Məhkəmə qərarları › İş №2(103)-5253/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5253/2023

16.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5253/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İlkin iddia ərizəsi üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı "müqavilələrin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi" tələbinə ilkin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı "müqavilələrin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-954/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən ilkin iddia ərizəsi üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı müqavilələrin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC ("xxxx" MMC) ilə Cavabdeh1 arasında bağlanan müqaviləni etibarsız hesab edib, onun adına verilmiş ünvan 3, mənzil 1, (Yeni qaydada: ünvan 1 ünvanda yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli mənzilin qeydə alınmasına dair çıxarışın ləğv edilməsini, cavabdeh “PMD" MMC ("Gumush Plaza” MMC) ilə Cavabdeh2 arasında bağlanan müqaviləni etibarsız hesab edib, onun adına verilmiş ünvan 3, mənzil 2, (Yeni qaydada: ünvan 2 ünvanda yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli mənzilin qeydə alınmasına dair çıxarışın ləğv edilməsini AR ƏMDK Yanında DƏDRX-nə həvalə edərək, həmin mənzillərdə yaşayan şəxslərin oradan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında ünvan 3 ünvanda yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 91 nömrəli, 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr və həmin mərtəbənin (sağ tərəfdə) 92 nömrəli, 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr mənzillərin alğı-saqtısına dair xx.xx.2017-ci il tarixli müqavilələr bağlanmışdır. Mənzilin dəyəri 1.500.000 manat olmaqla hər iki mənzilə görə 3.000.000 manat məbləğində pul ödənilmişdir. Bina tikilib hazır olduqdan sonra aldığı mənzillərdən istifadə etmək üçün İddiaçı "xxxx" MMC direktoruna ərizə ilə müraciət edərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra edib göstərilən mənzilin ona təhvil verilməsini bildirsə də, ərizənin qəbul olunmasından imtina edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, "xxxx" MMC-nin fəaliyyətinə bir müddət əvvəl xitam verərək Cavabdeh3 MMC-yə qoşulmuş və sonuncu yenidən təşkil edildiyini elan etmişdir. İddiaçı Cavabdeh3 MMC-yə rəsmi qaydada müraciət edərək qeyd edilən müqavilələr üzrə öhdəliyin yerinə yetirilməsini xahiş etmişdir, lakin cavabdeh MMC müraciətinə cavab verilməmişdir.İlkin iddia üzrə iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 3 ünvanda yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 91 nömrəli, 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr və (sağ tərəfdə) 92 nömrəli, 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr mənzillərin ona təhvil verilməsi öhdəliyinin icra edilməsini Cavabdeh3 MMC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1289/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Qətnamədən cavabdeh MMC apellyasiya şikayəti vermiş və işin araşdırılması Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Şirinovun sədrliyi ilə MK-nın həvalə edilmişdir. Apellyasiya şikayətinə baxılan ərəfədə MMC-nin nümayəndəsi Məhkəmə Kollegiyasına üçüncü şəxs AR ƏMDK yanında DƏDRX tərəfindən mübahisəli mənzillərin qeydiyyata alınaraq hazırkı cavabdehlər Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli və Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli Çıxarışlar verildiyi bildirilmişdir. Cavabdeh1 atası, digər Cavabdeh2 həyat yoldaşı Şükürov Qüdrət tərəfindən məktubla müraciət olunaraq şahid qismində izahat verməyi xahiş edərək bildirmişdir ki, İddiaçı tələb etdiyi mənzillər tanışı X5 ilə aralarında yaranmış razılaşmaya görə mənzillərin alğı-satqısını ilk olaraq İddiaçı adına rəsmiləşdirilməsini Gümüş Plaza rəhbərliyindən şəxsən özü xahiş etmiş və sonradan fikrini dəyişərək mənzilləri oğlunun və həyat yoldaşının adına sənədləşdirmişdir. Göründüyü kimi mənzillər ilkin olaraq onun adına rəsmiləşdirilməsini cavabdehlərin atası və həyat yoldaşı Qüdrət Şükürov etiraf etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş ilkin iddiaçı ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli hər iki alğı-satqı müqaviləsi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə, AR Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığı üçün, həmçinin, başqa əqdi pərdələyərək ona uyğun real hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlandığı üçün etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hər iki müqavilə qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə, həmçinin, qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığı üçün birmənalı olaraq etibarsızdır (əhəmiyyətsizdir) və məhkəmə araşdırmasının predmeti ola bilməz. Müqavilələrə baxış keçirildikdə məlum olur ki, müqavilə notarial formada tərtib və təsdiq edilməmiş, satıcı hüquqi şəxsin müqavilə predmeti üzrə sərəncam vermək səlahiyyəti yoxlanılmamış, müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq X2 Sistemi üzərindən daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqavilələri görüntüdə bağlanan (pərdələnən) əqd, Qüdrət Şükürov ilə "xxxx" MMC arasında imzalanmış alğı-satqı müqavilə isə gizli bağlanan (pərdələyən) əqd olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-954/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia ərizəsinin təmin edilərək İddiaçı ilə "xxxx" MMC (hazırda Cavabdeh3 MMC) arasında ünvan 4 ünvanında yerləşən 67-ci binanın 10-cu mərtəbəsindəki 1 və 2 nömrəli mənzillərin satışı barədə imzalanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia ərizəsi üzrə İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-954/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edərək iddia ərizəsinin təmin, qarşılıqlı idda ərizəsinin rədd edilməsinə dair yeni qətnamə çıxarmaqla yanaşı, xüsusi qərardadın çıxarılmasına dair vəsatətdə göstərilən şəxslərin cinayət əməlləri barəsində prokurora məlumat verilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki 2(103)-5253/2023 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan İddiaçı Cavabdeh3 MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair 2(103)-586/2023 saylı mülki işlə (sədrlik edən hakim İkram Şirinov) birlikdə baxılması üçün birləşdirilməlidir. Kollegiya qeyd edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh3 MMC-yə qarşı “mənzilin təhvil verilməsi” barədə iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 5 ünvanında yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr olan 91 nömrəli mənzilin və 67 saylı yaşayışbinasının 10-cu mərtəbəsində (sağ tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr olan 92 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin icra edilməsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1289/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ünvan 5 ünvanında yerləşən 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sol tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr olan 91 nömrəli mənzilin və 67 saylı yaşayış binasının 10-cu mərtəbəsində (sağ tərəfdə) 4 otaqdan ibarət ümumi sahəsi 320 kv.metr olan 92 nömrəli mənzilin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi öhdəliyi Cavabdeh3 MMC-nin üzərinə qoyulmasına dair qətnamə çıxarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verildiyi üçün qətnamə qanuni qüvvəsini almamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-586/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3 MMC və qeyrilərinə qarşı “müqavilələrin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-954/2023 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər icraatın dayandırılması qərara alınmışdır. Göründüyü kimi qeyd olunan işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43 və 169-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: 2(103)-5253/2023 və 2(103)-586/2023 sayıları altında qeydə alınmış mülki işlər birlikdə baxılması üçün bir icraatda 2(103)-586/2023 №-si altında birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar