Məhkəmə qərarları › İş №2(103)-5321/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5321/2021

17.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5321/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pulun və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı pulun və mənəvi ziyanın ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 30000 avro məbləğində əsas borcun, 2012-ci ilin dekabr ayından hal-hazıradək hər gün üçün həmin məbləğin bir faizi miqdarında əlavə faizlərin tutulması, faizlərin tutulmasının qətnamə icra olunan günədək davam etməsi və cavabdehdən 50000 manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2012-ci ilin ilk aylarında fərdi qaydada sahibkarlıq fəaliyyəti həyata keçirmək üçün tikinti sahəsində istifadə olunan «Pompa-Betonvuran» texnikasını almaq qərarına gəlmişdir. Bu məqsədlə tanışları vasitəsilə həmin texnikanı haradan və kimdən daha sərfəli qiymətə almaq üçün soraqlaşmağa başlamışdır. Beləliklə, Elbrus adında şəxs iddiaçıya bildirmişdir ki, həmin texnikanı Litva Respublikasında yaşayan Vüqar adında şəxs gətirə bilər. Elbrus iddiaçını Cavabdeh xalası oğlu X4 ilə tanış etmişdir. Ziyafətlə tanış olana qədər Elbrusun köməkliyi ilə Vüqarla “skype” vasitəsi ilə danışığı olmuş və Vüqar bildirmişdir ki, onun Bakıda bütün işlərini xalası oğlu Ziyafət apardığından Ziyafət vasitəsilə onunla əlaqə yaratmaq mümkündür. Beləliklə, iddiaçı Vüqarla almaq istədiyi texnikaya dair söhbət etmiş və qiymətdə razılıq əldə etmişdir. Ümumi razılığa əsasən həmin «Pompa- Betonvuran» texnikanın Azərbaycana gətirilməsi üçün cavabdeh ilkin olaraq 30000 avro pulun ona göndərilməsini tələb etmişdir. Qalan hissəsini isə texnika iddiaçıya verildikdən sonra girov qoyulmaqla əlavə pulun götürülməsinə və həmin pulu ona göndərmək yolu ilə hesablaşmalarına dair razılaşmışlar. İddiaçı bu məqsədlə 16 oktyabr 2012-ci il tarixdə 20000 avro, 15 noyabr 2012-ci il tarixdə 10000 avro pulu Orucov Ziyafətin vasitəsilə cavabdehə göndərmişdir. Cavabdeh pul göndəriləndən sonra 2012-ci ilin dekabr ayının axırınadək texnikanı göndərməyi öhdəsinə götürmüşdür. 2012-ci ilin dekabr ayında texnika göndərilmədiyindən iddiaçı cavabdehlə əlaqə yaratmış və texnikanın göndərilməməsinin səbəbini soruşmuşdur.

3. Cavabdeh isə bildirmişdir ki, texnikanın gecikməsi müəyyən maliyyə problemləri ilə bağlıdır. Lakin, buna baxmayaraq, qısa müddətdə texnikanı göndərəcəyini bildirmişdir. 2013-cü ilin mart ayında isə Cavabdeh xalası oğlu Orucov Ziyafətin vasitəsilə texnikanın gətirilməsi üçün əlavə olaraq 30000 avro pul lazım olduğunu bildirmişdir. Buna cavab olaraq iddiaçı əlavə pulunun olmadığını və texnikanın qalıq dəyərini həmin texnika ona verildikdən sonra ödəyə biləcəyini bildirmişdir. Beləliklə, iddiaçı cavabdehlə olan razılığının baş tutmamasından və cavabdehin onu aldatmasından şübhələndiyi üçün verdiyi pulu qaytarmasını cavabdehdən tələb etmişdir. İddiaçı hətta cavabdehin atası Adil adlı şəxslə görüşmüş və Adil iddiaçıya söz vermişdir ki, pulun qaytarılmasına köməklik edəcəkdir. 2014-cü ilin axırlarında cavabdeh özü şəxsən Bakı şəhərində iddiaçı ilə görüşmüş, həmin görüşdə cavabdehin oğlu və xalası oğlu Ziyafət də iştirak etmişdir. Cavabdeh oğluna başqa maşınların satışından əldə edəcəyi puldan iddiaçıya olan 30000 avro borcunun ödənilməsini tapşırmışdır. Lakin sonradan cavabdehin oğlu başqa bir hadisə ilə bağlı həbs edilmiş, bundan əlavə cavabdehin Elbrus adlı şəxs vasitəsilə ödəniş etməsi də mümkün olmamışdır. Belə ki, Elbrus yalnız Vüqara borcunun olduğunu bildirmiş və iddiaçıya hər hansı ödəniş etməmişdir. İddiaçı cavabdehin onu aldatmasını başa düşmüş və onun məsuliyyətə cəlb olunması üçün 27 iyun 2013-cü il tarixdə Binəqədi RPİ-nin 4-cü PB-nə müraciət edərək Vüqar adlı şəxsin onu aldadaraq ümumilikdə 30000 avro miqdarında pulunu mənimsədiyini bildirmiş, iddiaçının həmin ərizəsi 07.07.2013-cü il tarixdə ərazi aidiyyatı üzrə Nəsimi RPİ-nin 20ci PB-nə göndərilmiş və həmin bölmənin təhqiqatçısı D.Səlimov tərəfindən cinayət işinin başlanılması rədd edilmişdir. 30.09.2013-cü il tarixdə Nəsimi rayon Prokuroru S.Məmmədli tərəfindən həmin material üzrə təhqiqatçı D.Səlimovun qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş və əlavə araşdırma aparılması üçün Nəsimi RPİ-nin İŞ-nə göndərilmiş, 28.10.2013-cü il tarixdə həmin materialın araşdırılması Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Anar Əliyevə həvalə edilmiş və 06.11.2013-cü il tarixdə onun tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

4. 29.11.2013-cü il tarixdə Nəsimi rayon Prokuroru S.Məmmədli tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilərək material Nəsimi RPİ-nin İŞ-nə göndərilmiş və 05.12.2013-cti il tarixdə araşdırmanın aparılması Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi V.Məcidova həvalə edilmiş, 16.12.2014-cü il tarixdə materialda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından V.Məcidov tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 21.01.2014-cü il tarixdə Nəsimi rayon Prokuroru S.Məmmədli tərəfindən müstəntiq V.Məcidovun 16.12.2014-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ləğv edilərək, əlavə yoxlama aparılması üçün həmin material Nəsimi RPİ-nin İŞ-nə göndərilmiş və 21.01.2014-cü il tarixdə müstəntiq Cövdət İskəndərovun icraatına verilmişdir. Həmin müstəntiq də əvvəlki müstəntiqlər kimi səthi araşdırma apararaq, dələduzluq edərək iddiaçını aldatmış və onun 30000 avro pulunu mənimsəmiş Vüqar adlı şəxsin əməlində cinayət tərkibinin əlamətləri olduğu halda, təkrar olaraq 24 yanvar 2014-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmiş və bu barədə qəbul etdiyi qərarın surətini iddiaçıya göndərməmişdir. Bununla bağlı iddiaçı dəfələrlə aidiyyatı üzrə Azərbaycan Respublikası Baş Prokuroruna və tabelik üzrə digər prokurorlara rəsmi şikayətlər etmiş, həmin şikayətlər prokurorluq orqanları tərəfindən müvafiq tədbir görülməsi üçün aidiyyatı üzrə Nəsimi rayon Prokurorluğuna göndərilmiş və həmin məktubların surətləri iddiaçıya ünvanlanmışdır. 24 yanvar 2014-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan iddiaçının verdiyi şikayət əsasında 29.05.2018-ci il tarixdə 399-ş18 nömrəli məktubla Nəsimi rayon Prokuroru S.Məmmədli tərəfindən iddiaçıya bildirilmişdir ki, həmin materialın öyrənilməsindən ötrü Nəsimi rayon Prokurorluğuna təqdim edilməsi üçün 15.05.2018-ci il tarixdə Nəsimi RPİ-nə sorğu verilmiş və Nəsimi RPİ-nin 29.05.2018-ci tarixli məktubundan görünür ki, 20.05.2017-ci il tarixli 082-13830-1217 saylı akta əsasən İddiaçı ərizəsi əsasında toplanmış 304/13 saylı rədd materialı məhv edilmişdir.

5. Beləliklə, cinayət təqibi ilə bağlı iddiaçının müraciətləri heç bir nəticə vermədiyindən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddiaçını aldatması, 30000 avro məbləğində pul vəsaitini qaytarmaması nəticəsində iddiaçıya böyük məbləğdə maddi ziyan dəymişdir. Bundan əlavə, iddiaçı 2012-ci ildən hal-hazıradək həmin məbləğə faizin hesablanmasını tələb edir. Həmçinin, iddiaçı 2012-ci ildən mənəvi-psixoloji sarsıntı keçirmiş, aktiv həyat tərzindən məhrum olmuş və bütün bunların nəticəsində ona mənəvi ziyan dəymişdir. Belə ki, iddiaçı borcun qaytarılmaması səbəbindən şəhərdə olan evini sataraq, kənddə yerləşən atası evinə köçməyə məcbur olmuşdur. Ona görə də iddiaçı cavabdehdən mənəvi ziyana görə pul məbləğinin tutulmasını da tələb etmişdir.

6. Bakı şəhəri Qarada Rayon Məhkəməsinin 2(002)-594/2019saylı, 08.04.2019 tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 30000 (otuz min) avro (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Fuad Hüseynov).

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

8. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh Litfa Respublikasında yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, İddiaçı tanımır, onunla hər hansı bir alış verişi olmamışdır. Cavabdeh bildirir ki, iddiaçını Elburus adlı şəxsin şəriki kimi tanımışdır .Cavabdeh Elbrus adlı şəxsə ağır texnika göndərmiş, həmin vaxt Vasif Elbrusla şərikli iş görürmüş. Heç vaxt heç bir məbləğdə İddiaçı pul almamışdır, ona heç bir məbləğdə borcu yoxdur, İddiaçı iddiası əsassızdır, bu barədə məhkəmə əsassız olaraq qətnamə qəbul etmişdir.

9. Daha sonra appelyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 24.01.2014cü il tarixli qərarın surətindən görünür ki, X2 və X3 öz izahatlarında İddiaçı ilə Cavabdeh arasında texnikanın alınması ilə bağlı 30 min avro məbləğində razılaşmanın olduğunu, Şahpələngovun Vüqarın xalası oğlu Ziyafətin vasitəsilə Cavabdeh həmin məbləği göndərdiyini, sonradan pulun qaytarılması ilə bağlı problemin yarandığını təsdiq etmişlər. Həmin qərara əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş, maraqlı tərəflərə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. (Qətnamənin 3-cü səhifəsinin 7-ci abzası). Birinci instansiya Məhkəməsinin yuxarıda göstərilən əsaslandırması tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən Məhkəməyə təqdim olunmuş və iş teriallarına əlavə olunmuş (iş materiallarının 34-37-ci səhifələri) cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 24.01.2014-cü il tarixli qərardan məlum olur ki, Nəsimi RPİ-nin İŞ-də araşdırma aparılan zaman izahat vermiş X2 və X3 bildirmişdirlər ki, Vasif və Vüqar arasında olan haqq- hesabdan onlar xəbərsiz olmuşdurlar. Vasif Bəxtiyara zəng edərək Vüqara Ziyafət vasitəsilə cəmi 30000 avro göndərdiyini və bu günə kimi maşının göndərilmədiyini demişdir. Bundan sonra X11 borcu varsa ona verməsini bildirmişdir. Elbrus isə şəriki Bəxtiyarla birlikdə Vüqara ümumilikdə 28000 avro borcunun olduğunu, lakin ona pul verə bilməyəcəyini və Vüqara borclu olduğunu demişdir. Vasif isə ona pıılıı Vüqarın özünün Elburus və Bəxtiyardan alınması barədə dediyini bildirmişdir. Əvvəlcə onlar razılığa gələ bilməmiş, lakin sonradan Vasif polisə müraciət etdikdən sonra Bəxtiyar Vasifə iki ədəd beton qarışdıran maşın vermişdir.

10. Göstərilənlərdən məlum olmuşdur ki, birinci instansiya məhkəməsi cinayət işinin başlamasının rədd edilməsi haqqında 24.01.2014-cü il tarixli qərarda qeyd olunmuş məlumatları təhrif etmiş yə qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, həm Elbrus , həm də Bəxtiyar Şabıyev izahatlarında Vasif və Vüqar arasında olan haqq-hesabdan xəbərsiz olduğunu bildirsə də qətnamədə qeyd olunmuşdur ki, guya hər iki şəxs Şahpələngovun Cavabdeh 30000 avro verdiyini təsdiq etmişlər.

11. Bundan əlavə hər iki şəxs izahatında qeyd etmişdirlər ki, İddiaçı onlara bildirmişdir ki, Vüqar ona (Vasifə) pulu Elbrus və Bəxtiyardan almasını demişdir. Buna görə də onlar Vasifə iki ədəd beton qarışdıran maşın vermişdir. Bununla əlaqədar cavabdeh bildirmək istəyir ki, həqiqətən də Elbrus Əzizov və X5 Musayevə borcu olmuşdur.

12. Cavabdeh Elbrus Əzizov və Bəxtiyar Şabıyevə şəxsən demədiyi halda onların Cavabdeh olan borcu müqabilində İddiaçı iki ədəd beton qarışdıran maşın verməsi inandırıcı deyildir.

13. Cavabdeh qeyd edir ki, guya müqabilində İddiaçı iki ədəd betonqarışdıran maşın verildiyi iddia edilən borc məbləğinin bir hissəsini Elbrus Əzizov və X7 Musayevə ödəmiş, hal-hazırda da həmin borcun bir hissəsi ödənilməmiş qalmışdır.

14. Digər tərəfdən məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş Orucov Ziyafət bildirmişdir ki, Vüqar Elbrusa ona olan borcunu Vasifə verməsini təklif etmişdir, lakin Elbrus bundan imtina edərək borcunu yalnız Vüqarın özünə qaytaracağını demişdir.

15. Bununla əlaqədar cavabdeh bildirmişdir ki, Ziyafət Orucovun ifadəsində qeyd etdikləri Elbrus Əzizov və Bəxtiyar Şabıyevın verdiyi izahatlarla ziddiyyət təşkil edir. Elbrus Əzizov və Bəxtiyar Şabıyev izahatlarında qeyd etmişlər ki, İddiaçı onlara bildirmişdir ki, Vüqar ona (Vasifə) pulu Elbrus və Bəxtiyardan götürməsini demişdir. Onlar da guya Vüqara olan borclarının müqabilində Vasifə iki ədəd maşın vermişlər.

16. Həmçinin cinayət işinin başlanılmasıııın rədd edilməsi haqqında 24.01.2014-cü il tarixli qərarda qeyd olunmuşdur ki, Nəsimi RPİ-nin İŞ-də araşdırma aparılan zaman Şahpələngov bildirmişdir ki, baş vermiş hadisə ilə əlaqədar heç bir şikayət və tələbi yoxdur, betonqarışdıran maşın ona yerilmişdir. Tərəflərin izahatları:

17. Kollegiya iclasında iştirak edən iddiaçı V.Şahpğləngov və onun nümayəndəsi və vəkili R.Əmrəliyev apellyasiya instansiya məhkəməsi icraatı zamanı izahat verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə qalmasını xahiş etmişlər.

18. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyöun izahat verərək, şikayətin təmin edilməsini, iddianın tamamilə rədd edilməsini xahiş etmişdir.

19. Kollegiya iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, pulu şəxsən Vüqara yox, Orucov Ziyafətə vermişdir.

20. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:

21. Bakı şəhər Prokurorluğu tərəfindən Nəsimi rayon Prokurorluğuna ünvanlanmış 27.04.2018-ci il tarixli, 10.05.2018-ci il tarixli məktubların surətlərindən görünür ki, İddiaçı müraciətləri qanunamüvafiq qaydada araşdırılması üçün həmin Prokurorluğa göndərilmişdir.

22. İş materiallarında olan Nəsimi rayon Prokurorluğu tərəfindən Nəsimi rayon Polis İdarəsinə ünvanlanmış 25.04.2018-ci il tarixli, 16.05.2018-ci il tarixli məktubların surətlərindən görünür ki, İddiaçı müraciətləri qanunamüvafiq qaydada araşdırılması və tədbir görülməsi üçün həmin Polis İdarəsinə göndərilmişdir.

23. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 24.01.2014-cü il tarixli qərarın surətindən görünür ki, X2 və X3 öz izahatlarında İddiaçı ilə Cavabdeh arasında texnikanın alınması ilə bağlı 30 min avro məbləğində razılaşmanın olduğunu, İddiaçı Vüqarın xalası oğlu Ziyafətin vasitəsilə Cavabdeh həmin məbləği göndərdiyini, sonradan pulun qaytarılması ilə bağlı problemin yarandığını təsdiq etmişlər. Həmin qərara əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş, maraqlı tərəflərə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.

24. İş materiallarında olan Nəsimi rayon Prokurorluğunun İddiaçı ünvanladığı 20.11.2018-ci il tarixli məktubun surətindən görünür ki, ərizəçiyə onun ərizəsi əsasında toplanmış rədd materialının Nəsimi RPİ-nin 20.05.2017-ci il tarixli 082-13830-1217 saylı aktı ilə məhv edildiyi bildirilmişdir. Hüquqi dəyərləndirmə:

25. MPM-nin 449-cu maddəsinə əsasən pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət aşağıdakı hallar baş verdikdə nəzərdə tutulur. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

27. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, Cavabdeh 30000 (otuz min) avro (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.

28. Belə ki, Birinci instansiya məhkəməsi qeyd edilən məbləğin həqiqətən də İddiaçı tərəfindən Cavabdeh verilməsi məsələsini araşdırmamışdır.

29. İşə apellyasiya instansiya məhkəməsində baxılan zaman Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5321/2021 saylı, 18 iyun 2021- ci il tarixli qərardadı ilə X1 adından 16.10.2012-ci il tarixindən 15.11.2012-ci il tarixinədək bank vasitəsilə Litva Respublikasının Kaunas şəhərində yaşayan Cavabdeh adına hər-hansı vəsaitlərin göndərilib-göndərilməməsi ilə bağlı bank əməliyyatına dair məlumatlar götürülməsinə dair "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, X1 adından 16.10.2012-ci il tarixdən 15.11.2012-ci il tarixədək Cavabdeh adına hər hansı pul vəsaiti köçürülməmişdir.

30. Eyni zamanda bildirilmişdir ki, ləğv prosesində olan QSC Bank Standart KB-də X1 adına olan AZ96MOSZ******************** saylı kart hesabına yuxarıda qeyd edilən müddət ərzində 17.10.2012-ci il tarixdə39750( otuz doqquz min yeddi yüz əlli) Avro, 14.11.2021-ci il tarixdə 17000( on yeddi min) Avro , 15.11.2012-ci il tarixdə isə 30000 ( otuz min) Avro məbləğində vəsait mədaxil edilmişdir.

31. Apellyasiya məhkəməsi baxışı zamanı İddiaçı öz izahatında bildirmişdir ki, pulu Orucov Ziyafətə vermişdir. Pulu şəxsən Cavabdeh vermədiyini söyləmişdir.

32. İddiaçı pulu Orucov Ziyafətlə bir yerdə cavabdehin hesabına ödədiyini, pul aldıqdan sonra Cavabdeh zəng vuraraq bəli, pulu aldım deməsini söyləsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. Cavabdehin apellyasiya şikayətinə əlavəsində qeyd etdiyi “Şahpələngov bildirmişdir ki, baş vermiş hadisə ilə əlaqədar heç bir şikayət və tələbi yoxdur, betonqarışdıran maşın ona verilmişdir” fikrinə apellyasiya instansiya baxışı zamanı İddiaçı etiraz edərək belə bir halın olmadığını söyləmişdir.

35. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir.

36. Belə ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfin bu hissədə, yəni İddiaçı Cavabdeh hesabına pulun köçürülməsi sübuta yetirilməmişdir.

37. Ç ünki, bu halları, yəni iddiaçı tərəfindən pulun cavabdehin hesabına həqiqətən ödənilməsini sübut etmək yükü artıq İddiaçı üzərinə düşsə də, o, buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, iddianın rədd edilməsi üçün əsaslar olduğu halda birinci instansiya məhkəməsinin gəldiyi yekun qənaət düzgün olmamışdır.

38. K ollegiya iddia tələbinin “əlavə faizin tutulması və mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, həmin tələb “pul” tələbinə münasibətdə törəmə tələb olduğundan və həmin tələb rədd edildiyindən, təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianı bu hissədə başqa əsasla ləğv etsə də, nəticədə həmin hissədə iddia tələbini rədd etməklə doğru nəticəyə gəlmişdir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Həmin Məcəllənin 385.1-ci və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

41. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

42. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

43. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Beləliklə, Apellyasiya instansiyası məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd olunmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar