Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5259/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1332/2023 nömrəli 11 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin birgə nikahda olduqları müddətdə xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X10 doğulmuşdur.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-509/2022 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanılmış nikahın pozulması, tərəflərin birgə nikahından olmuş X20 və X7 anaları X4 yanında qalmaları, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-509/2022 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutulub X5 verilməsi, Cavabdeh 31 iyul 2019-cu il təvəllüdlü X7 üç yaşına çatanadək (31 iyul 2022-ci il tarixədək) 07 yanvar 2022-ci il tarixdən hesablanmaqla hər ay 50 manat sabit pul miqdarında alimentin tutularaq X5 ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh X5 qarşı “uşağın onun himayəsində saxlanılması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
3. 17 nömrəli Uşaq Poliklinikasının 04 saylı arayışına və qonşuların aktına əsasən İddiaçı övladı X9 “uşaq autizmi, kanner sindromu” xəstəsidir və 17 saylı Uşaq Poliklinikasında qeydiyyatdadır.
4. “Psixi Sağlamlıq Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli məktubundan və 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli həkim psixiatr komissiyasının rəyinə əsasən də X19 “uşaq autizmi, kanner sindromu” diaqnozu qoyulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X20 və xx.xx.2019-cu il təvəllüdlü X7 hər birinə ödəniləcək alimentin artırılaraq hər ay 220 manat olmaqla, cəmi 440 manat, o cümlədən xx.xx.2017-ci il təvəllüdlü X6 “uşaq autizmi, kanner sindromu” xəstəsi olması səbəbindən onun müalicəsinə və təhsil, tədris və sair xərclərinin qarşılanması üçün hər ay 3000 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hazırda oğlanlarından X6 beş, X7 isə üç yaşı var. Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağlarının heç bir tələbatının ödənilməsinə yetmir. Belə ki, oğlu X18 “uşaq autizmi, kanner sindromu” xəstəsi olmaqla məktəbə qədər xüsusi hazırlıq kurslarında təhsil alır. Onun sağlamlıq imkanlarının digər uşaqlardan fərqliliyi səbəbindən tədris, müalicə, idman, xüsusi dərnəklərdə tədris, həmçinin şəxsi müəllim və həkim nəzarəti altında olunması hər ay ona 3000 manata başa gəlir. X1 da məktəbə qədər təhsil almasını və normal bağçalarda təhsil və tərbiyəsinə tərəfindən aylıq 1000 manat xərc çəkilir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildən hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Eyni zamanda cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh müxtəlif fasilələrlə ödəyir. Hazırda ona qeyd edilən qətnamə üzrə 3000 manatdan çox borcu yaranmışdır. Uşaqlarının bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqların ehtiyaclarının da artması labüddür. Cavabdeh uşaqlara, xüsusən xəstə azyaşlı övladlarının müalicəsinə heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 may 2023-cü il tarixli 2(007)-1332/2023 nömrəli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 509/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsaitin ona aid edilməsi, Cavabdeh İddiaçı ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
8. Məhkəmə hazırda yaşayış minimumu məbləğinin bir uşaq üçün artmasını, yəni 220 manat olmasını, cavabdehin uşaqların saxlanılması üçün hər biri üçün 220 manat olmaqla 440 manat aliment məbləğini qəbul etməsini, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, hesab etmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə, 440 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir.
9. Məhkəmə iddia tələlbinin “xx.xx.2017-ci il təvəllüdlü X6 “uşaq autizmi, kanner sindromu” xəstəsi olması səbəbindən onun müalicəsinə və təhsil, tədris və sair xərclərinin qarşılanması üçün hər ay 3000 (üç min) manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı bildirmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilk öncə ididaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər ilə uşağın “uşaq autizmi, kanner sindromu” xəstəsi olması öz əksini tapsa da, onun müalicəsinə iddiaçı tərəfindən konkret olaraq çəkilmiş xərclər ilə əlaqədar mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçının da məhkəmə iclasında izahatında bildirdikləri əsasında maddi imkanının yaxşı olması müəyyən edilsə də cavabdehin əmək haqqı, maddi imkanı ilə bağlı hər hansı sübut onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçı öz izahatında X9 üçün xəstəliyi ilə əlaqədar pensiya alacaqlarını, bunun üçün sənədlərin hazır olmasını bildirmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı iddia tələbində 3000 manat vəsaitə müalicə xərci ilə yanaşı, təhsil, tədris və digər xərcləri də daxil etmişdir. Hansı ki, bu qeyd olunan xərclər uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması xərclərinə aiddir və həmin xərc də məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğinə daxildir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanuna istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, hakimin iş materialları ilə tam tanış olmadan, məhkəməyə təqdim etdiyi xərclərlə bağlı, dayələrlə bağladığı müqavilə, ümumi çəkilən xərclər, ümumiyyətlə isə autizm sindromlu xəstəliyinin xüsusiyətlərindən xəbərdar olmaması və ya bu hallara biganə münasibət sərgiləməsi fikri yaradır. Övladına çəkilən xərclərlə bağlı məhkəməyə təqdim etdiyi sübutlardan biri də şahid ifadələridir ki, xidmətindən istifadə etdiyi taksi sürücüsü, övladına xidmət edən dayələr məhkəmədə tərfindən onlara hansı məbləğdə vəsait verildiyini, ümumiyyətlə bu tipli xəstəliklərdən əziyyət çəkən uşaqlara aylıq xidmətin nə qədər vəsaitin sərf edildiyini qeyd etmişdilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
15. Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
16. Maddə 81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
17. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-cı il tarixli Qərarında göstərilmişdir ki, ... qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə - iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Kollegiya qeyd edir ki, iddiaçı tələbində xx.xx.2017-ci il təvəllüdlü X6 “uşaq autizmi, kanner sindromu” xəstəsi olması səbəbindən onun müalicəsinə və təhsil, tədris və sair xərclərinin qarşılanması üçün hər ay 3000 manat məbləğində alimentin tutulmasını tələb etsə də, qanunvericiliyin tələbinə görə bu tələb aliment öhdəliyi deyil, cavabdehin əlavə xərclərdə iştirakı ilə bağlıdır.
27. İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X6 “uşaq autizmi, kanner sindromu” xəstəsi olması əsası ilə çəkilən xərclərin qarşılanması üçün əlavə xərc olaraq hər ay 3000 manat tutulmasını tələb edir.
28. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı uşağın müalicəsinə tərəfindən konkret olaraq çəkilmiş xərclər ilə əlaqədar mötəbər sübutlar təqdim etməmişdir. Bununla bağlı maddi yardıma ehtiyacın olması, çəkilmiş və ya çəkilməli olan xərclərə dair konkret sübutlar təqdim edilməmişdir.
29. Qeyd edilən xəstəlikdən əziyyət çəkən uşaqlar dövlət nəzarətindədir.
30. Apellyasiya baxışında müəyyən edilmişdir ki, X9, ikinci dərəcəli əlilliyi olmaqla, 220 manat pensiya alır.
31. Bundan başqa uşağına baxdığı üçün iddiaçıya da 100 manat pensiya təyin edilmişdir.
32. İddiaçı xəstə uşağı ilə bağlı əlavə xərclərə dair heç bir sübut təqdim etməmişdir.
33. Qeyd olunan halları nəzərə alaraq Kollegiya hesab edir ki, əlavə xərc hissəsində iddia tələbinin rədd edilməsi barədə məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1332/2023 nömrəli iş üzrə 11 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.