Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5181/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X5, Cavabdeh2 nümayəndəsi (vəkili) X3 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3 qarşı «alqı-satqı müqavilələrinin və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-426/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh3 arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı ünvanda yerləşən 15,2 kv.m. olan qeyri-yaşayış binasının istifadəsində olan torpaq sahəsinin alqı-satqısına dair bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin İddiaçı mülkiyyətinə aid olan hissədə ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı ünvanda yerləşən 0,315 ha torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin İddiaçı mülkiyyətinə aid olan hissədə ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2012-ci il tarixli ******* reyestr nömrəli çıxarışın, Cavabdeh2 verilmiş xx.xx.2013-cü il tarixli ******* nömrəli çıxarışın və xx.xx.2014-cü il tarixli ******* reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarlımasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1572 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və müvafiq ******* reyestr nömrəli çıxarış, həmçinin torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. xx.xx.2015-ci il tarixdə Cavabdeh4 ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1572 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini alqı-satqısına dair Bakı şəhəri 27 saylı notariat kontorunda AN-İ N ******* saylı, reyestr nömrəsi 4Ə-154 ilə qeyd edilmiş alqı-satqı müqaviləsi bağlanılmış və Cavabdeh4 adına özgəninkiləşdirilmişdir. Bu səbəbdən xx.xx.2015-ci il tarixdə ərizə ilə müraciət edilərək DƏDRX Bakı şəhər Ərazi İdarəsinə bəhs edilən alqı-satqı müqaviləsinin qeydiyyata alınaraq müvafiq plan ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir. DƏDRX Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli məktubu ilə ərizələrin icrasına imtina edilərək bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi digər fiziki həxsin mülkiyyətindədir. Dövlət Reyestri Xidməti bu alqı-satqı müqaviləsini qeydiyyata almaqdan imtina etdiyindən, Cavabdeh4 iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 27 saylı notariat kontorunda 4Ə-154 reyestr nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsi əsasında ona, yəni Cavabdeh4 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,1572 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinə aid daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi və həmin torpaq sahəsinə dair plan-ölçünün tərtib edilməsi barədə cavabdeh təşkilatın üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi məhkəmə aidiyyətinin (işin ümumi məhkəmələrə aid olduğu qeyd edilərək) pozulması əsası ilə ləğv edilmişdir. İşin məhkəmə baxışında məhkəməyə təqdim olunmuş DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanan cavab məktubundan müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh3 arasında əmlakın alqı-satqısı müqaviləsi bağlanmış, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı ünvanda yerləşən 15,2 kv.m. olan qeyri-yaşayış binasının istifadəsində olan 0,83808 ha torpaq sahəsi, xx.xx.2012-ci il tarixdə vahid kimi Cavabdeh3 adına qeydiyyatdan keçmiş, daşınmaz əmlakın dövlət reyestr xidməti tərəfindən Cavabdeh3i xx.xx.2012-ci il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Həmçinin, Cavabdeh3 6 saylı Notariat Kontorunun xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən ünvanda yerləşən 0,315 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Cavabdeh2 xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 ünvanında yerləşən 0,77808 ha torpaq sahəsinin 0,315 ha hissəsini almışdır. Qalan hissə Cavabdeh3 özündə qalmış və xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən alınmış torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən, tam paylı ******* reyestri nömrəli, 0,311 ha ölçülü xüsusi mülkiyyət növlü torpaq sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İşin apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasına dair Məhkəmə Ekspertiza Mərkəzinin eksperti İlham Xuduyevin xx.xx.2017-ci il tarixli, 21521 nömrəli rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,06 ha torpaq sahəsinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,311 ha torpaq sahəsinin hüquqları daxilində yerləşdiyi müəyyən edilmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1572 saylı sahə xx.xx.2007-ci il tarixdə qeydə alınmış və torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir. Hecə ola bilər ki, ona məxsus torpaq sahəsi 2010-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh3 icarəyə verilir və xx.xx.2012-ci il tarixdə F.Hacıyevə satılaraq onun adına qeydə alınır. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin bəzi əməkdaşlarının bir qrup şəxslə əlbir olaraq özgə əmlakına qəsdi mövcuddur. Bundan başqa, Cavabdeh3 xx.xx.2013-cü il tarixdə sözü gedən ünvanda yerləşən torpaq sahəsini Cavabdeh2 satmışdır. DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi təkrarən ona məxsus torpaq sahəsini başqa şəxsin mülkiyyətinə qeydə alır. Lakin, onunla alqı-satqı müqaviləsi bağlayan Cavabdeh4 adına özgəninkiləşdirmənin qeydə almasından imtina edir. Göründüyü kimi, onun və Cavabdeh4 mülkiyyət hüquqları kobudcasına pozulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-426/2020 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia qismən olunmuş, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh3 arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı ünvanda yerləşən 15,2 kv.m olan qeyri-yaşayış binasının və həmin qeyri-yaşayış sahəsinin istifadəsində olan 8380,8 kv.m torpaq sahəsinin alqı-satqısına dair bağlanmış xx.xx.2012-ci il tarixli 3614No-li müqavilənin 0,06 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə aid olan 0,06 hissədə ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı ünvanda yerləşən 0,315 ha torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı mülkiyyətinə aid olan hissədə ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və həmin qeyd əsasında verilmiş çıxarışın, həmçinin həmin torpaq sahəsinin (iddiaçının mülkiyyətindəki 0,06 ha) alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın qismən ləğv edilməsi qət olunmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətlərini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, işin tam və hərtərəfli araşdırılmaması, mülkiyyət hüqqularının pozulması, iddianın rədd olunmalı olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı iddia tələbində alqı-satqı müqavilələrinin ləğvini tələb etmiş, lakin o, müqavilələrinin tərəfi olmamışdır. Hesab edirlər ki, iddiaçının müqavilələrin ləğvini tələb etməkdə subyektiv hüquqları mövcud deyildir. Belə olan halda isə məhkəmə iddianı rədd etməli idi. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddia tələbində alqı-satqı müqavilələrinin ləğv olunması irəli sürülmüşdür. Hesab edir ki, iddiaçının mülkiyyətçi kimi hüquqları pozulduğundan müqavilələrin ləğvini tələb etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsinivəizahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin olunan hissələrində ləğv edilməli, iddia həmin hissələrdə təmin olunmamalıdır. Belə ki, işdə olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətinə əsasən, Bakı şəhəri, Badamdar qəsəbəsi, 1572 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan «Satıcı» qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə «Alıcı» qismində Cavabdeh3 arasında özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair 3614 saylı, xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi xx.xx.2012-ci il tarixli ********** saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh3 adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 ünvanındakı qeyri-yaşayş binasının istifadəsində olan 8380,8 kv.m. torpaq sahəsini 56.989 manata satmış, Cavabdeh3 isə həmin torpaq sahəsinin tam dəyərini ödəməklə satın almışdır. İşdə olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 ünvanında yerləşən 0,8380 ha torpaq sahəsində yerləşən 15,2 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhər 6 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin surətinə əsasən, X4 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü küçə, 50 ünvanda yerləşən 0,77808 ha torpaq sahəsinin 0,315 ha hissəsini Cavabdeh2 satmışdır. İşdə olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı sahənin bir hissəsində yerləşən 0,315 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü küçə, 50 ünvanda yerləşən müvafiq torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 3614 nömrəli alqı-satqı müqaviləsini, həmçinin X4 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv olunmasını tələb etmişdir (iddiaçının tələbinə görə qeyd edilən alqı-satqı müqavilələri ilə mülkiyyətində olan 0,06 ha torpaq sahəsi də özgəninkiləşdirilmişdir). Qeyd edilməlidir ki, AzərbaycanRespublikasınınMülkiMəcəlləsinin(bundansonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) MM-nin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-nin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-nin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. MM-nin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, müqavilənin ləğvini yalnız onun tərəfləri (müqavilə tərəfləri) və müvafiq əsaslar yarandığı təqdirdə irəli sürə bilər. İşin faktiki hallarından və sübutlardan (müqavilələr və s.) isə görünür ki, iddiaçı ümumiyyətlə ləğv olunmasını tələb etdiyi müqavilələrin tərəfi olmamışdır. Beldə olan halda isə iddiaçının alqı-satqı müqavilələrinin ləğv olunmasını tələb etməkdə subyektiv hüquqları yaranmamışdır (mövcud olmamışdır). Birinci instansiya məhkəməsi isə irəli sürülmüş iddia tələbi üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iddianın müqavilənin ləğvinə yönəlməsini nəzərə almamış, müqavilələrini iddiaçının tələbi üzrə qismən ləğv etməkdə haqlı olmamışdır. Bu səbəbdən də, qətnamə qanuni və əsaslı sayıla bilməz. Göründüyü kimi, müqavilələrin ləğvi barədə iddia tələbinin faktiki və hüquqi əsasları yoxdur, bu səbəbdən də həmin iddia tələbləri təmin oluna bilməzdi. İddia qeyd edilən hissələrdə əsassız olduğundan, hazırki vəziyyətdə qalan hissədə də (çıxarışların, qeydin ləğvi hissədə) təmin oluna bilməz. Həmçinin qeyd edilməlidir ki, kollegiyanın hazırki nəticəsi iddiaçını başqa əsaslarla (məsələn, əqdlərin etibarsızlığı və s.) yeni iddia tələbləri irəli sürmək hüquqlarını istisna etmir. Çünki, MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yönəldiyindən, həmin hissədə qismən təmin olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə iddianın təmin olunan hissələrində ləğv edilməli, iddia yuxarıda sadalanan əsaslar üzrə qeyd edilən hissələrdə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3 qarşı «alqı-satqı müqavilələrinin və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-426/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-426/2020 saylı qətnaməsi iddianın təmin olunan hissələrində («Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh3 arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı ünvanda yerləşən 15,2 kv.m olan qeyri-yaşayış binasının və həmin qeyri-yaşayış sahəsinin istifadəsində olan 8380,8 kv.m torpaq sahəsinin alqı-satqısına dair bağlanmış xx.xx.2012-ci il tarixli 3614No-li müqavilənin 0,06 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə aid olan 0,06 hissədə ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı ünvanda yerləşən 0,315 ha torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı mülkiyyətinə aid olan hissədə ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və həmin qeyd əsasında verilmiş çıxarışın, həmçinin həmin torpaq sahəsinin (iddiaçının mülkiyyətindəki 0,06 ha) alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın qismən ləğv edilməsi» hissədə) ləğv edilsin, iddia qeyd edilən hissələrdə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5181/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5181/2020
29.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver