcinə aid hissədə də təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1, 448.2, 739.1, 739.2, 742.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2608/2025 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2608/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Rüfət qızından 55.806,76 manat pul, 300 manat vəkil xərcinin və 257 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı Həmidov Coşğun Məzahir oğluna ödənilməsi qət edilmişdir. Hesab edir ki, Xətai Rayon Məhkəməsinin mübahisələndirdiyi qətnaməsi aşağıda göstərəcəyi maddi və prosessual hüquq normalarının pozulmasına səbəb olmuş və bu səbəblərdən ləğv edilməlidir. İddia ərizəsində qeyd edilir ki, iddiaçının həkim dostları olduğu üçün onkoloji xəstəlikdən əziyyət çəkən insanların necə əziyyət çəkmələrini və güclü maddi dəstəyə ehtiyaclarının olduğunu bilirdi. Ona görə də, Elnurun yaxın tanışı olan Elnarə adlı xanımın onkoloji xəstə olmasına inanaraq yazığı gəlmiş və müalicəsi üçün pul vermişdir. İddia ərizəsinin elə bu hissəsi iddiaçının vermiş olduğu pulun borc yox bağışlama olduğunu təsdiq edir. Ərizədə açıqaşkar qeyd edilir ki, cavabdehə yazığı gəlmiş və müalicəsi üçün pul vermişdir. Bir insana yazığı gəldikdə və müalicə üçün pul verildikdə bu borc məqsədi ilə verilmir. İddiaçı ona 64.939 manat borc pul verdiyini iddia etmişdir. Lakin Mülki Məcəllənin qeyd etdiyi normasından da görünür ki, 3.000 manatdan yuxarı məbləğə dair müqavilə yazılı formada bağlanmalıdır. Məhkəmə müqavilənin niyə yazılı formada bağlanmaması, etibarsızlıq halını araşdırmamışdır. Ümumiyyətlə, o, iddiaçıdan yalnız 3 dəfə borc pul istəmişdir. Həmin məbləğləri də həm polisdə aparılan araşdırma zamanı, həm də məhkəmədə bildirib. Məhkəməyə təqdim edilmiş yazışmalar onun iddiaçıdan 55.806 manat borc aldığını təsdiq etmir. Yazışmada “mən bilsəydim bu qədər borca girməzdim” dedikdə məhz 3 dəfə istədiyi pula münasibətdə bunu bildirib. Bunun əksini sübut etmə vəzifəsi iddiaçıda olsa da, məhkəmə onu bu sübutetmə vəzifəsindən əsassız olaraq azad etmiş və aralarında borc münasibətlərinin olması qənaətinə gəlməklə yalnışlığa yol vermişdir. İddiaçı məhkəməyə onun hər dəfə ondan borc pul istəməyinə dair heç bir sübut təqdim etməmişdir. Halbuki məntiqli olaraq ilk olaraq borcalan pulu istəməli və borcverən də ona pulu verməlidir. Lakin onun iddiaçıdan borc istəməsinə dair bir neçə yazışmaya istinad etmişdir ki, o, məhkəmədə də bildirdiyi kimi ondan 1500, 300, 250 manat olmaqla borc istəyib. Qalan məbləği iddiaçı ona kömək məqsədilə göndərmişdir ki, bunun da hüquqda adı borc yox bağışlamadır. Həmçinin köçürmələrdən də görünür ki, davamlı olaraq xırda məbləğlərlə iddiaçı ona pul göndərmişdir. Buna borc demək məntiqi mühakimə ilə mümkün deyildir. Borc bir neçə dəfə olar, qarşı tərəf də qaytarmasa daha pul verilməz. Hazırki işdə isə iddiaçı uzun müddət ərzində hissə-hissə pullar göndərmişdir. Nəzərə alınmalıdır ki, bu pulların borc olmaması ilə bağlı qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar da mövcuddur. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə tərəflər arasındaki münasibətlərin xarakterini düzgün müəyyən etmədiyindən qəbul etmiş olduğu qətnamə əsassız olmuşdur. Aralarında baş verən yazışmalar ümumi məbləğin borc kimi alınması mənasına gəlmir. Əgər o, bu qədər məbləği hissə-hissə borc kimi almışsa, iddiaçı niyə ona pulu qaytarmadan davamlı şəkildə təkrarən pul göndərməyə davam etmişdir. Xətai Rayon Məhkəməsi bu məsələyə ağlabatan izah verə bilməmişdir. Halbuki məhkəmənin ilk vəzifəsi tərəflər arasındakı münasibətlərin borc, yoxsa bağışlama olmasını araşdırmaq idi. İşin hallarını obyektiv qiymətləndirdikdə ortaya çıxan mənzərə odur ki, iddiaçı pulu bağışlama məqsədi ilə vermişdir. Bir insan borcunu qaytarmadıqda ona davamlı olaraq pul göndərməyə başqa cür məntiqli açıqlama vermək mümkün deyildir. Bundan başqa, məhkəmə iddiaçının məntiqsiz açıqlamasına əsaslanmaqla qanunsuz qətnamə çıxarmışdır. Belə ki, qətnamədə qeyd edilir ki, ıçaiddİ“ isə cavabdehin hesabına köçürülən bütün məbləğlərin borc kimi verildiyini, polisə müraciət edərkən borc məbləğini daha az göstərməsinin səbəbinin həmin vaxt əldə edə bildiyi sübutların bütün köçürülən məbləğləri təsdiq edə bilməməsi ilə əlaqədar olduğunu bildirmişdir”. İddiaçının polisdə bildirdikləri ilə məhkəmədə bildirdiklərinin uyğun gəlməməsi onun iddiasının əsaslılığını kifayət qədər şübhə altına almaqdadır. Bir şəxs kifayət qədər yüksək məbləği başqa bir adama borc verirsə, sözsüz ki, onun məbləğini tam dəqiq olmasa da, həmin məbləğə yaxın həcmdə bilməlidir. İddiaçı polisə verdiyi izahatında 40.000 manat borc verdiyini bildirirək cavabdehdən şikayətçi olur, məhkəməyə qaldırdığı iddiada isə 64.939 manat pul verdiyini iddia edərək onu tələb edir. Təəssüflər olsun ki, Xətai Rayon Məhkəməsi də iddiaçının bu ziddiyyətli fikirlərini lazımınca qiymətləndirmədən, əksinə bu ziddiyəti iddiaçının xeyrinə təfsir etməklə iddianı təmin etmişdir. Məhkəmənin də istinad etdiyi Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2024cü il tarixli qərarında qeyd edilmişdir ki, Cavabdeh Rüfət qızının əməlində cinayət tərkibi olmadığından Həmidov Coşğun Məzahir oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, Coşğun Həmidovun 29 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində cəmi 50.780 manat məbləğində pulu hissə-hissə olmaqla, yardım etmək məqsədi ilə Elnar Zeynalovanın kart hesabına köçürməsi, borc öhdəliklərindən irəli gələn mülki münasibətlərin tərkibini yaradır və mülki-mübahisə xarakterli olmaqla, Cavabdeh Rüfət qızının əməlində dələduzluq cinayətinin əlamətlərini istisna edir. İddiaçı da qeyd edilən qərara istinad etməklə onun preyudisial əhəmiyyət daşımasını vurğulamışdır. Qərardan görünür ki, 29 oktyabr 2024-cü il tarixədək 50.780 manat pulu yardım etmək məqsədi ilə onun kart hesabına köçürülməsi öz əksini tapmışdır. Bir insana yardım etmək həmin pulu bağışlamaq deməkdir ki, həmin qərarda da məhz buna vurğu edilmişdir. Xətai Rayon Məhkəməsi isə qeyd edilən qərarı düzgün qiymətləndirməmiş və əsassız qətnamə çıxarmışdır. Həmçinin həmin qərarda 50.780 manat puldan bəhs edilsə də, iddiaçı iddia ərizəsində 64.939 manat pul verdiyini iddia etmiş, məhkəmə isə 55.806,76 manat pulun ondan tutulmasını qət etməklə preyudisial əhəmiyyətli qərarı bu dəfə də yanlış qiymətləndirmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual hüquq normalarından da göründüyü kimi hər bir tərəf tələblərini sübut etməlidir. İddiaçı tərəf ona qeyd edilən miqdarda pulu borc verdiyini sübut edə bilməmişdir. Onun tərəfindən məhkəməyə təqdim edilmiş yazışmaları da məhkəmə yanlış qiymətləndirmişdir. Belə ki, məhkəmə qətnamədə aşağıdakı yazışmalara istinad etmişdir: “yəni bu boyda sənlə borca girməzdim”, “artıqlaması ilə hamısını sənə ümumiyyətlə hamısını sənə verəcəm”, “banka gedim alım”, “hamısını artıqlaması ilə hamısını verəcəm sənə”. Göründüyü kimi bu mesajlarda borcun məbləği ilə bağlı heç bir söz mövcud deyildir. Nə iddiaçı, nə də cavabdeh tərəfindən “mən sənə bu qədər pul borc vermişəm, mən sənə bu qədər pulu filan tarixə qədər qaytaracam” məzmunda yazışmanın olmaması məntiqli deyildir. Nəzərə alınmalıdır ki, ümumi məbləğ kifayət qədər böyükdür. Bu məbləğin toplanıb ümumi məbləğ şəkildə cavabdehdən istənilməməsi, buna dair heç bir yazışmanın olmamasına ağlabatan izah vermək mümkün deyildir. Bu məsələnin ağlabatan izahının cavabdehin bildirdiyi kimi bağışlama olması məntiqlidir. Məhkəmə qətnamədə qeyd edir ki, CD diskə əlavə edilmiş səs yazılarından görünür ki, Cavabdeh Rüfət qızı Həmidov Coşğun Məzahir oğlundan onun hesabına pul köçürülməsini istəmişdir. Məhkəmə qeyd edilən səs yazılarının tam məzmunu açıqlamadan bu cür formada pul istəməsinin iddianın sübut olunması üçün kifayət etməsi qənaətinə gəlmişdir. Lakin yenə də həmin səs yazılarına məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Sözsüz ki, daha əvvəl borc pul istəyən şəxs hər dəfə pulu yenə də özü istəməlidir. Kimsə kiməsə borc istəmədən mən bu pulu sənə borc kimi verirəm deməsi ağlabatan deyildir. Belə olduğu təqdirdə məhkəmə araşdırmamışdır ki, iddiaçı tərəfindən hər dəfə pul göndərilməmişdən qabaq cavabdeh tərəfindən niyə ondan pul istənilməmişdir. Məntiqli olaraq borc istəyən şəxs hər dəfə borcverənə yazaraq müəyyən miqdarda pula ehtiyacı olduğunu və onu filan tarixə qədər qaytaracağını bildirər. Hazırki mülki işdə isə hissə-hissə onlarla dəfə iddiaçı cavabdehə pul göndərmiş, cavabdehin ondan pul istəməsinə dair isə cəmi bir neçə yazışma mövcuddur. Bu da onu təsdiq edir ki, iddiaçı bu pulu məhz cavabdehə bağışlama niyyəti ilə vermişdir. Məhkəmə qeyd edilən xüsusatlara ağlabatan izah vermədən əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəflər arasındaki münasibətlərin xarakterini düzgün müəyyən etmədiyindən qəbul etmiş olduğu qətnamə əsassız olmuşdur. Aralarında baş verən yazışmalar ümumi məbləğin borc kimi alınması mənasına gəlmir. Məntiqli olaraq borc istəyən şəxs hər dəfə borcverənə yazaraq müəyyən miqdarda pula ehtiyacı olduğunu və onu filan tarixə qədər qaytaracağını bildirər. Hazırki mülki işdə isə hissə-hissə onlarla dəfə iddiaçı cavabdehə pul göndərmiş, cavabdehin ondan pul istəməsinə dair isə cəmi bir neçə yazışma mövcuddur. Bu da onu təsdiq edir ki, iddiaçı bu pulu məhz cavabdehə bağışlama niyyəti ilə vermişdir. Məhkəmə qeyd edilən xüsusatlara ağlabatan izah vermədən əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, icraatda Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli e-2(011)-2608/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılır. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli e-2(011)- 2608/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkkəmə kollegiyasının diqqətinə çatdırır ki, cavabdeh tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti tamamilə əsassızdır, hər hansı bir mötəbər sübuta əsaslanmır, şikayətin dəlilləri bir-birini təkzib edən dəlillərdən ibarətdir. Hesab edir ki, apellyasiya şikayəti formal əsaslara verilmişdir, məqsəd bilərəkdən icra vərəqəsinin verilməsi prosesinin uzadılmasıdır. Aşağıdakı səbəblərə görə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan rədd olunmalıdır. Belə ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, ümumiyyətlə o, iddiaçıdan yalnız 3 dəfə borc pul istəyib. Həmin məbləğləri də həm polisdə aparılan araşdırma zamanı, həm də məhkəmədə bildirib. Yazışmada “mən bilsəydim bu qədər borca girməzdim” dedikdə məhz 3 dəfə istədiyi pula münasibətdə bunu bildirib. Lakin onun ondan borc istəməyinə dair bir neçə yazışmaya istinad etmişdir ki, o, məhkəmədə də bildirdiyi kimi ondan 1500, 300, 250 manat olmaqla borc istəyib. Qalan məbləği o, kömək məqsədilə göndərmişdir. Borc bir neçə dəfə olar, qarşı tərəf də qaytarmasa daha pul verilməz. Əgər o, bu qədər məbləği hissə-hissə borc kimi almışsa, iddiaçı niyə ona pulu qaytarmadan davamlı şəkildə təkrarən pul göndərməyə davam etmişdir. Xətai rayon Məhkəməsi bu məsələyə ağlabatan izah verə bilməmişdir. Halbuki məhkəmənin ilk vəzifəsi tərəflər arasındakı münasibətlərin borc yoxsa bağışlama olmasını araşdırmaq idi. Cavabdeh iddiaçıdan mütəmədi olaraq hissəhissə olmaqla müxtəlif məbləğlərdə borc almasını dolayı yollada etiraf etmiş və aldığı pul vəsaitinin borc deyil, ona bağışlandığını bildirir. Mülki Məcəllənin 666.1 -ci maddəsinə əsasən əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Lakin cavabdeh hər dəfə borc alarkən onu aytaracağını "yəni bu boyda sənlə borca girməzdim”, “artıqlaması ilə hamısını sənə ümumiyyətlə hamısını sənə verəcəm”, ‘‘banka gedim alım”, ‘‘hamısını artıqlaması ilə hamısını verəcəm sənə” deməsi borcun tərəflər arasında əvvəlcədən şərtləşdirildiyini bildirir. Bundan əlavə “WhatsApp” üzərindən göndərilən yazışmalardan, xəstə olmasını idaçını inandırılması üçün göndərdiyi foto şəkillər və səs yazıları bir daha təsdiq edir ki, tərəflər arasında borc münasibəti yaranmışdır. Təkcə bir fakt yetərlidir ki, cavabdeh iddiaçıdan aldığı borcun məbləğinin yüksək olmasını cavabdehin apellyesiya şikayətlərində bir daha təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə “yəni bu boyda sənlə borca girməzdim”, “artıqlaması ilə hamısını sənə ümumiyyətlə hamısını sənə verəcəm”, 'banka gedim alım”, “hamısını artıqlaması ilə hamısını verəcəm sənə” və s. məzmunlu mesajlar yazılması təsdiq edir ki, tərəflər arasında mövcud olan münasibətlər borc münasibətləri olmuşdur. Cavabdeh iddiaçıdan hesabına pul köçürülməsini xahiş etməsini təsdiq edən səs yazısı “CD” disk məhkəməyə təqdim edilmişdir. Daha sonra cavabdeh məhkəmədə verdiyi ifadəsində aldığı borcun əvvəlcə xalasının xəstə olmasına görə onun müacəsi üçün aldığını bildirmişdir. Sonradan qalan pulların özününün xəstə olmasına və digər ehtiyaclarını ödəmək üçün aldığını etiraf etmişdir. Lakin apellyasiya şikayətində göstərmişdşir ki, əgər mən bu qədər məbləği hissəhissə borc kimi almışamsa, iddiaçı niyə mən ona pulu qaytarmadan davamlı şəkildə təkrarən pul göndərməyə davam etmişdir. İddaiaçı cavadehi keçmiş iş yoldaşı Elnur Aslanov vasitəsi ilə tanıdığından, ona etibar etmişdir. Elnur iddiaçıya cavabdeh Elnarənin xəstə olmasını bildirərək borc verməsini xahiş etmişdir. Bundan sonra iddiaçı ona inanaraq borc vermişdir. Elnur Aslanav da bundan sonra iddaçıdan borc almış hər dəfə müxtəlif bəhanələrlə burcun qaytarılmasından yayaınmışdır. İddiaçı Elnurun da borcu qaytarmadığını gördükdən sonra cavabdehlə əlbir olmasını başa düşmüşdür. İddaçı Sumqayıt şəhər Polis şöbəsinə şikayət edərək Elnurdan və cavabdehdən pulun qaytarılmasını tələb etmişdir. Sumaqyıt Polis Şöbəsində Elnur iddiaçının pulunu qaytarsa da cavabdehdən borcunu ala bilməmişdi. Cavabdeh özüdə həm ibtidai araşdırma zamanı, həm də məhkmədə etiraf etmişdir ki, o iddiaçını əvvəllər tanımır, heç vaxt görüşməyib, ilk dəfə ondan şikayət olunduqdan sonra Sumqayıt Polis Şöbəsində qarşılaşıb və ralarında heç bir şəxsi münasibət yoxdur. Belə olan hansı məntiqlə iddiaçı tanımadığı, heç bir şəxsi və qohumluq münasibəti olmayan bir insana hansı səbəbə görə pul bağışalasın? Bağışlama anlayışına hüquqi don geyindirmək sadəcə cavabdehin təxəyyül məhsulu ola bilər. Məhz, cavabdeh iddaçını aldadaraq onun etibaraından sui-istifadə etməklə ondan pul alıb qaytarmadıqda o, başa düşmüşdür ki, ona qarşı dələduzuq edərək, onu aldatmışdır. Bundan sonra iddiaçı pulun geri qaytarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmişdir. Lakin ona qarşı edilmiş dələduzluq əməli polis idarəsində mülki mübahisə kimi qiymətləndirilərək məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıdan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul istəməsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla bir daha təstiq edilir. Göründüyü kimi cavabdehin məqsədi icra sənədinin icrasından yayınmaq oluşdur. O, əsasız və vicdansız tələblə məhkəməyə müraciət etməklə məhkəmənin iş yükünü artırımış və icra vərəqinin icrasını ləngitmişdir. Hesab edir ki, cavabdehin iddiaçıya qarşı tələbi əsasız olduğu üçün apellyasiya şikayəti rədd edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edilmiş iddiaçı tərəfindən ona verilən ümumi pul məbləğininin 55.806,76 manat olmasına dair etirazının olmadığını bildirib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinə qarşı təqdim olunan etirazın məzmununa uyğun izahat verib şikayətin təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; .... 6.1.5. müqavilələr azadlığı; .... Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə cavabdeh tərəfindən apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirlisə də, iddia qismən təmin edildiyindən, qətnamənin əsaslığı iddianın təmin olunan hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına pul məbləğlərinin hissə-hissə köçürülməsi işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyasının iclasında da cavabdeh onun kart hesablarına iddiaçının köçürdüyü məbləğin birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edilmiş 55.806,76 manat məbləğində olmasına etirazının olmadığını bildirmişdir. Cavabdehin etirazının əsasını ona iddiaçı tərəfindən verilən pulun cəmi 2.050 (3 dəfəyə,1500, 300, 250 manat olmaqla verilmiş) manatının borc olaraq verilməsi, qalan məbləğin isə əvəzsiz, geri qaytarılmaq şərti olmadan verilməsindən ibarətdir. Kollegiya qeyd edir ki, MPM-ə görə iddiaçı iddia tələbində, cavabdeh isə etirazında istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, cavabdeh iddiaçıdan aldığı pul vəsaitinin (2.050 manat itisna olamqla) borc olaraq ondan istəmədiyini, sonuncunun bu vəsaiti ona əvəzsiz, yəni qaytarmaq şərti olmadan verdiyini bildirsə də, iddiaçının cavabdehə pul vəsaitini hədiyyə olaraq verməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Araşdrıma zamanı tədqiq olunmuş tərflərin məhkəmə iclaslarında, polis idarəsində verdikləri izahatları, “Whatsapp” yazışmaları, səs yazıları, pul köçürmələri ilə bağlı sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı hər dəfə cavabdehin müraciəti əsasında ona məbləği, borc müqaviləsinin yazılı formasına əməl edilməsini tələb olunan məbləğdən az olan pul vəsaitini cavabdehin hesabına köçürmüşdür. Cavabdeh heç bir ünsiyyəti olmadığı, yalnız telefon vasitəsi ilə əlaqə saxladığı şəxsə öz problemləri barədə məlumat verib həmin problemlərin həlli üçün tələb olunan vəsaitin məbləğini iddiaçıya bildirməsini və buna görə hər dəfə ondan əvəzsiz pul almasının səbəblərini, 2.050 manat borcu olduğu şəxsdən yenidən pul alarkən 2.050 manat borcunun geri qaytarmamasının səbəbini izah edə bilməmişdir. Bundan başqa tərəflər arasında aparılan “Whatsapp” yazışmalarında qeyd olunan borcun həcmi ilə bağlı cavabdehin yanaşmasına kollegiya münasibət bildirib qeyd edir ki, aldığı borcun məbləğindən dəfələrlə artıq məbləğdə əvəzsiz, hədiyyə şəklində pul almaq imkanı olan cavabdehin 2.050 manat pul məbləğinin həddindən artıq böyük pul vəsaiti kimi qiymətləndirilməsi və yalnız bu məbləği borc olaraq alması inadırıcı deyil. Yəni cavabdeh iddiaçıdan daha çox məbləğdə əvəzsiz pul almaq imkanı olduğu halda qaytarmalı olduğu 2.050 manat pul vəsaitinə görə “yəni bu boyda sənlə borca girməzdim” ifadəsini işlətməsi, hər dəfə ona pul hədiyyə olunduğu halda borc pul almağa ehtiyacının olması, ona görə borc da alması məntiqli davranış deyil. İddiaçının polisə müraciət edərkən cavabdehə borc verməsini bildirməsi, “Whatsapp” yazışmalarında borcun geri qaytarılmasını tələb etməsi, hüquq mühafizə orqanı tərəfindən şikayəti əsasında cinayət işinin rədd edilməsi barədə qərara əsasən ona borc öhdəliklərindən irəli gələn mülki münasibətlərin tərkibini yaradan mülki-mübahisə xarakterli müraciətlə mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olması izah olunduqdan sonra borc tələbi ilə məhkəməyə müraciət etməsi onun tərəfindən cavabdehə verilmiş pul vəsaitinin borc olaraq verilməsini bir daha təsdiq edir. Belə ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Ayrı-ayrı vaxtlarda köçürülən pul məbləğlərinin 3.000 manatdan artıq olmadığı üçün tərəflər arasında bağlanmış borc müqaviləsinin etibarlılığına dair birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə də kollegiya razılaşır. Belə ki, mülki qanunvericiliyə əsasən fiziki şəxslər arasında 3.000 manata qədər məbləğdə borc müqaviləsi şifahi bağlana bilər. Göründüyü kimi tərəflər arasında etibarlı borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh aldığı 55.806,76 manat pul vəsaitini iddiaçıya geri qaytarmamışdır. İstinad olunanlara əsasən, kollegiya belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2608/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar