Məhkəmə qərarları › İş №2(103)-5253/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5253/2022

29.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5253/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qızıl-zinət əşyalarının geri qaytarılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1407/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qızıl-zinət və cehiz əşyalarının qaytarılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh - Cavabdeh1 arasında 24,08.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 66 saylı nikahları qeydə alınmışdır. Onların birgə nikahlarından bir övladı - xx.xx.2020-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdehlə onun arasında olan ailə münasibətləri o, hamilə olan zamandan tamamilə pozulmuşdur. 2 aylıq olan doğma övladı Əlinin nə səhhəti, nə maddi, nə də ki, mənəvi ehtiyaclarından ötrü bir ata kimi xəbəri yoxdur. Hamiləlik xərclərinin çoxunu onun validenyləri ödəmişdir. Cavabdeh ona bildirir ki, o, gəncdir və həyatını yaşamaq istəyir. Cavabdeh xırda bir məsələni şişirdərək, evdə sözsöhbət yaradır və dinc yaşayış şəraitini pozduğu üçün o, məcbur olub nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə onun qeydiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda mülki iş məhkəmə icraatındadır. Cavabdeh1 ilə ailə həyatı quran zaman ünvan 1-də yerləşən 30 saylı mənzilə gəlin köçmüşdür. Onun bütün cehiz əmlakları da həmin mənzilə yerləşdirimişdir. Aşağıda adlarını sadaladığı əmlaklar onun cehiz əşyalarıdır. yataq otağı üçün dəst mebel (taxt kravat bazalı, güzgülü termo 3 çəkməcəli, pufik, 2 tumbavə şfaner) - 5 500 manat dəyərində, qonaq otağı üçün dəst – (Sultan markalı künc divan, stol və 06 ədəd stul, güzgülü kamot) - dəyəri - 3 500 manat dəyərində, uşaq otağı üçün mebel dəsti - 700 manat dəyərində, mətbəx üçün bəzəkli şüşə stol və 02 ədəd tapletkası - 450 manat, hamam otağı (moyka) - 520 manat dəyərində, soyuducu -1300 manat, paltaryuyan maşın - 860 manat, ətçəkən maşın - 220 manat, sokçəkən maşın (işlənməmiş) - 120 manat, mebelin içinə yerləşdirilmiş soba - 756 manat, Royal markalı Blender, mikser seti 5in 1 (qutuda) - 270 manat dəyərində, mikser (qutuda) - 30 manat dəyərində, elektriklə işləyən manqal (qutuda) - 120 manat, aspirator - 340 manat dəyərində, dörd göz mebel üstü qaz piltəsi - 250 manat dəyərində, limon, apelsin sıxan - 57 manat dəyərində, üstü nikel ana bala tok çayniki - 50 manat dəyərində, üstü nikel tək tok çaynik (qutuda) - 25 manat dəyərində, üstü şüşə içi işıqlı tok çayniki (qutuda) - 45 manat dəyərində, kofe bişirən aparat - 40 manat dəyərində, 3 mərtəbəli par qazanı (qutuda) - 170 manat dəyərində, toster - 30 manat dəyərində, elektron mətbəx tərəzisi (qutuda)- 23 manat dəyərində, 02 ədəd smart televizor - 750 manat və 650 manat dəyərində, tozsoran - 370 manat dəyərində, buxarlı tozsoran (qutuda) - 250 manat dəyərində, ütü - 220 manat dəyərində, Silikon aparatı -15 manat dəyərində, epilyator-90 manat dəyərində, 02 ədəd hava feni (qutuda) - 80 manat və 45 manat dəyərində, düzləşdirən saç feni - 35 manat dəyərində, manikür aparatı - 45 manat dəyərində, masajor -15 manat dəyərində, 02 ədəd taxt yanı üçün naçnik – 02 led lampa - 80 manat və 6 manat dəyərində, uşaq otağı üçün batareyah naçnik - 15 manat dəyərində, uşaq kravatına asılan Bateriyalı musiqili oyuncaq seti - 45 manat dəyərində, uşaq otağı üçün çilçıraq - 3led lampa - 80 manat və 9 manat dəyərində, kalidor üçün çilçıraq – 1 led lampa - 3 manat dəyərində, yataq otağı üçün çilçıraq – 1 led lampa - 140 manat və 3 manat dəyərində, qonaq otağı üçün çilçıraq 06 ədəd şamdanlı – 6 led lampa - 35 manat və 18 manat dəyərində, lipuçka aparatı - salfetkası və dərmanı ilə birlikdə - 40 manat dəyərində, kofe üyüdən aparat - 25 manat dəyərində, bilinçik tavası elektrikli - 28 manat dəyərində, 12 ədəd xrustal stəkan və 12 ədəd xrustal nəlbəki - 95 manat dəyərində, 12 ədəd xrustal armudu stəkan və 12 ədəd xrustal nəlbəki - 90 manat dəyərində, 06 ədəd ağ keramika üstü qaşlı armudu stəkan və 06 ədəd eyni naxışlı nəlbəki (dəst qutuda) - 50 manat dəyərində, çay servisi hər şey daxil (dəmlik, çaynik, 06 ədəd fincan, 06 ədəd nəlbəki, 06 ədəd tort qabı, qənd qabı və pesok qabı) - 220 manat dəyərində, 01 ədəd külqabı xrustal (Qədimi) - (Qiyməti bilinmir), 02 ədəd maddona markalı kül qabı -100 manat dəyərində, meyvə qabı (qırmızı rəngli) - 25 manat dəyərində, 4lü şüşə meyvə qabı - 55 manat dəyərində, çərəz qabı 02 mərtəbəli - 1i şüşə üstü qaşlı 30 manat, 1i sadə 15 manat dəyərində, Luminarc qrafin və 06 ədəd bakalı - 03 dəst - 42 manat dəyərində, Luminarc tort qabı və 06 ədəd boşqabı ilə birlikdə - 05 dəst - 32 manat dəyərində, yemək servisi hər şey daxil -180 manat dəyərində, 06 ədəd fincan və kiçik ölçülü nəlbəki dəsti - 05 dəst - 35 manat dəyərində, 12 ədəd yemək qabları, 12 ədəd salat qabı, 12 ədəd dolma qabı, 12 ədəd aş qabı, 12 ədəd sup qabı -150 manat dəyərində, 3lü ədviyyat qabları-04 dəst - 15 manat dəyərində, saxlama qabları 06 ədəd - orta ölçülü, böyük ölçülü və kiçik ölçülü - 20 manat dəyərində, qənd qabı -04 ədəd - 35 manat dəyərində, Pesok qabı - 02 ədəd dəyərində - 20 manat dəyərində, Xrustal mürəbbə qabı 04 ədəd - 30 manat dəyərində, Bəzəkli qablar (Suvinir) - 2 qab və 1 ədəd güldan -480 manat dəyərində, 12 ədəd maskura qaşıqları ilə birlikdə - 20 manat dəyərində, 06 ədəd dondurma qabları, qaşıqları ilə birlikdə - 20 manat dəyərində, qaşlı keramika armudu stəkan, nəlbəki və tort qabları ilə birlikdə - 06 ədəd 150 manat dəyərində, 02 ədəd kamot qarşısına qoyulan firuzə qaşlı qablar (heç istifadə olunmayıb) - 150 manat dəyərində, Xrustal və içi arakəsməli çərəz qabı - 25 manat dəyərində, 02 ədəd uzunsov xrustal çərəz qabı -25 manat dəyərində, 02 ədəd lotka formalı çərəz qabı xrustal - 25 manat dəyərində, 24 karat qızıl suyuna batırılmış qrafın və 6 ədəd bakalı - 280 manat dəyərində, 24 karat qızıl suyuna batırılmış çay qaşıqları - 12 ədəd - 30 manat dəyərində, Sinbo markalı tərəz və meyvə doğrayan - 25 manat dəyərində, Jovvissa markalı kofe servisi - 50 manat dəyərində, Nikel qazan dəsti 06 ədəd - 350 manat dəyərində, Tökmə qranit Türkiyə istehsalı qazan dəsti -04 ədəd qazan və 01 ədəd tava-170 manat dəyərində, Cenk markalı böyük ölçülü qazan - 50 manat dəyərində Qranti tava - 28 sm ölçülü - 18 manat dəyərində, Qranit yumurta tavası - 9 manat dəyərində, Qranit bilinçik tavası - 7 manat dəyərində, Tefal bilinçik tavası kiçik ölçülü - 6 manat dəyərində, Termos Alman istehsalı - 78 manat dəyərində, Çaynik dəmlik - 35 manat dəyərində, Çamadan -12 ədədli çəngəl, qaşıq və s. dəsti -150 manat dəyərində, Qaşıq, çəngəl dəsti - stolüstü qabı ilə birlikdə 02 dəst - 06 ədədli - 50 manat dəyərində, Tefal və qranit qazan və tava üçün qaşışq dəsti - 07 ədəd - 25 manat dəyərində, Paslanmayan tort servisi üçün bıçaq - 35 manat dəyərində, 02 dəst keramik bıçaq dəsti 06 ədədli - 60 manat dəyərində, Tefal və qranit qazan və tava üçün 07 ədədli - slikon qaşıq dəsti - 45 manat dəyərində, Limon sıxan, qoz qıran, kanserva açan hamısı birlikdə -10 manat dəyərində, İynə sap naboru - 7 manat dəyərində, Silikonlu veşilkalar -10 ədəd -14 manat dəyərində, Peçenya qəlibləri - 8 manat dəyərində, Zibil qabı -10 manat dəyərində, ət taxtası – 03 razmer -15 manat dəyərində, dəmir veşilkalar -12 ədəd- 8 manat dəyərində, Hamam üçün 3lü dəst qaşlı -35 manat dəyərində, Pol silən türkiyə istehsalı -55 manat, Tas - 8 manat dəyərində, Qazan tutan və qazan qapağı naboru -18 manat dəyərində, 3 cüt silikonlu dəsmal asılqanları - 9 manat dəyərində, Quran qabı içində quran kitabı ilə birlikdə - 50 manat dəyərində, 02 ədəd 32 gb flaskart - 50 manat dəyərində, Xına və toy albomlarım və diskləri, Toy güzgüsü və 02 ədəd şamdan, Kodlu seyf kapilka -18 manatv dəyərində, Oyuncaqlı qəbik kapilkası - 8 manat dəyərində, Ütü masası - 55 manat dəyərində, Plastik süpürgə və xəkəndaz -10 manat dəyərində, İpəksi su bidonu -19 L -11 manat dəyərində, Su pompası -10 manat dəyərində, tyorka - 7 manat dəyərində, 3lü padnos dəsti - 30 manat dəyərində, 24 ədəd əl-üz üçün dəsmal -150 manat dəyərində, 12 ədəd böyük ölçülü dəsmal (hamam üçün) - 200 manat dəyərində, 24 ədəd çay dəsmalı - 130 manat dəyərində, 04 ədəd kitab pastel - 90 manat, Üstü svarovski qaşlarla işləməli pakrival dəsti qəhvəyi rəngdə - 280 manat dəyərində, Üstü mirvərili pakrival dəsti (çəhrayı rəngdə) -120 manat dəyərində, 01 ədəd 4 mövsüm pastel - 120 manat dəyərində, 01 ədəd sintifon yorğanlı paste! -150 manat dəyərində 04 ədəd makrofka pastel - 70 manat dəyərində, Yataq otağı üçün pərdə (günəşlik, tül və dekor)- 380 manat dəyərində, Qonaq otağı üçün tul pərdə -120 manat dəyərində, Uşaq otağı üçün bəzəkli jalüz - 80 manat dəyərində, Uşaq otağı üçün aboy -04 rulon - 35 manat dəyərində, Ev üçün tərliklər - yay və qış üçün 05 cüt - 60 manat dəyərində, Xalça - 300 manat dəyərində, 02 ədəd ayaq altı daroşka - 12 manat dəyərində, Qapı ağzı üçün daroşka - 9 manat dəyərində, Atlas pastel, üstü işləməli və ağ rəngdə - 220 manat dəyərində, Roberto cavalli markalı süfrə - 65 manat dəyərində, Kətan süfrə 8 nəfərlik - 90 manat dəyərində, Dantellərlə işləməli əl işi süfrə - 8 nəfərlik -140 manat dəyərində, 03 ədəd əlavə süfrə -150 manat dəyərində, 02 ədəd salfetka qoymaq üçün parça qab - 20 manat dəyərində, Uşaq çantası üstü dovşanlı -15 manat dəyərində, Mətbəx mebeli üçün 4seksiya yuxarı, aşağı - 850 manat, mətbəx mebeli moykası-100 manat, Krant və simisitel - 80 manat. Onun yadında qalan əşyaları bunlardır. Vafideynləri tərəfindən alınmış qızıl - zinət əşyaları isə bunlardır. 05 qaş üzük 583 prob - 350 manat dəyərində, qolmaq cartier markalı 18 qram və 583 prob-1 260 manat dəyərində, Mirvarılı və uzun formadan 585 prob sırğa - 320 manat dəyərində, Ürək klon və sep - 500 manat dəyərində, Sırğa 585 prob – 120 manat dəyərində, 05 qaş briliant üzük (kişi üçün) - 750 prob - 550 manat dəyərində, Gümüş ürək sep və A hərfi ilə birlikdə - 30 manat dəyərində, gümüş qolbağ svarovski qaşlarla - 55 manat dəyərində, Gümüş tək qaş üzük - 20 manat dəyərində. Bundan əlavə onun geyinilməmiş yeni geyimləri də cavabdehlərin evində qalmışdır. Belə ki bildirmək istəyir ki, o, nikahın pozulması uşağın ananın himayəsinə verilməsi tələbini qaldırdıqdan sonra cavabdehlərə valideynləri ismarıc göndərmişdir ki, ona aid bütün cehiz əşlaklarını götürmək istəyirlər. Cavabdehlər isə buna etirazını bildirirək, imkan verməmişlər ki, ona aid əmlakları və əşyaları götürsünlər. Bir müddət sonra keçmiş qaynatası Cavabdeh2 onlara xəbər göndərmişdir ki, o, onların bütün əşyalarını 166-nin anbarına yerləşdirmişdir, gedin oradan götürün. Anası həmin anbara getdikdə isə nəmlik və kif içərisində bərbad bir halda və hər şey bir-birisinin içərisinə girmiş, dağınıq və pis vəziyyətdədir. Onlar bununla bağlı cavabdehlərə narazılıqlarını bildirdikdə isə təcili evlərini satmalı olduğunu deyərək, başından eləmişdir. Keçmiş əri Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olsa da, hazırda yeni aldıqları evdə keçmiş qaynatasının evində yəni, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, ev 19, mənzil 21-də (Gəncə xanı) yaşayırlar. Onun geyimləri, hər şey cavabdehlərin evindədir. Hətta o, evinə aldıqları xırda avadanlıqları yazmamışdır. Bildirir ki, cavabdehlər onu evdən atasının evinə qonaq adı ilə gəldiyi üçün qızıl-zinət əşyalarını da özü ilə götürə bilməmişdir. Dəfələrlə onlara heç olmasa ona məxsus nikahdan əvvəl valideynləri tərəfindən müxtəlif vaxtlarda aldıqları qızıl-zinət əşyalarını cavabdehlərdən istəsə də, verməkdən imtina etmişdirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. Məhkəməyə ərizə ilə müraciət etməyinin səbəbi, ona hədiyyə alınmış qızıl-zinət əşyalarının və cehiz əmlaklarının cavabdehlər tərəfindən ona qaytarılmaması ilə bağlıdır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1407/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, aşağıdakı adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa və ya yararsız vəziyyətdə olsa onların dəyərinin Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi: əyar 583 və dəyəri 380 manat olan beş qaşlı qadın üzüyü, əyar 583 və dəyəri 1100 manat olan qolbaq (“Cartier”), dəyəri 520 manat olan hamam otağı moykası, dəyəri 120 manat olan “Gorenje” markalı şirəçəkən, dəyəri 23 manat olan “Vitek” markalı elektron mətbəx tərəzisi, dəyəri 15 manat olan silikon aparatı, dəyəri 90 manat olan “Philips” markalı epilyator, dəyəri 45 manat olan “Enzosalon” markalı hava feni, dəyəri 45 manat olan “Premier” markalı manikür aparatı, dəyəri cəmi 50 manat olan “Pro Wax” lipucka aparatı, salfetkası və dərmanı ilə birlikdə, dəyəri 25 manat olan “Luminarc” markalı qırmızı rəngli meyvə qabı, dəyəri cəmi 42 manat olan “Luminarc” markalı qrafin və 6 ədəd bakalı, dəyəri cəmi 64 manat olan “Luminarc” markalı tort buludu 6 ədəd boşqabı ilə - 2 dəst, dəyəri 180 manat olan Türkiyə istehsalı yemək servisi hər şey daxil, dəyəri cəmi 40 manat olan “Luminarc” markalı 6 ədəd dondurma qablı qaşıqları ilə birlikdə - 2 dəst, dəyəri cəmi 30 manat olan 24 karat qızıl suyuna batırılmış 12 ədəd çay qaşığı, dəyəri cəmi 170 manat olan Türkiyə istehsalı “Galaxy” tökmə qranit tava dəsti, dəyəri cəmi 35 manat olan Türkiyə istehsalı tort servisi üçün paslanmayan bıçaq və tort götürən, dəyəri cəmi 45 manat olan tefal və qranit tava və qazan üçün “Silicone Genny” markalı 7 ədəd silikon qaşıq dəsti, dəyəri cəmi 8 manat olan silikon peçenya qəlbləri, dəyəri cəmi 10 manat olan 2 ədəd orta və böyük ölçülü ət taxtası, dəyəri cəmi 35 manat olan hamam üçün qaşlı 3 dəst, dəyəri cəmi 18 manat olan qazan tutan və qazan qapağı dəsti, dəyəri 8 manat oyuncaqlı pul daxılı, dəyəri cəmi 50 manat olan 2 ədəd 32 gb flaşkart, dəyəri cəmi 18 manat olan Türkiyə istehsalı ütü masası üstü (maçalka və ütü altı), dəyəri 11 manat olan “İpeksu” 19 litrlik su bidonu, dəyəri cəmi 70 manat olan 9 ədəd əl-üz üçün dəsmal, dəyəri cəmi 90 manat olan “Sarev Vupline” hamam üçün böyük ölçülü 5 ədəd dəsmal, dəyəri cəmi 48 manat olan 8 ədəd çay dəsmalı manat, dəyəri cəmi 270 manat olan “Akhome Vipline” markalı 3 ədəd kitab pastel, dəyəri 120 manat olan “Gökyüzü Vipline” üstü mirvarili çəhrayı pakrival dəsti, dəyəri 280 manat olan “Gökyüzü Vipline” markalı üstü svarovski qaşlarla işləməli qəhvəyi rəngli pakrival dəsti, dəyəri cəmi 120 manat olan “Akhoma Vipline” markalı 4 mövsüm pastel, dəyəri cəmi 140 manat olan “Maxrofta” markalı 2 ədəd pastel, dəyəri 150 manat olan “Gökyüzü Vipline” markalı sintifon yorğanlı pastel, dəyəri 80 manat olan uşaq otağı üçün bəzəkli jalüz, dəyəri cəmi 850 manat olan dörd seksiyalı mətbəx mebeli, iddianın digər hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən: Cəmilə Musayeva).

4. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin iştirakı olmadan qətnamə çıxarmış, məhkəmə iclasında cavabdehin iştirakı təmin edilməmişdir. İddia tələbi tamamilə əsassız olmuşdur. Çünki, cavabdehin keçmiş gəlini İddiaçı məxsus cehiz əşyaları qablaşdırılaraq tam sayda və salamat formada saxlanca verilmişdir. Cavabdeh “RAYs Group“ MMC ilə 015 nömrəli, xx.xx.2020-ci il tarixində müvəqqəti saxlama müqaviləsi bağlamış, iddiaçıya məxsus bütün əşyalar, hamam otağı moykası evdə sındığı üçün istisna olmaqla icraçı şirkətə təhvil verilmiş, həmin şirkətin nümayəndələri tərəfindən iddiaçıya təqdim edilmişdir. İddiaçının cavabdehdən tələb etdiyi cehiz və qızıl zinət əşyaları cavabdehdə qalmamışdır. Belə olan halda hansı əmlakların ona qaytarılmasından söhbət gedə bilər?! İşə baxan hakim qətnamə çıxarərkən cavabdehə qarşı qərəzli olmuşdur. Məhkəmə qətnaməsində göstərilir ki, “İddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının ona cavabdeh tərəfindən hədiyyə verilməsi yəni iddiaçının həmin əşyaların mülkiyyətçisi olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının halhazırda kimin sahibliyində olmasını aydınlaşdırmaq üçün iddiaçının evi tərk etdiyi şərait nəzərə alınmalıdır.” Məhkəmə bu gəldiyi nəticəni əsaslandıra bilməmiş, hansısa ehtimala əsaslanmışdır. Ümumiyyətlə qızıl zinət əşyalarının cavabdehdə olması sübuta yetirilməmişdir. Çünki qızıl zinət əşyaları da iddiaçıda olmuşdur. Əşyaların cavabdehdə olması sübuta yetirilməmişdir. Məhkəmə qətnaməsində bəzi cehiz və qızıl zinət əşyalarının iddiaçıya qaytarıldığı qeyd olunmuşdur. Əslində isə iddiaçıya bütün əşyaları qaytarılmışdır. Onun hansısa əşyalarının cavabdehdə qalması məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. İddiaçı tərəfindən hər hansı əşyasının cavabdehin evində qalmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. İddiaçının müxtəlif vaxtlarda məhkəməyə təqdim etdiyi dəqiqləşdirmə ərizələri onun iddiasının əsassız yalan, həqiqiqətdən uzaq olduğunu göstərmiş, o ərizədə cehiz əşyaların siyahısını dəyişdirmiş, qiymətlərini artırıb-azaltmışdır. İddiaçı tərəf ümumiyyətlə adı çəkilən qızıl zinət əşyalarının hamısının ona hədiyyə edildiyini göstərən disk və ya fotoşəkilləri məhkəməyə təqdim etməmiş, məhkəmədə heç bir şahid dindirilməmişdir. Sadalanan əşyaların qiyməti də reallığı əks etdirməmişdir. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi.

7. Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi TəCəfərova cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

9. Belə ki, Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 66 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bədəlov, arvada Bədəlova soyadı verilmişdir.

10. “Premium Legal Services“ MMC-nin xx.xx.2021-ci il tarixli H/01-PLs nömrəli rəyinə əsasən Hamam otağı moykası, Gorenje markalı şirəçəkən maşın, Vitek markalı elektron mətbəx tərəzisi, silikon aparatı, Philips markalı epilyator, Enzosalon markalı hava feni, Premier markalı manikür aparatı, Pro Wax markalı pucka aparatı, salfetkası və dərmanı ilə birlikdə), Luminarc markalı qırmızı rəngli meyvə qabı, Luminarc markalı qrafin və 6 ədəd bakalı, Luminarc tort buludu 06 ədəd boşqabı ilə dəst - 02 dəst, Türkiyə istehsalı yemək servisi hər şey daxil, Luminarc markalı 06 ədəd dondurma qabları qaşıqlar! ilə birlikdə 02 dəst, 24 karat qızıl suyuna batırılmış çay qaşıqları 12 ədəd, Türkiyə istehsalı tökmə qranit tava dəsti Galaxy qrant tava dəsti - 4 qazan, Türk İstehsalı tort servisi üçün paslanmayan bıçaq və tort götürən, tefal və qranit tava və qazan üçün 7 ədədli silikon qaşıq dəsti - (Silicone Genny), Silikon peçenya qəlbləri, 02 ədəd orta və böyük ölçülü ət taxtası, Hamam üçün qaşlı 3 dəst, Qazan tutan və qazan qapağı naboru, 02 ədəd 32 gb flaşkart, Oyuncaqlı pul daxılı, Türkiyə istehsalı ütü masası üstü - maçalka və ütü altı, İpeksu su bidonu 19 litr, əlüz üçün dəsmal - 09 ədəd, Sarev Vupline hamam üçün böyük ölçülü dəsmal 05 ədəd, çay dəsmalı -08 ədəd, Akhome Vipline markalı Kitab pastel - 03 ədəd, X6 mirvarili pakrival dəsti (çəhrayı), Gökyüzü Vipline markalı Üstü svarovski qaşlarla işləməli pakrival dəsti qəhvəyi rəngli, Akhoma Vipline 4 mövsüm pastel, Maxrofta pastel 02 ədəd, Gökyüzü Vipline firması Sintifon yorğanlı pastel, Uşaq otağı üçün bəzəkli jalüz, - 80 manat, yuxarı-aşağı 4 seksiyalı mətbəx mebelinin qiyməti cəmi 4161 manat, qızıl-zinət əşyalarının qiyməti isə cəmi 2030 manat müəyyən edilmişdir.

11. "xxxx" MMC ilə X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Müvəqqəti saxlama müqaviləsi”nə əsasən, malın təhvil-təslim aktı üzrə mallar saxlayana təqdim edilmişdir.

12. xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, yaranmış mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hüquqi dəyərləndirmə:

13. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Apellyasiya şikayətində cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, iddia tələbi “qaşlı kişi brilyant üzüyünün qaytarılması” hissəsində rədd edildiyindən, hazırki apellyasiya baxışının predmetini iddia tələbinin təmin edilən hissəsi təşkil edir.

18. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır).

19. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.

20. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə birbiri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər.

22. Baxılan mülki işdə iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının ona cavabdeh tərəfindən hədiyyə verilməsi, yəni iddiaçının həmin əşyaların mülkiyyətçisi olması işin mübahisələndirilməyən halıdır. Hazırda məhkəmə araşdırması predmeti olan hallar cavabdeh tərəfindən həmin əşyaların iddiaçının razılığı olmadan ondan götürülməsi, yəni qızıl-zinət əşyaları üzərində iddiaçının faktiki sahiblikdən məhrum olmasının cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olub-olmaması məsələsi təşkil edir.

23. Kollegiya hesab edir ki, qızıl-zinət əşyalarının hal-hazırda kimin sahibliyində olmasını aydınlaşdırmaq üçün iddiaçının evi tərk etdiyi şərait nəzərə alınmalıdır. İddiaçı hədiyyə kimi ona verilmiş əşyaların onun qanuni sahibliyindən cavabdehin hərəkətləri nəticəsində çıxması faktı üzrə sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan əşyalardan məhrum olmuş və həmin əşyalar məhz cavabdehlərin faktiki sahibliyinə keçmişdir. Bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (əşyaların iddiaçıya qaytarılması üzrə) mülkiyyətçinin xeyrinə cavabdehə keçə bilər.

24. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2020ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdikləri izahatlara əsasən, iddiaçının hamiləliyini ağır keçirdiyi üçün yaşadığı evi tərk etdiyi, bundan sonra cavabdehlərin evi satmaq qərarına gəldikləri, cehizlərin və qızıl-zinət əşyalarının onlarda olduğu və hər an bunları qaytarmağa hazır olduqları müəyyən edilmişdir.

25. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı evi tərk edərkən onun boşanma niyyəti olmamışdır. Ona görə də hədiyyə şəklində iddiaçıya alınan və hal-hazırda cavabdehin sahibliyində olan cehiz və qızıl-zinət əşyalarının iddiaçıya qaytarılmasından ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

26. Mülki Prosessual Məcəllənin 222.1-ci maddələrinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

27. Maddənin məzmunundan görünür ki, əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın (ya da təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə yararsız vəziyyətdə olsun). Yəni əmlak cavabdeh tərəfindən natura şəklində qaytarılarsa, onun dəyərinin tutulması istisna olunur. Beləliklə, cavabdeh əşyaların dəyərini qəbul etmirsə, həmin əşyaların özünü qaytarmaqla onların dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Həmin əşyaların dəyərinin tutulması cavabdehin özünün hərəkətlərindən asılıdır. Həmçinin əşyaların iddia ərizəsində göstərilən dəyəri ilə bağlı qeyd edilməlidir ki, həmin məbləğlər hazırki bazar qiymətləri nəzərə alınmaqla məntiqli və ağlabatandır, həmçinin birinci intsansiya məhkəməsində icraat zamanı keçirilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli H/01-PLs nömrəli mütəxəssis rəyində göstərilənlərə tam uyğundur. Həmin rəyin mötəbərliyinə şübhə yaradan hər hansı hal iş materiallarında aşkar edilmədiyindən, kollegiya hesab edir ki, rəy digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməklə hazırki mübahisənin həllində istifadə edilməlidir.

28. Cavabdeh apellyasiya şikayətində mübahisəli əşyaların "xxxx" MMC-yə saxlanca verildiyini bildirmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətiinn bu dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Müvəqqəti saxlama müqaviləsi”nə əsasən, malın təhvil-təslim aktı üzrə mallar saxlayana təqdim edilmişdir. Qeyd edilən müqavilə əşyaların iddiaçıya deyil, saxlanc şirkətə təhvil verildiyini göstərir. Odur ki, həmin müqavilə əşyaların iddiaçıya təhvil verilməsini və cavabdehdə olmamasını deməyə əsas vermir. Nəticə etibarilə, cavabdeh iddia ərizəsində qeyd edilən əşyaların onda olmadığını və iddiaçı tərəfindən aparıldığını sübuta yetirə bimir.

29. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

32. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

33. Cavabdeh həmçinin apellyasiya şikayətində birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclası barədə məlumatlandırılmadığını və işə onun iştirakı olmadan baxıldığıı bildirir.

34. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan bildirişlərdən (i.v. 30, 34, 113), SMS bildirişlərdən (i.v. 26, 27, 38, 39, 107), reyestrlərdən (i.v. 32, 40, 70) görünür ki, cavabdehlərə məhkəmə iclasının vaxtı barədə məlumat verilmişdir və birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasının vaxtı barədə məlumatlandırılması ilə bağlı hər hansı prosessual pozuntuya yol verməmişdir. Odur ki, cavabdehin məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmaması ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır və qətnamənin ləğvi üçün əsas deyildir.

35. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, dəyəri 380 manat olan beş qaşlı qadın üzüyü (iddiada və mütəxəssis rəyində göstərilən qiymət), dəyəri 1100 manat olan qolbaq (mütəxəssis rəyində göstərilən qiymət), dəyəri 520 manat hamam otağı moykası (iddiada göstərilən qiymət), dəyəri 120 manat olan “Gorenje” markalı şirəçəkən (iddiada göstərilən qiymət), dəyəri 23 manat “Vitek” markalı elektron mətbəx tərəzisi (iddiada göstərilən qiymət), dəyəri 15 manat silikon aparatı, dəyəri 90 manat “Philips” markalı epilyator (iddiada göstərilən qiymət), dəyəri 45 manat “Enzosalon” markalı hava feni (iddiada göstərilən qiymət), dəyəri 45 manat “Premier” markalı manikür aparatı (iddiada göstərilən qiymət), dəyəri cəmi 50 manat olan “Pro Wax” lipucka aparatı, salfetkası və dərmanı ilə birlikdə (mütəxəssis rəyində göstərilən qiymət), dəyəri 25 manat olan “Luminarc” markalı qırmızı rəngli meyvə qabı (iddiada göstərilən qiymət), dəyəri cəmi 42 manat olan “Luminarc” markalı qrafin və 6 ədəd bakalı (iddiada göstərilən qiymət), dəyəri cəmi 64 manat olan “Luminarc” tort buludu 06 ədəd boşqabı ilə - 02 dəst (iddiada göstərilən qiymət), dəyəri 180 manat olan Türkiyə istehsalı yemək servisi hər şey daxil (iddiada göstərilən qiymət), dəyəri cəmi 40 manat olan “Luminarc” markalı 06 ədəd dondurma qabları qaşıqları ilə birlikdə 2 dəst (iddiada göstərilən qiymət), dəyəri cəmi 30 manat olan 24 karat qızıl suyuna batırılmış 12 ədəd çay qaşığı (iddiada göstərilən qiymət), dəyəri cəmi 170 manat olan Türkiyə istehsalı “Galaxy” tökmə qranit tava dəsti (4 qazan, 1 tava), dəyəri cəmi 35 manat Türkiyə istehsalı tort servisi üçün paslanmayan bıçaq və tort götürən, dəyəri cəmi 45 manat olan tefal və qranit tava və qazan üçün “Silicone Genny” markalı 7 ədəd silikon qaşıq dəsti, dəyəri cəmi 8 manat olan silikon peçenya qəlbləri (iddiada göstərilən qiymət), dəyəri cəmi 10 manat olan 2 ədəd orta və böyük ölçülü ət taxtası, dəyəri cəmi 35 manat hamam üçün qaşlı 3 dəst (iddiada göstərilən qiymət), dəyəri cəmi 18 manat olan qazan tutan və qazan qapağı naboru (iddiada göstərilən qiymət), dəyəri 8 manat oyuncaqlı pul daxılı (iddiada göstərilən qiymət), dəyəri cəmi 50 manat olan 2 ədəd 32 gb flaşkart (iddiada göstərilən qiymət), dəyəri cəmi 18 manat olan Türkiyə istehsalı ütü masası üstü (maçalka və ütü altı) (iddiada göstərilən qiymət), dəyəri 11 manat olan “İpeksu” 19 litrlik su bidonu, dəyəri cəmi 70 manat olan 9 ədəd əl-üz üçün dəsmal, dəyəri cəmi 90 manat olan “Sarev Vupline” hamam üçün böyük ölçülü 5 ədəd dəsmal (mütəxəssis rəyində göstərilən qiymət), dəyəri cəmi 48 manat 8 ədəd çay dəsmalı manat (iddiada göstərilən qiymət), dəyəri cəmi 270 manat “Akhome Vipline” markalı 3 ədəd kitab pastel, dəyəri “Gökyüzü Vipline” 120 manat üstü mirvarili çəhrayı pakrival dəsti (iddiada göstərilən qiymət), dəyəri 280 manat “Gökyüzü Vipline” markalı üstü svarovski qaşlarla işləməli qəhvəyi rəngli pakrival dəsti (iddiada göstərilən qiymət), dəyəri cəmi 120 “Akhoma Vipline” markalı 4 mövsüm pastel (iddiada göstərilən qiymət), dəyəri cəmi 140 manat “Maxrofta” 2 ədəd pastel, dəyəri 150 manat “Gökyüzü Vipline” firması sintifon yorğanlı pastel, dəyəri 80 manat uşaq otağı üçün bəzəkli jalüz, dəyəri cəmi 850 manat dörd seksiyalı mətbəx mebelinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa və ya yararsız vəziyyətdə olsa, onların qeyd edilən dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair birinci instansiya məhkəməsiin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

38. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1407/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar