Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5203/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət X6 nümayəndəsi X9 istirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-443/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət X3 6600 manat sığorta məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 251/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli qətnaməsinin surəti (iş.səh.8), Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 110 saylı qərarının notarial qaydada təsdiq olunmuş surəti (səh.55),Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi 12 saylı TSEK-in SER TSE-01 seriyalı 152630 saylı, xx.xx.2013-cü il tarixli müayinə aktından çıxarışın surəti (səh.12), Qubadlı ƏSMM tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 038262 saylı vəsiqənin notarial qaydada təsdiq olunmuş surəti (səh.11), Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında Dövlət X15 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********7 saylı məktubu (səh.9), Azərbaycan Respublikası Dövlət X10 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, 07.07-694 saylı məktubu (səh.10) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-443/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublıkası Dövlət X2rşı "sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddianın təmin edilməsi və Azərbaycan Respublıkası Dövlət X4 6600 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 4, 5, 7, 8; "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 27; Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət X6 müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Müharibə əlilləri ölkədə sosial qayğıya ehtiyacı olan əsas təbəqələrdən biridir və hər zaman diqqət mərkəzində olublar. Cavabdeh Azərbaycan Respublikası Dövlət X6 adından İdarə Heyətinin sədri Məmmədov Məmməd Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-443/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğvi edilməsi barədə apellyasiya şikayəti vermişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarının 1, 2, 3; "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunun 5-ci maddəsinin ç) bəndinə istinadən qeyd eidlmişdir ki, İddiaçı oğlıı 1977-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Qanunvericiliyə uyğun olaraq sığorta olunana əlillik dərəcəsi hərbi xidmətdən buraxıldığı tarixdən üç il müddətində təyin olunmadığından ona sığorta məbləğinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət X6 nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək, 3 illik müddətin ötürüldüyünü bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını MM-nin 7.1, 897, 911-913, 922 – 926, 933, 935, ; MPM-nin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrinə, ‘Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanununun 4-cü maddəsinin 1-ci hissəsinə və həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli qərarına və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, tərəflərin mənafeləri nəzərə alınaraq qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin hüquqtətbiqetməyə dair dəllərinə münasibətdə qeyd edilməlidir ki, mülki qanunvericilik - hər bir müddəanın hərfi mənasında deyil, onun normalar sistemindəki yeri (preamblua, fəsil və sair), mülki qanunvericiliyin və mülki icraatın ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquqlarının (azadlıqlarının) sosial təbiəti və normativ iyerarxiya, mülki munasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməlidir. Sahəvi qanunvericiliyə əsasən (şəxsin müraciəti olmadan) zamanında müvafiq qurumlar tərəfindən sığorta ödənişi ilə bağlı tədbirlərin görülməməsi (görülməsi barədə sübutların təqdim edilməməsi) müddətin ötürülməsinin üzürsüz səbəblərinə dəlalət etmir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqındaQanunun 8 və 9 cu maddələrinə əsasən sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının vaxtında və düzgün aparılmasına müvafiq icra hakimiyyəti orqanları və maliyyə bazarlarına nəzarət orqanı nəzarət edirlər. Bu Qanunun müddəalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarının, dövlət sığorta orqanlarının və onların bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-in 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət X7 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət X6 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-443/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5203/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5203/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver