Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5364/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh “xxxx” BOKT MMC-yə qarşı “ipoteka borcunun və ya ümumiyyətlə borcunun olmaması, girov predmeti olan mənzilin girovdan azad edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-635/2021 saylı işi üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» BOKT MMC-yə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun cavabdeh «xxxx» BOKT MMC-yə ipoteka borcunun və ya ümumiyyətlə borcunun olmaması, girov predmeti olan Bakı şəhəri Q.Qarayev küçəsi 106 saylı evin 11 saylı mənzilinin girovdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli 2(007)-104/2018 saylı qətnaməsinə əsasən, «xxxx» BOKT MMC-nin İddiaçı2, X1, X2, X7 və X9 qarşı iddiası qismən təmin edilmiş, X13 ilə BOKT arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli BAKU1-23946-10362 saylı kredit müqaviləsinə xitam verilmiş, İddiaçı2, İddiaçı1 və X8 müştərək qaydada 26893 ABŞ dolları əsas borc, 4262 ABŞ dolları 62 sent faiz, 10000 ABŞ dolları dəbbə pulu, cəmi 41156 ABŞ dolları 10 sentin, ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin «xxxx» BOKT MMC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, dəyəri 60000 manat müəyyən olunmuş cavabdeh İddiaçı2 məxsus Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən 106 saylı evin 11 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, ipoteka predmeti satıldıqdan sonra mənzilin boşaldılması və İddiaçı2, X4, X5 və X6 həmin mənzildən məcburi qaydada çıxarılmaları, ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur (səh.50); Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2019-cu il tarixli 2(103)- 1175/2019 saylı qətnaməsinə əsasən, «xxxx» BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli 2(007)- 104/2018 saylı qətnaməsi «cavabdehlərdən əsas borc və faizin tutulması» hissəsində dəyişdirilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli 2(007)- 104/2018 saylı qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada tutulması qət edilmiş əsas borcun məbləği 37725 ABŞ dolları 40 sent, faizin məbləği isə 10299 ABŞ dolları 03 sent müəyyən edilmiş və həmin məbləğlərin ödənilməsi qətnamənin icra olunduğu gün Azərbaycan manatına olan məzənnə ilə həyata keçirilməsi qət edilmişdir (səh.55); Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.07.2020-ci il tarixli 2(102)-2941/2020 saylı qərarına əsasən, İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2019-cu il tarixli 2(103)-1175/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır (səh.58). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-635/2021 saylı işi üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmiş, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 82.3, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçılar cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair mötəbər sübutlar təqdim etməmişlər. İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin Hakimi Tağıyev Ceyhun tərəfindən 02 mart 2021-ci 1 tarixli 2(006)-635/2021 saylı qəbul edilmiş qətnaməni ləğv edərək iddianın təmin edilməsi haqda qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184-cü maddəsinə istinadən qeyd etmişdir ki, qətnamə ilə razı deyil və hesab edir ki, bu qətnamə maddi və prossesual hüquq pozuntusu ilə qəbul edildiyindən apellyasiya instansiyasında ləğvi üçün əsasdır. Belə ki, o, cavabdehə olan kredit borcu ödəmiş və bunü sübut edə biləcək yeganə vasitə maliyyə və mühasibatlıq ekspertizasının vasitəsi ilə ekspertin rəyidir. Onda birinci instansiya məhkəmsində sözügedən ekspertizasının təyin edilməsi və ekspert qarşısında onun cavabdehdən nə qədər kreditə pul alması və nə qədər qaytarması və nə qədər borcununun qalması sualının qoyulması haqda vəsatətinin baxması haqda MPM-in 184 cü maddəsi ilə qəradad qəbul etməli və onu tanış etməliydi. Hesab edir ki, apellyasiya məhkəməsi vəsatətini təmin edərək malliyyə-mühasibatlıq ekspertizası təyin edərək ekspert rəyi alaraq apellyasiya şikayətinə baxacaq. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh “xxxx” BOKT MMC-nin nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Qeyd edilməlidir ki, artıq qanunu qüvvəyə almış məhkəmə qərarları mövcud olduğu təqdirdə yenidən borcun muzakirəsi yolverilməzdir və hüquqdan sui-istifadəyə şərait yaradan hərəkətlərdir. Qeyd edilən məsələlər adıçəkilən məhkəmə qərarlarının icrası qaydasında müzakirə edilə bilər. Diqqətə çatdırılmalıdır ki, tələbin «ümumiyyətlə borcunun olmaması» hissəsi cavabdehə yönələn tələb çərçivəsində - kimə borclu olması baxımından ümumiyyətlə anlaşılmazdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 294, 299, 321; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün (ekspertizaının aparılması üçün) əsas ola bilməz. Apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci tərəflərin özlərinnə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-635/2021 saylı işi üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5364/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5364/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver