Məhkəmə qərarları › İş №2(103)-5308/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5308/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5308/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı vəkili X3, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2104/2021 saylı, 19.03.2021-ci il tarixli qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxx” MMC-yə, Cavabdeh2ə, Cavabdeh3, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Kontoruna, Bakı şəhəri Cavabdeh5nə, Daşınar və Daşınmaz Əmlakların X1rşı birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanında yerləşən mənzilin 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunda 16.12.2014-cü il tarixdə bağlanılmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı təmin etmə tədbiri görülməsi barədə ərizə ilə də məhkəməyə müraciət edərək, iddiaçı ilə əri Cavabdeh2 (Gürcüstan Respublikası vətandaşı) birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 18 saylı evin 32 saylı mənzilə dair Daşınar və Daşınmaz Əmlakların satışı X7 tərəfindən aparılan hərracın dayandırılması; Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küçəsi, 18 saylı evin 32 saylı mənzilə dair hər hansı əməliyyatın, hərəkətlərin aparılması və hərracın keçirilməsi Daşınar və Daşınmaz Əmlakların satışı X6, Bakı şəhəri Cavabdeh5nə və başqa şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2104/2021 saylı, 19.03.2021-ci il tarixli qərardadı ilə, mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 18 saylı evin 32 saylı mənzilə dair Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933 məhəllə Daşınar və Daşınmaz Əmlakların Satışı X7 tərəfindən aparılan hərracın dayandırılması, mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 18 saylı evin 32 saylı mənzilin özgəninkiləşdirilməsi və mənzilin satışı ilə hərracın keçirilməsi Daşınar və Daşınmaz Əmlakların satışı X6, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2104/2021 saylı, 19.03.2021-ci il tarixli qərardadından narazı qalan cavabdeh “xxxx” MMC şikayət verərək qərardadın ləğv edilməsini və iddianın təmin etmə tədbirinin təmin edilməsi ilə bağlı ərizənin təmin edilməməsi barədə yeni qərardadın qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2104/2021 saylı, 21.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X5 şikayətdən imtina etdiklərini bildirərək bununla bağlı ərizə təqdim etdi və ərizənin təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Apellyasiya instansiyası məhkəməsi mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmasa da, analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edərək hesab edir ki, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından imtina qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2104/2021 saylı, 19.03.2021-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Cavabdeh “xxxx” MMC-yə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar