Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5253/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması, cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair ilkin və Cavabdeh İddiaçı qarşı “cehiz və qızıl əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə qəbul edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(005)-1019/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması, cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus iddia ərizəsində qeyd edilən cehiz əşyalarının (1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan boz rəngli, 1 ədəd televizor altlığı ağ rəngli, 1 ədəd kamot, 2 ədəd bar dəsti, 1 ədəd balaca stol, 1 ədəd qara rəngli televizor (Samsung firması), yataq otağı dəsti (ağ rəngli kamot, 2 ədəd tumba, 1 ədəd böyük şkaf, 1 ədəd ağ rəngli böyük çarağayı), 1 ədəd ağ rəngli uçaq çarpayısı, 1 ədəd boz rəngli paltaryuyan, 1 ədəd yemək servisi, 1 ədəd çay servisi, 2 ədəd qrafin, 6 ədəd bakal dəsti, 2 ədəd balaca saat, 1 ədəd güldan, 2 ədəd güldan qabı dəst, 2 ədəd kamot üstü güldan, 2 ədəd balıq qabı dəsti ( 7 ədəd yanında digər qabları ilə birgə), 6 ədəd çay stəkan dəsti ( 7 fincan, 7 nəlbəki ilə birgə), 1 ədəd böyük tort qabı, 1 ədəd balaca tort qabı ( 6 ədəd boşqabı ilə birgə), 14 ədəd boşqabı dəsti ( 2 böyü, 2 kiçik bulut qabı ilə birgə), 6 ədəd nəlbəki, 1 ədəd ləpə qabı, 4 ədəd güldan, 1 ədəd təzə qazan, 12 ədəd bakal, 1 ədəd qrafin dəsti (6 ədəd bakalı ilə birgə), 1 ədəd təzə tort qabı, 12 ədəd boşqab, 12 ədəd nəlbəki, 3 ədəd qazan, 1 ədəd padnos, 1 ədəd tava, 1 ədəd çaydan, 1 ədəd çaynik, 12 ədəd fincan, 4 ədəd konfert qabı, 1 ədəd ət çəkən, 6 ədəd təzə qazan, 1 ədəd soba, 7 ədəd təzə dəsmal dəsti, 1 ədəd təzə süfrə, 8 ədəd yastıq, 1 ədəd yorğan, 1 ədəd çaydan təzə, 4 ədəd təzə ədyal, 1 ədəd qazan dəsti (Gülsan firması), 2 ədəd təzə dəsmal, 1 ədəd pastel dəsti, 1 ədəd aşsüzən, 12 ədəd qaşıq dəsti, 1 ədəd bıçaq) ünvan 1 ünvanında yerləşən evindən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, Cavabdeh İddiaçı qarşı “cehiz və qızıl əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində qeyd edilən cehiz əşyalarının və ona hədiyyə olunmuş qızılların ona verilməsi, yaxud dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata götürülərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)- 1019/2019 nömrəli qətnaməsi ilə ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən cehiz əmlakları və geyim əşyaları: Türkiyə istehsalı olan qonaq otağı dəsti-dəyəri 4.000 manat; Türkiyə istehsalı olan yataq otağı dəsti-dəyəri 4.000 manat; bir ədəd “Samsung” markalı plazma, eynəkli televizor-dəyəri 3.200 manat; bir ədəd “Samsung” markalı soyuducu-2.500 manat; bir ədəd “Samsung” markalı paltaryuyan maşın- dəyəri 3.000 manat; Türkiyə istehsalı olan künc divanı-dəyəri 2.500 manat; bir ədəd zal üçün yun xalça-dəyəri 800 manat; yataq otağı üçün pərdə-dəyəri 150 manat; bir dəst lüstur zal üçün-dəyəri 200 manat; bir dəst lüstr yataq otağı üçün-150 manat; bir ədəd uşaq çarpayısı-500 manat; bir ədəd süfrə-100 manat; bir ədəd süfrə-50 manat; bir ədəd ətçəkən maşın-150 manat; bir ədəd ütü-120 manat; bir ədəd kofeçəkən maşın-30 manat; bir ədəd blender-35 manat; bir ədəd mikser- 30 manat; bir ədəd tozsoran-200 manat; bir ədəd duxovka adlanan soba-150 manat; bir ədəd saat-40 manat; bir ədəd taxt üçün döşək; iki dəst ayrıca yorğan-döşək-200 manat; dörd ədəd böyük yastıq-240 manat; iki ədəd buxovlu adyal-120 manat; bir ədəd gəlinlik pokrıval adlanan çarpayı örtüyü-350 manat; bir ədəd uşaq çarpayısı, ləvazimatı ilə birlikdə-700 manat; bir ədəd süfrə-80 manat; iki ədəd süfrə-100 manat; 2 ədəd pastel- Klas-100 manat; 2 ədəd dəsmal Tac böyük və kiçik-65 manat; 2 ədəd dəsmal Tac-80 manat; 2 ədəd əl-üz dəsmalı-30 manat; 3 ədəd çay dəsmalı yığma-75 manat; 12 dəst dəsmal-60 manat; Adyal 1 ədəd-60 manat; 1 dəst Yorğan-döşək 2 nəfərlik-100 manat; 1 dəst tək adamlıq yorğan-döşək-40 manat; Pastel 2 ədəd-100 manat; 1 ədəd pastel “Öz dilək”-60 manat; 1 ədəd pastel-160 manat; Pastel-Kamon-50 manat; 1 ədəd gəlinlik pastel ağ rəngli-200 manat; 1 ədəd pastel-80 manat; 3 qutu çay dəsmalı 6 dəst olmaqla-75 manat; 1 ədəd böyük dəsmal qaşla bəzədilmiş-25 manat; 1 komplekt kiçik dəsmal-30 manat; 1 komplekt böyük dəsmal 6 ədəd-60 manat; 1 ədəd Kom. Doca dəsmal-30 manat; 1 paket can dəsmalı-100 manat; 1 paket əl-üz dəsmalı-50 manat; 1 ədəd mətbəx üçün xalça-100 manat; 1 ədəd butulka formada yığılmış və qaşla bəzədilmiş pərdə-550 manat; 1 ədəd uşaq üçün xalça oyuncaqlı-200 manat; Qablar: üç ədəd bəzək üçün böyük vazlarcəmi dəyəri 750 manat; bir ədəd bəzəkli dekorativ tovuz quşu, ağqızılı rəngli-200 manat; bir komplekt (36 predmetdən ibarət) nahar servisi-500 manat; bir komplekt (24 predmetdən ibarət) nahar servisi-400 manat; bir komplekt çay servisi-150 manat; altı dəst billur çay stəkanı-180 manat; altı qutu nəlbəki-120 manat; iki qutu billur armudu stəkan-60 manat; iki qutu nəlbəki-30 manat; bir ədəd su qrafini və stəkan komplekti-60 manat; bir komplekt qaşlı, bəzəkli qrafin və stəkanlar dəsti-80 manat; billur bakallar dəsti-90 manat; bir ədəd divar saatı40 manat; bir ədəd üç mərtəbəli qaşıqlar dəstindən ibarət çemodan- 550 manat; üç ədəd qazan dəsti-cəmi 300 manat; üç ədəd Tefal qazanlar-cəmi 150 manat; dörd ədəd “Jarovnik” adlanan qazanlar dəsti-250 manat; bıçaq dəsti-60 manat; Tefal qazanlar üçün qaşıq naboru-40 manat; Paslanmayan iri qaşıq dəsti-40 manat; bir ədəd çaydan dəm çayniki ilə birlikdə-50 manat; elektrik samovarı çayniki ilə birgə-200 manat; gümüşü qab naboru (meyvə, konfet, ləpə qabı mərtəbəli) 250 manat; ağ şüşə qab dəsti (dəstə 2 meyvə qabı, 2 konfet qabı, bir ədəd pilləli ləpə qabı daxildir)-250 manat; tort qabı (6 nəfərlik)-100 manat; balıq formalı balıq qabı-bir ədəd-150 manat; bir ədəd şirniyyat qabı-60 manat; bir ədəd ləpə çəkən maşın-30 manat; iki ədəd ləyən və aşsüzən40 manat; bir ədəd böyük bəzək qabı (svarovski qaşlarla) üç hissəli-1.000 manat; iki ədəd kofe dəsti, ağ gümüşü rəngli-30 manat; iki ədəd fen və ütü feni-cəmi 120 manat; 4 dəst çay servisiqızılı, gümüşü, qırmızı və ağ rəngli-120 manat; 1 dəst qaşıq naboru 24 nəfərlik-120 manat; 1 ədəd gümüşü rəngli çaydan-40 manat: paltarlar: bir ədəd krem rəngli “Kaşimir” paltodəyəri 500 manat; bir ədəd süd rəngli palto-Zara firması Türkiyə istehsallı-400 manat; bir ədəd parça materialdan qara rəngli gödəkçə-100 manat; bir ədəd göy rəngli parça materialdan gödəkçə-90 manat olan əmlakların qarşılıqlı iddiaçı Cavabdeh qaytarılması, yuxarıda göstərilən əmlaklardan hər hansı biri mövcud olmadığı təqdirdə, onların dəyərinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutulub qarşılıqlı iddiaçı Cavabdeh verilməsi, qalan hissədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)-1019/2019 nömrəli qətnaməsindən apellyasiya şikayətini 29 mart 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə müvafiq məhkəməyə təqdim etmişdir. Qeyd edilən apellyasiya şikayəti 02 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 362-364-cü maddələrinin tələblərinə əməl edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(005)- 1019/2021 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)-1019/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(005)-1019/2021 qərardadından şikayət verərək onun ləgv edilməsini, müddətin üzrlü səbəbdən ötürüldüyünü və mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)-1019/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət üzrlü səbəbə görə ötürülüb. Belə ki, mülki işə baxılan zaman, işlə əlaqədar bəzi qərardadlar qəbul edilmişdir və həmin qərardadlardan şikayətlər verilmişdir. Həmin qərardadlardan verilən şikayətlərin baxılması bilavasitə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)-1019/2019 nömrəli qətnaməsindən verilən apellyasiya şikayətindən əvvəl olmalıydı. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(005)- 1019/2021 nömrəli nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 360-cı maddəsinin tələbinə əsasən isə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, müvafiq qətnamənin surətini Cavabdeh 24 dekabr 2019-cu il tarixdə poçt xəbərnaməsinə imza etməklə qəbul etmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)-1019/2019 nömrəli qətnaməsindən apellyasiya şikayətini 29 mart 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə müvafiq məhkəməyə təqdim etmişdir. Qeyd edilən apellyasiya şikayəti 02 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 362-364-cü maddələrinin tələblərinə əməl edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş 1 (bir) aylıq prosessual müddət ötürülməklə verilmiş, şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(005)- 1019/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5253/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5253/2021
18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver