Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5287/2025 13.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqı və.s” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2(001)- 167/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Tərəflər arasında əmək münasibətləri olmuş, iddiaçı 2013-2020-ci illər ərzində Cavabdehndə sürücü vəzifəsində çalışmışdır. 31 avqust 2020-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı Cavabdeh MMC-də işlədiyi müddətdə 2013-2020-ci illər ərzində ona ödənilməli olan 13512,74 manat məbləğində əmək haqqının ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "Monella” MMCdən 2013-2020-ci illər ərzində ona ödənilməli olan 13512,74 manat məbləğində əmək haqqının, 3207,36 manat məbləğində əldən çıxmış faydanın, hüquqi yardıma görə Vəkil Bürosuna ödənilmiş 420,0 manat məbləğində xidmət haqqının, 60 manat məbləğində mediasiya xərcinin, ümumilikdə 17200,1 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ilin sentyabr ayından 2020-ci ilin mart ayınadək olan dövrdə "Monella” MMC-də sürücü vəzifəsində işləmişdir. Qeyd edilən dövr ərzində, yəni 2007-ci ildə cəmiyyətin adı "İsmayıloğulları” MMC, sonradan isə "Monella” MMC adı ilə fəaliyyət göstərməyə başlamışdır. Ağır iş rejimində çalışdığı dövr ərzində heç bir əmək haqqı almadan və əmək məzuniyyətinə buraxılmadan işləmiş və gün ərzində sərnişin daşıma xidmətindən daxil olmuş pul vəsaitini cəmiyyətin nümayəndəsinə təhvil vermişdir. Gündəlik sərnişin daşınması ilə əlaqədar hər-hansı pul ödənişi ilə bağlı öhdəliyə imza atmamış və belə bir öhdəlik götürməmişdir. Əmək haqları verilməsi ilə bağlı kartlar sifariş verilmiş, müvafiq sənədə imza atsa da, maaş kart verilmədiyindən onunla birlikdə cəmiyyətin bir neçə işçisi kartları tələb etdiyinə görə işdən azad edilmişlər. Pensiyaya çıxdıqdan sonra pensiya alıb-ala bilməyəcəklərini, bunun üçün əmək haqqı və sosial müdafiə fonduna ödəniş edilib-edilmədiyi ilə bağlı sürücülərin, o cümlədən onun tələbi cəmiyyətin rəhbərliyinin xoşuna gəlməmiş və nəticədə belə bir addım atılmışdır. xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmiş, xxxxxxx000100 N-li elektron əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən "Monella” MMC ilə onun arasında əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2014-cü il göstərilməklə aylıq əmək haqqı 125 manat olmaqla müddətsiz olaraq sürücü vəzifəsinə götürülmüşdür. xx.xx.2013-cü il tarixli, 39 saylı yazılı əmək müqaviləsinə əsasən birinci ay sınaq müddəti hesab edilərək aylıq əmək haqqının 125 manat olduğu göstərilməklə xx.xx.2013-cü il tarixdən sürücü vəzifəsinə götürülmüşdür. Həmin müqaviləyə müəssisə tərəfindən dəyişiklik edilərək əmək haqqı xx.xx.2013-cü il tarixdən 180 manat müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdə daxil edilmiş, xxxxxxx000300 N-li elektron "Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən "Monella” MMC ilə onun arasında əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2018-ci il göstərilməklə aylıq əmək haqqı 160 manat olmaqla müddətsiz, əməyin ödənilməsi vaxtamuzd olaraq sürücü vəzifəsinə götürülmüşdür. xx.xx.2019-cu il tarixdə daxil edilmiş, xxxxxxx000301 JNs-li elektron "Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən "Monella” MMC ilə onun arasında əmək müqaviləsinin bağlandığı tarixli xx.xx.2018-ci il göstərilməklə aylıq haqqı xx.xx.2019-cu il tarixdan 180 manat göstərilməklə müqaviləyə dəyişiklik edilmişdir. xx.xx.2019-cu il tarixdə daxil edilmiş, xxxxxxx000302 Jsfe-li elektron “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən "Monella” MMC ilə onun arasında əmək müqaviləsinin bağlandığı tarixli xx.xx.2018-ci il göstərilməklə aylıq əmək haqqı xx.xx.2019-cu il tarixdən 250 manat göstərilməklə müqaviləyə dəyişiklik edilmişdir. 2018-ci ilin 01 yanvar tarixindən Respublika üzrə minimum əmək haqqının məbləği 130 manat, 2019-cu ilin 01 vanvar tarixindən xx.xx.2019-cu il tarixinədək 180 manat, xx.xx.2019-cu il tarixdən isə 250 manat müəyyən edilmişdir. Göründüyü kimi cəmiyyət vergidən yayınmaq maqsədilə onsuz da ödəmədiyi əmək haqqı məbləğini vergiyə cəlb edilən məbləğdən, yəni 130 manatdan aşağı, digər hallarda aylıq məbləğin vergiyə cəlb edilməyən hədlərində yazmaqla vergidən yayınmışdır. Təqdim edilmiş əmək müqaviləsində xx.xx.2013-cü il tarixindən aylıq əmək haqqının məbləği 180 manat göstərilsə də, faktiki olaraq ona işdən azad olunan dövrədək əmək haqqı verilməmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövrdə əmək müqaviləsi üzrə əmək haqqı məbləği 125,0 manat göstərilmiş və həmin dövr üzrə ona çatası (7 ay x 125 = 875,0) 875,0 manat əmək haqqı verilməmişdir. Mərkəzi Bankın uçot faiz dərəcəsini orta hesabla 5%-dən götürsələr, əldən çıxmış fayda 25,52 manat (875 : 100 x 5 = 43,75 : 12ay x 7 ay = 25,52) xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə əmək müqaviləsi üzrə əmək haqqı məbləği 180,0 manat göstərilmiş və həmin dövr üzrə ona çatası (41 ay x 180 = 7380; 180 : 31 x 12 = 69,68; 7380 + 69,68 = 7449,68) 449,68 manat məbləğində əmək haqqı verilməmişdir. Mərkəzi Bankın uçot faiz dərəcəsini orta hesabla 5%-dən götürülsə əldən çıxmış ayda aşağıdaki kimi olar: xx.xx.2013-01.1 1.2014-cü il üzrə -12 ay x 180 = 2160 : 100 x 5% = 108 manat; xx.xx.2014-xx.xx.2015-ci il üzrə-12 ay x 180 + 108 = (2268 + 2160) : 100 x 5% = 221,4 manat; xx.xx.2015- xx.xx.2016-cı il üzrə - 12 ay x 180 + 113,4 = (2381,4+ 4428,0) : 100 x 5% = 340,47 manat; xx.xx.2015xx.xx.2017-ci il üzrə - 12 ay x 180 ay + 119,07 = (2500,47 + 6809,4): 100 x 5% = 465,50 manat; xx.xx.2015-xx.xx.2018-ci il üzrə - 4 ay 12 gün x 180 + 125,02 = (914,69+9309,87) 100 x 5% = 511 manat; xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə əmək müqaviləsi üzrə əmək haqqı məbləği 160,0 manat göstərilmiş və va həmin dövr üzrə ona çatası (İİ ay x 160 - 1760; 160 : 31 x 19 = 98,06; 1760 + 98,06 = 1858,06) 1858,06 manat mablağində əmək haqqı verilməmişdir. Mərkəzi Bankın uçot faiz dərəcəsini orta hesabla 5%-dən götürülsə əldən çıxmış fayda aşağıdaki kimi olar: xx.xx.2018-xx.xx.2019-cu il üzrə (1858,06 + 10735,84) : 100 x 5% + 629,70 manat; xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə əmək müqavilasi üzrə əmək haqqı məbləği 180,0 manat göstərilmiş və həmin dövr üzrə ona çatası (6 ay x 180 - 1080) 1080,0 manat məbləğində əmək haqqı verilməmişdir. Mərkəzi Bankın uçot faiz dərəcəsini orta hesabla 5%-dən götürülsə əldən çıxmış fayda aşağıdaki kimi olar: xx.xx.2019-xx.xx.2019-cu il üzrə - 1080 : 100 x 5% = 54 manat; xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə əmək haqqı məbləği 250,0 manat göstərilmiş və ya həmin dövr üzrə ona çatası (9 ay x 250 - 2250) 2250,0 manat mablağində əmək haqqı verilməmişdir. Mərkəzi Bankın uçot faiz dərəcəsini orta hesabla 5%-dən götürsələr əldən çıxmış fayda aşağıdaki kimi olar: xx.xx.2019xx.xx.2020-ci il üzrə - 15923,9 : 100 x 5% = 796,20 manat. Beləliklə, Mərkəzi Bankın orta uçot faiz dərəcəsini da nəzərə almaqla cavabdehin qeyd edilən dövr üzrə ödənilməmiş əmək haqqından 13512,74 manat, əldən çıxmış fayda (3207,36 manat) ilə birlikdə 16720,1 manat borcu vardır. Cavabdeh MMC-nin direktoru X4, iddia tələbinə yazılı etirazla məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh MMC-yə qarşı dair iddia ərizəsinin rədd edilməsi və iddiaçıdan vicdansızcasına əsassız iddia qaldırdığı üçün Cavabdeh MMC-nin xeyrinə 15.000 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia müddətinin keçməsini nəzərə alıb, iş üzrə iddia müddəti tətbiq etməklə iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2(001)- 167/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, iddia müddəti (bu müddətin keçib-keçmədiyi) irəli sürülən iddia tələbinin təmin edilib-edilməməsinə birbaşa təsir etdiyindən ilk növbədə cavabdehin iddia müddətinin ötürülməsinə dair arqumentinə qiymət verməyi zəruri hesab etmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 31 avqust 2020-ci il tarixdə xitam verilsə də, iddiaçı cavabdeh cəmiyyətdə işlədiyi müddətdə ona ödənilməli olan 13512,74 manat məbləğində əmək haqqının verilmədiyini iddia edərək cavabdehə qarşı 23 yanvar 2024-cü il tarixdə, başqa sözlə qanunla müəyyən edilmiş 1 (bir) illik iddia müddəti bitdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu mənada məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh "Monella” MMC-yə qarşı “2013-2020-ci illər ərzində ona ödənilməli olan 13512,74 manat məbləğində əmək haqqının ödənilməsi” tələbinə dair iddiası iddia müddəti keçdiyi üçün təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının irəli sürdüyü digər iddia tələblərini də əsassız hesab edərək həmin hissələrdə əlavə əsaslandırma aparılmasını zəruri bilməmişdir. Belə ki, “2013-2020-ci illər ərzində ona ödənilməli olan 13512,74 manat məbləğində əmək haqqının ödənilməsi” tələbinin təmin olunmaması həmin tələbdən irəli gələn digər tələblərin də dispozitiv şərtlərini istisna edir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələbdən görünür ki, iddia işəgötürənə qarşı pul və onunla bağlı əlavə tələblərdən idarətdir. Qanunun tələbinə görə iddiaçının hazırkı tələblə bir il müddətində məhkəməyə müraciət etmək hüququ vardır. Lakin, məhkəmə mübahisəyə iddia müddəti tətbiq edərkən, işin məhkəmənin icraatında olduğunu və bununla bağlı iddia müddətinin axımının dayandığı vaxtları nəzərə almamışdır. Mülki iş materiallarından və qətnamədən görünür ki, məhkəmə bütün hallarda çəkişmə prinsipinə əməl etməmiş, tərəflərin bərabər iştiraklarını təmin etməmişdir. Doğrudur cavabdeh məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunsa da, cavabdehin özünün iştirakı təmin edilməmiş, tərəflərin birgə iştirakı ilə mübahisənin araşdırılmasını təmin etməmişdir. Cavabdehin iştirak edilməməsi isə məhkəmədə daxili inamın düzgün formalaşmasını tam təmin etmir. Qətnamədən isə görünür ki, məhkəmə qətnaməni çəkişmə prinsiplərinə əməl edilməklə əldə olunan dəlil və sübutlarla deyil, natamam qaydada aparılmış araşdırma əsasında, yəni özünün qulluq mövqeyinə görə qəbul etdiyi dəlillərə istinad etməklə əsaslandırmışdır. Məhkəmə cavabdehin dindirilməsini və mübahisə ilə bağlı yalnız cavabdehin cavablandırması mümkün olan sualların verilməsinə şərait yaratmamış və bununla da istinad olunan prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Qətnamədən də görünür ki, iddiaçı istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, lakin məhkəmə həmin sübutları qəbul etsə də, onlara qeyri obyektiv yanaşmış və düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa məhkəmə tərəflər arasındakı mübahisəyə iddia müddəti tətbiq etsə də, qətnamədə bu müddəti necə və hansı qaydada hesabladığı barədə hər hansı bir söz belə yazmamışdır. İddiaçı əmək kitabçasını, əmrin surətini 2021-ci ilin aprel ayının sonunda müraciət edərək almış və bundan sonra isə 2021-ci ilin may ayının əvvəlində cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə onun iddia ərizəsi iddiaçının təkrar məhkəməyə gəlməməsi ilə bağlı baxılmamış saxlanılmışdır. Həmin qərardad xx.xx.2022-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir, bundan sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edilərək, iş üzrə icraatın təzələnməsi xahiş olunmuş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunmamış və iddiaçıya yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur, bundan sonra yenidən xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət edilmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, qanuna edilmiş yeni dəyişikliklər və Mediasiya haqqında qanunun tələblərinə görə əmək mübahisələri ilə bağlı işlər üzrə əvvəlcə Mediasiya təşkilatına müraciət olunmalıdır. xx.xx.2023-cü il tarixdə 6 saylı Mediasiya təşkilatına müraciət olunmuş və xx.xx.2024-cü il tarixdə isə barışığın mümkün olmaması barədə Mediasiya arayışı verilmişdir. Daha sonra sonra xx.xx.2024cü il tarixdə yenidən məhkəməyə müraciət olunmuşdur. İş materiallarından və qeyd olunan dəlil və sübutlardan görünür ki, hazırkı iddia tələbi Binəqədi Rayon Məhkəməsinə ilkin müraciət olunan vaxtdan, həmin məhkəmədə baxılıb yekun qətnamə qəbul edilənədək olan müddət təxminən 4 il 2 ay təşkil etsə də, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş ümumi bir illik iddia müddəti buraxılmamışdır. Bu 4 il 02 ay müddətdə əsasən iş məhkəmənin icraatında olmuş və həmin vaxtları da iddia müddətinin axımı dayandırılmışdır. Beləliklə, hesab edir ki, məhkəmə mübahisəyə iddia müddəti tətbiq etdiyi halda iş üçün əhəmiyyəti olan bu halları nəzərə almamış, iddia müddətinin tətbiq edilməsi ilə bağlı işin qeyd olunan hallarına qətnamədə münasibət bildirilməmiş və bu hallara aydın şəkildə izah verilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsi: 296-cı maddəsinin 4-cü bəndinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Cavabdeh direktoru X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı müddətsiz olaraq, 1 ay müddətində sınaq müddəti ilə, qrafik üzrə növbəli üzrə, aylıq əmək haqqı 125 manat olmaqla sürücü (sərnişin daşıma) vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh direktoru X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsi xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh direktoru X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi xx.xx.2018-ci il tarixdə sistemə daxil edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh direktoru X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmişdir. Cavabdeh direktoru X1 məhkəmənin sorğusuna cavab olaraq təqdim etmiş olduğu 2013-2016-cı illərə dair əmək haqqı ödəniş cədvəlinə əsasən; 123 nömrəli marşrut xətti üzrə işləyən sürücü İddiaçı 2013-cü ilin mart-dekabr ayları üzrə hər ay 121,25 manat olmaqla, ümumilikdə 1091,25 manat; 2014-cü ilin yanvar-dekabr ayları üzrə hər ay 121,25 manat olmaqla, ümumilikdə 1455 manat; 2015-ci ilin yanvar-dekabr ayları üzrə hər ay 121,25 manat olmaqla, ümumilikdə 1455 manat; 2016-cı ilin yanvar-oktyabr ayları üzrə hər ay 121,25 manat olmaqla, ümumilikdə 1212,5 manat məbləğində əmək haqqı ödənilmişdir. 2016-cı ilin noyabr 2018-ci ilin avqust aylarını əhatə edən dövrə aid sənədlər şirkətdə tapılmadığından təqdim edilməsi mümkün olmamışdır. 2016-cı ilin noyabr ayından, 2017-ci ilin iyun ayınadək olan əmək haqqı ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2016-cı ilin noyabr ayından, 2017ci ilin iyun ayınadək hər ay 121,25 manat olmaqla, ümumilikdə 970 manat məbləğində əmək haqqı ödənilmişdir. 2018-ci ilin sentyabr ayından, 2019-cu ilin fevral ayınadək olan əmək haqqı ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2018-ci ilin sentyabr ayından, 2019-cu ilin fevral ayınadək hər ay 121,45 manat olmaqla, ümumilikdə 752,70 manat məbləğində əmək haqqı ödənilmişdir. 2019-cu ilin mart-iyul aylarında olan əmək haqqı ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2019-cu ilin mart-iyul aylarında hər ay 173,70 manat olmaqla, ümumilikdə 868,50 manat məbləğində əmək haqqı ödənilmişdir. 2019-cu ilin sentyabr ayından, 2020-ci ilin may ayınadək olan əmək haqqı ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2019-cu ilin sentyabr ayından, 2020-ci ilin may ayınadək olan müddətdə, ümumilikdə 2148,29 manat məbləğində əmək haqqı ödənilmişdir. Cavabdeh direktoru X4 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 220 nömrəli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (aktlara əsasən) xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/720 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh MMC-nin adına olan 2013-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr aylarında əmək haqqının hesablanması və ödənilməsi cədvəllərində 88-ci sırada “İddiaçı” yazıları qarşısında “İmza” qrafalarındakı imzalar, 2013-cü ilin dekabr, 2014-cü ilin yanvar, fevral aylarında əmək haqqının hesablanması və ödənilməsi cədvəllərində 87-ci sırada “İddiaçı” yazıları qarşısında “İmza” qrafalarındakı imzalar, 2014-cü ilin mart, aprel aylarında əmək haqqının hesablanması və ödənilməsi cədvəllərində 68-ci sırada “İddiaçı” yazıları qarşısında “İmza” qrafalarındakı imzalar, 2014-cü ilin may ayında əmək haqqının hesablanması və ödənilməsi cədvəllərində 71-ci sırada “İddiaçı” yazıları qarşısında “İmza” qrafasındakı imza, 2014-cü ilin iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr, 2015-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2016-cı il yanvar, fevral, mart, aprel, iyun, iyul, avqust aylarında əmək haqqının hesablanması cədvəllərində 13-cü sırada “İddiaçı” yazıları qarşısında “Alanın imzası” qrafalarındakı imzalar-İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2016-cı il may ayında əmək haqqının hesablanması cədvəlində 13-cü sırada “İddiaçı” yazıları qarşısında “Alanın imzası” qrafasındakı imza-İddiaçı tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir. “X3” MMC-nin xx.xx.2024-cü il tarixli, ETM-002/10/24 saylı mütəxəssis rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Cavabdeh MMC-nin əmək haqqının hesablanması və ödənilməsinə dair; 2013-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarına dair 9 ədəd; 2014-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarına dair 12 ədəd; 2015-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarına dair 12 ədəd; 2016-cı ilin mart, aprel, may, iyun, iyul, avqust aylarına dair 7 ədəd; 2018-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarına dair 4 ədəd; 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarına dair 11 ədəd; 2020-ci ilin yanvar, fevral, mart aylarına dair 3 ədəd cədvəllərdə müvafiq olaraq “İddiaçı” və ya “İddiaçı” yazıları qarşısındakı imzalar-İddiaçı tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5/404-5/405 nömrəli ekspertiza rəyinə (ekspert Aysel Aslanova) əsasən: 1. Tədqiqata təqdim edilmiş Cavabdeh MMC 2018-2020-ci ilin əmək haqqının hesablanması cədvəlin (i.v 142-161-ci) üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. 2. Təqdim edilmiş Cavabdeh MMC 2018- 2020-ci ilin əmək haqqının hesablanması cədvəlin (i.v 142-161-ci) üzərlərində olan möhür əksləri öz aralarında eynilik təşkil edirlər. 3. Təqdim edilmiş Cavabdeh MMC 2018– 2020-ci ilin əmək haqqının hesablanması cədvəlində (i.v 142-161-ci) “İddiaçı” oğlunun adından və “Direktor”, “Baş mühasib” qrafasında olan imzalar hər hansı bir texnik vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişdir. X7 rəyinə əsasən; 1. Tədqiqata təqdim edilmiş mülki iş materiallarının 76, 142- 160-cı səhifələrində olan sənədlərdəki Cavabdeh MMC-ə “Azərbaycan Respublikası Bakı şəhəri X8 city Məhdud Məsuliyyətli Cəmiyyəti Limited Responsible Society "Monella” məzmunlu mətn olan dairəvi möhür əkslərinin boyasının rəngləyici maddəsi kimyəvi tərkibinə görə ştempel boyalarına aiddirlər və kimyəvi tərkiblərinə görə öz aralarında eynidirlər. 2. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 77-83-cü səhifələrində olan sənədlərdəki Cavabdeh MMC-nin direktor və baş mühasibinə məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 3. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 76-cı səhifəsində olan ərizədəki Cavabdeh MMC-nin direktorunun imzası ilə 77-83-cü səhifələrdə olan sənədlərdəki Cavabdeh MMC-nin direktor və baş mühasibinə məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 4. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 119-cu səhifəsində olan sənəddəki Cavabdeh MMC-nin baş mühasibinin imzası ilə 76, 77-83-cü səhifələrdə olan sənədlərdəki “Monella MMC-nin direktor və baş mühasibinə məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 5. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 142-161-ci səhifələrində olan sənədlərdəki Cavabdeh MMC-nin direktor və baş mühasibinə məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 6. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 142-161-ci səhifələrində olan sənədlərdəki Cavabdeh MMC-nin direktoru və baş mühasibinin imzası ilə 76,77-83 və 119 cu səhifələrdə olan sənədlərdəki Cavabdeh MMC-nin direktor və baş mühasibinə məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 7. Tədqiqata təqdim edilmiş mülki işin materialının 77-85-ci səhifələrində olan 2013 cü il aprel-dekabr ayı üzrə, 86-89-cu, 91-97-ci səhifələrində olan 2014-cü il yanvar-aprel, iyun-dekabr ayları üzrə, 98-102-ci, 108-109-cu səhifələrində olan 2015-ci il yanvar-may, noyabr,dekabr ayları üzrə, 110-cu səhifəsində olan 2016-cı il yanvar, 114-116-cı səhifələrində olan may-iyul ayları üzrə sənədlərdəki İddiaçı məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 8. Tədqiqata təqdim edilmiş mülki işin materialının 103- 107-ci səhifələrində olan 2015-ci il iyun-oktyabr ayı üzrə sənədlərdəki İddiaçı məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 9. Tədqiqata təqdim edilmiş mülki işin materialının 111-113-cü səhifələrində olan 2016-cı il fevral-aprel ayı üzrə sənədlərdəki İddiaçı məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 10. Tədqiqata təqdim edilmiş mülki işin materialının 117-ci səhifəsində olan 2016-cı il avqust ayı üzrə, 142-143-cü səhifələrində olan 2018-ci il sentyabroktyabr ayı üzrə sənədlərdəki İddiaçı məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 11. Tədqiqata təqdim edilmiş mülki işin materialının 144-145-ci səhifələrində olan 2018-ci il noyabr-dekabr ayı üzrə, 146-155-ci səhifələrində olan 2019-cu il yanvar-noyabr ayı üzrə sənədlərdəki İddiaçı məxsus imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 12. Tədqiqata təqdim edilmiş işin materiallarının 156-cı səhifəsində olan 2019-cu il dekabr ayı üzrə, 157-161-ci səhifələrində olan 2020-ci yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus imzalar rəngləyici maddələrinin tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 13. Tədqiqata təqdim edilmiş işin materiallarının 90-cı səhifəsində olan 2014-cü ilin may ayı üzrə sənəddəki İddiaçı məxsus imza ilə 77-85-ci səhifələrində olan 2013-cü il aprel-dekabr ayları, 86- 89-cu, 91-97-ci səhifələrində olan 2014-cü il yanvar-aprel, iyun-dekabr ayları, 98-109-cu səhifələrində olan 2015-ci il yanvar dekabr ayları üzrə, 110-115,117-ci səhifələrində olan 2016-cı il yanvar- iyun,avqust ayları üzrə, 142-145-ci səhifələrində olan 2018-ci il sentyabr-dekabr ayları üzrə, 146-156-cı səhifələrində olan 2019-cu il yanvar-dekabr ayları üzrə, 157-161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 14. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 103-107-ci səhifələrində olan 2015-ci il iyun-oktyabr ayları üzrə sənədlərdəki İddiaçı məxsus imzalar ilə 77-85-ci səhifələrində olan 2013-cü il aprel-dekabr ayları,86-97-ci səhifələrdə olan 2014-cü il yanvar-dekabr ayları, 98-102ci səhifəsində olan 2015-ci il yanvar-may ayları üzrə, 108-109-cu səhifələrində olan 2015-ci il noyabr-dekabr ayları üzrə, 110-115,117-ci səhifələrində olan 2016-cı il yanvariyun,avqust ayları üzrə, 142- 145 ci səhifələrində olan 2018-ci il sentyabr-dekabr ayları üzrə, 146-156-cı səhifələrində olan 2019-cu il yanvar-dekabr ayları üzrə, 157-161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 15. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 111-113-cü səhifələrində olan 2016-cı il fevral-aprel ayları üzrə sənədlərdəki İddiaçı məxsus imzalar ilə 77-85-ci səhifələrində olan 2013-cü il apreldekabr ayları,86--97-ci səhifələrdə olan 2014-cü il yanvar-dekabr ayları, 98-109-cu səhifələrində olan 2015-ci il yanvar-dekabr ayları üzrə, 110-cu səhifəsində olan 2016-cı il yanvar ayı üzrə, 114-115-ci, 117-ci səhifələrində olan 2016-cı il may-iyun, avqust ayları üzrə, 142-145-ci səhifələrində olan 2018-ci il sentyabr-dekabr ayları üzrə, 146- 156-cı səhifələrində olan 2019-cu il yanvar-dekabr ayları üzrə, 157-161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 16. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 156cı səhifəsində olan 2019 cu il dekabr ayı üzrə sənəddəki İddiaçı məxsus imza ilə 77 85ci səhifələrində olan 2013-cü il aprel-dekabr ayları,86-97-ci səhifələrdə olan 2014-cü il yanvar-dekabr ayları, 98-109-cu səhifələrində olan 2015-ci il yanvar-dekabr ayları üzrə, 110-115,117-ci səhifələrində olan 2016-cı il yanvar-iyun, avqust ayları üzrə, 142-145-ci səhifələrində olan 2018-ci il sentyabr-dekabr ayları üzrə, 146-155-ci səhifələrində olan 2019-cu il yanvar-noyabr ayları üzrə, 157-161-ci səhifələrində olan 2020-ci il yanvarmay ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 17. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 77-85-ci səhifələrində olan 2013-cü il aprel-dekabr ayı üzrə, 86-89-cu, 91-97-ci səhifələrində olan 2014-cü il yanvar aprel, iyun-dekabr ayları üzrə, 98-102-ci, 108-109-cu səhifələrində olan 2015-ci il yanvar may, noyabr,dekabr ayları üzrə, 110-cu səhifəsində olan 2016-cı il yanvar, 114-116-cı səhifələrində olan may-iyul ayları üzrə sənədlərdəki İddiaçı məxsus imzalar ilə 103-107-ci səhifələrində olan 2015-ci il iyun-oktyabr, 111- 113- cü səhifələrində olan 2016-cı il fevral-aprel, 117-ci səhif\sində olan 2016-cı il avqust ayı üzrə, 142-143-cü səhifələrində olan 2018-ci il sentyabr-oktyabr ayı, 144-145ci səhifələrində olan 2018-ci il noyabr-dekabr ayı üzrə 146-155-ci səhifələrində olan 2019-cu il yanvar noyabr ayı, 156-cı səhifəsində olan 2019-cu il dekabr ayı üzrə, 157- 161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkibinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 18. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 117-ci səhifəsində olan 2016 cı il avqust ayı üzrə sənəddəki İddiaçı məxsus imza ilə 142 143-cü səhifələrində olan 2018-ci il sentyabr-oktyabr ayı, 144-145ci səhifələrində olan 2018-ci il noyabr-dekabr ayı üzrə, 146-155-ci səhifələrində olan 2019-cu il yanvar- noyabr ayı, 156-cı səhifəsində olan 2019-cu il dekabr ayı üzrə, 157- 161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 19. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 142-143-cü səhifələrində olan 2018-ci il sentyabr-oktyabr ayı üzrə sənədlərdəki İddiaçı məxsus imzalar ilə 144-145-ci səhifələrində olan 2018-ci il noyabrdekabr ayı üzrə, 146 155-ci səhifələrində olan 2019-cu il yanvar-noyabr ayı, 156-cı səhifəsində olan 2019-cu il dekabr ayı üzrə, 157-161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 20. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 144-145-ci səhifələrində olan 2018-ci il noyabr-dekabr ayı üzrə sənədlərdəki İddiaçı məxsus imzalar ilə 146-155-ci səhifələrində olan 2019-cu il yanvar-noyabr ayı, 156-cı səhifəsində olan 2019-cu il dekabr ayı üzrə, 157-161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 21. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 146-155-ci səhifələrində olan 2019-cu il yanvar-noyabr ayı üzrə sənədlərdəki İddiaçı məxsus imzalar ilə 156-cı səhifəsində olan 2019-cu il dekabr ayı üzrə, 157-161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 22. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 156cı səhifəsində olan 2019 cu il dekabr ayı üzrə sənədlərdəki İddiaçı məxsus imzalar ilə 157-161-ci səhifələrində olan 2020-ci il yanvar-may ayları üzrə sənədlərdəki İddiaçı məxsus əl ilə icra edilmiş imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 23. Rəyin sənədlərin materiallarının tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərardadın “4) Həmin sənədlərdəki möhürlər kimyəvi tərkibinə, sənədlərdə əks olunma yerlərinə və istiqamətlərinə və s. əlamətlərinə görə eyni vaxtda vurulmuşdurmu?”,“5) Həmin sənədlərdə olan imzalar əlamətlərinə görə eyni vaxtda icra olunmuşdurmu?” və “6) Həmin sənədlərdə olan imzalar Cavabdeh MMC-nin adından olan imzalar (müvafiq olaraq “Rəhbər” və “Baş mühasib” qrafalarındakı) hər hansı əlamətlərinə görə eyni vaxtda icra olunmuşdurmu? Sualları üzrə tədqiqat aparılmadı. Tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarından göründüyü kimi tərəflər arasında əmək münasibətləri olmuş, iddiaçı 2013-2020-ci illər ərzində Cavabdehndə sürücü vəzifəsində çalışmışdır. 31 avqust 2020-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı Cavabdeh MMC-də işlədiyi müddətdə müvafiq sənədlərə imza atsa da, 2013-2020-ci illər ərzində ona ödənilməli olan 13512,74 manat məbləğində əmək haqqının verilmədiyini iddia etməklə hazırkı iddia tələbini irəli sürmüşdür. İddiaçının irəli sürdüyü digər tələblər həmin tələbdən törəmədir. Cavabdeh isə birinci instansiya məhkəməsi baxışı zamanı həmin tələb üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmaqla iddiaya etiraz etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 31 avqust 2020-ci il tarixdə xitam verilsə, iddiaçı cavabdeh cəmiyyətdə işlədiyi müddətdə ona ödənilməli olan 13512,74 manat məbləğində əmək haqqının verilmədiyini iddia edərək cavabdehə qarşı 23 yanvar 2024-cü il tarixdə, başqa sözlə qanunla müəyyən edilmiş 1 (bir) illik iddia müddəti bitdikdən sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı cavabdeh "Monella” MMC-yə qarşı “2013-2020-ci illər ərzində ona ödənilməli olan 13512,74 manat məbləğində əmək haqqının ödənilməsi” tələbinə dair iddiası iddia müddəti keçdiyi üçün təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən “2013-2020-ci illər ərzində ona ödənilməli olan 13512,74 manat məbləğində əmək haqqının ödənilməsi” tələbinin təmin olunmaması həmin tələbdən irəli gələn digər tələblərin də dispozitiv şərtlərini istisna etdiyindən bu hissədə də birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının irəli sürdüyü digər iddia tələblərini də əsassız hesab edərək həmin hissələrdə əlavə əsaslandırma aparılmasına zərurət yoxdur. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı əmək kitabçasını və əmrin surətini 2021-ci il aprel ayında almışdır. Əmək müqaviləsinin pozulduğu və ya sona çatdığı an, işçinin əmək kitabçasını və hesablaşma sənədlərini aldığı tarix hesab edilir. İddiaçı ilk dəfə 1 illik müddət ərzində məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılıb. Bu hal iddia üzrə müəyyən edilmiş 1 illik müddətə heç bir təsir göstərmir. Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. İddiaçı işin baxılmasının təzələnməsini xahiş etsə də, məhkəmə xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və iddiaçıya yenidən iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilmişdir. Daha sonra iddiaçı üçüncü dəfə iddia ilə müraciət etmişdir. Bu müraciət də 1 illik müddətdən xeyli sonra edilib. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il qərardadı ilə bu dəfə ərizəni mediasiya tələbi ilə bağlı formal səbəbə görə geri qaytarmışdır. İddiaçının dördüncü müraciət isə (hazırki iddia tələbi-xx.xx.2024) mediasiya prosedurundan sonra edilən müraciətdir. Göründüyü kimi iddiaçının əsas 1 illik iddia müddəti 2022-ci ildə başa çatıb. Onun bu tarixdən sonra etdiyi bütün müraciətlər iddia müddəti keçdikdən sonra edilmiş müraciətlərdir. Buna görə də, cavabdeh tərəf məhkəmədə iddianın iddia müddətinin ötürülməsi ilə verildiyini və bununla da iddiaçının iddia hüququnu itirdiyini əsas gətirərək, iddianın rədd edilməsini tələb etmək hüququndan istifadə etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə qərarı çıxarılanadək verilməlidir. Hazırki vəziyyətdə cavabdehin məhkəmə baxışı zamanı, yəni birinci instansiya məhkəməsi qətnamə qəbul edənədək iddia müddətinin tətbiqi barədə ərizə verməsi Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinin pozulması demək deyil, belə ki, iddia müddətinin verilməsi məhz Mülki Məcəllənin 375.2-ci maddəsi ilə tənzimlənir və həmin normanın tələbləri baxımından da iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə qərarı çıxarılanadək verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2(001)- 167/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə