Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5228/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ər-arvadın ümumi əmlakında payların müəyyən edilməsi və əşyaların qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ər-arvadın ümumi əmlakında paylar müəyyən edilsin və iddiaçıya məxsus əşyalar qaytarılsın. İddia üzrə xx.xx.2022-ci il tarixdə qətnamə qəbul olunub. Apellyasiya şikayətində qətnamənin bir hissəsi mübahisələndirilib. Mübahisələndirilən hissə 2 ədəd avtomobilə aid olan hissədir. Həmin avtomobillər “VAZ- 21074” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Volkswagen Multivan T5” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Odur ki, hazırkı qətnamədə yalnız həmin avtomobillərə aid məlumatlar qeyd olunacaq. Qətnamə ilə qət olunub ki, “VAZ-21074” markalı avtomobildə tərəflərin hər birinin payı ½ hissə müəyyən edilsin, “Volkswagen Multivan T5” markalı avtomobilin dəyərinin yarısı, yəni 12.750 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə həmin avtomobillərə aid hissədə ləğv edilsin, avtomobillərin likvid dəyəri yenidən və düzgün müəyyən edildikdən sonra əmlak bölgüsü aparılsın. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qətnamədə “VAZ-21074” markalı avtomobilə münasibətdə yalnız tərəflərin paylarının miqdarını müəyyən olunub. Ona görə də avtomobilinin dəyərinin müəyyən edilməsinə zərurət yoxdur. Birinci instansiya məhkəməsi bu avtomobil barədə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Qətnamədə “Volkswagen Multivan T5” markalı avtomobilin dəyərinin yarısının, yəni 12.750 manatın tutulması qət olunub. Belə ki, avtomobil nikah müddətdinə əldə olunub, lakin cavabdeh onu iddiaçının razılığı olmadan satıb. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə qərardadı əsasında qiymətləndirici tərəfindən verilmiş qiymətləndirmə hesabatına görə həmin avtomobilin bazar dəyəri 27.600 manat, likvid dəyəri 25.500 manat təşkil edir. Birinci instansiya məhkəməsi likvid dəyərin yarısının, yəni 12.750 manatın tutulmasını qət edib, iddiaçı bunu mübahisələndirməyib. Cavabadeh qətnaməni ona görə mübahisələndirir ki, qiymətləndirmə hesabatı verilərkən avtomobilə baxış keçirilməyib. Müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh avtomobili qiymətləndirmə üçün təqdim etməyib, onu satdığını bildirib. Ona görə də qiymətləndirmə hesabatı avtomobilə baxış keçirilmədən verilib. Cavabdeh avtomobilin dəyərinin həmin qiymətdən fərqli olduğunu təsdiq edən sübut təqdim etməyib. Birinci instansiya məhkəməsi bu avtomobil barədə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Beləliklə, məhkəmə Ailə Məcəlləsinin 32, 36 və 37-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə həmin avtomobillərə aid olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5228/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5228/2022
22.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver