Məhkəmə qərarları › İş №2(103)-5346/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5346/2025

06.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5346/2025 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X4 oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Yasamal RPI-nin 29-cu PŞ-nin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarının surətindən görünür ki, X3 təxminən 2 il əvvəl İddiaçı faizə 7000 manat pul götürməsi, pulun bir qismini ödəsə də maddi imkansızlıqdan qalanını ödəyə bilməməsi və bu səbəbdən İddiaçı onun yaşadığı mənzilə gələrək onu, ailə üzvlərini və qonşularını narahat etməsi barədə şikayəti həmin şöbədə araşdırılmış, bununla belə mübahisənin mülki hüquq xarakterli olduğu qənaətinə gəlinərək cinayət işinin başlanılması rədd edilmişdir.

2. Iddiaçı tərəfindən təqdim edilmiş flaş diskdə olan videogörüntüdən görünür ki, özünü Mədinə Rzayeva kimi təqdim edən qadın 6000 ABŞ dolları pulu sayaraq həmin pulu çəkiliş aparan şəxsi işə düzəltmək üçün aldığını, dekabr-yanvar ayına kimi işin düzəlmədiyi halda isə həmin pulu geri qaytaracağını bildirir.

a)Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 21.000 (iyirmi bir min) manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh bir neçə ildir ki, tanıyır. Bu müddət ərzində aralarında dostluq-yoldaşlıq münasibətləri formalaşmış və bir-birinin etibarını qazanmışlar. Hazırki iddianın mahiyyəti ondan ibarətdir ki, cavabdeh ondan ümumilikdə 21.000 (iyirmi bir min) manat (o cümlədən, ayrı ayrı vaxtlarda 10.000 (on min) və 11.000 (on bir min) manat) pulu onu işə düzəltmək adı ilə digər hissəsini isə özünə ev əşyaları alacağını və qısa müddətdə pulu qaytaracağını söyləyərək almış, lakin aradan uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə xəbərdarlıqlar etməsinin qarşılığında ondan hüquq mühafizə orqanlarına da şikayət etmişdir. Şikayətini də onunla əsaslandırmışdır ki, guya ona hədə qorxu gəlib, pulu tələb etmişdir. Halbuki, onun şikayəti tamamilə əsassız və qanunsuz olmuşdur. Bununla bağlı Yasamal rayon Polis Idarəsinin 29-cu polis bölməsində izahatda vermişdir. Hazırkı iddiasının əsaslılığı ilə bağlı kifayət qədər sübutları mövcuddur.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (sədrlik edən-F.Hətəmzadə) iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh 6000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməsi, məhkəmədə ddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 120,60 (yüz iyirmi manat 60 qəpik) manatının cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad etmiş və işdə olan fləşkardakı vidogörüntüdə cavabdehin iddiaçıya 6000 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etməsini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh Cavabdeh 6000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. 7.Məhkəmə həmçinin tələbin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. 8.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 386.1, 385, 442, 448.1, 739.1, 5.3 və 425-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsində dəfələrlə bildirməklərinə baxmarayaq, məhkəmə deyilənləri qətnamədə yazmamış, əksinə cavabdehin sözlərini təhrif etməkdən belə çəkinməmişdir. Iddiaçının nümayəndəsinin hətta demədiklərini əlavə etməklə vicdanlı iddiaçı görüntüsünü yaratmağa çalışmışdır. Işin əsl mahiyyəti ondan ibarətdir ki, cavabdeh illər əvvəl iddiaçıdan faizlə 7000 manat pul almışdır. Bunun müqabilində cavabdeh iddiaçıya 8400 manat ödəniş etdikdən sonra iddiaçı bildirmişdir ki, vaxtında ödəniş etmədiyin üçün faizlərin 50-60000 manata qədər şişib. Bundan sonra cavabdeh iddiaçıya müxtəlif təzyiqlər etmiş və məhkəməyə təqdim edilmiş videoçəkilişin çəkilməsinə nail olmuşdur. Videoçəkiliş iddiaçının tələbi ilə çəkilmiş, iddiaçının göstərişinə əsasən cavabdeh videoda deməli idi ki, guya iddiaçıdan 6000 ABŞ dolları pul alır, onu işə düzəltmək üçün, iddiaçının işi düzəlməsə dekabr yanvar ayında pulu qaytarmalıdır. Təbii ki, video çəkilişdən sonra, rollar ifa edildikdən sonra cavabdeh pulu iddiaçıya verir və iddiaçı şərt qoyur ki, hər ay 2000 manat faiz, sonda isə 6000 ABŞ dolları əsas vəsaiti verməlidir. Cavabdeh avqust ayında iddiaçıya 2000 manat faiz verir. Daha sonra sentyabr ayının da faizlərini gecikdirməklə, birtəhər ödəyir. Oktyabr ayında cavabdeh faiz ödənişini edə bilmir və iddiaçı ona müxtəlif təzyiqlər etməyə başlayır. Təzyiqlər həm canlı surətdə cavabdehin ünvanına gəlməklə, həm də vatsap proqramı vasitəsi ilə yazılmış mesajlarla edilir. Məhkəməyə təqdim edilmiş iddiaçının cavabdehə yazdığı vatsap yazışmalarında qeyd edilənlər təsdiq edilir. Həmin yazışmalarda iddiaçı göstərir ki, “oktyabr ayının faizini ver”, “2000 manat ödə” və s. Eyni zamanda həmin yazışmalardan müəyyən edilir ki, cavabdeh iddiaçını təqdim etdiyi kart nömrəsinə pul ödəyir və qəbzi ona göndərir. Bundan başqa vatsap yazışmalarında cavabdehin iddiaçıya qızıl verməsi və iddiaçının həmin qızılları satması da müəyyən edilir. Məhkəmə o qədər insafsız qərar çıxarmışdır ki, hətta qəbzlərlə, qızılları satılmaqla ödənilmiş həmin pulları saxta borcdan çıxmamışdır. Məhkəmə videoda verilən pula borc adı verməklə, Mülki Məcəllənin boclar fəslinə müraciət etmişdir. Sual yaranır bu necə borc müqaviləsidir ki, yazılı surətdə bağlanmayıb? Bu halda guya ki, verilən pula necə borc demək olar? Axı cavabdehin təqdim etidyi bütün dəlillər vatsap yazışmaları ilə tamamlanır, iddiaçının isə heç bir dəlili uyğun gəlmir. Videoda deyilir ki, guya cavabdeh iddiaçını işə düzəltmək üçün pul alır, amma iddia ərizəsində, məhkəmədə verilən izahatda, polis idarəsində yazılan izahatda iddiaçı cavabdehin özünün işə düzələcəyi üçün ona borc verdiyi qeyd edir. Saxtalıq an azından məhz bu əlamətlə müəyyən edilir. Məhz ona verilən suallara cavab verə bilməyəcəyi üçün iddiaçı məhkəmə iclaslarına gəlmədi. Halbuki cavabdehin vəsatətlərinə əsasən məhkəmə tapşırıq vermişdir ki, baxış iclasında hər iki tərəf özü şəxsən iştirak etsin. Iddiaçı gəlmədi, cavabdeh isə özünə arxayın olduğu üçün iclasda iştirak etdi. Halbuki iddiaçının nümayəndəsi ona verilən suallara məhkəmədə cavab verə bilmədi, məlumatsız olduğunu bildirdi. Məhkəməyə vəsatət verməyinə baxmayaraq, obyektivlik təmin edilmədi, ekspertiza keşirilmədi. Məhkəmə həmçinin 29 polis bölməsinə sorğu versə də, göndərilmiş cavabda ididiaçı və cavabdehin Bakı Baş Polis Idarəsində verdikləri izahat əlavə edilməmişdir. Həmin izahat iş üçün mühum əhəmiyyət kəsb edir. Bu izahat gizlədildi, məhkəmə buna şərait yaratdı. Məhkəmə bildirdi ki, guya 29 polis bölməsindən cavabı onların kuryeri gəririb, halbuki kuryerdən dəqiqləşdirdilər, o polis bölməsinə getməyib. Güman edir ki, cavabı iddiaçı tərəf gətirib və həmin izahat sənədlər arasında yoxdur. Eyni zamanda polisin cavabında dəqiq vərəq sayı yazılmayıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 11.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 izahatında qeyd etdi ki, Bakı şəhər Baş Polis Idarəsinə və Bakı şəhəri Yasamal RPI-yə tərəfimdən sorğu verilmişdir. Bakı şəhər Baş Polis Idarəsi həm onun, həm də məhkəmə kollegiyasının sorğusuna cavab olaraq bildirmişdir ki, toplanılmış material Bakı şəhəri Yasamal RPI-yə göndərilmişdir. Bakı şəhəri Yasamal RPI tərəfindən sorğuya cavab verilsə də, Bakı şəhər Baş Polis Idarəsində toplanılmış material tam təqdim edilməmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçı və cavabdeh arasında Bakı şəhər Baş Polis Idarəsi üzləşdirmə aparılmışdır. Lakin təqdim edilmiş materialda üzləşdirmə protokolu yoxdur. Bundan əlavə qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsində iddiaçı tərəf ümumiyyətlə cavabdeh tərəfindən ödənişlər edildiyini etiraf etmirdi. Apellyasiya icraatında artıq etiraf etdilər ki, müəyyən ödənişlər edilib. Işdə olan səs yazmalar və yazışmalardan da göründüyü kimi iddiaçı məhz bu pulu tələb edir. Iddiaçı polis idarəsində verdiyi izahatında da başqa borca istinad etmir. Birinci instansiya məhkəməsi cavabdehin izahatını təhrif edib. Cavabdeh bildirib ki, videoyazı əsasında borcu var, lakin 2000-3000 ödəniş edib. Cavabdeh əvvəlki borcunu artıqlaması ilə ödəyib, iddiaçı ona deyib ki, gecikdirdiyi üçün faizlər qalıb və bununla bağlı video çəkilib. Həmin video səhnələşdirilmiş bir şeydir, real deyil. Göründüyü kimi cavabdeh 2000- 3000 ödəniş etdiyini qeyd edir, lakin məhkəmə bunu protokolda qeyd etmir. Qəbzlərdən əlavə cavabdeh qızıl da vermişdir, bununla bağlı yazışmalar mövcuddur. Qəbzlərlə 500, 610 və 900 manat ödənişlər təsdiq edilir, əslində isə daha çox ödəniş edilib.

13. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 17.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18.Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir.

19. Iddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda 10.000 (on min) və 11.000 (on bir min) manat olmaqla cəmi 21000 manat pul veridiyini, lakin cavabdehin həmin pulu qaytarmadığını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət edmişdir.

20. Iddiaçı tərəfindən təqdim edilmiş flaş diskdə olan videogörüntüdən görünür ki, özünü Mədinə Rzayeva kimi təqdim edən qadın 6000 ABŞ dollar məbləğdə pulu sayaraq həmin pulu çəkiliş aparan şəxsi işə düzəltmək üçün aldığını, dekabr-yanvar ayına kimi işin düzəlmədiyi halda isə həmin pulu geri qaytaracağını bildirir.

21. Cavabdeh video-görüntüdəki şəxsin özü olduğununu təsdiq etmiş, lakin videonun iddiaçının təzyiqi nəticəsində çəkildiyini, iddiaçıdan faizlə aldığı 7000 manat pulun faizlərini qaytara bilmədiyinə görə belə bir videonun çəkilməsinə razılıq veridiyini bildirmişdir.

22. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdehin bu mövqeyi heç bir mötəbər sübutla öz təsdiqini tapmamaqla, yalnız onun mülahizəsinə əsaslanır. Halbuki, MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Digər tərəfdən, məntiq və ağlabatanlıq prinsipləri baxımından, şəxsin üzərində real öhdəlik olmadığı halda, sırf təzyiq nəticəsində öz əleyhinə iri həcmdə maliyyə öhdəliyi yaradan videoçəkilişə razılıq verməsi inandırıcı görünmür. Bundan əlavə, bu çəkilişdən sonra cavabdeh tərəfindən müəyyən məbləğdə ödəniş edilmişdir.

24. Yasamal RPI-nin 29-cu PŞ-nin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarının surətindən görünür ki, X3 təxminən 2 il əvvəl İddiaçı faizə 7000 manat pul götürməsi, pulun bir qismini ödəsə də maddi imkansızlıqdan qalanını ödəyə bilməməsi və bu səbəbdən İddiaçı onun yaşadığı mənzilə gələrək onu, ailə üzvlərini və qonşularını narahat etməsi barədə şikayəti həmin şöbədə araşdırılmış, bununla belə mübahisənin mülki hüquq xarakterli olduğu qənaətinə gəlinərək cinayət işinin başlanılması rədd edilmişdir.

25. Həmin işin araşdırılması zamanı dindirilmiş X3 izahatında göstərmişdir ki, təxminən 2 il əvvəl tanışı Elnarədən 7000 manat pul götürmüş və müxtəlif vaxtlarda ona faiz ödəmişdir. Lakin son vaxtlar imkanı olmadığıdan ödəniş edə bilmir. ##.##.2024-cü il tarixdə Elnarə onun mənzilinə gələrək onu, ailə üzvlərini və qonşuları narahat etmişdir. Buna görə, həmin şəxs barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş etmişdir. 26.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## #### 2026-cı il tarixli Qərarında qeyd olunur ki, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. 27.Kollegiya qeyd edir ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Iddiaçının istinad etdiyi video görüntüdə isə cavabdeh 6000 dolları iddiaçını işə düzəltmək məqsədilə aldığını və işin düzəlməyəcəyi halda geri qaytaracağını bildirmişdir. 28.Tərəflər isə izahatlarında 6000 dolların verilməsi səbəbi ilə bağlı ziddiyyəli izahatlar vermişlər. 29.Iddiaçının nümayəndəsi ## ###### 2025-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, 6000 dolları cavabdehin özünün işə düzəlməsi üçün verdiyini bildirir. Iddiaçının nümayəndəsi ## ###### 2025-ci il tarixli iclasında qeyd etmişdir ki, cavabdeh demişdir ki, baxçaya müdir kimi düzləndən sonra iddiaçının bacısı və xalasının adını işə yazdırar, onlar işə gedib gəlməz, sadəcə maaş alarlar. 30.Cavabdeh isə ümumiyyətlə işə düzəltmək məsələsi olmadığını, iddiaçıya olan borcunu qaytara bilmədiyi üçün belə bir video çəkilişə razı olduğunu, pulu saysa da götürmədiyini bildirmişdir. 31.Kollegiya hesab edir ki, nə qədər ki, tərəflər 6000 dolların verilməsi səbəbi ilə bağlı ziddiyyətli izahatlar vermişlər, bu halda video görüntü mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin görüntüdə isə tərəflər arasında mülki hüququ anlamda borc müqaviləsinin bağlanması təsdiq edilmir. Həmin görüntüdə cavabdeh işə düzəltmək adı ilə 6000 dolları sayıb götürür, iş alınmadığı halda geri qaytaracağını bildirir. Belə olan halda, kollegiya hesab edir ki, hazırki iddia tələbinin qanuni əsası əsassız varlanmadır. 32.Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

33. ## ###### 2025-ci il tarixli məhkəmə iclasında müəyyən edilmişdir ki, 6000 dolların cavabdehə verilməsi ilə bağlı video görüntü 2024-cü ilin may ayında çəkilmişdir.

34. Işdə olan qəbzlərdən görünür ki, 2024-cü ilin avqust ayında 900 manat pul, sentyabr ayında isə 610 manat dəyərində qızıl və 500 manat məbləğində pul iddiaçıya qaytarılmışdır (ı cild, i.v.113,132, 136, ıı cild , i.v.49). 35.Kollegiyanın qənaətinə görə 2024-cü ilin may ayında cavabdehin qaytarmalı olduğu məbləğin 6000 dollar olması və 2024-cü ilin avqust ayında 900 manat pul, sentyabr ayında isə 610 manat dəyərində qızıl və 500 manat, cəmi 2010 manat məbləğində ödənişin edilməsi təsdiqini tapmışdır.

36. Həmin ödənişin edildiyi dövrdəki Mərkəzi Bankın rəsmi valyuta Məzənnəsinə (1 USD = 1.70 AZN) uyğun olaraq, bu ödəniş 1.182 ABŞ dolları təşkil edir.

37. Beləliklə işdən görünür ki, cavabdeh 6000 ABŞ dolları məbləğində vəsaitin 1182 ABŞ dollarını qaytarmış, yerdə qalan 4818 ABŞ dolların qaytarılması barədə isə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. 38.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddia tələbini qismən təmin edərkən mübahisəyə tətbiq edilməli maddi hüququ normalarını düzgün tətbiq etməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır, habelə, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmir. 39.Beləliklə, qeyd olunan xüsusatları ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməli, 4818 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutulub iddiaçı İddiaçı ödənilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 101.91 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25.5 manat hissəsi iddiaçıdan cavabdehin xeyrinə tutulmalı, ödənilmiş rüsumun qalıq hissəsi cavabdehin özünə aid edilməlidir. 40.Kollegiya qeyd edir ki, hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən, 6000 dollar məbləğində pulun tutulması hissəsində təmin edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verməmişdir. Apellyasiya baxışında isə 6000 dollar vəsaitin 1182 dollar hissəsi təmin edilməmişdir. Təmin edilməyən hissədə iddianın qiyməti iddiaçıya münasibətdə beş min manatdan az olduğu üçün iddiaçı qətnamədən kassasiya şikayəti verə bilməz. 41.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi qeyd olunan hissədə qismən təmin edilsin. 4818 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutulub iddiaçı İddiaçı ödənilsin. Iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 101.91 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, qalan hissəsi iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25.5 manat hissəsi iddiaçıdan cavabdehin xeyrinə tutulsun, ödənilmiş rüsumun qalıq hissəsi cavabdehin özünə aid edilsin. Qətnamədən cavabdeh tərəfindən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar