Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5214/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-164/20 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, hər ay cavabdehin qazancının və başqa gəlirlərin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin və əlavə olaraq xx xxxxxx 2017-ci il təvəllüdlü X1 üç yaşınadək 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət edərək, xx xxxxxx 2015-ci ildə bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-164/20 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin olunması, xx.xx.2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının ¼ (dörddə bir) hissəsi miqdarında və əlavə olaraq xx xxxxxx 2017-ci il təvəllüdlü X1 üç yaşınadək 40 (qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış və 468 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx xxxxxx 2017-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması qət edilmişdir. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 qətnamənin ilkin iddia tələbinin təmin olunmasına dair hissədə dəyişdirərək, iddia tələbimin tam təmin olunması, yəni, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərin dörddə bir hissəsi məbləğində aliment, habelə uşaq üç yaşına çatanadək 100 (yüz) manat maddi yardımın tutulub ona verilməsi barədə, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair hissədə isə qətnamənin ləğv olunması və qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh hər ay qazancın və başqa gəlirlərin dörddə bir hissəsi məbləğində aliment tələb etmişdir. Məhkəmə isə Cavabdeh hər ay qazancının ]/4 hissəsi məbləğidə aliment tutulmasını qət etmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmır. Çünki, Ailə Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə isə qanunun tələbini pozaraq cavabdehin başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimenti tutmamışdır. Cavabdeh N saylı hərbi hissədə işləyir və aylıq əmək haqqı 486 manat 16 qəpik təşkil edir. Cavabdehin həmin əmək haqqısının ¼- 121 manat 54 qəpik (486,16 manat : 4 = 121,54 manat) təşkil edir. Məhkəmə əlavə olaraq usaq üç yaşına çatana kimi 40 manat maddi yardım da tutub. Hər iki məbləğ ümumilikə 161 manat 54 qəpik təşkil edir. Hazırda isə məlumdur ki, yaşayış minimumu 170 manatdır. Yəni məhkəmənin müəyyən etdiyi aliment azdır. Nəzərə alsa ki, birgə nikahdan olan uşağın xx.xx.2020-ci ildə 3 yaşı tamam olacaq, o zaman 121 manat 54 qəpik məbləğində aliment alacaq. Bütün bunlar nəzərə alınmalı və iddia tələbi tam təmin olunmalıdır. Qarşılıqlı iddia tələbinə gəlincə isə, qarşılıqlı iddia tələbini qəbul etmir. Həmin hissədə qətnamə ilə razı deyil. Çünki, ailənin dağılmasını istəmir. Qətnamə həmin hissədə ləğv olunmalı və qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməlidir. İşə baxılması vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh atası Bakı Apellyasiya Məhkəməsinə teleqramla müraciət edərək oğlu Cavabdeh başqa rayona təlimə göndərildiyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçı X4 isə üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, tərəflər rəsmi nikahda olmuş və xx.xx.2017-ci təvəllüdlü bir övladları vardır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, ilk iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirdiyi hissədə dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, ilk iddia üzrə cavabdeh hərbi qulluqçudur və onun işlədiyi qurumdan əldə etdiyi qazancından başqa digər gəlirlərinin olması da mümkünsüzdür. İlk iddiaçı cavabdehin hərbi xidməti ilə əlaqədar başqa gəlirlərini nəzərdə tutursa, aliment onsuzda onun bütün qazancından tutulacaqdır. Ona görə də qətnamənin bu hissəsinin dəyişdirilməsinə zərurət yoxdur. İkincisi, xx xxxxxx 2017-ci il təvəllüdlü X3 üç yaşına çatanədək cavabdehdən sabit pul məbləğində tutulmalı olan alimentin məbləğinin 100 (yüz) manat müəyyən edilməsi üçün də aliment ödəyən şəxsin aylıq qazancının cəmi mühüm əhəmiyyət kəsb edir. Qeyd olunduğu kimi cavabdehin qazancı bəllidir. Bu məbləğdən həm dörddə bir hissədə aliment, həm də əlavə tələb edilən miqdarda sabit pul məbləğində alimentin tutulması işin hallarına uyğun olmazdı. Ona görə də bu hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Üçüncüsü, məhkəmə tərəflərin barışması üçün işi üç ay təxirə salmış, lakin barışıq olmamışdır. Qarşılıqlı iddiaçı nikahın pozulmasını təkid etmişdir. Əlbətdə ilk iddiaçının ailənin dağılmasını istəməməyi təqdirə layiq haldır. Lakin nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə qeydiyyata alınan könüllü ittifaqıdır. Tərəfləri zorla nikahda saxlamaq yol verilməzdir. Buna baxmayaraq, tərəflərin qarşılıqlı könüllü razılıq əsasında yenidən nikah bağlamaq və birlikdə yaşamağına qanunda nəzərdə tutulan hallar istisna olmaqla hər hansı bir maneə yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissələrdə dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə dəyişdirilə və ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-164/20 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5214/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5214/2020
28.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver