Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5255/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5255/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, X9 və X10 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5480/2025 nömrəli 15 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki: - İstintaq zamanı iş üzrə şahid qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, ... 2019-cu ilin dekabr ayında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindəki alqı-satqı məntəqəsində olan ofisə gedib Dilman adlı şəxslə tanış olmuşdur. Dilmana özünə həyət evi almaq istədiyini demişdir. Dilman fəaliyyət göstərdiyi ofisin yaxınlığında yerləşən həyət evinin satıldığını bildirmişdir. Bundan sonra Dilman ilə birlikdə Dilmanın Yaqub adlı şəxsə aid olduğunu bildirdiyi həyət evinə baxış keçirtməyə getmişdir. Həmin vaxt Yaqub arvadı ilə evdə olmuşdur. Evi Yaqub özü göstərmişdir. Bundan sonra Safi evi bəyənib almaq qərarına gəlmişdir. Dilman evin alqı-satqısı barədə Dilmanla danışmışdır. 42000 manata evi Dilmandan almaq barədə razılaşmışdır. 2019-cu ilin dekabr ayının ortalarında Dilmana 7000 manat pul məbləğini işlədiyi ofisdə vermişdir. 1 həftə sonra yəni 2019-cu ilin dekabr ayının ortalarında Dilman yaşadığı ünvan 1 ünvanına gələrək 20000 manat pulu həyat yoldaşı X5 iştirakı ilə almışdır. 2019-cu ilin sonlarında Dilman ilə birlikdə ev ünvanına gedən zaman Yaqub evi özünün təzə aldığını, lakin evin qəzalı vəziyyətdə olması səbəbindən ödədiyi pulu Sərxandan aldıqdan sonra evi tərk edəcəyini demişdir. Bu zaman Yaqubdan Sərxanın kim olmasını soruşduqda evin sahibinin Sərxan olmasını, məhz həmin ev ünvanının Sərxan tərəfindən satılmasını izah etmişdir. Bundan sonra Yaqubla ailə üzvlərinin Dilmanla mübahisəsi baş vermişdir. Bundan sonra evin həm qəzalı vəziyyətdə olması, həm də Dilmanın Yaqubun dediklərini deməməsi səbəbindən Dilmandan pulunu geri tələb etməyə başlamışdır. Bundan sonra Dilman Sərxanı işlədiyi ofisə çağırmışdır. Sərxanla bir qədər danışdıqdan sonra ofisdə Sərxan 7000 manat pulu geri qaytarmışdır. Bundan sonra evi satdıqdan sonra qalan məbləği verəcəklərini bildirmişdir. Həmin vaxtdan 5 ildən artıq müddət keçməsinə baxmayaraq Sərxan və Dilman pullarını geri qaytarmamışdır. Hər dəfə hər iki şəxslə əlaqə saxlayan zaman isə evi satıb pulu verəcəklərini bildirsələrdə vədlərinə əməl etməmişdirlər.
2. İstintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, Bakı şəhəri, NZS qəsəbəsində fərdi olaraq evlərin alqı-satqı ofisini işlədir. Sərxan adlı şəxsi uzun müddətdir ki, tanıyır. Sərxan ev tikib satmaqla məşğuldur. Təxminən 2019-cu ilin payız aylarında Sərxan Yaqub adlı şəxsə məxsus NZS qəsəbəsi, R.Bağırov küçəsindəki 3 otaqlı evi satmaq istədiyini bildirmişdir. Bundan 2019-cu ilin dekabr ayında əvvəllər tanımadığı İddiaçı ofisə gəlib həyət evi almaq istədiyini bildirmişdir. Sərxanın dediyi ev ünvanını Safiyə göstərmişdir. Evin qiyməti isə 49500 manata satıldığını bildirmişdir. Bundan sonra Safi və ailə üzvləri, yəni arvadı və qızı ilə birlikdə gedib evə baxmışdır. Onlar evi bəyənmişdir. Bundan sonra ofisə gəlmişdir. Ofisdə Safi evə görə 20000 manat vermişdir. Bundan sonra həmin pulu Yaquba vermişdir. Bundan bir neçə gün sonra pulun qalanı ilə bağlı Safi ilə əlaqə saxlamışdır. Safi 7000 manat pul düzəltdiyini demişdir. Şəhərdə olması səbəbindən Safinin yaşadığı ünvan 2 ünvanının yaxınlığına yollanmışdır. Orada Safi 7000 manat pul vermişdir. Həmin pul məbləğini də Yaquba verməsi üçün Sərxana təqdim etmişdir. Bundan sonra Safi ilə əlaqə saxlayan zaman Safi Rusiya Federasiyasının Krasnodar şəhərinə gedib qalan pul məbləğini işləyib qazandıqdan sonra verəcəyini bildirmişdir. Lakin həmin dövrdə baş verən pandemiya ilə əlaqədar Safi pulu düzəldə bilməmişdir. Buna görə ofisində Sərxan ilə görüşüb Safinin qalan pul məbləğini ödəyə bilmədiyini və verdiyi pulu Yaqubdan alıb geri qaytarmalı olduğunu bildirmişdir. Sərxan isə Yaqubun evdən narazı olmasını, yalnız həmin ev ünvanının satışını həyata keçirtdikdən sonra Safinin pulunu qaytarmaq mümkün olduğunu bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 manat əsas borc və ödənilmiş 150 manat dövlət rüsumu olmaqla, cəmi 20150 manat məbləğində pulun tutulub iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin dekabr ayında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindəki altı-satqı məntəqəsində olan ofisə gedib Dilman adlı şəxslə (cavabdeh) tanış olmuş və özünə həyət evi almaq istədiyini bildirmişdir. 46000 manat dəyərində həmin mənzili almaq üçün xx.xx.2019-cu il tarixində cavabdehə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindəki alqı-satqı məntəqəsində mənzilin dəyərinin bir qismi kimi 27000 manat pul vermişdir. Qeyd ediləm ev qəzalı vəziyyətdə olduğu üçün alqı-satqı baş tutmamışdır. Cavabdeh həmin pulndan özünə 7000 manat qaytarsa da, pulun qalan 20000 manat hissəsini qaytarmamışdır. Bununla bağlı iddiaçı xx.xx.2021-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞyə şikayət ərizəsi ilə müraciət etmişdir. Xətai RPİ-yə etdiyi şikayət üzrə həmin idarənin müstəntiqi polis baş leytenantı Rəhman Cəfərov 23 may 2025-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul etmişdir. Həmin Qərarda iş üzrə müəyyən olunmuş hallardan da göründüyü kimi, onun cavabdehə mənzilin dəyərinin bir qismini ödədiyi və cavabdeh tərəfindən həmin pul məbləğinin qəbul edilməsi təsdiq edilir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-5255/2025 nömrəli 15 iyul 2025-ci tarixli qətnaməsi ilə (hakim Leyla Şövkətli-Məsimli) iddianın təmin edilməsi, Cavabdeh 20000 manat tutularaq İddiaçı ödənilməsi, 150 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh daşınmaz əmlakın alqı-satqısına vasitəçilik xidmətləri göstərən şəxs olmuş (qanunvercilikdə rieltor, makler, əmlak brokeri və s. terminlərlə ifadə olunan) və iddiaçı özünə yaşayış evi almaq üçün cavabdehə müraciət etmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında vasitəçilik, brokerlik münasibətləri ilə əlaqədar müqavilə öhdəlikləri yaranmışdır.
7. Məhkəmə işin mübahisəsiz halı kimi qeyd etmişdir ki, iddiaçı tərəfindən daşınmaz əmlakın alınması üçün cavabdehə 27000 manat ödəniş edilmiş, lakin evin alqısatqısı baş tutmamış, buna baxmayaraq, həmin məbləğdən 7000 manat qaytarılsa da, 20000 manat bu günə kimi cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş 20000 manat zərər üçün cavabdeh məsuliyyət daşıdığından 20000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 443.10, 448.1, 778.1, 778.2, 787.1, 787.2, Mülki Prosessual Məcəllənin 216-220, 284-1-284-6 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsində yer götürmüş və daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olur. Sonradan soyad və ata adını bildiyi X10 və X9 işlədiyi alqı-satqı ofisinə gələrək ona müştəri olarsa 3 otaqlı evləri olduğunu və 55.000 manata satdıqlarını bildirdilər. O, da onlara bildirdi ki, müştəri olarsa gətirərək evə baxarlar. Bundan sonra X10 da mobil nömrəsini ona verərək çıxıb getdilər. Təxminən 2019-cu ilin dekabr ayında sonradan adını, soyadını və ata adını bildiyi İddiaçı, həyat yoldaşı və qızı ilə onun işlədiyi alqısatqı ofisinə gələrək ev almaq istədiyini bildirdi. O da onlara satışda 55.000 manata 3 otaqlı ev olduğunu bildirdi. Onlar da ona həmin evə baxmaq istədiklərini bildirdilər. O da Sərxana zəng edərək bu barədə bildirdi. O, da bildirdi ki, ev sahibi Yaqubla danışsın evdədirsə gəlib baxsınlar. Sərxan bir neçə dəqiqədən sonra zəng edərək bildirdi ki, Yaqub evdədir müştərilər baxırsa gəlib baxsınlar, o da gəlir. O, İddiaçı, həyat yoldaşı və qızı ilə birlikdə Yaqubun evinə baxmağa getmişlər. İddiaçı, həyat yoldaşı və qızı evə baxdıqdan sonra İddiaçı ilə X9 evin qiymətini 49500 manata razılaşdılar. Yaqub həmin vaxt Safiyə bildirdi ki, evin müəyyən hissələrində çatlar əmələ gəlib. Safi isə bildirdi ki, o özü evi alandan sonra həmin hissələri təmir etdirəcək. O, həmin vaxt onların danışığına heç bir müdaxilə etməmişdir. Evin qiymətini Yaqub ilə Safi öz aralarında razılaşıblar. Onlar qiymətlə razılaşdıqdan sonra evdən çıxıb getmişlər. Həmin gündən təxminən 3-4 gün sonra Sərxan və Yaqub onun işlədiyi alqı-satqı ofisinə gələrək bildirdilər ki, Safi evi almırsa başqa müştəri var evə baxmaq istəyir. O da Safinin nömrəsini onlara vermiş, Sərxan da ona zəng edərək evi alıb-almamasını soruşdu, Safidə cavabında Sərxana bildirdi ki, evi alır, lakin pulum tam çatmır onu da yaxın günlərdə çatmayan pulu düzəldəcək. Bundan sonra Sərxan və Yaqub çıxıb getdilər. Bunlar gedəndən təxminən 2-3 saat sonra Safi ona zəng edərək bildirdi ki, evi alır, həmin evə başqa müştəri aparmasın. O da öz növbəsində demişdir ki, “satıcı deyir ki, alırsa gətirib pulunu versin, pulu verəndən sonra bir həftəyə evi təhvil verim.” Safi ona bildirdi ki, gəl görüşək bu barədə söhbət edək. Onunla Bakı şəhəri Nəsimi bazarı adlanan yerdə görüşdük, o qızı ilə birlikdə gəlmişdi. İlkin olaraq ona 20.000 manat pul verərək bildirdi ki, apar ev sahibinə ver evi satmasın qalan pulu 15 gün müddətinə verəcək. O da Safidən 20.000 manat pulu götürüb getmiş işlədiyi alqı-saqtı ofisinə. O, Sərxana zəng edərək bildirmişdir ki, Safi ona 20.000 manat pul verib Yaqubu da götür gəl ofisə. Alqı-satqı ofisinə Sərxan və Yaqub onun yanına gəldilər. O da onlara bildirmişdir ki, Safi 20.000 manat pul verib qalan pulu da 15 gün müddətinə verəcəyini bildirdi, onlar da razılaşdılar. Bundan sonra Sərxan telefonla Safini yığıb bu barədə danışdılar, Safi də evin alınmasına görə 20.000 manat pul verdiyini, qalan pulu da yaxın vaxtlarda verəcəyini bildirdi. Onlar telefonla razılaşdıqdan sonra 20.000 manat pulu stolun üstünə qoymuş və onlara pulu sayıb götürmələrini bildirdi. Sərxan da 20.000 manat pulu saydıqdan sonra Yaquba verdi və birlikdə Sərxanın idarə etdiyi avtomobilinə əyləşib getdilər. Safi isə dediyi müddətdə pulun qalanını vermədi. 5-6 aydan sonra Safi 7.000 manat pul gətirib ona vermişdir. O da həmin 7.000 manat pulu işlədiyi alqı-satqı ofisimdə Sərxan verdi ki, Yaquba versin. Üstündən bir müddət keçdikdən sonra o, Safidən qalan pulun nə vaxt verəcəyini soruşduqda o, mənə bildirdi ki, qalan pulu yaxın vaxtlarda Rusiya Federasiyasının Krasnodar şəhərinə gedib işləyib qazandıqdan sonra verəcək. Bir müddət sonra Safi ona zəng edərək bildirdi ki, o qalan pulu düzəldə bilmir, evin alınmasından imtina edir, ona görə də ödədiyi pulları geri istəyir. O da pulun geri qaytarılması barədə Sərxan və Yaquba bildirdi. Safi gəlib Sərxan və Yaqubla görüşdülər və Sərxan 7.000 manat pulu Safiyə qaytardı. Yerdə qalan 20.000 manat pulu isə Sərxan və Yaqub evi satdıqdan sonra qaytaracaqlarını Safiyə bildirdilər. Bundan sonra Safi dəfərlərlə Yaqubdan 20.000 manat pulu qaytarmasını bildirsə də, Yaqub hər dəfə pulu qaytaracağına söz versə də pulu qaytarmamışdır. Safi dəfələrlə Yaqubun evinə gedərək verdyi 20.000 manat pulunu tələb etmişdir və hətta aralarında mübahisə də yaranmışdır. Sərxan və Yaqub da hər dəfə Safiyə evi satdıqdan sonra pulu qaytaracağını bildirmişdilər. X9 pulu qaytarmadığına görə Safi də Bakı şəhəri Xətai rayonu Polis İdarəsinə və Bakı şəhəri Xətai rayon Prokurorluğuna şikayətlə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Prokuroru tərəfindən 22 noyabr 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlamışdır. Cinayət işinin istintaqı Bakı şəhəri Xətai rayonu Polis İdarəsinin İŞ-nin müstəntiqi polis baş leytenantı Rəhman Cəfərova həvalə edilmişdir. İstintaq araşdırılması zamanı şahid ifadələri ilə müəyyən edilmişdir ki, 20.000 manat məbləğində pul X3r. İstintaq zamanı X9 özü də ifadə verərək bildirmişdir ki, evin alınmasına görə Sərxan ona 19230 manat pul vermişdir. O da məhkəmə iclasında ifadə verərək bildirdi ki, Safinin ev almaq üçün verdyi 20.000 manat pul X6 olduğuna görə Safi pulu ondan deyil Yaqubdan tələb etməlidir. Çünki Safi özü də pulun Yaqubda olmasını bilirdi və dəfələrlə Yaqubun evinə gedərək pulunu tələb etmişdir, Yaqub da ona evi satdıqdan sonra pulu qaytaracağını bildirmişdir. O da evin Safi tərəfindən Yaqubdan alınması üçün pulun verilməsində sadəcə vasitəçi olmuşdur. Məhkəmə isə işə baxarkən, iş üçün əhəmiyyət kəsb edən faktları araşdırmayaraq qanunsuz və əsassız olaraq 20.000 manat məbləğində pulun ondan tutularaq, İddiaçı verilməsi barədə qətnamə qəbul etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat vermişlər, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 16.Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 17.Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 18.Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 19.Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 20.Maddə 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: - 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; - 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. 21.Maddə 787.1. Broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. 22.Maddə 787.2. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
31. İşin faktiki halı ondan ibarətdir ki, iddiaçı ev alınması məqsədi ilə ev alqı-satqısında vasitəçilik fəaliyyəti ilə (makler) məşğul olan cavabdehə müraciət etmiş, cavabdeh də öz növbəsində üçüncü şəxslərin ona satılmasını təklif etdiyi evi göstərmişdir.
32. İddiaçı ilə evin alqı-satqısına dair razılaşma üçüncü şəxslər arasında baş tutmuşdur.
33. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi istintaq olunan ********* saylı cinayət işi materiallarına baxış keçirilmişdir.
34. Cinayət işinə əlavə edilmiş 10 yanvar 2025-ci il tarixli şahidin dindirmə protokolundan görünür ki, X9 bildirmişdir ki, “...2019-cu ilin sonlannda özümə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindən həyət evi almaq qəranna gəldim. Bu zaman təsadüfən Sərxan adlı şəxslə tanış oldum və sonuncu Xətai rayonu, NZS qəsəbəsində həyət evi satdığmı mənə dedi. Evin Ceyhuna məxsus olması və evin tikintisinin Ceyhun tərəfindən həyata keçirilməsi məlum idi. Bundan sonra mən Sərxanla Xətai rayonu, NZS qəsəbəsi, R.Bağırov küçəsindəki 3 otaqlı həyət evinə baxmış və evi 50.000 manata satmaq barədə razılaşmışmışdıq. İlkin olaraq evə görə Sərxana 46.000 manat pul ödəmişəm. Qalan 4.000 manatı isə 2-3 ay müddətində ödəyə biləcəyimi bildirdim. Biz razılaşdıqdan sonra evi oğlum İsazadə Aşurun adma sənədləşdirdik. Bundan sonra mən ailəm ilə birlikdə qeyd olunan ev ünvanına köçərək orada yaşamağa başladım. Evə köçdükdən təxminən 20 gün sonra evin divarlarında çatlar əmələ gəlməyə başladı. Вunа görə də mən ilkin olaraq evin təmir xərclərinə 2.200 manat əlavə xərclədim. Bundan sonra mən Sərxana yenidən müraciət edərək evdən yaranan problemləri ona bildirdim və evə görə ödədəyim 46.000 manat pul məbləğini və əlavə xərclədiyim 2.200 manatı Sərxandan tələb etdim. Bundan sonra Sərxan məndən 5-10 gün möhlət istədi. Lakin mən aylarla onu gözləsəmdə mənə pulumu geri qaytarmadı. Bundan sonra Sərxanla yaxınlıqda ev alqı-satqısı ilə məşğul olan Dilman evə gəlib baxış keçirtmişdirlər. Sərxan evə müştəri axtardıqlarını tezliklə evi satıb mənim pullarımı geri qaytaracaqlarını bildirdilər. Bundan sonra Dilman adı mənə sonradan Safi olaraq məlum olan şəxsi evə baxış keçritmək üçün gətirdi. Dilman Safmin evi almaq istədiyini mənə bildirdi. Bundan sonra biz Safı ilə birlikdə Dilmanin NZS qəsəbəsində yerləşən ofisində Sərxan mənə 19230 manat pul verdi. Bundan sonra həmin şəxs evin qalan 30.000 manatnı verdikdən sonra evin Safiyə satılacağını mənə dedi. Bundan sonra mənə Safinin qalan pulu qazanması üçün işləmək məqsədi ilə Rusiya Federasiyyasına getməsi məlum oldu, illər keçməsinə baxmayaraq Sərxan tərəfindən qalan pul məbləği mənə ödənilmədi. Mən isə Sərxana verdiyi puldan əlavə 4.000 manatı da verəcəyi təqdirdə evin təmirin həyata keçirib orda qalacağımı Sərxana dedim. Həmin vaxtdan bir neçə il sonra Safı mənim evimə gələrək Sərxana 20.000 manat verməsini bildirərək həmin pul məbləğlərini məndən tələb etməyə başladı. ... Bildirirəm ki, mən həmin pulu Sərxandan almışam. Mən həmin pul məbləğini evin təmiri istiqamətində istifadə etmişəm...”.
35. Cinayət işinə əlavə edilmiş 21 dekabr 2024-cü il tarixli şahidin dindirmə protokolundan görünür ki, Cavabdeh bildirmişdir ki, “... Mən Safidən ümumilikdə 27.000 manat pul vəsaitini ev alqı-satqısı məqsədi ilə almışam. Həmin pul məbləğlərini Sərxanla birlikdə Yaquba vermişik. Lakin alqı-satqı baş tutmadığı üçün sonuncu dəfə Safidən Nəsimi rayonu ərazisində aldığım 7.000 manatı Yaqub qəbul etmədiyi üçün Safiyə geri qaytarmışıq... Mən həmin pulu Yaquba vermişdim. Daha sonra Yaqub həmin pul məbləğini geri qaytarmaması səbəbindən biz pulu Safıyə geri qaytara bilmədik....”.
36. Cinayət işinə əlavə edilmiş 06 dekabr 2024-cü il tarixli şahidin dindirmə protokolundan görünür ki, X10 bildirmişdir ki, “...Bakı şəhəri, NZS qəsəbəsi, R.Bağırov küçəsindəki 3 otaqlı ev qohumum X7 məxsus olmuşdur. 2019-cu il tarixdə Ceyhun qeyd olunan ünvandakı özünə məxsus evi satmaq istədiyini bildirdi. Bundan sonra mən soraqlayaraq Yaqub adlı şəxsə evi 50.000 manata satmaq barədə razılaşdım. Həmin vaxt Yaqub evin 46.000 manatını ilkin olaraq ödəsə də, qalan 4.000 manatı ödəməkdə çətinlik çəkdiyini mənə dedi. Həmin məbləği hissə-hissə ödəyə biləcəyini mənə dedi. Mən bu barədə Ceyhuna dedikdə o razılaşdı. Lakin həmin vaxtdan 2 ay sonra Yaqub mənə evdə çatlar əmələ gəlmişdir, buna görə də evi qaytarmaq istədiyini bildirdi. Belə olduqda mən Yaquba dedim ki, evi başqa şəxsə satıb sonra pulunu ödəyə bilərik. Yaqub da mənimlə razılaşdı. Bu barədə Dilmana dedim. Dilman həmin evə görə müştəri tapdı. Mən Dilmana evdə çatların olmasını yeni müştəriyə qabaqcadan deməsini bildirdim. Bundan sonra adı mənə sonradan məlum olan Safı adlı şəxs ailə üzvləri ilə birlikdə evə baxdıdan sonra evi almaq barədə razılaşdıqlarını Dilman mənə dedi. Safı bundan sonra evə görə ilkin olaraq Dilmana 20.000 manat pul verdi. Bundan sonra mən Yaqub və Dilmanın Dilmanm ofisində görüşüb danışdıqdan sonra 20.000 manatı Yaquba verdik. Bundan bir müddət sonra Dilman mənimlə əlaqə saxlayaraq Safinin evə görə əlavə 7.000 manat ödəməsini bildirdi. Sonra biz Dilman ilə görüşdük. Dilman həmin pulu mənə verdi. Məndə 7.000 manatı Yaquba vermək üçün yaşadığı ev ünvanına yollandım. Lakin Yaqub həmin pul məbləği məndən götürmədi və pulun tam şəkildə ödənildikdən sonra evi təhvil verəcəyini bildirdi. Bundan sonra mən Dilmanm iştirakı ilə həmin pulları Safiyə qaytardıq. Həmin vaxtdan sonra mən dəfələrlə Dilmanla həmçinin təklikdə Yaqubla görüşərək 20000 manatı ondan geri tələb etdik. Pulun bizə məxsus olmadığını və həmin pulların Safiyə geri ödənilməli olduğunu bildirdik.Yaqub isə pulu geri qaytarmaqdan imtina etdi. Bundan sonra biz Yaquba evi satmağı təklif etdik. Lakin Yaqub bununla razılaşmayaraq bizdən aldığı pulu evin təmiri istiqamətində xərcləməsini bildirdi...”.
37. 23 may 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir.
38. Göründüyü kimi, iddiaçı ev almaq üçün cavabdehə müraciət etmiş, cavabdehdə öz növbəsində onu ailə üzvləri ilə birlikdə satılması üçün ona müraciət edilmiş evə aparmışdır.
39. Bu zaman üçüncü şəxslər – evin faktiki sahibi Yaqub İsayev və ona evi satmış Sərxan Əliyev də orada olmuşlar. Evi baxıb almaq qərarına gəldikdən sonra evin qiyməti ilə bağlı tələb və təkliflər müzakirə olunmuşdur. Razılıq əldə edildikdən sonra iddiaçı cavabdehə Yaqub İsayevə çatdırılması üçün 20000 manat, daha sonra isə 7000 manat pul vermişdir. Yaqub İsayev tərəfindən 20000 manatın qəbul edildiyi, lakin 7000 manatın cavabdehə geri qaytarması, onun da öz növbəsində həmin pulu iddiaçıya geri qaytarması yuxarıda qeyd edilən cinayət işinin materialları ilə öz təsdiqini tapır.
40. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında şifahi tapşırıq müqaviləsi bağlanmışdır.
41. İddiaçı tərəfindən verilən vəkalət (tapşırıq) əsasında cavabdeh üçüncü şəxs Yaqub Əliyevə əvvəlcə 20000 manatı çatdırmış, lakin sonra verilmiş 7000 manatı iddiaçı qəbul etməkdən imtina etdiyindən həmin pul iddiaçıya geri qaytarılmışdır.
42. Həmçinin müəyyən olunur ki, cavabdeh iddiaçı ilə üçüncü şəxslərin arasında aparılan danışıqlarda birbaşa iştirak etməmişdir. İddiaçı ilə üçüncü şəxslər arasında razılıq baş tutduqdan sonra iddiaçı tərəfindən verilən pulların üçüncü şəxslərə çatdırılmasını icra etmişdir.
43. Cinayət işinin materiallarından görünür ki, iddiaçı tərəfindən ödənilən 20000 manat pul hazırda X3r. O özü də bu halı etiraf etmiş və həmin məbləğin evin təmirinə sərf etdiyini bildirmişdir.
44. Belə olan halda Kollegiya hesab edir ki, hazırki iddia tələbə cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır.
45. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh münasibətdə iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
46. Məhkəmə nəzərə almamışdır ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
47. İddiaçının hazırda tələb etdiyi 20000 manat məbləğində pul nəticə etibarı ilə X8 çatdırıldığı (özünün etirafı) üçün, hazırki tələb üzrə cavab verməli olan şəxs də o, olmalıdır, iddiaçı həmin pulun geri qaytarılmasını müvafiq olaraq ondan, yəni X4 tələb edə bilər.
48. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən ödənilən 20000 manat pul evin alqı-satqısı məqsədi ilə verilmişdir və nə qədər ki, Y.İsayev həmin pulu aldığını etiraf edir, deməli həmin pulla bağlı qaldırılmış iddiaya da məhz o, cavab verməlidir.
49. Yaqub İsayevin pulu geri qaytarmaqdan imtina etməsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı tərəfindən ödənilən 20000 manat pul evin təmirinə deyil, alqı-satqısına yönəlmişdir. Yaqub İsayevin evdəki qüsurlarla bağlı X10 ilə razılıq əldə etməsi isə onların arasında yeni iddia predmeti olmaqla hazırki baxılan işə hər hansı aidiyyəti yoxdur.
50. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz.
51. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
52. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu isə iddia təmin olunmadığından iddiaçının özünə aid edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçı ümumiyyətlə ödənilmiş dövlət rüsumunun cavabdehdə tutulması ilə bağlı tələb irəli sürməmişdir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5480/2025 nömrəli iş üzrə 15 iyul 2025-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı, X9 və X10 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.