Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5213/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(006)- 3190/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(006)-3190/2022 saylı tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2, 26, 114.1.3, 152.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı- ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir.Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hazırki tələblə bağlı ilk öncə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Bu hüquq həyata keçirilmədiyi halda və ya digər səbəbələrlə bağlı tərəflər arasındakı mübahisəyə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. İddiaçı şikayət vermiş, Nəsimi Rayon məhkəməsinin e-2(006)-3190/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməsi və iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki prosessual Məcəllənin 24.2, 25.1, 39.1, 269.2, 268.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırkı iddia tələbi fiziki şəxs olan və sahibkarlıq fəaliyyəti ilə əlaqəsi olmayan Cavabdeh qarşı irəli sürülmüşdür, eyni zamanda mübahisə predmeti də məhz fiziki şəxs olan Cavabdehlə iddiaçı arasında bağlanmış müqavilə öhdəliklərinin icra edilməməsi ilə bağlıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçıMTK ilə Cavabdeh arasında 3 sentyabr 2019-cı il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Nəsimi rayonu, H.Əliyev küçəsi 3224-cü məhəllə , 2-ci bina, mənzil 7, sahəsi 113,2 kv.m olan, 3 otaqlı mənzil satılmışdır. Hazırkı mübahisə predmeti də məhz MTK ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ilə bağlıdır. Bundan başqa, iddia ərizəsinə və hazırkı şikayətə əlavə edilmiş sənədlərdən (nizamnamə, dövlət reyestrindən çıxarış) də göründüyü kimi İddiaçı MTK xx.xx.2005-ci ildə qeydiyyata alınmış, MTK olaraq fəaliyyət göstərmiş fəaliyyəti dövründə də Cavabdehlə MTK arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmış, lakin xx.xx.2021-ci il tarixdə MTK-nın təşkilati hüquqi forması dəyişərək Qapalı Səhmdar Cəmiyyət olmuş və Cəmiyyət İddiaçı MTK-nın bazasında yaradılmışdır və onun hüquqi varisidir, eləcə də hazırkı iddia tələbi üzrə cavabdeh fiziki şəxs olan Cavabdeh nə QSC-nin nə təsisçisi, nə səhmdarıdır, nə də onunla birgə sahibkarlıq fəaliyyəti həyata keçirir. İddia tələbi həm də mənzildən çıxarılma və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə satılan, H.Əliyev küçəsi 3224-cü məhəllə, 2-ci bina 7 saylı mənzil Bakı şəhər Nəsimi Rayonu ərazisində yerləşir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2(006)-3190/2022 saylı tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-32, 149-152, 385, 387.1, 395, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, formal baxımdan ərizənin qeyd edilmiş əsasla qaytarılması mülki prosessual baxımından yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti: 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti: 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Mübahisə predmeti də məhz MTK ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə münasibətlərindən irəli gələn mənzildən çıxarılma və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi ilə bağlıdır, fiziki şəxs olan cavabdeh QSC-nin təsisçisi və ya səhmdarı deyil, habelə iddiaçı ilə birgə sahibkarlıq fəaliyyətinin həyata keçirməsi müəyyən edilmir. Ona görə iddianın mümkünlüyü birinci instansiya məhkəməsində yenidən müzakirə edilməlidir. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyinin hazırlıq və ya məhkəmə baxışı mərhələsinə müvafiq olaraq iddianın və aidiyyətinin mümkünlüyünü, tərəflərin iştirakının təmin edildiyi şəraitdə, onların təqdim etdikləri sübutların mötəbərliyi müstəvisində müzakirə edərək, səlahiyyəti həddində yekun qənaətini əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3190/2022 saylı işi üzrə 07 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyünə yenidən baxılması üçün mülki iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin.