Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5311/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, “X2” MMC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı “hüquqların qabaqcadan qeydiyyatı barədə arayışın, müqavilələrin ləğv edilməsi və müqavilələr əsasında verilən çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" MMC-nin direktoru Ruslan Kazımov Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində “X2” MMC və Bakı Şəhər İcra Hakimiyyəti cəlb olunmaqla cavabdeh Bakı Şəhər Ərazi İdarəsinin rəisi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270- 77-ci məhəllədə dövlət mülkiyyətində olan 0.03806 ha torpaq sahəsində Cavabdeh1 ümumi sahəsi 914.1 kv. metrdən ibarət 3 (üç) mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı xx.xx.2013-cü il tarixli arayışın, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədr müavini ilə Cavabdeh1 arasında bağlanan 1600.0 kv.m torpaq sahəsi üzrə 4950 nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və sonuncunun adına verilən xx.xx.2014-cü il tarixli çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqısatqı müqaviləsinin və sonuncunun adına verilən xx.xx.2014-cü il tarixli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinin və sonuncunun adına verilən xx.xx.2019-cu il tarixli çıxarışın, Cavabdeh3 ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş 2021-ci il tarixli müqavilənin və sonuncunun adına verilən 05.2021-ci il tarixli çıxarışın ləğv edilməsi, Bakı Şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanda yerləşən dövlətə məxsus qanuni əsaslarla "xxxx" MMC-nin istifadəsinə verilən 1600.0 kv.m torpaq sahəsinin istifadəçiyə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə baxılanadək Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi və orada aparılan tikinti və sair işlərinin dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3408/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270- 77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi və həmin torpaq sahəsində tikinti işlərinin aparılmasının dayandırılması qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-8293/2024 saylı inzibati işə baxılana, həmin iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMCnin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, “Saloğlu" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində "X2" MMC və Bakı Şəhəri İcra Hakimiyyəti cəlb olunmaqla "müqavilələrin ləğv edilməsi və müqavilələr əsasında verilə çıxarışların ləğv edilməsi" tələbinə dair 2(007)-19/2024 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ərizəçi Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3408/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7/2025 saylı, 10 iyul 2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3408/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77- ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı cavabdehlərə və digər şəxslərə qoyulmuş qadağa və həmin torpaq sahəsində tikinti işlərinin aparılmasının dayandırılması aradan qaldırılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin direktoru Ruslan Kazımov Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində “X2” MMC və Bakı Şəhər İcra Hakimiyyəti cəlb olunmaqla cavabdeh Bakı Şəhər Ərazi İdarəsinin rəisi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270- 77-ci məhəllədə dövlət mülkiyyətində olan 0.03806 ha torpaq sahəsində Cavabdeh1 ümumi sahəsi 914.1 kv. metrdən ibarət 3 (üç) mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı xx.xx.2013-cü il tarixli arayışın, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədr müavini ilə Cavabdeh1 arasında bağlanan 1600.0 kv.m torpaq sahəsi üzrə 4950 nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və sonuncunun adına verilən xx.xx.2014-cü il tarixli çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqısatqı müqaviləsinin və sonuncunun adına verilən xx.xx.2014-cü il tarixli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinin və sonuncunun adına verilən xx.xx.2019-cu il tarixli çıxarışın, Cavabdeh3 ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş 2021-ci il tarixli müqavilənin və sonuncunun adına verilən 05.2021-ci il tarixli çıxarışın ləğv edilməsi, Bakı Şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanda yerləşən dövlətə məxsus qanuni əsaslarla "xxxx" MMC-nin istifadəsinə verilən 1600.0 kv.m torpaq sahəsinin istifadəçiyə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-7/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(007)-7/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər; 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir; 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır; 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir; 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Belə ki, iddiaçı Cavabdeh3 cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı "avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0.18 ha torpaq sahəsinin verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 21 oktyabr 2016-ci il tarixli 426 nömrəli sərəncamı və həmin sərəncamdan irəli gələn Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 666 saylı və xx.xx.2019cu il tarixli 249 nömrəli sərəncamlarının ləğv edilməsi barədə" iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-34/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-ci il tarixli 426 nömrəli, xx.xx.2017-ci il tarixli 666 nömrəli, xx.xx.2019-cu il tarixli, 249 nömrəli sərəncamlarının Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsi qərara alınmışdır. Sözügedən qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-142/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh3 əsl iddiaçı "xxxx" Fərdi Firması ilə dəyişdirildiyindən cavabdeh Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti və üçüncü şəxs “Qutan" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-34/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarı ləğv edilmiş və iddiaçı "xxxx" Fərdi Firmasının iddiası təmin edilərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016- ci il tarixli 426 nömrəli, xx.xx.2017-ci il tarixli 666 nömrəli, xx.xx.2019-cu il tarixli, 249 nömrəli sərəncamları "Saloğlu” Fərdi Firmasına məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsi qərara alınmışdır. Həmin qərardan kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin 2-1(102)-1384/2025 saylı qərarı ilə kassasiya şikayəti mümkün sayılmamışdır. Daha sonra İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın ləğv edilməsi” tələbinə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8293/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddia mümkün sayılmamışdır. Sözügedən qərardaddan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1548/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı “Qutan" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8293/2024 saylı 27 noyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə iddiaçının ərizəsinin təmin olunması qənaətinə ona görə gəlmişdir ki, “İddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə təmin edilməli və tərəflər arasında mübahisə başa çatanadək iddianın təmini tədbiri kimi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilməli və həmin torpaq sahəsində tikinti işlərinin aparılması dayandırılmalıdır. Göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsi mübahisə predmetidir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və qeyd edilən əmlakın özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilməli və həmin torpaq sahəsində tikinti işlərinin aparılması dayandırılmalıdır. Məhkəmə, hazırkı mülki iş üzrə qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün iddiaçının Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270- 77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi və orada aparılan tikinti və sair işlərinin dayandırılmasına dair ərizəsini və iş materiallarını nəzərə alaraq hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməli və həmin torpaq sahəsində tikinti işlərinin aparılması dayandırılmalı, qərardadın Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilməli, qərardad dərhal icra edilməlidir. Göründüyü kimi, artıq iddianın təmini tədbirinin tətbiq edilməsinə əsas olmuş hal aradan qalxmışdır. Belə ki, iddiaçı "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 ərizəsində qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə iddiaçı MMC arasında mübahisəli torpaq sahəsi üzrə 49 il müddətinə bağlanmış 1227 saylı 26 oktyabr 2016-cı il tarixli Torpaq İcarə müqaviləsi mövcuddur və hal-hazırda qüvvədədir. Müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 426 saylı, xx.xx.2016-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə ayrılmış torpaq sahəsinə icarə müqaviləsi bağlanır. Göründüyü kimi icarə müqaviləsində torpaq sahəsinin sahəsi qeyd edilməmişdir. Həmçinin icarə müqaviləsinin bağlanmasına əsas olmuş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 426 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı "Saloğlu” fərdi firmasına məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270- 77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-34/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********15 nömrəli “Ünvana dair sənəd surətinin verilməsi barədə” cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.1600 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmiş, lakin 38 saylı DNK-nın 4Ə-191 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. xx.xx.2014-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 0.16 ha torpaq sahəsi Cavabdeh2 satılmışdır. Göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı cavabdehlərə və digər şəxslərə qoyulmuş qadağanın qalmasına zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti ərizəni təmin etməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 157-160-cı, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-7/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5311/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5311/2025
17.09.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver