Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5350/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi , İddiaçının vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)- 11325/2018 saylı qətnaməsi ilə hər ay qazancının ¼ hissəsində aliment, 20 manat sabit pul məbləğində aliment, habelə uşağın müalicəsi üçün hər ay 50 manat əlavə xərcin alınaraq Cavabdeh ödənilməsi müəyyən edilən aliment miqdarına dəyişiklik edilməsi və aliment məbləğinin 150 manat həddində azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci ildə cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx xxx 2013-cü ildə X3 anadan olmuşdur. Sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, uşaq anasının yanında qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsi ilə İddiaçı hər ay qazancının ¼ hissəsində aliment, habelə uşağın müalicəsi üçün hər ay 50 manat əlavə xərc alınaraq Cavabdeh ödənilməlidir. Məhkəmənin təyin etdiyi alimenti ödəmək iddiaçı üçün çox çətindir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də işləyir, yanvar-sentyabr ayları üzrə ona 882,39 manat, 683,67 manat, 1001,59 manat, 853,36 manat, 990,86 manat məbləğində əmək haqqı hesablanmışdır. İddiaçının isə ailə vəziyyətində dəyişiklik baş vermişdir. Belə ki, iddiaçı ikinci dəfə nikaha daxil olmuşdur və həmin nikahdan onun xx.xx.2018-ci ildə Rufid adlı uşağı anadan olmuşdur. Maddi vəziyyəti çox ağırdır. Məhkəmənin təyin etdiyi alimenti ödəmək iqtidarında deyil. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)- 867/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilərək, aliment miqdarının 150 manat həddinə azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandrılmışdır ki, cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də işləyir, yanvar-sentyabr ayları üzrə ona 882,39 manat, 683,67 manat, 1001,59 manat, 853,36 manat, 990,86 manat məbləğində əmək haqqı hesablanmışdır. Həmçinin iddiaçının ailə vəziyyətində dəyişiklik baş vermişdir. Belə ki, iddiaçı ikinci dəfə nikaha daxil olmuşdur və həmin nikahdan onun xx.xx.2018-ci ildə Rufid adlı uşağı anadan olmuşdur. Maddi vəziyyəti çox ağırdır. Məhkəmənin təyin etdiyi alimenti ödəmək iqtidarında deyil. Bundan başqa, əlavə xərclər barədə arayış tarixindən 2 ildən çox vaxt keçmişdir. Cavabdeh uşağın daimi müalicəyə ehtiyacı olması barədə hər hansı sübut təqdim etməmişdir. İddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmasına dair yetəri qədər sübut məhkəməyə təqdim olunmuş, lakin məhkəmə tərəfindən həmin sübutlar dəqiq və hərtərəfli araşdırılmamış və nəticədə işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X4 apelyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X3 anası Cavabdeh himayəsindədir. Uşağın saxlanması üçün Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-3227/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında və eləcə də ondan hər ay 20 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh xeyrinə ödənilməsi, cavabdeh İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X2 müalicəsi üçün hər ay 50 manat əlavə xərcin tutularaq Cavabdeh ödənilməsi müəyyən edilmişdir. Cavabdeh İddiaçı yeni ailə qurması və həmin nikahdan övladının olması əsası ilə aliment miqdarının azaldılmasını xahiş edir. İş materiallarında olan Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)- 3227/2018 saylı qətnaməsindən görünür ki, Şuşa rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(077)-421/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx xxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında və eləcə də ondan hər ay 20 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh xeyrinə ödənilməsi, cavabdeh İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X2 müalicəsi üçün hər ay 50 manat əlavə xərcin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2020-ci il tarixli 257 nömrəli Arayışından görünür ki xx.xx.2013-cü il təvəllüdlü X3 xx.xx.2020-ci ildə tibb üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova tətəfindən müayinə olunub. Diqqət fəallığın pozuntusu F90.0 Anamnezində enurez diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə – qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin yarısı hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2353/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iddiaçının hazırki tələblə müəyyən olunmuş aliment miqdarının azaldılmasını istədiyi apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Həmin vaxtdan sonra isə iddiaçı ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı iddia tələbində iddiaçı ondan hər ay qazancının müəyyən hissəsi şəkilində və sabit məbləğdə qarışıq qaydada tutulan alimentin, həmçinin uşağın müalicəsi üçün tutulan 50 manat əlavə xərcin məbləğinin dəyişdirilərək, ondan 150 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası izah edir ki, aliment məbləğinin hansı şəkildə tutulmasının (sabit məbləğdə və ya aylıq qazancının müəyyən hissəsi) məhkəmə qaydasında tələb edilməsi hüququ alimenti ödəyən şəxsə deyil, xeyrinə aliment tutulmalı olan şəxsə aiddir. Belə olan halda, hazırkı iş üzrə iddiaçının ondan tutulan alimentin məbləğinin iddia ərizəsində göstərilən tərzdə, yəni sabit məbləğdə müəyyən edilməsi ilə bağlı iddiası təmin edilməsi üçün əsaslı hesab edilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında aliment mübahisəsinə dair sonuncu məhkəmə qərarının qəbul edilməsindən keçən müddət ərzində iddiaçının maddi və ailə vəziyyətində onun vəziyyətini ağırlaşdıran hər hansı bir dəyişiklik baş verməmişdir. Belə olan halda onun iddiasının təmin edilməsi üçün qanuni əsas da mövcud deyildir. Apellyasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verərək kollegiya onları da əsassız hesab edir. Belə ki, iddiaçı cavabdehin əmək fəaliyyəti ilə məşğul olduğunu və müntəzəm qazanc əldə etdiyini dəlil kimi göstərsə də, məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Belə ki, cavabdehin işləməsi iddiaçını üzərinə düşən aliment öhdəliyini yerinə yetirmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)- 867/2020 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5350/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5350/2020
06.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver