Məhkəmə qərarları › İş №2(103)-518/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-518/2023

07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-518/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Hikmət oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-518/2023 (Açar sözlər: əmlak tələbi) Bakı Apel lyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X11 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-895/2022 saylı, 19 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X3 doğulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ümumilikdə 23.496 manat dəyərində cehiz əşyalarının: 1) 2 ədəd çilçıraq - 400 manat + 200 manat dəyərində; 2)3 ədəd xalça - 350 + 200 + 80 manat dəyərində; 3) 3 ədəd pərdə - 200 manat + 120 + 25 manat dəyərində; 4) 3 ədəd süfrə - 50 manat + 45 + 30 dəyərində; 5) 1 ədəd karniz + jalüz - 55 manat dəyərində; 6) ət çəkən - 75 manat dəyərində; 7) şirə çəkən - 87 manat dəyərində; 8) imon sıxan - 10 manat dəyərində; 9) portağal sıxan - 27 manat dəyərində; 10) kofe dəmləyən - 20 manat dəyərində; 11) ütü - 40 manat dəyərində; 12) mikser - 28 manat dəyərində; 13) tefal (çayniklə) - 45 manat dəyərində; 14) yemək bişirən peç - 250 manat dəyərində; 15) tozsoran - 120 manat dəyərində; 16) 2 ədəd lampa (naçnik) - 50 manat dəyərində; 17) 1 ədəd lampa - 25 manat dəyərində; 18) 1 ədəd epilyator - 40 manat dəyərində; 19) 1 ədəd “maşinka” - 43 manat dəyərində; 20) 1 ədəd “Samsung” markalı telefon 350 manat dəyərində; 21) 1 dəst pakrval (İstikbal) - 200 manat dəyərində; 22) 1 dəst pakrval - 180 manat dəyərində; 23) 1 dəst yorğan - 80 manat dəyərində; 24) 1 dəst divan üstü - 140 manat dəyərində; 25) 1 dəst hamam xalatı - 45 manat dəyərində; 26) 2 dəst ədyal (nazik) - 45 manat + 23 manat dəyərində; 27) 2 dəst ədyal qalın - 100 manat + 55 manat dəyərində; 28) 12 dəst pastel + 1 dəst ağ rəng - 370 manat + 140 manat dəyərində; 29) 12 dəst dəsmal əl-üz + 4 dəst ayrı - 80 manat + 50 manat dəyərində; 30) 12 dəst dəsmal canqurulayan + 2 dəst ayrı - 85 manat + 30 manat dəyərində, 2 dəst dəsmal naboru - 44 manat + 37 manat dəyərində; 31) 12 dəst çay dəsmalı - 54 manat dəyərində; 32) 2 dəst balış - 33 manat dəyərində; 33) 6 dəst balış + 3 dəst yorğan + 3 dəst döşək - 1000 manat dəyərində; 34) nahar servisi - 500 manat dəyərində; 35) gündəlik servis - 200 manat dəyərində; 36) bıçaq dəsti - 34 manat dəyərində; 37) tort qabı - 25 manat dəyərində; 38) peçenye qabı - 15 manat dəyərində; 39) 2 dəst ədviyyat qabı dəsti - 27 manat + 33 manat dəyərində; 40) 3 dəst sini (“podnos”) dəsti - 45 manat dəyərində; 41) qaşıq-bıçaq çamadan dəsti - 175 manat dəyərində; 42) gündəlik qaşıq-bıçaq dəsti - 74 manat dəyərində; 43) 1 ədəd çaydan - 25 manat dəyərində; 44) 3 ədəd çaynik - 22 manat dəyərində; 45) 3 böyük qazan dəsti - 270 manat + 150 manat + 120 manat dəyərində; 46) 2 orta qazan dəsti - 90 manat + 34 dəyərində; 47) 2 dəst tava - 40 manat dəyərində; 48) 3 dəst güldan - 50 manat + 45 manat + 30 manat dəyərində; 49) 3 dəst vaza - 250 manat dəyərində; 50) 1 dəst meyvə vazası - 25 manat dəyərində; 51) 2 dəst kül qabı - 40 manat dəyərində; 52) 3 dəst şüşə qab - 50 manat dəyərində; 53) 4 dəst mürəbbə (“varena”) qabı - 50 manat dəyərində; 54) 4 dəst qənnadı qabı - 70 manat dəyərində; 55) qaşlı 3 mərtəbə qab + 2 dəst qənnadı qabı - 65 manat dəyərində; 56) qaşlı armudu + araq stəkanları - 55 manat dəyərində; 57) armudu stəkan (qaşıqlı) - 35 manat dəyərində; 58) 1 dəst fincan dəsti (“çaşqa naboru”) - 77 manat dəyərində; 59) 1 dəst fincan (“çaşqa”) - 20 manat dəyərində; 60) xrustal stəkan 2 dəst - 50 manat dəyərində; 61) xrustal qrafinka stəkanı ilə dəst - 45 manat dəyərində; 62) qrafinka stəkanı ilə qızılı rəng dəst - 48 manat dəyərində; 63) qrafinka göy qapaq dəst (“nabor”) - 30 manat dəyərində; 64) viski qrafinka stəkanı ilə dəst (“nabor”) gümüşü rəng – 150 manat dəyərində; 65) qrafinka stəkanı ilə dəst gümüşü rəng – 120 manat dəyərində; 66) 3 formada rumkalar gümüşü rəng – 150 manat dəyərində; 67) 2 dəst şirə bakalı (“sok rumkası”) – 55 manat dəyərində; 68) 4 dəst çay stəkanı – 80 manat dəyərində; 69) 4 dəst nəlbəki – 60 manat dəyərində; 70) 3 dəst armudu stəkan – 54 manat dəyərində; 71) 3 dəst nəlbəki – 45 manat dəyərində; 72) 2 dəst razetka – 18 manat dəyərində; 73) 1 dəst limon qabı – 7 manat dəyərində; 74) 2 dəst padnus gündəlik – 30 manat dəyərində; 75) 2 dəst ləyən – 50 manat dəyərində; 76) 2 dəst səbət – 40 manat dəyərində; 77) 1 dəst aşsüzən – 12 manat dəyərində; 78) iynə dəsti - 7 manat dəyərində; 79) şpilka qabı – 12 manat dəyərində; 80) tyorka - 7 manat dəyərində; 81) meyvə doğrayan taxta - 5 manat dəyərində; 82) hamam silən - 10 manat dəyərində; 83) 2 ədəd kalçuk qab - 10 manat dəyərində; 84) soba ( peç) - 45 manat dəyərində; 85) qoz çəkən - 17 manat dəyərində; 86) qoz qıran - 10 manat dəyərində; 87) banka bağlayan - 23 manat dəyərində; 88) termus - 27 manat dəyərində; 89) saat - 38 manat dəyərində; 90) duz qabı dəsti - 23 manat dəyərində; 91) su qrafini - 15 manat dəyərində; 92) ləpə qabı - 5 manat dəyərində; 93) 1 dəst ədyal - 11 manat dəyərində; 94) aşsüzən - 10 manat dəyərində; 95) sarımsaq əzən - 5 manat dəyərində; 96) çörək qabı - 25 manat dəyərində; 97) 2 dəst oxlov - 6 manat dəyərində; 98) gəlin güzgüsü - 70 manat dəyərində; 99) ələkkəfkir – 30 manat dəyərində; 100) kartof əzən - 10 manat dəyərində; 101) süpürgəxəkəndaz - 8 manat dəyərində; 102) “İstikbal” yataq dəsti - 3000 manat dəyərində; 103) “İstikbal” qonaq dəsti - 3000 manat dəyərində; 104) standart döşək - 200 manat dəyərində; 105) divan kreslo - 1700 manat dəyərində; 106) plaza sehpa - 100 manat dəyərində; 107) “Samsung” markalı TV - 729 manat dəyərində; 108) “Samsung” markalı soyuducu - 979 manat dəyərində; 110) “Samsung” markalı paltaryuyan maşın - 629 manat dəyərində; 111) aspirator - 100 manat dəyərində; 112) toster - 150 manat dəyərində; mətbəxt mebeli - 3000 manat dəyərində, həmçinin ümumi dəyəri 8400 manat olmaqla qızıl-zinyət əşyalarının: 1) ağ qızıl komplekt - 4000 manat, 2) mirvari komplekt - 700 manat, 3) bəxt üzüyü - 800 manat, 4) uşaq sırğası, sepi, qolbağı, sancağı - 800 manat, 5) üzük, sep (türkan adı yazılan) - 400 manat, 6) uşaq sırğası - 100 manat, 7) brilyant qaşlı qızıl üzük - 700 manat, 8) brilyant qaşlı ağ-qızıl üzük - 900 manat dəyərində və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan tərəflərin xx.xx.2015-ci il təvəllüdlü X3 adında bir övladı doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ona qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda Sumqayıt Şəhər Məhkəməsinin hakimi Emin Abdullayevin icraatında bu işə baxılır. Qeyd edir ki, hazırda valideynlərinin yanına qayıdaraq onlarla birlikdə yaşayır, həmin vaxtdan qızıllar, eləcə də, anasının verdiyi cehiz əmlaklar cavabdehə məxsus evdə qalmışdır. Dəfələrlə cavabdehə qarşı qeyd olunan əmlakların, yəni qızıl-zinyət və cehiz əşyalarının qaytarılması tələbini bildirməsinə baxmayaraq cavabdeh əmlakı geri qaytarmaqdan imtina etmişdir. Odur ki, iddiaçı siyahıda qeyd olunan cehiz və qizıl-zinyət əşyalarının naturada Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti, ev 41, mənzil 8 ünvanından çıxırılaraq ona qaytarılmasını, həmin əşyalar aşkar edilmədiyi təqdirdə onun dəyərinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-895/2022 saylı, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh siyahıda adları qeyd olunan əşyalardan 1) 2 ədəd çilçıraq; 2) 3 ədəd xalça; 3) 3 ədəd pərdə; 4) 3 ədəd süfrə; 5) 1 ədəd karniz; 6) ət çəkən; 7) şirə çəkən; 8) limon sıxan; 9) portağal sıxan; 10) kofe dəmləyən; 11) ütü; 12) mikser; 13) yemək bişirən peç; 14) tozsoran; 15) 1 ədəd lampa; 16) 1 ədəd “Samsung” markalı telefon; 17) 2 dəst pakrval; 18)1 dəst yorğan; 19) 1 dəst divan üstü; 20) 1 dəst hamam xalatı; 21) 2 dəst ədyal (nazik); 22) 2 dəst ədyal qalın; 23)6 dəst pastel; 24)8 dəst əl-üz dəsmalı; 25)12 dəst dəsmal canqurulayan və 2 dəst dəsmal naboru; 26) 6 dəst çay dəsmalı; 27) 2 dəst balış; 28) 6 dəst balış + 3 dəst yorğan + 3 dəst döşək; 29) nahar servisi; 30) gündəlik servis; 31) bıçaq dəsti; 32) tort qabı; 33) peçenye qabı; 34) 2 dəst ədviyyat qabı dəsti; 35) 3 dəst sini (“podnos”) dəsti; 36) qaşıq-bıçaq çamadan dəsti; 37) gündəlik qaşıq-bıçaq dəsti; 38)1 ədəd çaydan; 39)3 ədəd çaynik; 40) 3 böyük qazan dəsti; 41) 2 orta qazan; 42) 2 dəst tava; 43) 2 dəst güldan; 44) 3 dəst vaza; 45) 1 dəst meyvə vazası; 46) 2 dəst kül qabı; 47) 3 dəst şüşə qab; 48) 4 dəst mürəbbə (“varena”) qabı; 49) 4 dəst qənnadı qabı; 50) qaşlı 3 mərtəbə qab + 2 dəst qənnadı qabı; 51) qaşlı armudu + araq stəkanları; 52) armudu stəkan (qaşıqlı); 53) 1 dəst fincan dəsti (“çaşqa naboru”); 54) 1 dəst fincan (“çaşqa”); 55) xrustal stəkan 2 dəst; 56) xrustal qrafinka stəkanı ilə dəst; 57)qrafinka stəkanı ilə qızılı rəng dəst; 58) qrafinka göy qapaq dəst (“nabor”) 59) viski qrafinka stəkanı ilə dəst (“nabor”) gümüşü rəng; 60) qrafinka stəkanı ilə dəst gümüşü rəng; 61) 3 formada rumkalar gümüşü rəng; 62) 2 dəst şirə bakalı (“sok rumkası”); 63) 4 dəst çay stəkanı; 64) 4 dəst nəlbəki; 65)3 dəst armudu stəkan; 66) 3 dəst nəlbəki; 67) 2 dəst razetka; 68)1 dəst limon qabı; 69)2 dəst gündəlik sini (“podnos”); 70) 2 dəst ləyən; 71)2 dəst səbət; 72)1 dəst aşsüzən; 73)iynə dəsti; 74)şpilka qabı; 75)tyorka; 76)meyvə doğrayan taxta; 77)hamam silən; 78)2 ədəd kalçuk qab; 79) soba (peç); 80) qoz çəkən; 81)qoz qıran; 82)banka bağlayan; 83) termos; 84) saat; 85)duz qabı dəsti; 86)su qrafini; 87)ləpə qabı; 88)1 dəst ədyal; 89)aşsüzən; 90)sarımsaq əzən; 91)çörək qabı; 92)2 dəst oxlov; 93)gəlin güzgüsü; 94)ələk-kəfkir; 95)kartof əzən; 96)süpürgə-xəkəndaz; 97)“İstikbal” yataq dəsti; 98)“İstikbal” qonaq dəsti; 99)standart döşək; 100) divan-kreslo; 101)“Samsung” markalı televizor; 102) )“Samsung” markalı soyuducu; 103)“Samsung” markalı paltaryuyan maşın; 104)aspirator; 105)toster; 106)mətbəxt mebeli, 107) ağ qızıl komplekt, 108) mirvari komplekt, 109) qızıl bəxt üzüyü, 110) qızıl uşaq sırğası, sepi, qolbağı və sancağı, 111) qızıl üzük, sep (türkan adı yazılan), 112) qızıl uşaq sırğası, 113) brilyant qaşlı ağ-qızıl üzük alınaraq ididaçı İddiaçı təhvil verilməsi, qeyd olunan əşyalar aşkar olunmadığı halda, həmin əşyanın dəyəri Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152, 157.2, 225.2-cü maddələri, Azərbaycan Respublikası Ailə Məcəllənin 34.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddia tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçı ərizə göndərərək övladının xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib, məhkəmə iclasını təxirə salınmasını xahiş etsə də, qeyd etdiyi halı təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

11. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

12. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

13. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

17. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

19. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Hazırki apelyasiya baxışının predmetini qətnamənin təmin olunmayan hissəsində əsaslılığının və qanunuliyi yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə dəyişdirilməlidir.

24. Kollegiya iddia üzrə gəlinən nəticəni də əsaslı hesab edir; belə ki, iddiaçının gəlin köçdüyü Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh mülkiyyətində olduğu müəyyən edilmişdir və bu səbəblə də o, mənzildə qalan iddiaçıya məxsus əşyaların oradan çıxarılması tələb etməkdə haqlıdır.

25. İşdən görünür ki, birinci instansiya məhkəməsində İddiaçı izahatında iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, əşyalar onların faktiki olaraq birgə yaşadıqları ünvan 2 ünvanında yerləşən 35A saylı mənzildə saxlanılır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(004)-10/2022 saylı qərardadı üzrə verilmiş icra sənədinə əsasən həyata keçirilən icra tədbirləri zamanı qeyd olunan əşyaların bir qismini aşkar etməmiş, buna dair icra məmuru tərəfindən akt tərtib edilmişdir. Eyni zamanda o, mənzildə olarkən əşyalarının dağınıq şəkildə olmasını aşkar etmişdir. Lakin aşkar edilməyən əşyaların cavabdehdə saxlanılması və onların qiymətinə dair hazırda məhkəməyə heç bir sübut təqdim edə bilmir, belə ki, mənzildə cehiz əmlakı dağıdılmış, şəkilləri cırılmış və video disklər məhv edilmişdir. Buna səbəb cavabdeh tərəfindən onun uzun müddət ərzində mənzilə buraxılmaması olmuşdur. Əşyaların alınmasından uzun müddət keçdiyindən onların qiymətinə dair qəbzlər saxlanılmamışdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə elektron formada verdiyi izahatda bildirib ki, rəsmi nikah qeydiyyatından keçərək 2014-cü ildə Cavabdeh ilə ailə həyatı qurmuş, yaşadıqları ev 3 otaqdan ibarət olmuşdur. Evləndikləri gündən mərhum qaynanası Mehdiyeva Şəlalə gətirdiyi cehizləri bir tərəfə yığmağı,9+ gündəlik lazım olanları işlətməyi, onun da gündəlik işlətməyə məişət əşyaları olduğunu bildirib. Bu səbəbdən göstərdiyi məişət əşyalarının əksəriyyətini işlətməmiş və yer tutmasın deyə bir yerə yığmışdır. İcra məmuru ilə içəri girəndə bütün əşyaların ortada dağılmış, sındırılmış və hətta siqaretlə divan kreslonun yandırıldığını görüb. İcrada baldızı-İlahənin də iştirak etməyini, cehiz əşyalarının harda olduğun, hara aparıb dağıtdıqlarını deməyi tələb edib. İcra ərəfəsində qaynatası-Hikmətə qızına zəng edərək əşyaların yerin soruşmağı bildirmişdir. İddiaçı qızıl-zinyət əşyalarını da qəbul etməmiş məhkəmənin qətnaməsini gözləmişdir.

26. Həmçinin, işdən görünür ki, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, İddiaçı nikah bağlanarkən cehiz əmlakını həmin mənzilə gətirmiş, nikahda olduqları müddət ərzində istifadə edilən cehiz əşyaların bir qismi ya yararsız vəziyyətə düşərək atılmış, ya da bir qismi sınmışdır. Ərizədə göstərilən əşyaların bəziləri isə ümumiyyətlə mövcud olmamışdır. Həmçinin ərizədə əşyaların dəyəri ilə bağlı göstərilmiş məbləğlərlə ümumiyyətlə razılaşmır. Buna görə də cavabdehə qarşı verilmiş iddia tələbini qismən qəbul edir. Belə ki, cavabdeh iddia ərizəsində sadalanan cehiz əşyalarından: “13” rəqəmi altında dəyəri 45 manat qeyd edilmiş tefal çayniki, “16” rəqəmi altında dəyəri 50 manat qeyd edilmiş 2 ədəd lampanı, “18” rəqəmi altında dəyəri 40 manat qeyd edilmiş olan epilyatoru, “19” rəqəmi altında dəyəri 43 manat qeyd edilmiş maşinka adlı əşyanı, “28” rəqəmi altında dəyəri 370+140 manat qeyd edilmiş 12 dəst pasteldən 7 dəsti, “29” rəqəmi altında dəyəri 80+50 manat qeyd edilmiş 12 dəst dəsmal əl-üz+4 dəst ayrı dəsmalı, “31” rəqəmi altında dəyəri 54 manat qeyd edilmiş 12 dəst çay dəsmalını, “48” rəqəmi altında dəyəri 50+45+30 manat qeyd edilmiş 3 güldandan 1 ədədini (2 ədədini etiraf edir), “56” rəqəmi altında dəyəri 55 manat qeyd edilmiş qaşlı armudu stəkanı+araq rumkaları ilə, “57” rəqəmi altında dəyəri 35 manat qeyd edilmiş armudu stəkanı (qaşlı), “61” rəqəmi altında dəyəri 45 manat qeyd edilmiş xrustal qrafinka stəkanı ilə olan dəsti, “62” rəqəmi altında dəyəri 48 manat qeyd edilmiş qızılı rəngli qrafinka stəkanı ilə olan dəsti, “65” rəqəmi altında dəyəri 120 manat qeyd edilmiş gümüşü rəngli qrafinka stəkanı ilə olan dəsti, “69” rəqəmi altında dəyəri 60 manat qeyd edilmiş 4 dəst nəlbəkidən 2 dəstini, “70” rəqəmi altında dəyəri 54 manat qeyd edilmiş 3 dəst armudu stəkanı, “71” rəqəmi altında dəyəri 45 manat qeyd edilmiş 3 dəst nəlbəkini, “76” rəqəmi altında dəyəri 40 manat qeyd edilmiş 3 dəst səbəti, “78” rəqəmi altında dəyəri 7 manat qeyd edilmiş iynə dəstini, “79” rəqəmi altında dəyəri 12 manat qeyd edilmiş şpilka qabını, “82” rəqəmi altında dəyəri 10 manat qeyd edilmiş hamam siləni, “98” rəqəmi altında dəyəri 70 manat qeyd edilmiş gəlin güzgüsünü, “113” rəqəmi altında dəyəri 100 manat qeyd edilmiş plaza sehpanı ümumiyyətlə qəbul etmir. Bundan başqa ərizədə sadalanan qızıl-zinyət əşyalarından yalnız dəyəri 700 manat qeyd edilmiş 1 ədəd brilyant qaşlı qızıl üzüyü qəbul etmir. Həmçinin sadalanan cehiz əşyalarından “21” rəqəmi altında dəyəri 200 manat qeyd edilmiş 1 dəst pakrvalın markasının “İstikbal” deyil “Elat” olduğunu, “115” rəqəmi altında dəyəri 979 manat qeyd edilmiş soyuducunun markasının “Samsung” deyil “Ariston” olmasını və “116” rəqəmi altında dəyəri 629 manat qeyd edilmiş olan paltaryuyan maşının markasının “Samsung” deyil “Ariston” olmasını qəbul edir. Cavabdeh hazırda ona məxsus mənzildə saxlanılan cehiz və qızıl-zinyət əşyalarının geri qaytarılmasına etiraz etmir.

27. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X12 izahatında bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT (004)-10/2022 saylı qərardadına əsasən verilmiş icra sənədi xx.xx.2022-ci il tarixdə Yasamal rayon İcra şöbəsindən aidiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə daxil olmuşdur. Belə ki, icra sənədində qeyd olunan əşyaların borclu Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 35A saylı mənzildə saxlanılması müəyyən edilmişdir. Tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlanılmışdır. Həyata keçirilmiş icra tədbirləri nəticəsində tələb təmin edilmiş, mənzilə borclunun səlahiyyətli nümayəndəsi X6, tələbkarın özü İddiaçı və tələbkarın qohumu X4 iştirakları ilə 05 mart 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 35A saylı mənzilə baxış keçirilmışdır. İcra hərəkəti zamanı müəyyən edilmişdir ki, icra sənədində sadalanan əşyalardan bir qismi aşkar edilməmişdir. Bundan sonra tərəflərin iştirakı ilə aşkar edilməyən əşyalar siyahılaşdırılaraq bu barədə həmin tarixdə akt tərtib edilmiş və aşkar edilən əşyalar X8 məsul saxlanca verilmiş, ona əşyaların saxlanılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş, yəni CM-nin 303-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilərək yazılı iltizam alınmışdır.

28. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(004)- 10/2022 saylı qərardadından müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-895/2022 nömrəli mülki iş üzrə İddiaçı müvəqqəti təminat tədbirinə dair ərizəsi təmin edilmiş və Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 aşkar olunduğu təqdirdə: 1) 2 ədəd çilçıraq - 400 manat + 200 manat dəyərində; 3 ədəd xalça - 350 + 200 + 80 manat dəyərində; 3 ədəd pərdə - 200 manat + 120 + 25 manat dəyərində; 3 ədəd süfrə - 50 manat + 45 + 30 dəyərində; 1 ədəd karniz + jalüz - 55 manat dəyərində; ət çəkən - 75 manat dəyərində; şirə çəkən - 87 manat dəyərində; limon sıxan - 10 manat dəyərində; portağal sıxan - 27 manat dəyərində; kofe dəmləyən - 20 manat dəyərində; ütü - 40 manat dəyərində; mikser - 28 manat dəyərində; tefal (çayniklə) - 45 manat dəyərində; yemək bişirən peç - 250 manat dəyərində; tozsoran - 120 manat dəyərində; 2 ədəd lampa (naçnik) - 50 manat dəyərində; 1 ədəd lampa - 25 manat dəyərində; 1 ədəd epilyator - 40 manat dəyərində; 1 ədəd “maşinka” - 43 manat dəyərində; 1 ədəd “Samsung” markalı telefon 350 manat dəyərində; 1 dəst pakrval (İstikbal) - 200 manat dəyərində; 1 dəst pakrval - 180 manat dəyərində; 1 dəst yorğan - 80 manat dəyərində; 1 dəst divan üstü - 140 manat dəyərində; 1 dəst hamam xalatı - 45 manat dəyərində; 2 dəst ədyal (nazik) - 45 manat + 23 manat dəyərində; 2 dəst ədyal qalın - 100 manat + 55 manat dəyərində; 12 dəst pastel + 1 dəst ağ rəng - 370 manat + 140 manat dəyərində; 12 dəst dəsmal əl-üz + 4 dəst ayrı - 80 manat + 50 manat dəyərində; 12 dəst dəsmal canqurulayan + 2 dəst ayrı - 85 manat + 30 manat dəyərində, 2 dəst dəsmal naboru - 44 manat + 37 manat dəyərində; 12 dəst çay dəsmalı - 54 manat dəyərində; 2 dəst balış - 33 manat dəyərində; 6 dəst balış + 3 dəst yorğan + 3 dəst döşək - 1000 manat dəyərində; nahar servisi - 500 manat dəyərində; gündəlik servis - 200 manat dəyərində; bıçaq dəsti - 34 manat dəyərində; tort qabı – 25 manat dəyərində; peçenye qabı - 15 manat dəyərində; 2 dəst ədviyyat qabı dəsti - 27 manat + 33 manat dəyərində; 3 dəst sini (“podnos”) dəsti - 45 manat dəyərində; qaşıqbıçaq çamadan dəsti - 175 manat dəyərində; gündəlik qaşıq-bıçaq dəsti - 74 manat dəyərində; 1 ədəd çaydan - 25 manat dəyərində; 3 ədəd çaynik - 22 manat dəyərində; 3 böyük qazan dəsti - 270 manat + 150 manat + 120 manat dəyərində; 2 orta qazan dəsti - 90 manat + 34 dəyərində; 2 dəst tava - 40 manat dəyərində; 3 dəst güldan - 50 manat + 45 manat + 30 manat dəyərində; 3 dəst vaza - 250 manat dəyərində; 1 dəst meyvə vazası - 25 manat dəyərində; 2 dəst kül qabı - 40 manat dəyərində; 3 dəst şüşə qab - 50 manat dəyərində; 4 dəst mürəbbə (“varena”) qabı - 50 manat dəyərində; 4 dəst qənnadı qabı - 70 manat dəyərində; qaşlı 3 mərtəbə qab + 2 dəst qənnadı qabı - 65 manat dəyərində; qaşlı armudu + araq stəkanları - 55 manat dəyərində; armudu stəkan (qaşıqlı) - 35 manat dəyərində; 1 dəst fincan dəsti (“çaşqa naboru”) - 77 manat dəyərində; 1 dəst fincan (“çaşqa”) - 20 manat dəyərində; xrustal stəkan 2 dəst - 50 manat dəyərində; xrustal qrafinka stəkanı ilə dəst - 45 manat dəyərində; qrafinka stəkanı ilə qızılı rəng dəst - 48 manat dəyərində; qrafinka göy qapaq dəst (“nabor”) - 30 manat dəyərində; viski qrafinka stəkanı ilə dəst (“nabor”) gümüşü rəng – 150 manat dəyərində; qrafinka stəkanı ilə dəst gümüşü rəng – 120 manat dəyərində; 3 formada rumkalar gümüşü rəng – 150 manat dəyərində; 2 dəst şirə bakalı (“sok rumkası”) – 55 manat dəyərində; 4 dəst çay stəkanı – 80 manat dəyərində; 4 dəst nəlbəki – 60 manat dəyərində; 3 dəst armudu stəkan – 54 manat dəyərində; 3 dəst nəlbəki – 45 manat dəyərində; 2 dəst razetka – 18 manat dəyərində; 1 dəst limon qabı – 7 manat dəyərində; 2 dəst padnus gündəlik – 30 manat dəyərində; 2 dəst ləyən – 50 manat dəyərində; 2 dəst səbət – 40 manat dəyərində; 1 dəst aşsüzən – 12 manat dəyərində; iynə dəsti - 7 manat dəyərində; şpilka qabı – 12 manat dəyərində; tyorka - 7 manat dəyərində; meyvə doğrayan taxta - 5 manat dəyərində; hamam silən - 10 manat dəyərində; 2 ədəd kalçuk qab - 10 manat dəyərində; soba ( peç) - 45 manat dəyərində; qoz çəkən - 17 manat dəyərində; qoz qıran - 10 manat dəyərində; banka bağlayan - 23 manat dəyərində; termus - 27 manat dəyərində; saat - 38 manat dəyərində; duz qabı dəsti - 23 manat dəyərində; su qrafini - 15 manat dəyərində; ləpə qabı - 5 manat dəyərində; 1 dəst ədyal - 11 manat dəyərində; aşsüzən - 10 manat dəyərində; sarımsaq əzən - 5 manat dəyərində; çörək qabı - 25 manat dəyərində; 2 dəst oxlov - 6 manat dəyərində; gəlin güzgüsü - 70 manat dəyərində; ələk-kəfkir – 30 manat dəyərində; kartof əzən - 10 manat dəyərində; süpürgəxəkəndaz - 8 manat dəyərində; “İstikbal” yataq dəsti - 3000 manat dəyərində; “İstikbal” qonaq dəsti - 3000 manat dəyərində; standart döşək - 200 manat dəyərində; divan kreslo - 1700 manat dəyərində; plaza sehpa - 100 manat dəyərində; “Samsung” markalı TV - 729 manat dəyərində; “Samsung” markalı soyuducu - 979 manat dəyərində; “Samsung” markalı paltaryuyan maşın - 629 manat dəyərində; aspirator - 100 manat dəyərində; toster - 150 manat dəyərində; mətbəxt mebeli - 3000 manat dəyərində olmaqla ümumilikdə cəmi 23.496 (iyirmi üç min dörd yüz doxsan altı) manat dəyərində cehiz əşyalarının; 2) ağ qızıl komplekt - 4000 manat, mirvari komplekt - 700 manat, bəxt üzüyü - 800 manat, uşaq sırğası, sepi, qolbağı, sancağı - 800 manat, üzük, sep (türkan adı yazılan) - 400 manat, uşaq sırğası - 100 manat, brilyant qaşlı qızıl üzük - 700 manat, brilyant qaşlı ağ-qızıl üzük - 900 manat olmaqla, ümumilikdə dəyəri cəmi 8400 (səkkiz min dörd yüz) manat olan qızılzinət əşyalarının üzərinə həbs qoyulması qərara alınmışdır.

29. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(004)- 10/2022 saylı qərardadı dərhal icraya yönəldilmişdir. İş materiallarında olan Yasamal rayon icra şöbəsinin böyük icra məmuru Anar Əyyubovun xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin MTT(004)-10/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Daha sonra xx.xx.2022-ci il tarixli akt əsasında aşkar edilmişdir ki, icra sənədində qeyd olunan əşyalar Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 mövcud deyildir. Bundan sonra icra sənədi aidiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Ələddin Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin MTT(004)-10/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə həmin şöbədə icraata başlanılmışdır. Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Ələddin Hüseynov tərəfindən Yasamal Rayon Məhkəməsinin MTT(004)-10/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi X4, borclu Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X7, tələbkarın xalası X1 və "xxxx" MMC-nin direktoru X9 iştirakları ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən 35A saylı mənzildə icra hərəkətləri həyata keçirilərkən icra sənədində sadalanan əşyalardan aşağıdakı əşyaların aşkar edilmədiyi müəyyən edilmişdir. Aşkar edilməyən aşyalar: 1)3 ədəd pərdə - 200 manat + 120 + 25 manat; 2) 1 ədəd limon sıxan - 10 manat dəyərində; 3) portağal sıxan - 27 manat dəyərində; 4) mikser - 28 manat dəyərində; 5) tefal çaynik - 45 manat dəyərində; 6) yemək bişirən peç - 250 manat dəyərində; 7) 2 ədəd lampa (naçnik) - 50 manat dəyərində; 8) 1 ədəd epilyator - 40 manat dəyərində; 9) 1 ədəd “maşinka” - 43 manat dəyərində; 10) 1 ədəd nazik ədyal 23 manat dəyərində; 11) 1 ədəd qalın ədyal - 55 manat dəyərində; 12) 12 dəst pasteldən 7 dəsti 140 manat dəyərində; 13) 6 dəst çay dəsmalı 25 manat dəyərində; 14) 6 ədəd balış + 3 ədəd yorğan + 1 ədəd böyük döşək; 15) 1 ədəd çaydan – 25 manat, 3 ədəd balaca çaynik-22 manat; 16) 3 dəst şüşə qab - 50 manat dəyərində; 17) 1 dəst fincan dəsti (“çaşqa naboru”) - 77 manat dəyərində; 18) 4 dəst çay stəkanı – 80 manat dəyərində; 19) banka bağlayan - 23 manat dəyərində; 20) su qrafini - 15 manat dəyərində; 21) ələk-kəfkir – 30 manat dəyərində; 22) plaza sehpa - 100 manat dəyərində; 23)1 ədəd brilyant qaşlı qızıl üzük - 700 manat dəyərində. Aktdan həmçinin müəyyən edilir ki, icra sənədində sadalanan cehiz və qızıl-zinyət əşyalarından aktda adları qeyd edilməyən digər əşyalar aşkar edilərək onlara baxış keçirilmiş və həmin əşyalar üzərinə həbs qoyularaq borclu Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X10 məsul saxlanca verilmiş və ona Azərbaycan Respublikası CM-nin 303-cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq elan edilmişdir.

30. Göründüyü kimi icra sənədinin icrası zamanı iddia ərizəsində qeyd edilən bəzi əşyalar aşkar edilməməsinə baxmayaraq cavabdehin nümayəndəsi və vəkili Nümayəndə öz izahatında həmin aşkar edilməyən əşyaların bir qisminin, yəni 1) dəyəri 200 manat + 120 + 25 manat qeyd edilmiş 3 ədəd pərdə; 2) 1 ədəd limon sıxan - 10 manat dəyərində; 3) portağal sıxan - 27 manat dəyərində; 4) mikser - 28 manat dəyərində 5) yemək bişirən peç - 250 manat dəyərində; 6) 2 dəst ədyal (nazik) - 45 manat + 23 manat dəyərində; 7) 2 dəst ədyal qalın - 100 manat + 55 manat dəyərində; 14) 6 ədəd balış + 3 ədəd yorğan + 1 ədəd böyük döşək; 15) 1 ədəd çaydan – 25 manat, 3 ədəd balaca çaynik-22 manat; 16) 3 dəst şüşə qab - 50 manat dəyərində; 17) 1 dəst fincan dəsti (“çaşqa naboru”) - 77 manat dəyərində; 18) 4 dəst çay stəkanı – 80 manat dəyərində; 19) banka bağlayan - 23 manat dəyərində; 20) su qrafini - 15 manat dəyərində; 21) ələkkəfkir – 30 manat dəyərində; dəyərində qeyd edilmiş əşyaların cavabdehdə saxlanılmasını etiraf etmişdir.

31. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Nümayəndə öz izahatında iddia ərizəsində 21 rəqəmi altında qeyd edilmiş “pakrıval”ın (yataq dəsti) markasının “İstikbal” deyil “Elat” markalı olmasını, soyuducu və paltaryuyan maşının markasının “Samsung” markalı “Ariston” olmasını göstəməsinə baxmayaraq, Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Ələddin Hüseynov tərəfindən Yasamal Rayon Məhkəməsinin MTT(004)- 10/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilmişdir ki, icra sənədində göstərilmiş “Samsung” markalı soyuducu və paltaryuyan maşın aşkar edilmişdir. Bu faktı şahid qismində dindirilmiş icra məmuru Ələddin Hüseynov da öz izahatında təsdiq etmişdir.

32. Məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsinə münasibət bildirərək hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

33. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili öz izahatında etiraf etmədiyi əşyalardan yalnız tefal çaynik - 45 manat dəyərində; 2 ədəd lampa (naçnik) - 50 manat dəyərində; 1 ədəd epilyator - 40 manat dəyərində; 1 ədəd “maşinka” - 43 manat dəyərində; 12 dəst pasteldən 7 dəsti 140 manat dəyərində; 6 dəst çay dəsmalı 25 manat dəyərində; plaza sehpa - 100 manat dəyərində 1 ədəd brilyant qaşlı qızıl üzük - 700 manat dəyərində əşyalar eyni zamanda icra sənədinin icrası zamanı aktla aşkar edilməmişdir. İddiaçı isə həmin əşyaların cavabdehdə saxlanılması və ya ümumiyyətlə həmin əşyaların mövcud olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin əşyalara münasibətdə təmin edilə bilməz. Bundan başqa İddiaçı iddia ərizəsində əşyaların dəyərini göstərməsinə baxmayaraq, buna dair məhkəməyə hər hansı sübut (qəbz, hesab faktura, qaimə və.s) təqdim etməmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Bununla belə kollegiya qeyd edir ki, iddiaçıya qaytarılmalı olan cehiz əmlakları və qızıl-zinyət əşyalarının qiymətlərini müəyyənləşdirməməklə birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbinə əməl etməmiş və gələcəkdə qətnamənin icrası zamanı problemlərin ortaya çıxmasına yol açmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini ... qətnamənin nəticə hissəsində göstərməlidir.

36. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası əsasında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/8915 nömrəli ekspert rəyində əmlakların dəyəri aşağıdakı kimi göstərilmişdir: 1) 2 ədəd çilçıraq – hər biri 100 manat olmaqla 200 manat; 2) 3 ədəd xalça– hər biri 80 manat olmaqla 240 manat; 3) 3 ədəd pərdə – hər biri 40 manat olmaqla 120 manat;; 4) 3 ədəd süfrə – ( təqdim olunmuş 2 süfrə hər biri 20 manat olmaqla 40 manat, 1 ədəd təqdim olunmayan süfrə 10 manat) 5) 1 ədəd karniz – 40 manat; 6) ət çəkən – 30 manat; 7) şirə çəkən – 30 manat; 8) limon sıxan – 3 manat; 9) portağal sıxan – 3 manat; 10) kofe dəmləyən – 10 manat; 11) ütü – 30 manat; 12) mikser – 10 manat; 13) yemək bişirən peç – 40 manat; 14) tozsoran – 40 manat; 15) 1 ədəd lampa – 1 manat; 16) 1 ədəd “Samsung” markalı telefon - 0 manat; 17) 2 dəst pakrval – hər biri 100 manat olmaqla 200 manat; 18) 1 dəst yorğan – 50 manat; 19) 1 dəst divan üstü – 25 manat; 20) 1 dəst hamam xalatı – 20 manat; 21) 2 dəst ədyal (nazik) – hər biri 10 manat olmaqla 20 manat; 22) 2 dəst ədyal qalın – hər biri 30 manat olmaqla 60 manat; 23) 6 dəst pastel – hər biri 30 manat olmaqla 180 manat; 24) 8 dəst əl-üz dəsmalı – hər biri 20 manat olmaqla 160 manat; 25)12 dəst dəsmal canqurulayan – hər biri 15 manat olmaqla 150 manat və 2 dəst dəsmal naboru – hər biri 20 manat olmaqla 40 manat; 26) 6 dəst çay dəsmalı – ( təqdim olunmuş 3 dəst çay dəsmalı hər biri 5 manat olmaqla 15 manat; təqdim olunmayan 3 dəst çay dəsmalı isə hər biri 15 manat olmaqla 45 manat) 27) 2 dəst balış – hər biri 10 manat olmaqla 20 manat; 28) 6 dəst balış – hər biri 5 manat olmaqla 30 manat + 3 dəst yorğan – hər biri 30 manat olmaqla 90 manat + 3 dəst döşək – hər biri 10 manat olmaqla 30 manat; 29) nahar servisi – 300 manat; 30) gündəlik servis – 100 manat; 31) bıçaq dəsti – 20 manat; 32) tort qabı – 10 manat; 33) peçenye qabı – 5 manat; 34) 2 dəst ədviyyat qabı dəsti – hər biri 10 manat olmaqla 20 manat; 35) 3 dəst sini (“podnos”) dəsti – (təqdim olunmuş 2 sini podnos dəsti hər biri 10 manat olmaqla 20 manat, təqdim olunmyanan 1 sini padnos dəsti isə 5 manat) 36) qaşıq-bıçaq çamadan dəsti – 80 manat; 37) gündəlik qaşıq-bıçaq dəsti – 30 manat; 38)1 ədəd çaydan – 10 manat; 39) 3 ədəd çaynik – hər biri 5 manat olmaqla 15 manat; 40) 3 böyük qazan dəsti – hər biri 50 manat olmaqla 150 manat; 41) 2 orta qazan – hər biri 20 manat olmaqla 40 manat; 42) 2 dəst tava – ( təqdim olunmuş 1 ədəd tava 10 manat, təqdim olunmayan 1 ədəd tava 5 manat) 43) 2 dəst güldan – hər biri 10 manat olmaqla 20 manat; 44) 3 dəst vaza – hər biri 40 manat olmaqla 120 manat; 45) 1 dəst meyvə vazası – 10 manat; 46) 2 dəst kül qabı – hər biri 10 manat olmaqla 20 manat; 47) 3 dəst şüşə qab – hər biri 10 manat olmaqla 30 manat; 48) 4 dəst mürəbbə (“varena”) qabı – hər biri 5 manat olmaqla 20 manat; 49) 4 dəst qənnadı qabı – hər biri 5 manat olmaqla 20 manat; 50) qaşlı 3 mərtəbə qab + 2 dəst qənnadı qabı - 40 manat; 51) qaşlı armudu + araq stəkanları – 15 manat; 52) armudu stəkan (qaşıqlı) – 10 manat; 53) 1 dəst fincan dəsti (“çaşqa naboru”) – 10 manat; 54) 1 dəst fincan (“çaşqa”) – 20 manat; 55) xrustal stəkan 2 dəst - hər biri 10 manat olmaqla 20 manat; 56) xrustal qrafinka stəkanı ilə dəst – 10 manat; 57) qrafinka stəkanı ilə qızılı rəng dəst – 15 manat; 58) qrafinka göy qapaq dəst (“nabor”)- 30 manat; 59) viski qrafinka stəkanı ilə dəst (“nabor”) gümüşü rəng – 30 manat; 60) qrafinka stəkanı ilə dəst gümüşü rəng – 15 manat; 61) 3 formada rumkalar gümüşü rəng – 30 manat; 62) 2 dəst şirə bakalı (“sok rumkası”) - hər biri 15 manat olmaqla 30 manat; 63) 4 dəst çay stəkanı - hər biri 10 manat olmaqla 40 manat; 64) 4 dəst nəlbəki - hər biri 5 manat olmaqla 20 manat; 65) 3 dəst armudu stəkan - hər biri 10 manat olmaqla 30 manat; 66) 3 dəst nəlbəki - hər biri 5 manat olmaqla 15 manat; 67) 2 dəst razetka - hər biri 5 manat olmaqla 10 manat; 68) 1 dəst limon qabı – 5 manat; 69) 2 dəst gündəlik sini (“podnos”) - hər biri 5 manat olmaqla 20 manat; 70) 2 dəst ləyən - hər biri 10 manat olmaqla 20 manat; 71) 2 dəst səbət - hər biri 10 manat olmaqla 20 manat; 72)1 dəst aşsüzən – 5 manat; 73) iynə dəsti – 3 manat; 74) şpilka qabı – 3 manat; 75) tyorka – 3 manat; 76) meyvə doğrayan taxta – 3 manat; 77) hamam silən – 3 manat; 78) 2 ədəd kalçuk qab - hər biri 3 manat olmaqla 6 manat; 79) soba (peç) – 30 manat; 80) qoz çəkən – 3 manat; 81) qoz qıran – 2 manat; 82) banka bağlayan – 2 manat; 83) termus – 5 manat; 84) saat – 10 manat; 85) duz qabı dəsti – 10 manat; 86) su qrafini – 5 manat; 87) ləpə qabı – 3 manat; 88) 1 dəst ədyal - 5 manat; 89) aşsüzən – 3 manat; 90) sarımsaq əzən – 2 manat; 91) çörək qabı – 2 manat; 92) 2 dəst oxlov - hər biri 2 manat olmaqla 4 manat; 93) gəlin güzgüsü – 20 manat; 94) ələk-kəfkir – 5 manat; 95) kartof əzən – 3 manat; 96) süpürgə-xəkəndaz – 2 manat; 97) “İstikbal” yataq dəsti – 1500 manat; 98) “İstikbal” qonaq dəsti – 1500 manat; 99) standart döşək – 70 manat; 100) divan-kreslo – 400 manat; 101) “Samsung” markalı televizor – 350 manat; 102) ) “Samsung” markalı soyuducu – 400 manat; 103) “Samsung” markalı paltaryuyan maşın – 350 manat; 104) aspirator – 50 manat; 105) toster – 50 manat; 106) mətbəxt mebeli – 1300 manat, 107) ağ qızıl komplekt 108) mirvari komplekt 109) qızıl bəxt üzüyü 110) qızıl uşaq sırğası, sepi, qolbağı və sancağı 111) qızıl üzük, sep (türkan adı yazılan) 112) qızıl uşaq sırğası 113) brilyant qaşlı ağ-qızıl üzük ( 1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan kolye-bilərzik-sırğa cütü- üzük dəsti - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 43,19 qramdır, qaşları brilyantdır 5 ədədinin hər birinin ölçüsü 0,025 karat, 33 ədədinin hər birinin ölçüsü 0,014 karat, 396 ədədinin hər birinin ölçüsü 0,002 karat, 4/3 keyfiyyətlidirlər—4712 manat; 1 ədəd sarı-gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 5,60 qramdır, qaşları brilyantdır, 1 ədədinin ölçüsü 0,230 karat, 2 ədədinin hər birinin ölçüsü 0,097 karat, 64 ədədinin hər birinin ölçüsü 0,004 karat, 3/3 keyfiyyətlidirlər—1281 manat; 1 ədəd sarı rəngli metaldan üzərində mirvariyə bənzər muncuq və ağ şəffav qaşları olan sırğa cütü-üzük dəsti –üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 20,19 qramdır, qaşları brilyantdır, 21 ədədinin hər birinin ölçüsü 0,010 karat, 10 ədədinin hər birinin ölçüsü 0,006 karat, 3/3 keyfiyyətlidirlər—2213 manat; 1 ədəd sarı rəngli (qaralmiş) metal və mirvariyə bənzər muncuqlardan ibarət boyunbağı və qolbaq dəsti - üzərində “585” əyar damğası həkk olunmuşdur, kilid hissəsinin metalı 585 əyarlı qızıla uyğundur, metal muncuqlar əlvan metal ərinisindən hazırlanmışdır, ümumi çəkisi 86,63 qramdır- 86,63x80=6930 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində “Türkan” yazılı kulonu olan boyunbağı - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 7,57 qramdır- 7,57x80=605 manat; 1 ədəd sarı rəngli metaldan boyunbağı - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 6,74 qramdır- 6,74x80=539 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində “Şəlalə” yazılı hissəsi və kəpənək formalı elementi olan uşaq qolbağı - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,31 qramdır- 3,31x80=265 manat; 1 ədəd sarı rəngli metal kürələrdən və qırmızı rəngli muncuqlardan ibarət qolbaq - metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,42 qramdır-4,42x80=354 manat; 1 ədəd sarı rəngli metaldan üzərində gümüşü rəngli metaldan “Canım sevgilim” yazısı və ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,16 qramdır, qaşları qiymətli qaşlara aid deyil- 4,16x80=333 manat; 1 ədəd sarı rəngli metaldan sırğa cütü - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,81 qramdır-2,81x80=225 manat; 1 ədəd sarı rəngli metaldan gözmuncuqlu yaxa sancağı - metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,34 qramdır- 1,34x80=107 manat; 1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,42 qramdır, qaşları qiymətli qaşlara aid deyil- 3,42x80=274 manat; 1 ədəd gümüşü rəngli metaldan üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan üzük üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 2,96 qramdır, qaşları qitmətli qaşlara aid deyil -2,96x5=15 manat; 1 ədəd gümüşü rəngli metaldan, kəpənək formalı elementi üzərində ağ şəffaf qaşları olan sırğa cütü - metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 2,29 qramdır, qaşları qiymətli qaşlara aid deyil, bijuteriyadır- 2,29x5=12 manat; 1 ədəd sarı rəngli metaldan üzərində gözmuncuğu olan kulon - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 5,08 qramdır- 5,08x5=25 manat).

37. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qətnamədə əmlakların qiymətləri ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

39. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

41. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-895/2022 saylı iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilsin. 1) 2 ədəd çilçıraq – hər biri 100 manat olmaqla 200 manat; 2) 3 ədəd xalça– hər biri 80 manat olmaqla 240 manat; 3) 3 ədəd pərdə – hər biri 40 manat olmaqla 120 manat;; 4) 3 ədəd süfrə – ( təqdim olunmuş 2 süfrə hər biri 20 manat olmaqla 40 manat, 1 ədəd təqdim olunmayan süfrə 10 manat) 5) 1 ədəd karniz – 40 manat; 6) ət çəkən – 30 manat; 7) şirə çəkən – 30 manat; 8) limon sıxan – 3 manat; 9) portağal sıxan – 3 manat; 10) kofe dəmləyən – 10 manat; 11) ütü – 30 manat; 12) mikser – 10 manat; 13) yemək bişirən peç – 40 manat; 14) tozsoran – 40 manat; 15) 1 ədəd lampa – 1 manat; 16) 1 ədəd “Samsung” markalı telefon - 0 manat; 17) 2 dəst pakrval – hər biri 100 manat olmaqla 200 manat; 18) 1 dəst yorğan – 50 manat; 19) 1 dəst divan üstü – 25 manat; 20) 1 dəst hamam xalatı – 20 manat; 21) 2 dəst ədyal (nazik) – hər biri 10 manat olmaqla 20 manat; 22) 2 dəst ədyal qalın – hər biri 30 manat olmaqla 60 manat; 23) 6 dəst pastel – hər biri 30 manat olmaqla 180 manat; 24) 8 dəst əl-üz dəsmalı – hər biri 20 manat olmaqla 160 manat; 25)12 dəst dəsmal canqurulayan – hər biri 15 manat olmaqla 150 manat və 2 dəst dəsmal naboru – hər biri 20 manat olmaqla 40 manat; 26) 6 dəst çay dəsmalı – ( təqdim olunmuş 3 dəst çay dəsmalı hər biri 5 manat olmaqla 15 manat; təqdim olunmayan 3 dəst çay dəsmalı isə hər biri 15 manat olmaqla 45 manat) 27) 2 dəst balış – hər biri 10 manat olmaqla 20 manat; 28) 6 dəst balış – hər biri 5 manat olmaqla 30 manat + 3 dəst yorğan – hər biri 30 manat olmaqla 90 manat + 3 dəst döşək – hər biri 10 manat olmaqla 30 manat; 29) nahar servisi – 300 manat; 30) gündəlik servis – 100 manat; 31) bıçaq dəsti – 20 manat; 32) tort qabı – 10 manat; 33) peçenye qabı – 5 manat; 34) 2 dəst ədviyyat qabı dəsti – hər biri 10 manat olmaqla 20 manat; 35) 3 dəst sini (“podnos”) dəsti – (təqdim olunmuş 2 sini podnos dəsti hər biri 10 manat olmaqla 20 manat, təqdim olunmyanan 1 sini padnos dəsti isə 5 manat) 36) qaşıq-bıçaq çamadan dəsti – 80 manat; 37) gündəlik qaşıq-bıçaq dəsti – 30 manat; 38)1 ədəd çaydan – 10 manat; 39) 3 ədəd çaynik – hər biri 5 manat olmaqla 15 manat; 40) 3 böyük qazan dəsti – hər biri 50 manat olmaqla 150 manat; 41) 2 orta qazan – hər biri 20 manat olmaqla 40 manat; 42) 2 dəst tava – ( təqdim olunmuş 1 ədəd tava 10 manat, təqdim olunmayan 1 ədəd tava 5 manat) 43) 2 dəst güldan – hər biri 10 manat olmaqla 20 manat; 44) 3 dəst vaza – hər biri 40 manat olmaqla 120 manat; 45) 1 dəst meyvə vazası – 10 manat; 46) 2 dəst kül qabı – hər biri 10 manat olmaqla 20 manat; 47) 3 dəst şüşə qab – hər biri 10 manat olmaqla 30 manat; 48) 4 dəst mürəbbə (“varena”) qabı – hər biri 5 manat olmaqla 20 manat; 49) 4 dəst qənnadı qabı – hər biri 5 manat olmaqla 20 manat; 50) qaşlı 3 mərtəbə qab + 2 dəst qənnadı qabı - 40 manat; 51) qaşlı armudu + araq stəkanları – 15 manat; 52) armudu stəkan (qaşıqlı) – 10 manat; 53) 1 dəst fincan dəsti (“çaşqa naboru”) – 10 manat; 54) 1 dəst fincan (“çaşqa”) – 20 manat; 55) xrustal stəkan 2 dəst - hər biri 10 manat olmaqla 20 manat; 56) xrustal qrafinka stəkanı ilə dəst – 10 manat; 57) qrafinka stəkanı ilə qızılı rəng dəst – 15 manat; 58) qrafinka göy qapaq dəst (“nabor”)- 30 manat; 59) viski qrafinka stəkanı ilə dəst (“nabor”) gümüşü rəng – 30 manat; 60) qrafinka stəkanı ilə dəst gümüşü rəng – 15 manat; 61) 3 formada rumkalar gümüşü rəng – 30 manat; 62) 2 dəst şirə bakalı (“sok rumkası”) - hər biri 15 manat olmaqla 30 manat; 63) 4 dəst çay stəkanı - hər biri 10 manat olmaqla 40 manat; 64) 4 dəst nəlbəki - hər biri 5 manat olmaqla 20 manat; 65) 3 dəst armudu stəkan - hər biri 10 manat olmaqla 30 manat; 66) 3 dəst nəlbəki - hər biri 5 manat olmaqla 15 manat; 67) 2 dəst razetka - hər biri 5 manat olmaqla 10 manat; 68) 1 dəst limon qabı – 5 manat; 69) 2 dəst gündəlik sini (“podnos”) - hər biri 5 manat olmaqla 20 manat; 70) 2 dəst ləyən - hər biri 10 manat olmaqla 20 manat; 71) 2 dəst səbət - hər biri 10 manat olmaqla 20 manat; 72)1 dəst aşsüzən – 5 manat; 73) iynə dəsti – 3 manat; 74) şpilka qabı – 3 manat; 75) tyorka – 3 manat; 76) meyvə doğrayan taxta – 3 manat; 77) hamam silən – 3 manat; 78) 2 ədəd kalçuk qab - hər biri 3 manat olmaqla 6 manat; 79) soba (peç) – 30 manat; 80) qoz çəkən – 3 manat; 81) qoz qıran – 2 manat; 82) banka bağlayan – 2 manat; 83) termus – 5 manat; 84) saat – 10 manat; 85) duz qabı dəsti – 10 manat; 86) su qrafini – 5 manat; 87) ləpə qabı – 3 manat; 88) 1 dəst ədyal - 5 manat; 89) aşsüzən – 3 manat; 90) sarımsaq əzən – 2 manat; 91) çörək qabı – 2 manat; 92) 2 dəst oxlov - hər biri 2 manat olmaqla 4 manat; 93) gəlin güzgüsü – 20 manat; 94) ələk-kəfkir – 5 manat; 95) kartof əzən – 3 manat; 96) süpürgə-xəkəndaz – 2 manat; 97) “İstikbal” yataq dəsti – 1500 manat; 98) “İstikbal” qonaq dəsti – 1500 manat; 99) standart döşək – 70 manat; 100) divan-kreslo – 400 manat; 101) “Samsung” markalı televizor – 350 manat; 102) ) “Samsung” markalı soyuducu – 400 manat; 103) “Samsung” markalı paltaryuyan maşın – 350 manat; 104) aspirator – 50 manat; 105) toster – 50 manat; 106) mətbəxt mebeli – 1300 manat, 107) ağ qızıl komplekt 108) mirvari komplekt 109) qızıl bəxt üzüyü 110) qızıl uşaq sırğası, sepi, qolbağı və sancağı 111) qızıl üzük, sep (türkan adı yazılan) 112) qızıl uşaq sırğası 113) brilyant qaşlı ağ-qızıl üzük (1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan kolye-bilərzik-sırğa cütü- üzük dəsti - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 43,19 qramdır, qaşları brilyantdır 5 ədədinin hər birinin ölçüsü 0,025 karat, 33 ədədinin hər birinin ölçüsü 0,014 karat, 396 ədədinin hər birinin ölçüsü 0,002 karat, 4/3 keyfiyyətlidirlər—4712 manat; 1 ədəd sarı-gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 5,60 qramdır, qaşları brilyantdır, 1 ədədinin ölçüsü 0,230 karat, 2 ədədinin hər birinin ölçüsü 0,097 karat, 64 ədədinin hər birinin ölçüsü 0,004 karat, 3/3 keyfiyyətlidirlər—1281 manat; 1 ədəd sarı rəngli metaldan üzərində mirvariyə bənzər muncuq və ağ şəffav qaşları olan sırğa cütü-üzük dəsti –üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 20,19 qramdır, qaşları brilyantdır, 21 ədədinin hər birinin ölçüsü 0,010 karat, 10 ədədinin hər birinin ölçüsü 0,006 karat, 3/3 keyfiyyətlidirlər—2213 manat; 1 ədəd sarı rəngli (qaralmiş) metal və mirvariyə bənzər muncuqlardan ibarət boyunbağı və qolbaq dəsti - üzərində “585” əyar damğası həkk olunmuşdur, kilid hissəsinin metalı 585 əyarlı qızıla uyğundur, metal muncuqlar əlvan metal ərinisindən hazırlanmışdır, ümumi çəkisi 86,63 qramdır- 86,63x80=6930 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində “Türkan” yazılı kulonu olan boyunbağı - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 7,57 qramdır- 7,57x80=605 manat; 1 ədəd sarı rəngli metaldan boyunbağı - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 6,74 qramdır- 6,74x80=539 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində “Şəlalə” yazılı hissəsi və kəpənək formalı elementi olan uşaq qolbağı - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,31 qramdır- 3,31x80=265 manat; 1 ədəd sarı rəngli metal kürələrdən və qırmızı rəngli muncuqlardan ibarət qolbaq - metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,42 qramdır-4,42x80=354 manat; 1 ədəd sarı rəngli metaldan üzərində gümüşü rəngli metaldan “Canım sevgilim” yazısı və ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,16 qramdır, qaşları qiymətli qaşlara aid deyil- 4,16x80=333 manat; 1 ədəd sarı rəngli metaldan sırğa cütü - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,81 qramdır-2,81x80=225 manat; 1 ədəd sarı rəngli metaldan gözmuncuqlu yaxa sancağı - metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,34 qramdır- 1,34x80=107 manat; 1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,42 qramdır, qaşları qiymətli qaşlara aid deyil- 3,42x80=274 manat; 1 ədəd gümüşü rəngli metaldan üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan üzük üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 2,96 qramdır, qaşları qitmətli qaşlara aid deyil -2,96x5=15 manat; 1 ədəd gümüşü rəngli metaldan, kəpənək formalı elementi üzərində ağ şəffaf qaşları olan sırğa cütü - metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 2,29 qramdır, qaşları qiymətli qaşlara aid deyil, bijuteriyadır- 2,29x5=12 manat; 1 ədəd sarı rəngli metaldan üzərində gözmuncuğu olan kulon - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 5,08 qramdır- 5,08x5=25 manat) qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğləri Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 250 (iki yüz əlli manat) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar