Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5163/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı cavabdeh X3 qarşı “aliment” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1465/2021 saylı, 02.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh X3 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 13.09.2008ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 (bir yüz yetmiş) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 ilə 05 dekabr 2006-cı il tarixində rəsmi nikaha girməklə ailə qurmuş, birgə nikahdan 13.09.2008-ci il təvəllüdlü X11 və 06.02.2007-ci il təvəllüdlü X7 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh İddiaçı qarşı nikahın pozulması, azyaşlı uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair X6 ilə İddiaçı arasında 05 dekabr 2006-cı il tarixdə Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən qeyd edilmiş 1421 saylı nikah akt qeydi pozulmaqla, 13.09.2008-ci il təvəllüdlü X11 atası İddiaçı himayəsinə verilmiş, 06.02.2007-ci il təvəllüdlü X7 anası X2 himayəsinə verilmiş, İddiaçı 06.02.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 iyul 2020-ci il tarixdən hesablanaraq hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. 13.09.2008ci il təvəllüdlü X11 atası İddiaçı himayəsinə verilmişdir. Azyaşlı uşağın saxlanılması üçün lazım olan xərci iddiaçı tək başına çəkməli olur. Cavabdeh isə uşağın saxlanılması üçün iddiaçıya heç bir kömək etmir. Bu isə iddiaçının üçün bir sıra maddi problemlər yaradır. Çünki uşağın saxlanılmasına ayda 300 manata qədər vəsait lazım olur ki, həmin vəsaiti iddiaçının tərəfindən təkbaşına ödənilməsi qeyri-mümkündür. Cavabdeh X6 uşağın saxlanılmasında iddiaçıya heç bir maddi yardım etmir. Həmişə yüksək təminatlı bir ailə kimi yaşamış, həmişə uşaqların təminatı yüksək olmuşdur. Lakin son vaxtlar uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına çalışsa da, buna təkbaşına nail ola bilməmişdir. Uşağın saxlanılması bir valideyn kimi cavabdehin də vəzifəsi olduğundan belə hesab edir ki, 13.09.2008-ci il təvəllüdlü oğlu X11 üçün hər ay cavabdehdən 170 manat miqdarda aliment tutulmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1465/2021 saylı, 02.03.2021-ci il tarixli qətnaməsi ilə tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Nərminə Rzayeva). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1465/2021 saylı, 02.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh X6 ilə 05 dekabr 2006- cı il tarixində rəsmi nikaha girməklə ailə qurmuşdum, birgə nikahdan 13.09.2008-ci il təvəllüdlü X11 və 06.02.2007-ci il təvəllüdlü X7 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 İddiaçı qarşı nikahın pozulması, azvaşlı uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair iddiası təmin edilmiş, X6 ilə aralarında 05 dekabr 2006-cı il tarixdə Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən qeyd edilmiş 1421 saylı nikah akt qeydi pozulmaqla, 13.09.2008-ci il təvəllüdlü X11 iddiaçının himayəsinə verilmiş, 06.02.2007-ci il təvəllüdlü X7 anası X2 himayəsinə verilmiş, iddiaçıdan 06.02.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün 13 iyul 2020-ci il tarixdən hesablanaraq hər ay bir uşaq üçün 170 (yüz .etmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. 13.09.2008-ci il təvəllüdlü X11 iddiaçının himayəsinə verilmişdir. Azyaşlı uşağın saxlanılması üçün lazım olan xərci iddiaçı tək başına çəkməli olur. Cavabdeh isə uşağın saxlanılması üçün iddiaçıya heç bir kömək etmir. Bu isə iddiaçı üçün bir sıra maddi problemlər yaradır. Çünki uşağın saxlanılmasına ayda 300 manata qədər vəsait lazım olur ki, həmin vəsaitin iddiaçı tərəfindən təkbaşına ödənilməsi qeyri-mümkündür. Cavabdeh X6 uşağın saxlanılmasında iddiaçıya heç bir maddi yardım etmir. Həmişə yüksək təminatlı bir ailə kimi yaşamış, həmişə uşaqların təminatı yüksək olmuşdur. Lakin son vaxtlar uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına çalışsa da, iddiaçı buna təkbaşına nail ola bilmir. Uşağın saxlanılması bir valideyn kimi cavabdehin də vəzifəsi olduğundan 13.09.2008-ci il təvəllüdlü X11 üçün hər ay cavabdehdən 170 manat miqdarda aliment tutulmalıdır. Belə ki, uşağın biri iddiaçıda, biri isə cavabdehdə olduğu halda iddiaçı uşaq üçün aliment ödəyir. Bu iddiaçı üçün maddi və mənəvi cəhətdən çətinlik yaradır. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 aprel 2015-ci il tarixli AZ-İİ seriyalı, 007916 saylı nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı və X4 05 dekabr 2006-cı il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikah bağlanması haqqında akt qeydləri kitabında 05 dekabr 2006-cı il tarixinə 1421 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əzimzadə, arvada Əzimzadə soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 473027 nömrəli doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X11 13.09.2008-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 01.07.2010-cu il tarixdə 1654 sayla qeyd edilmişdir. Ata qrafasında İddiaçı, ana qrafasında X6 qeyd edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh İddiaçı qarşı nikahın pozulması, azyaşlı uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair X6 ilə İddiaçı arasında 05 dekabr 2006-cı il tarixdə Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən qeyd edilmiş 1421 saylı nikah akt qeydi pozulmaqla, 13.09.2008-ci il təvəllüdlü X11 atası İddiaçı himayəsinə verilmiş, 06.02.2007-ci il təvəllüdlü X7 anası X2 himayəsinə verilmiş, İddiaçı 06.02.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 iyul 2020-ci il tarixdən hesablanaraq hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir İş materiallarından görünür ki, İddiaçı cavabdeh X6 ilə 05 dekabr 2006-cı il tarixində rəsmi nikaha girməklə ailə qurmuş, birgə nikahdan 13.09.2008-ci il təvəllüdlü X11 və 06.02.2007-ci il təvəllüdlü X7 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh İddiaçı qarşı nikahın pozulması, azyaşlı uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair X6 ilə İddiaçı arasında 05 dekabr 2006-cı il tarixdə Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən qeyd edilmiş 1421 saylı nikah akt qeydi pozulmaqla, 13.09.2008-ci il təvəllüdlü X11 atası İddiaçı himayəsinə verilmiş, 06.02.2007-ci il təvəllüdlü X7 anası X2 himayəsinə verilmiş, İddiaçı 06.02.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 iyul 2020-ci il tarixdən hesablanaraq hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. 13.09.2008ci il təvəllüdlü X11 atası İddiaçı himayəsinə verilmişdir. Hazırda iddiaçı 13.09.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 aliment tələb edir. Cavabdehin birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatına əsasən cavabdeh hazırda işləmir. Kollegiya qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli qətnaməsinə əsasən 13.09.2008-ci il təvəllüdlü X11 atası İddiaçı himayəsinə verilərkən İddiaçı tərəfindən aliment tələb edilməmiş, sonradan da maddi vəziyyətinin çətinləşməsini göstərən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin əmək fəaliyyəti ilə məşğul olması iş materialları ilə sübut edilməməklə yanaşı, iddiaçı tərəfindən də bununla bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə sübut təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan ailə qanunvericiliyinin müddəalarını rəhbər tuturaq, hesab edir ki, iddiaçının və cavabdehin hər biri ilə uşaqlar qaldığından, cavabdehin himayəsində artıq bir uşaq olduğundan, cavabdeh iddiaçıdan daha az təminatlı olduğundan, cavabdeh işləmədiyindən, iddiaçı tərəfindən cavabdehdən aliment tutulması üçün hər hansı əsas verən sübut təqdim olunmadığından, cavabdehdən alimentin tutulması ilə bağlı iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan ləğv edilə bilməz. Beləliklə, kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1465/2021 saylı, 02.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5163/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5163/2021
04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver