Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5235/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin ödənilməsi) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» 2(010)-2329/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)- 4793/2013 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 11 nömrəli qeydlə xx.xx.2009-cu il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 29 iyun 2009-cü il təvəllüdlü X2 anası - Cavabdeh yanında qalması və İddiaçı 29 iyun 2009-cü il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə 22 aprel 2014-cü il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatanadək hər ay aylıq qazancının və başqa gəlirinin dörddə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.
2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 2015/2021 saylı qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 ilk İddiaçı yanında qalması, ilk İddiaçı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-192/2014 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 üçün ödəməli olduğu alimentdən azad edilməsi, qətnamə üzrə verilmiş icra sənədinə əsasən yığılmış aliment bocunun silinməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4973/2019 saylı qətnaməsi üzrə yığılmış aliment borcundan azad edilməsi qət edilmişdir.
3. xx.xx.2019-cu il tarixli kirayə müqaviləsinə əsasən X3 tərəfindən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 46,2 m2 olan mənzil Cavabdeh kirayəyə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X5 adlı bir uşaqları olmuşdur. Cavabdehlə birgə yaşamaları, ailə münasibətlərini davam etdirmələri mümkün olmamışdır. xx.xx.2014-cü il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4793/2014 saylı qətnaməsi ilə nikahları ləğv edilmişdir. Daha sonra isə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2015/2021 saylı qətnaməsinə əsasən birgə nikahdan olmuş xx.xx.2009-cu il təvəllüdlü X2 onun yanında saxlanması müəyyən olunmuşdur. Cavabdeh ilə nikahları pozularkən qızı X5 onunla yaşamış və uşağın anasına verilməsi mümkün olmamışdır. Uşağın onun yanında qalması müəyyən olunduqdan sonra da, onunla yaşayır və onun hər bir ehtiyacını o ödəyir. Həmin vaxtdan etibarən cavabdeh heç bir aliment ödəməmişdir.
6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2009cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin alimentə aid hissəsində dərhal icra edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ondan ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin yarısı qədər, yəni 97 manat aliment tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli, 2(010)-2329/2022 saylı şikayət edilən qətnaməsi ilə ondan xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi, həmçinin mediasiya üçün ödənilmiş 50 manatın ondan tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı ilə 2009-cu ildə rəsmi nikaha daxil olub ailə qurmuşlar. Nəzrin adlı bir övladları var. İş materiallarında olan qətnamə ilə işin müəyyən edilmiş bu faktiki halını qəbul edir. İddiaçı onun doğma əmisi oğludur. Atası və əmisi rəhmətə gedəndən sonra iddiaçının ona qarşı münasibəti kəskin dəyişmişdir. Atalarının sağlığında iddiaçı ona qarşı bu qədər haqsızlıqlar edə bilmirdi, böyüklər onun haqsızlıqlarını görürdülər və tənbeh edirdilər. Lakin atası ilə əmisi rəhmətə gedəndən sonra artıq münasibətlərini saxlamaq mümkün olmamışdır. Bu abzasda qeyd etdiyi faktiki hallar araşdırılmamışdır. Bu hallar işin düzgün həlli üçün əhəmiyyətli idi, çünki qohumluq münasibətlərində olduqları faktının üzə çıxması iddiaçının hec də uşağın mənafeyini düşünmədiyini təsdiq edəcəkdi və haqqında mənfi rəy yaranmasının qarşısını alacaqdı. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə onlar ayrılmışlar, Nəzrinin onunla qalması və Anardan aliment tutulması qət edilmişdir. İş materiallarında olan qətnamə ilə işin müəyyən edilmiş bu faktiki halını qəbul edir. Lakin Anar müxtəlif yollar tapıb qətnamənin icrasından yayınmış, uşağı ona verməmişdir. Qətnamənin icra edilməməsi barədə şikayət ərizələrinin sayı-hesabı yoxdur. Qızını almaq üçün illərini sərf etmişdir, lakin Anar qətnaməni icra etməmişdir və buna baxmayaraq onun barəsində heç bir tədbir görülməmişdir. Daha sonra Anar aliment üçün məhkəməyə müraciət etmişdir və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(010)-4973/2019 saylı qətnaməsi ilə ondan sabit pul məbləği ilə 80 manat alimentin tutulması qət edilmişdir. Lakin uşağın rəsmi himayəsi onda olduğu üçün apellyasiya şikayəti əsasında qətnamə ləğv edilmişdir. Bu abzasda qeyd etdiyi işin faktiki halları məhkəmə tərəfindən araşdırılmamışdır, halbuki bu faktlar məhkəmə qətnaməsini uzun illər ərzində icra etməyən iddiaçının uşağın mənafeyini deyil, ilk növbədə öz mənafeyini düşünməsinin sübutudur. Ondan 80 manat alimentin tutulması haqda məhkəmə qətnaməsi qəbul edilmişdi. Xüsusilə də işin bu faktiki halı işin düzgün həlli üçün olduqca əhəmiyyətli idi ki, məhkəmə nə üçün məhz 80 manat aliment qət etmişdi. Məhkəmə işin düzgün həlli üçün əhəmiyyətli olan bu faktiki halı araşdırmamışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Nəzrinin ondan alınıb Anara verilməsi qət edilmişdir. Yalnız qətnamənin mövcudluğunu işin faktiki halı kimi qəbul edir. Uşağın artıq 13 yaşı var və onun iddiaçının qulluğuna ehtiyacı yoxdur, həmçinin ölkədə hər bir vətəndaş tibbi sığortalıdır, iddiaçı uşağın sağlamlıq qayğısını qətiyyən çəkmir. Təhsil də pulsuzdur və bu qayğını təhsil müəssisəsi çəkir. Bu qayğılar heç də iddiaçının üzərinə düşmür. İşin düzgün həlli üçün əhəmiyyətli olan bu faktiki hallar da əslində araşdırılmamışdır. Əksinə, guya bu qayğıların iddiaçının üzərinə düşməsi işin müəyyən edilmiş faktiki halı kimi qələmə verilmişdir. Bununla qətiyyən razı deyil və bu halı faktiki hal kimi qəbul etmir. Həmçinin onun işləməsi və qazancının nə qədər olması barədə işin faktiki halı işin düzgün həlli üçün əhəmiyyətli olduğu halda araşdırılmamışdır. Onun məhkəmədə iştirakı olmadan qərar verilməsi ilə bu imkan itirilmişdir. Mövqeyim bu cürdür ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilib. Qətnamənin 2-ci səhifəsində yazılıb ki, guya o, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Halbuki, o, üzürlü səbəbdən gələ bilməmişdir və məhkəmənin iclas katibinə bu barədə məlumat vermişdir. Məhkəmə onun iştirakını təmin etməyərək tələsik qərar vermişdir. Bu səbəblə hazırda ciddi stress və psixoloji sarsıntı keçirir. Təəssüf ki, məhkəmə işə formal əsaslarla yanaşaraq hərtərəfli baxmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. İddiaçı uzun illər qətnaməni icra etməmişdir, indi də gücü çatmayan öhdəliyin üzərinə qoyulmasına çalışır və onun formal mülahizələri əsasında yüksək məbləğdə alimentin qət edilməsi ədalətli deyil. O, Vətən müharibəsndə döyüş tapşırıqlarını icra etdiyi vaxtlarda iddiaçı ona zəng edib şəhid olacağı təqdirdə sığorta pulunu onun alması üçün tədbir görməyini istəyirdi. Bu hallar da araşdırılmamışdır, halbuki əhəmiyyətli hallardır. Göründüyü kimi uşağın minimum yaşayış həddində təminatını nəzərə alarkən ölkə üzrə müəyyən edilmiş 193 manat məbləğin hamısının onun üzərinə qoyulması bu maddənin tələbinə ziddir. Ona görə də hesab edir ki, Ailə Məcəlləsinin 56.1ci maddəsinin tələbləri pozulmuşdur. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən 1 uşağa görə əmək haqqının 1/4 miqdarında aliment tutulur. Beləliklə, şikayət edilən qətnamə ilə bu maddi hüquq norması da pozulmuşdur. Əmək qabiliyyətli vətəndaş olduğu üçün onun da minimum həddə, yəni 220 manat həddində maddi təminatı təmin edilməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli, 2(010)-4793/2013 saylı qətnaməsi ilə övladları Nəzrinin saxlanması üçün 1/4 miqdarda alimentin tutulması qət edilmişdi. Həmçinin həmin məhkəmənin 07 oktyabr 2019-cu il tarixli 2(010)-4973/2019 saylı qətnaməsi ilə ondan sabit pul məbləği ilə 80 manat alimentin tutulması qət edilmişdi. Yəni uşağın əvvəlki təminatının səviyyəsi bu cür müəyyən edilmişdir. Həmçinin diqqətəlayiq olan digər hallar, o cümlədən onun ağır həyat şəraiti, kirayədə qalmağı nəzərə alınmamışdır. Beləliklə, bu maddi hüquq norması da heç şübhəsiz pozulub. Qanunvericiliyə əsasən uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi şərt kimi qeyd edilib. Lakin uşağın artıq 13 yaşı var və onun iddiaçının qulluğuna ehtiyacı yoxdur, əksinə bir çox hallarda uşaq iddiaçıya qulluq edir. Həmçinin ölkədə hər bir vətəndaş tibbi sığortalıdır, iddiaçı uşağın sağlamlıq qayğısını qətiyyən çəkmir. Təhsil də pulsuzdur və bu qayğını təhsil müəssisəsi çəkir. Məişət qayğıları dedikdə də bu qayğıları da iddiaçı çəkmir. Bu qayğılar heç də iddiaçının üzərinə düşmür. Həmçinin yaşayış minimumu haqqında qanunda göstərilən minimum dolanışıq xərcinin hamısı onun üzərinə qoyulub. Göründüyü kimi, burada da qanun pozulub. O, üzürlü səbəbdən gələ bilməməsini məhkəmənin iclas katibinə bildirmişdir. Ona görə də, məhkəmə baxışı təxirə salınmalı idi. Onun iştirakı olmadan işə baxılması prosessual hüquq normasının pozulmasıdır. Onun işləyib-işləməməsi və qazancının stabil, yoxsa qeyri-müntəzəm olması faktiki halı məhkəmə tərəfindən aydınlaşdrılmamışdır. Halbuki iş materiallarındakı qətnamələrdə onun işləməsi haqda kifayət qədər məlumat vardı. Həmçinin onun iştirakım təmin edilməklə buna aydınlıq gətirilə bilərdi. Onun qazancının hansı şəkildə olması qət edilən alimentin qazancın hissəsi kimi və ya sabit pul məbləği ilə müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edirdi. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(010)-4973/2019 saylı qətnaməsi ilə ondan sabit pul məbləği ilə 80 manat alimentin tutulması qət edilmişdi. Həmçinin, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli, 2(010)-4793/2013 saylı qətnaməsi ilə övladları Nəzrinin saxlanması üçün 1/4 miqdarda alimentin tutulması qət edilmişdi. İşin bu faktiki halları, yəni məhz bu miqdarda aliment qət edilməsi halları məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Bu faktiki hal uşağın əvvəlki saxlanma səviyyəsinin müəyyən edilməsi barədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu halların düzgün aydınlaşdırılmaması məhkəmənin gəldiyi nəticənin yanlış olmasına səbəb olmuşdur. Bu baxımdan bu hallar əhəmiyyət daşıyırdı.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
10. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda valideynlərdən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
13. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
14. Həmin Qanunun 13-cü maddəsinə və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
15. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
16. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Apellyasiya baxışının hədləri
17. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – tutulan alimentin miqdarına dair hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
19. Birinci instansiya məhkəməsi azyaşlının yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulması barədə düzgün nəticəyə gəlsə də, tutulmalı olan alimentin məbləğinə dair mövqeyi əsaslı olmamışdır.
20. Belə ki, qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur.
21. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətini, hər iki valideynin uşaqlarını saxlamağa borclu olduqlarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan alimentin miqdarı hissəsində dəyişdirilməli, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində tutulmalı olan alimentin miqdarı 100 (bir yüz) manat müəyyən edilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 23 Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(010)- 2329/2022 saylı qətnaməsi mübahisələndirilən – tutulan alimentin miqdarı hissəsində dəyişdirilsin. Alimentin miqdarı xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.