Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5362/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhəri Cavabdeh vəkili Vəkil iştirakları ilə, İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “pul və Cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci il üzrə 1127,14 manat, 2023-cü il üzrə 2520 manat, ümumilikdə 6167,14 manat məcburi sosial sığorta haqqının cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-388/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdehndən 2023-cü ilin iyun ayından xx.xx.2024-cü il tarixədək işlədiyi müddətdə ödənilməmiş 15973,20 manat əmək haqqı, 4670,82 manat məzuniyyət haqqı və həmin məbləğləri gecikdirdiyi üçün gündəlik 1 % hesablanmaqla 81199,84 manat ödənc, 60 manat mediasiya xərci olmaqla ümumilikdə 101903,86 manat pulun tutulması, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci il üzrə 1127,14 manat, 2023-cü il üzrə 2520 manat, 2024-cü il üzrə 2520 manat olmaqla ümumilikdə 6167,14 manat məcburi sosial sığorta haqqının cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-388/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2025-ci il tarixli, 2(103)-5362/2025 nömrəli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən daxil olmuş sorğuya əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-388/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş materiallarının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2025-ci il tarixli, 2(103)-5362/2025 nömrəli qərardadı ləğv edilməli, maraqlı şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-388/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-388/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2025-ci il tarixli, 2(103)-5362/2025 nömrəli qərardadı ləğv edilsin. Maraqlı şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-388/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5362/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5362/2025
22.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver