Məhkəmə qərarları › İş №2(103)-5284/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5284/2023

09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5284/2023 09.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tahir oğlu və Cavabdeh3 qarşı avtomobilin geri qaytarılması tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı avtomobilin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(005)-6912/2016 nömrəli qətnaməsindən Cavabdeh2 şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada mülkiyyətində olan “İnfiniti G 35” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin, eyni zamanda məhkəmədə hüquqlarının müdafiə olunması üçün "xxxx" MMCyə ödədiyi 500 manatın, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(005)-6912/2016 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Qətnamə üzrə verilmiş icra vərəqəsi 15 noyabr 2016-cı il tarixdə Cavabdeh2 münasibətdə icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, İcra şöbəsinin 21 noyabr 2016-cı il tarixli qərarı ilə iş üzrə icraata başlanılmışdır.

4. Cavabdeh2 16 may 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətinin ona təqdim edilməsini xahiş etmişdir.

5. Cavabdeh2 08 iyun 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verərək, ona aid hissədə ləğv edilib, iddianının həmin hissədə rədd olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. İşdən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(005)-6912/2016 nömrəli qətnaməsi qəbul edilmiş, qanunla müəyyən edilmiş müddət keçdikdən sonra 15 noyabr 2016-cı il tarixdə Cavabdeh2 münasibətdə icra olunması icra şöbəsinə göndərilmişdir.

8. Göründüyü kimi, cavabdeh hazırda mübahisələndirdiyi qətnamədən şikayəti qətnamənin qəbul edilməsindən 6 ildən çox müddət keçdikdən sonra vermiş, lakin müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair ərizə verməmişdir.

9. Nəzərə alınmalıdır ki, cavabdeh apellyasiya şikayətində qətnamədən apellyasiya məhkəməsi tərəfindən ona bildiriş göndərildikdə məlumatlı olmasını qeyd edir. Lakin, iş materiallarından görünür ki, həm işə baxılarkən, həm də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(005)-6912/2016 nömrəli qətnaməsindən digər cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsində baxılarkən Cavabdeh2 məhkəmə bildirişləri göndərilmişdir.

10. Bundan başqa, Cavabdeh2 aid hissədə qətnamə icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədinin geri qaytarılması, icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı da iş materiallarında hər hansı bir məlumat yoxdur. Belə olduğu təqdirdə 6 ildən artıq müddət ərzində Cavabdeh2 aid hissədə hər hansı icra hərəkətinin aparılmaması, onun icra sənədindən məlumatlı olmaması mümkün deyildir.

11. “Məhəmmədov və digərləri Rusiyaya qarşı” 28 mart 2017-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “məhkəməyə çatım hüququ ədaləti məhkəmə araşdırması hüququnun aspektlərindən biridir (bax X7rşı qərarına, xx.xx.1975-ci il, §36), mütləq deyil və xüsusilə şikayətin mahiyyəti üzrə baxılmasının qəbuledilənliyinə münasibətdə dolayı məhdudiyyətlərə məruz qala bilər (bax X2rşı qərarına, xx.xx.1985-ci il, §57). Lakin bu cür məhdudiyyətlər elə bir qaydada və ya həddə olmalıdır ki, hüququn özünə xələl gəlməsin. Məhdudiyyətlər qanuni məqsəd daşımalı, eləcə də istifadə edilmiş vasitələrlə nəzərdə tutulmuş məqsədlər arasında ağlabatan mütənasiblik olmalıdır (bax Guerin Fransaya qarşı qərarına, xx.xx.1998-ci il, §37; Lupeni X1rşı qərarına, №76943/12, §§84-89). Şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir (bax Pérez de X6rşı qərarına, xx.xx.1998-ci il, §45). Buna görə, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cımaddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər (bax: Ponomaryov Ukraynaya qarşı qərarına, §42). Baxmayaraq ki, bur cür qərar yalnız yerli məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir, bu səlahiyyətlər məhdudiyyətsiz deyil. Apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə üzrə qərar qəbul edən məhkəmə, hər bir halda, qərarını əsaslandıran səbəbləri göstərməli, eləcə də, bu cür ərizəni əsaslandıran səbəblərin qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxilə, xüsusilə səlahiyyətləri nə müddət, nə də ki əsaslara görə daxili qanunvericiliklə məhdudlaşdırılmadığı hallarda haqq qazandırıbqazandırmamasını yoxlamalıdır (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §34). Avropa Məhkəməsi daha sonra xatırladır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir (bax: Karen Pogosyan Ermənistana qarşı qərar, §47). Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax Raihani Belçikaya qarşı qərarına, §38)

12. Göründüyü kimi, bu qərarlarında Məhkəmə prosessual müddəti ötürmüş şəxsin qərardan şikayət vermək üçün xüsusi diqqətlə, yəni qərarın mövcudluğundan xəbərdar olduğu andan dərhal hərəkət etməli olduğunu qeyd etmişdir.

13. Hazırkı işdə isə, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyini araşdırmadan şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, birinci instansiya məhkəməsi bu halları ən azı icra işinin materiallarını tələb etməklə müəyyən edə bilərdi.

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin surtəinin alınması barədə məlumat olmadığı halda belə, ağlabatan müddət ötürüldükdən sonra verilmişdirsə, məhkəmə həmin müddətin ötürülməsinin üzrlü olub-olmamasını yoxlamalı və bu zaman Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə formal yanaşmamalıdır.

15. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(005)- 6912/2016 nömrəli qətnaməsindən Cavabdeh2 şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar