Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5329/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “uşaqların onun himayəsinə verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Rzayev X1 İlahə Səfa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə faktiki nikahlarından 19 iyun 2008-ci il tarixdə Eynulla, 24 avqust 2009-cu il tarixdə Saleh adını verdikləri uşaqlarının dünyaya gəldiyini, uşaqların anası olan cavabdehin 2019-cu ilin iyun ayından evi tərk edib getdiyini, uşaqlarla maraqlanmadığını, onların saxlanmasında və maddi tələbatlarının ödənilməsində iştirak etmədiyini bildirmiş, buna görə də yetkinlik yaşına çatanadək uşaqların saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, 19 iyun 2008-ci il təvəllüdlü X2 və 24 avqust 2009-cu il təvəllüdlü X3 İddiaçı alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, 11 avqust 2007-ci il tarixdə Bahadur Rzayevlə ailə qurmuş, nikahlarından 19 iyun 2008-ci il tarixdə Eynulla, 24 avqust 2009-cu il tarixdə Saleh adını verdikləri uşaqları doğulmuş, İddiaçı 2014-cü ildən 2019-cu ilin yanvar ayının 23-dək həbsdə olmuş, həmin müddət ərzində övladlarını təkbaşına böyütmüş, övladlarının saxlanılmasında ona İddiaçı nə anası, nə qardaşı, nə də bacıları heç bir köməklik göstərməmişlər. 2019-cu ilin iyun ayınadək Zirə qəsəbəsi, ünvan 1 ünvanında yaşamış, bundan sonra Bahadırın təzyiqləri nəticəsində evdən çıxmağa məcbur qalmış, Bahadır onun köməksiz qadın olmasından istifadə edərək, övladlarını da məcburi şəkildə ondan almışdır. Hazırda da Bahadır doğma övladlarını ona verməkdən imtina və onlardan əl çəkməsini tələb edir, doğma övladları ilə görüşməsinə imkan vermir. İddiaçı həbsdə olarkən övladlarını çox çətinliklə böyüdüb, boya-başa çatdırmış, hazırda isə övladlarının üzünə belə həsrət qalmışdır. Üstəlik öz zorakı hərəkətlərini ört-basdır etmək üçün Bahadır ona qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hər ay sosial maddi yardım kimi ona ayrılmış 140 manatdan 100 manatını övladlarına verir, 40 manatını isə özünə xərclik saxlayır, başqa heç yerdən gəliri yoxdur. İddiaçı isə heç bir yerdə işləmir və əyyaşlıq edir, evə çox vaxt sərxoş vəziyyətdə gəlir, övladlarını döyür, təhqir edir və onlarda ona qarşı nifrət hissi yaradır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, 19 iyun 2008-ci il təvəllüdlü X2 və 24 avqust 2009cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 11.02.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla umumilikdə 200 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, ilkin iddia tələbinin qalan hissədə, həmçinin qarşılıqlı iddia tələbinin rədd edilməsi, Cavabdeh Səfa qızından 30 (otuz) manatın alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini bir sıra digər dəlillərlə yanaşı məhkəmənin qəyyumluq və himayəçilik orqanının əsassız rəyinə istinad etdiyi, İddiaçı 2014-cü ildən 2019-cu ilin yanvar ayınadək həbsdə olduğunu nəzərə almadığı, uşaqları atalarının təzyiqi altında dindirdiyi, uşaqların faktiki olaraq nənələrinin və analıqlarının himayəsində qaldıqları arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh və İddiaçı artıq barışdıqlarını və birlikdə yaşadıqlarını qeyd edərək iddia tələblərindən imtina etdiklərini bildirmiş, müvafiq ərizələr verərək işin yekunlaşdırılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələblərindən imtinalar qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin öz iddialarından imtinaları qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 262.2-ci maddəsinə əsasən, icraata xitam verilməsi haqqında qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh öz iddia tələblərindən imtinaları qəbul edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-76/2021 saylı iş üzrə 02 mart 2021ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5329/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5329/2021
10.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver