Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5359/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “X3 Korporasiyası Evrascon” ASC-yə qarşı “əmək haqqı və kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 22-ci il tarixli, 2(004)-2279/2022 saylı qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X3 Korporasiyası Evrascon” ASC-yə qarşı “əmək haqqı və kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 21 avqust 2020-ci il tarixli əmək müqaviləsinə əsasən 21 avqust 2020-ci il tarixdən 13 sentyabr 2021-ci il tarixədək cavabdeh tərəfindən ödənilməmiş əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(004)- 2279/2022 saylı qətnaməsi ilə (hakim Günay Axundova) iddia qismən təmin edilmiş, iddiaçıya 01 aprel 2021-ci il tarixdən 13 sentyabr 2021-ci il tarixədək ödənilməmiş əmək haqqı və 01 iyun 2022-ci il tarixədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 (bir) faizi məbləğində pulun cavabdeh tərəfindən hesablanaraq ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər razılığa gələrək, məhkəməyə barışıq sazişi və barışıq sazişinin təsdiq olunması barədə ərizələr təqdim etmiş, ayrı-ayrılıqda barışıq sazişinin nəticələrinin onlara aydın olduğunu bildirmiş və məhkəmə kollegiyasından sazişin təsdiq olunmasını, qətnamənin ləğv olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası, sədrlik edənin hakimin məruzəsini, tərəflərin izahatlarını və barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə ləğv olunmaqla mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş 05 oktyabr 2022-ci il tarixli barışıq sazişinin şərtlərinə görə;
1. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2279/2022 nömrəli 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə qət edilən 01 iyun 2022-ci il tarixədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində pul tələbindən qeyd şərtsiz imtina edir.
2. Cavabdeh iddiaçının 01 aprel 2021-ci il tarixdən 13 sentyabr 2021-ci il tarixinədək hesablanımış əmək haqqı tələbinə dair iddiası üzrə məhkəmə xərcləri daxil olmaqla 3000 manat məbləğində borcunu etiraf edir.
3. İddiaçı razılaşır və cavabdeh öhdəsinə götürür ki, bu Sazişin 3-cü bəndini nəzərə almaqla, Sazişin 2-ci bəndində qeyd olunan məbləği müvafiq ayın son iş gününədək 15 oktyabr 2022-ci il tarixdə 1500 manat, 15 noyabr 2022-ci il tarixdə 1500 manat olmaqla iddiaçıya ödəcək.
4. İddiaçı, cavabdehə qarşı yuxarıda göstərilən iddiası üzrə digər tələblərindən imtina edir və bu saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə cavabdehə qarşı heç bir əlavə tələb irəli sürmür.
5. Cavabdeh tərəfindən ödənişin bu Sazişin 3-cü bəndində göstərildiyi kimi həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.
6. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
7. Tərəflər təsdiq edirlər ki, bu Saziş iddiaçının və cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.
8. Bu Saziş tərəflərin imzaladığı və Bakı Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.
9. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilər bilər və tərəflər imzaladıqda qüvvəyə minir.
10. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 əsl nüsxədə tərtib edilir və tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri iddiaçıda, ikincisi isə cavabdehdə saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 52.4-cü maddəsinə görə, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası, belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı cavabdeh “X3 Korporasiyası Evrascon” ASC-yə qarşı “əmək haqqı və kompensasiya” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun:
1. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2279/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə edilən 01 iyun 2022-ci il tarixədək hr gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində pul tələbindən qeyd şərtsiz imtina edir.
2. Cavabdeh iddiaçının 01 aprel 2021-ci il tarixdən 13 sentyabr 2021-ci il tarixinədək hesablanımış əmək haqqı tələbinə dair iddiası üzrə məhkəmə xərcləri daxil olmaqla 3000 manat məbləğində borcunu etiraf edir.
3. İddiaçı razılşır və cavabdeh öhdəsinə götürür ki, bu Sazişin 3-cü bəndini nəzərə almaqla Sazişin 2-ci bəndində qeyd olunan məbləği müvafiq ayın son iş gününədək 15 oktyabr 2022-ci il tarixdə 1500 manat, 15 noyabr 2022-ci il tarixdə 1500 manat olmaqla iddiaçıya ödəcək.
4. İddiaçı, cavabdehə qarşı yuxarıda göstərilən iddiası üzrə digər tələblərindən imtina edir və bu saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə cavabdehə qarşı heç bir əlavə tələb irəli sürmür.
5. Cavabdeh tərəfindən ödənişin bu Sazişin 3-cü bəndində göstərildiyi kimi həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.
6. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
7. Tərəflər təsdiq edirlər ki, bu Saziş iddiaçının və cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.
8. Bu Saziş tərəflərin imzaladığı və Bakı Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.
9. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilər bilər və tərəflər imzaladıqda qüvvəyə minir.
10. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 əsl nüsxədə tərtib edilir və tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri iddiaçıda, ikincisi isə cavabdehdə saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunur. Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 22-ci il tarixli, 2(004)-2279/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.