Məhkəmə qərarları › İş №2(103)-5314/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5314/2024

23.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5314/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin azaldılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X9 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "əlavə xərcin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2829/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-789/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq 07 dekabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə xərcin məbləği artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əlavə xərc kimi 150 (yüz əlli) manat sabit pul məbləğinin cavabdeh İddiaçı tutularaq Cavabdeh ödənilməsi, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması" tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı "əlavə xərcin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-789/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əlavə xərc kimi tutulan 150 (yüz əlli) manat sabit pul məbləğinin 30 manatadək azaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Nəsimi rayon Məhkəməsinin 2(006)- 789/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən ilk iddia ərizəsi qismən təmin edilməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 1523/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin, həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 1523/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə xərcin məbləği artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əlavə xərc kimi 150 (yüz əlli) manat sabit pul məbləğinin cavabdeh İddiaçı tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, alimentin məbləği hər ay əlavə xərc kimi nəzərdə tutulan 150 (yüz əlli) manat sabit pul məbləği azaldılmalıdır. Çünki o, 729 (yeddi yüz iyirmi doqquz) manat əmək haqqı alır, əlavə olaraq heç bir gəlir yeri yoxdur. O, aldığı əmək haqqının üç uşaq arasında ədalətli şəkildə bölünməsini xahiş edir. Belə ki, əlavə olunmuş Sabunçu rayon Məhkəməsinin e-2(008)-1126/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən o, xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmaqla yenidən ailə qurmuş və birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X10 anadan olmuşdur. Hazırda məhkəmənin qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün ondan 440 manat aliment və X5 3 yaşına qədər saxlanmasına görə 30 manat məbləğində pulun ondan tutularaq, X3 ödənilməsi qət edilmişdir ki, bu da onun maddi vəziyyətində ciddi dəyişikliyə səbəb olmuşdur. X2 xx.xx.2024-cü il tarixdə nikahın pozulması ilə bağlı Mediasiya təşkilatına müraciət etməsi ilə bağlı ona məktub gəlmişdir. Bundan başqa Cavabdeh özü də işləyir, hər ay 350 manat sabit əmək haqqı alır. Bundan əlavə xx.xx.2016-cı il təvəllüdlü X6 görə dövlətin təyin etdiyi pensiyanı da alır. O, hesab edir ki, cavabdehin maddi durumunun da normal olması alimentin azaldılması zamanı nəzərə alınmalıdır. Əlavə olunmuş 10 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışına əsasən cavabdeh medisasiyada iştirak etməkdən imtina etdiyindən mediasiya baş tutmamış, mediasiya xərcləri 60 manat onun tərəfindən ödənilmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-789/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əlavə xərc kimi tutulan 150 (yüz əlli) manat sabit pul məbləğinin 30 manatadək azaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2829/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı " əlavə xərcin azaldılması" tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında alimentin artırılması tələbinə dair mülki işə baxılarkən (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi) hazırki iş üzrə iddiaçının orta aylıq gəlirinin 582.63 manat olması müəyyən edilmiş, hər ay 220 manat məbləğində alimentin və 150 manat əlavə xərcin tutulmaqla Cavabdeh ödənilməsi qət edilmiş, keçən qısa müddət ərzində iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmə olmasını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, təqdim etdiyi arayışla müəyyən edilmişdir ki, onun orta aylıq gəliri 723.45 manat təşkil edir. İddiaçı xəstə uşağı üçün məhkəmə tərəfindən müəyyən edilmiş 150 manat əlavə xərcin azaldılmasını onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün ondan 440 manat aliment və X5 3 yaşına qədər saxlanmasına görə 30 manat məbləğində pulun ondan tutularaq X3 ödənilməsi qət edilmişdir ki, bu da onun maddi vəziyyətində ciddi dəyişikliyə səbəb olmuşdur. Lakin məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi isə xx.xx.2016-cı il təvəllüdlü X8 üçün 150 manat əlavə xərc müəyyən edildiyi zaman iddiaçının himayəsində ikinci nikahdan uşaqları olmuşdur. Bu da bir daha onu göstərir ki, İddiaçı ailə və ya maddi vəziyyətində hər hansı bir dəyişiklik təsbit edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının müəyyən olunmuş əlavə xərcin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsas (yeni ailə qurmaqla həmin nikahdan uşaqlarının olması və hazırda onlara alimentin ödənilməsi) əvvəlki nikahından olan xəstə uşağının saxlanması üçün müəyyən edilmiş əlavə xərcin miqdarının azaldılması üçün mütləq əsas kimi və iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz. Bundan əlavə, uşağın valideynlərdən birinin himayəsində olması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, digər valideyndən əlavə xərcin tutulmasına əsas verir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab etmişdir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş əlavə xərcin məbləği göstərilən halların məcmusu baxımından da ədalətli və ağlabatandır.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 58.1-58.3, 60.1, 60.2, 75.1, 76.1, 76.2, 81.1.-81.3, 112.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin, 77.1, 217.3, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2829/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə zəruri araşdırma aparmamış, uşağın xəstəliinin vəziyyətini müəyyən etmək üçün ekspertiza təyin etmədən qətnamə çıxarmaqla işi sadəcə cavabdehin xeyrinə həll etmiş bununla da maddi və prosessual hüquq normalarının tələbini kobud pozmuşdur. Bundan sonra məhkəmə hər hansı sübut iş materiallarına əlavə etmədiyi halda alimentin 150 manat saxlanması qərarına gəlmişdir ki, bu da qanunsuz və əsassızdır. Məhkəmə alimentin məbləğini 150 manat saxlamaqda haqlı olmamışdır. Belə ki, məhkəmə qeyd edir ki, iş materiallarında alimentin azaldılması üçün hər hansı əsas və ya sübut yoxdur. Halbuki, ilk qətnamə çıxdıqdan sonra əlavə iki övladının da olması barədə sübutları da məhkəməyə təqdim edərək hazırda alimentin qismən azaldılmasını xahiş olunmuşdur. Həmçinin onun hazırda ovladı olduğu halda əmək haqqının 70 faizi cavabdehin xeyrinə 30 faizi isə digər iki övladıma görə tutulur ki, bu da düzgün deyil. Məhkəmə isə bunları nəzərə almayaraq üzərindən keçmişdir. Məhkəmə hər iki valideynin uşağın saxlanmasında məcburi iştirakın da düzgün qiymət verməmişdir. Belə ki, məhkəmə cavabdehin işlədiyi və aylıq əmək haqqının olmasını həmçinin dövlətdən də uşağa görə pensiya aldığına da qiymət verməyərək üzərindən keçmişdir. Göründüyü kimi, məhkəmə iş üzrə zəruri araşdırma aparmadan işə bir tərəfli və qeyri-obyektiv baxaraq, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etməklə maddi və prosessual hüquq normalarının tələblərini kobud pozmuşdur. Odur ki, qətnamə apellyasiya qaydasında ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

10. İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirir ki, ikinci dəfə ailə qurub. Maaşının 70 faizi cavabdehin xeyrinə 30 faizi isə digər iki övladına görə tutulur. Belə olan halda ailəsi dağıla bilər. Məhkəmə bu hallara qiymət verməyib. Cavabdeh dövlət tərəfindən uşağa görə sosial ödəniş alır. Həmçinin, cavabdeh işləyir. Digər iki övladının xəstəliyi var. Ondan tutulan 150 manat məbləğin azaldılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri 14 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

18. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

20. Hazırki mübahisə üzrə iddiaçı, əlavə xərcin azaldılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, aldığı əmək haqqından başqa digər fəaliyyəti yoxdur. Digər övladlarının saxlanılması üçün də aliment ödəyir.

21. İşin halları ilə müəyyən edilir ki, İddiaçı ikinci dəfə ailə qurmuş, ikinci nikahından xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir.

22. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 1126/2024 saylı qətnaməsinə əsasən İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi, İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 30 (otuz) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir.

23. İşin halları ilə müəyyən edilir ki, İddiaçı Bakı şəhəri Sabunçu rayon Dövlət Yanğından mühafizə hissəsinin 21 nömrəli YMB-də yanğınsöndürən vəzifəsində xidmət edir. Onun əmək haqqı bütün vergi və tutulmalar tutulduqdan sonra 723.45 manat təşkil edir.

24. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi qənaətinə gəlmiş, mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı maddi və ailə vəziyyətində hər hansı dəyişikliklərin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin diqqətəlayiq hər hansı hal məhkəmə tərəfindən müəyyən edilməmişdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçının əlavə xərcin azaldılması barədə iddia tələbi qismən təmin edilməlidir.

26. İşin hallarından göründüyü kimi, hazırkı iddiaçının 3 övladının saxlanılması üçün aliment ödənilməsi öhdəliyi mövcuddur. Digər tərəfdən iddiaçı X5 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 30 (otuz) manat sabit pul məbləğində aliment ödəyir.

27. İşin halları ilə həmçinin müəyyən edilir ki, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsində işləyir və 359.0 manat məbləğində əmək haqqı alır.

28. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

29. Məhkəmə kollegiyası iddiaçının əmək haqqı məbləğindən əlavə gəlirinin olmaması və hər üç övladının saxlanılması üçün məhkəmənin qətnaməsinə əsasən ailiment ödənişinin müəyyən edilməsi, işin digər faktiki hallarını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-789/2023 saylı qətnaməsi ilə X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əlavə xərc kimi 150 manat sabit pul məbləğinin azaldılaraq 50 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir.

30. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2829/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-789/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə xərcin məbləği azaldılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əlavə xərc kimi 50 (əlli) manat sabit pul məbləği İddiaçı tutularaq Cavabdeh ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

31. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

32. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən hissə iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsinə yol verilmişr.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2829/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-789/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə xərcin məbləği azaldılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əlavə xərc kimi 50 (əlli) manat sabit pul məbləği İddiaçı tutularaq Cavabdeh ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar