Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5361/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), x2 və x1 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Cavabdeh x oğluna qarşı “alimentin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 fevral 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “alimentin artırılması tələbi barədə” iddiasına dair mülki işə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə 20.02.2020-ci il tarixdə qəbul etdiyi qətnamə ilə iddianın qismən təmin edilməsini, Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli qətnaməsi (İş № x) ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, 14.02.2012-ci il təvəllüdlü x5 və 14.02.2012-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay, hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, həmin məbləğdə alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 112.1.3-cü maddəsinin mənasına görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə iddianın qiyməti, iddia ərizəsində və qətnamə ilə qət olunmuş məbləğdə olması nəzərə alındıqda müəyyən edilir ki, alimentin bir il ərzində ödənilməli olan məcmusu 500 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin mənasına görə, məhkəməyə iddia ərizəsi verilərkən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan qətnamədən apellyasiya şikayəti vermək istəyən cavabdeh, 15 manat dövlət rüsumu ödəmək vəzifəsi daşıyır. Çünki, yuxarıda qeyd edilən maddənin mənasına görə, apellyasiya şikayəti verilərkən, ödənilməli olan dövlət rüsumunun məbləği, bu Qanunun ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizini təşkil etməlidir. İş materiallarından isə görünür ki, apellyasiya şikayətinə 15 manat deyil 10 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir (iş v. 50). Belə olan halda hesab edilməlidir ki, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. MPM-nin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, onu mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı x Cavabdeh x oğluna qarşı “alimentin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş x tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə, Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-5361/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5361/2020
03.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver