Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5369/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 3 saylı Notariat Ofisi və Bakı şəhəri 44 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) mülki iş (Açar sözlər: «əqdin etibarsız hesab edilməsi, daşınmaz əmlakın qaytarılması və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, subyektiv hüquq») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1734/2023 saylı, 18 may 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. ünvan 1 ünvanda yerləşən dövlət əmlakı - "Ekspress" kafesi start qiymətinin 15%-i özəlləşdirmə çekləri ilə və 53.133.000 manat pul tam ödənilməklə xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 və X1. Bu barədə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1997-ci il tarixli, 7575 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir.
2. ünvan 2 ünvanda yerləşən "Ekspress" kafesi xx.xx.2005-ci il tarixli, AN-1 № ******* saylı alqı-satqı müqaviləsi əsasında 460.000.000 manata Cavabdeh1 satılmışdır. Alqı-satqı müqaviləsini satıcıların adından etibarnamə əsasında Cavabdeh3 imzalamışdır. Qeyri-yaşayış sahəsinə Cavabdeh1 adına 18 noyabr 2005-ci il tarixli 006427 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.
3. Cavabdeh1 18 mart 2011-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsinin 555100 manata Cavabdeh2 satıb. DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 119B ünvanında 0,10275 ha torpaq sahəsi üzərindəki, ümumi sahəsi 330,6 kv.metr olan qeyri-yaşayış binasına Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
4. DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə isə, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 119B ünvanında 0,10275 ha torpaq sahəsi üzərindəki, ümumi sahəsi 330,6 kv.metr olan qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ ilə X2 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3483 nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. Yuxarıda qeyd olunan alqı-satqı müqavilələri Qaratel Məhərrəmova tərəfindən bundan əvvəl mübahisələndirilmişdir. Qaratel Məhərrəmovanın cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı "qeyri- yaşayış sahəsinə dair cavabdehlər arasında bağlanmış 26 oktyabr 2005-ci il tarixli AN-İ ******* saylı alğı-satqı müqaviləsinin, onun əsasında Cavabdeh1 adına verilmiş şəhadətnamənin ləğv edilməsi, həmin qeyriyaşayış sahəsinə dair mülkiyyət hüququnun bərpa edilməsi" tələbinə dair ilkin iddiası və Cavabdeh1 İddiaçı və Yaqub Müseyibova qarşı "mülkiyyətində olan sahədən çıxarılmaları" tələbinə dair qarşılıqlı iddiası üzrə iş
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Qaratel Məhərrəmovanın cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı (İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin maraqlı şəxs qismində göstərildiyi) "ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin, bu alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş şəhadətnamənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun bərpa edilməsi" barədə iddia tələbi rədd edilmiş, Cavabdeh1 İddiaçı və Yaqub Müseyibova qarşı mülkiyyətində olan sahədən çıxarılmaları tələbinə dair qarşılıqlı iddiası təmin edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2008-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Qaratel Məhərrəmovanın apellyasiya şikayəti təmin edilməmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2008-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Qaratel Məhərrəmovaya aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 cavabdeh Bakı şəhəri 41 saylı Dövlət notariat kontoruna qarşı "alğı-satqı müqaviləsində təqdim olunmuş sənədlərin tam göstərilməsi" tələbinə dair mülki iş
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri 41 saylı Dövlət notariat kontoruna qarşı "alğı-satqı müqaviləsində təqdim olunmuş sənədlərin tam göstərilməsi"nə dair iddiası təmin edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2008-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs Qaratel Məhərrəmova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
11. Ali Məhkəmənin Mülki kollegiyasının 26 avqust 2008-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 yanvar 2009-cu il tarixli qərardadı ilə hər iki mülki iş baxılması üçün bir icraatda birləşdirilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə Qaratel Məhərrəmovanın apellyasiya şikayətləri təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi Qaratel Məhərrəmovaya aid hissədə, həmçinin Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Ali Məhkəmənin Mülki kollegiyasının 11 mart 2011-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2011-ci il tarixli qətnaməsi ilə Qaratel Məhərrəmovanın apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəmələrinin qətnamələri dəyişdirilmədən saxlanılmışdır.
16. Ali Məhkəmənin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmişdir. Həmin qərara əsasən Qaratel Məhərrəmovanın iddia tələbi qismən təmin edilmiş, 41 saylı DNK tərəfindən 4Ə/749 saylı reyestrlə təsdiq edilmiş 26 oktyabr 2005-ci il tarixli AN-İ ******* saylı alğı-satqı müqaviləsi və Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən Cavabdeh1 adına verilmiş 18 noyabr 2005-ci il tarixli 006427 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə Qaratel Məhərrəmovaya aid hissədə ləğv edilməklə, onun mülkiyyət hüququ bərpa edilmiş, Cavabdeh1 41 saylı DNK-ya qarşı "26 oktyabr 2005-ci il tarixli alğı-satqı müqaviləsində notariat kontoruna təqdim edilmiş digər etibarnamələrlə yanaşı, Cavabdeh3 adına verilmiş etibarnamənin əks etdirilməsinin notariusa həvalə edilməsi" barədə iddia tələbi isə təmin edilməmişdir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 fevral 2012-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı ilə isə Ali Məhkəmənin 06 fevral 2012-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir.
18. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2015-ci il tarixli qətnaməsi ilə Qaratel Məhərrəmovanın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi Qaratel Məhərrəmovaya aid hissədə, habelə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarıxli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə Qaratel Məhərrəmovanın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2015-ci il tarixli qətnaməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair hissədə ləğv olunaraq, Cavabdeh1 Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna qarşı "Bakı şəhəri, A.Neymətulla küçəsi 45-də yerləşən "Ekspress" kafesinin alğı-satqısına dair 26 oktyabr 2005-ci il tarixli müqavilədə X5 tərəfindən X4 verilmiş 02 iyun 2004-cü il tarixli Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhər notariat kontorunda təsdiq edilmiş etibarnamənin əks etdirilməsinin Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna həvalə edilməsi" tələbinə dair iddiası rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
20. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qərarı ilə Cavabdeh2 Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs Qaratel Məhərrəmovaya qarşı daşınmaz əmlaka hüququn rəsmiləşdirilməsinin qanunsuz sayılması və çıxarışın etibarsızlığının tanınması tələbi təmin olunmuş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3483 nömrəli vərəqində X2 Bakı şəhəri, Nərimanov rayonu, X25 prospekti, 119B ünvandakı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi qanunsuz sayılmış və həmin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı çıxarış etibarsız hesab edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli qərarı ilə X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə Qaratel Məhərrəmovanın kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadına əsasən, X2 X6, Cavabdeh1, DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə və Bakı şəhər Vergilər Departamentinə qarşı "Dövlət reyestrində ilkin olaraq ünvan 6 ünvanı ilə qeydə alınmış "Ekspress" kafesinin 2-ci ünvanı olan F.X.Xoyski 119B ünvan qeydiyyatının ləğv olunması, "Ekspress" kafesinin dövlət reyestrindəki əvvəlki ünvan 7 ünvanın bərpa edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı, onlar tərəfindən edilmiş ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin («Ekspress» kafesinin) üzərində ləğv edilməmiş Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərardadı ilə həbs olarkən və barəsində altı ilə yaxın məhkəmə mübahisəsi davam edərkən, eləcə də heç bir qanuni əsas olmadan həmin ünvanın F.X.Xoyski 119B ünvanına dəyişdirilməsi və əsassız ünvan adı altında qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh1 adına verilmiş Bakı şəhəri, X25 prospekti ilə Ağa Neymətulla küçəsinin kəsişməsi (A.Neymətulla küçəsi 45) ünvanında yerləşən 352.1 kv.m qeyriyaşayış sahəsinə dair 001448 N°-li, xx.xx.2009-cu il tarixli şəhadətnamənin və şəhadətnamənin verilməsinə əsas hesab edilən bütün sənədlərin ləğv olunması" tələbləri ayrıca icraata ayrılmış və baxılması üçün aidiyyət üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
24. Həmin məhkəmənin xx.xx.2013-cü il tarixli digər qərardadına əsasən "ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair ("Ekspress" kafesi) F.X.Xoyski 119B ünvanı adı altında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış ******* saylı, xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması, həmin əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququna xitam verilməsi və dövlət reyestrindəki ********* saylı xx.xx.2011-ci il tarixli qeydiyyatın çıxarılması, ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ("Ekspress" kafesinin) F.X.Xoyski 119B ünvanı adı altında Cavabdeh1 mülkiyyət hüququna xitam verilməsi və Dövlət reyestrindəki ********* saylı, xx.xx.2011-ci il tarixli qeydiyyatın çıxarılması, Cavabdeh2 dövlət reyestrindəki ********** saylı, xx.xx.2011-ci il tarixli qeydiyyatın çıxarılması və həmin qeydiyyatla əlaqədar hüquq verən bütün sənədlərin ləğv olunması, o cümlədən, ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ("Ekspress" kafesinin) F.X.Xoyski 119B ünvanı adı altında əldə etmiş bütün hüquqlarına xitam verilməsi, "Ekspress" kafesi və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ilə A.Neymətulla küçəsinin kəsişməsində yerləşən "Samir" restoranı üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələr və müdaxilələrin Cavabdeh1 və Cavabdeh2 qadağan olunması, "Ekspress" kafesindən Cavabdeh2 çıxarılması, cavabdehlər tərəfindən ona dəymiş mənəvi ziyanın həcminin 50000 manat müəyyən edilməsi və ödənilməsi" tələbinə dair mülki iş üzrə icraatın 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmış tələblər üzrə yekun qərar qəbul edilənə qədər dayandırılması qərara alınmışdır.
25. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadına əsasən, X2 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Bakı şəhəri 3 saylı Notariat Kontoruna və X19 qarşı "Bakı şəhəri, F.X.Xoyski prospekti 119B (Ağa Neymətulla 45) ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair 18 mart 2011-ci ildə bağlanmış AN-İ ******* saylı alğı-satqı müqaviləsinin, həmin alğı-satqı müqaviləsi əsasında X18 adına xx.xx.2011-ci ildə verilmiş ******* saylı, MA seriyalı şəhadətnamənin ləğv edilməsi, onun xx.xx.2013-cü il tarixdə verilmiş seriya RX ******* saylı qeyri yaşayış sahəsinə və torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət şəhadətnaməsində paylı mülkiyyətinin ləğv edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüquqlarını bərpa olunması tələbinə dair iddia ərizəsi üzrə mülki iş icraatı dayandırılan mülki işlə bir icraatda birləşdirilmişdir.
26. Ayrı icraata ayrılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş tələblər, X2 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması səbəbilə həmin məhkəmənin 03 mart 2015-ci il tarixli qərarı əsasında geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
27. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmiş, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə işin icraatına xitam verilməsi qərara alınmışdır.
28. Həmin qərardaddan X2 verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərardadı ilə təmin olunmamışdır.
Birinci instansiya məhkəməsində birinci icraat:
29. İddiaçılar X5 və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə müraciət edərək məhkəmədən 11 may 2005-ci il tarixli 7E-1866 nömrəli saxtalaşdırılmış, legitim olmayan etibarnamə əsasında, həmçinin 2 iyun 2004-cü il tarixli saxta etibarnamə əsasında, 13 oktyabr 2005-ci il tarixli saxta etibarnamə əsasında Bakı şəhəri 41 saylı Dövlət notariat kontorunda 4Ə/749 nömrə ilə X2 qanuni mülkiyyətində olan qeyri-yaşayış sahəsi (əvvəlki ünvanı Bakı şəh, Ağa Neymətulla küç., 45, hazırda Bakı şəhəri, Nərimanov rayonu, X25 prospekti 119 B, əvvəlki adı "Ekspress" kafesi, hazırda həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsi) ilə bağlı bağlanmış ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin bundan sonra saxta yolla özgəninkiləşdirməklə, Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontorunda ******* nömrə ilə bağlanmış, 18 mart 2011-ci il tarixli, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətində olan daşınmaz əmlakın Qaratel Məhərrəmovaya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
30. Tələbdə göstərilir ki, Bakı şəhəri, Nərimanov rayonu, X25 prospekti 119 B ünvanında yerləşən qeyri-yaşayış sahəsi Qaratel Məhərrəmovanın mülkiyyətində olmuş, bununla bağlı xx.xx.2013-cü il tarixdə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Ancaq cavabdehlər tərəfindən bir sıra etibarnamələrin saxtalaşdırılması yolu ilə qeyri-yaşayış sahəsinin bir hissəsi başqa şəxslərə satılmış və əmlak birgə mülkiyyətə çevrilmiş, bir müddət sonra isə cavabdehlər digər sənədləri də saxtalaşdıraraq əmlakın onda qalan hissəsini də mənimsəmişlər. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 178.4-cü, 308.2-ci və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır və hazırda cinayət işinin icraatı Bakı şəhəri Nərimanov rayon prokurorluğunda davam etdirilir. Cinayət işinin icraatı zamanı cavabdehlərin, müxtəlif etibarnamələri saxtalaşdıraraq əmlakı etibarsız əqdlər əsasında ələ keçirdikləri müəyyən olunmuşdur.
31. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (nümayəndələri və vəkilləri) vəsatət təqdim edərək bildirmişdir ki, mübahisəsi gedən əmlakla bağlı tərəflər arasında əvvəllər çoxsaylı məhkəmə çəkişmələri olmuşdur və qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur, buna görə də işin icraatına xitam verilməldir. Daha sonra da ərizə verərək qeyd etmişdir ki, iddiaçılar hazırda mübahisələndirdikləri müqavilə barədə 2006-cı ildən davam edən məhkəmə proseslərindən məlumatlı olmuş, belə olan halda iddia müddətini ötürmüşlər buna görə də iddia tələbləri rədd olunmalıdır.
32. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(005)- 1563/2022 saylı qərardadı ilə (hakim A.Novruzova) mülki iş üzrə icraata xitam verilmişdir.
33. Məhkəmə qənaətini belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş müxtəlif illərdə baxılmış yekun məhkəmə aktlarından görünür ki, X5 tərəfindən 18 mart 2011-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi mübahisələndirilmiş və hazırkı iddia tələbində göstərilmiş əsaslarla iddialara baxılmışdır. Göründüyü kimi, X5 və İddiaçı hazırki tələblə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı artıq müqavilənin ləğv edilməsi, bağlanmış əqdlər etibarsız hesab edilməklə, qanuni mülkiyyətdə olan daşınmaz əmlakın qaytarılması tələbinə dair iddia qaldırmış bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı bundan sonra qeyd edilən tələb ilə cavabdehə qarşı iddia irəli sürə bilməz.
34. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad etmişdir.
35. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1563/2022 saylı, 04 avqust 2022-ci il tarixli qərardadı ilə həmin qərardaddan iddiaçı tərəfindən verilən şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6420/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
37. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasına görə, qanuni qüvvəyə minmiş məhkəmə aktları (§13, 15-24) ilə müəyyən olunmuşdur ki, ünvan 11 ünvanda yerləşən “Ekspress” kafesi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş Dövlət Əmlakının Hüquqi və X16 haqqında 01 oktyabr 1997-ci il tarıxlı Şəhadətnaməyə əsasən mülkiyyət hüququ əsasında X3 və X4 məxsus olmuş, Rusiya Federasiyası, İrkutsk vilayəti, Ust-İlimsk şəhərində yaşayan X7 Bakı şəhərində yaşayan qardaşı X4 Bakı şəhərı, A.Nemətulla küçəsi 45- də yerləşən “Ekspress” kafesi və “Samir” restoranı uzərındə sərəncam hüququ verən 02 iyun 2004-cü il tarixli etibarnamə vermiş, həmin tarixdə eyni zamanda Qaratel Məhərrəmovanın əri X13 etıbarnamədə göstərilən əmlakların satılması barədə razılıq imzalamış, həm etibarnamə, həm də razılıq Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhərinin notariusu S.İ.Frolova tərəfindən təsdiq olunmuş, 11 may 2005-ci il tarixdə Qaratel Məhərrəmovanın qardaşı X10 Bakı şəhərində yaşayan Cavabdeh3 üç il müddətinə ona məxsus olan əmlak üzərində sərəncam hüququ verən etibarnamə vermiş, Cavabdeh3 Bəhram Məhərrəmovun verdiyi 11 may 2005-ci il tarixlı etıbarnamə və eləcə də Qaratel Məhərrəmova tərəfindən Cavabdeh3 adına verılmış ona məxsus olan “Samir” restoranı və “Ekspress” kafesi üzərində sərəncam huququ verən və 13 oktyabr 2005-ci il tarixdə Rusiya Federasiyası Perm vilayətinin Perm şəhərınin notariusu tərəfindən təsdiq edilmiş etibarnamə əsasında “Ekspress” kafesinin 26 oktyabr 2005-ci il tarixdə Bakı şəhərinin 41 saylı notariat kontorunda təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 460 000 000 manata satmış, alğı-satqı müqaviləsinə əsasən İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti “Ekspress” kafesinə mülkiyyət hüququnu bildirən 18 noyabr 2005-ci il tarixli şəhadətnamə vermiş, 05 mart 2006-cı il tarixdə X11 vəfat etmiş, 2006-cı ilın sentyabr ayında Qaratel Məhərrəmova Cavabdeh3, Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ekspress” kafesinin 80 faizinin ona, qardaşı Bəhram Məhərrəmova məxsus olmaqla onların mülkiyyətində olmasını, qardaşı İddiaçı iş üzrə Cavabdeh3 borcunun olması ilə əlaqədar borcun təminatı kimi kafenin sənədlərini və eləcə də əmlakı üzərində sərəncam hüququ verən Bəhram Məhərrəmov tərəfindən imzalanmış etibarnaməni təqdim etməsini, İddiaçıla Cavabdeh3 arasında olan razılaşmaya əsasən İddiaçı borcunu qaytardıqdan sonra Cavabdeh3 kafeyə aid olan sənədləri qardaşına qaytarmalı olmasına baxmayaraq Cavabdeh3 borcun təminatı məqsədi ilə ona müvəqqəti etibar edilmiş əmlakı Cavabdeh1 satmasını və bununla da onun mülkiyyətindən məhrum olunmasını əsas göstərməklə 26 oktyabr 2005-ci il tarixli alğı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş 18 noyabr 2005-ci il tarixli şəhadətnamənin ləğv edilməsinə və "Ekspress" kafesinə onların mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, mübahisəli kafeni alqı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh1 İddiaçı, X8 qarşı cavabdehlərin kafedən çıxarılmaları barədə qarşılıqlı tələb irəli sürmüş, Qaratel Məhərrəmovanın iddiasına və Cavabdeh1 qarşılıqlı iddiasına mahiyyəti üzrə məhkəmədə baxılana qədər Cavabdeh1 Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla “Ekspress” kafesinin mülkiyyətçiləri Qaratel Məhərrəmova və Bəhram Məhərrəmovun etibarnamə üzrə nümayəndəsi arasında kafenin alqı-satqısına dair 26 oktyabr 2005-ci il tarixli müqavilənin bağlanması zamanı notariat kontoruna X9 Federasiyası, Urkutsk vilayəti, Ust-İlimsk şəhərinin notariusu tərəfındən təsdiq olunmaqla Bəhram Məhərrəmova verilmiş 02 iyun 2004-cü il tarixli etibarnamənin təqdim edilməsinə baxmayaraq, alğı-satqı müqaviləsində həmin etibarnamənin qeyd edilməməsini əsas göstərməklə alğı-satqı müqaviləsində həmin etibarnamənin əks etdirilməsinin 41 saylı Dövlət Notariat Kontorunun notariusuna həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, işə məhkəmə instansiyalarında baxılan ərəfədə mübahisəli “Ekspress” kafesi Cavabdeh1 tərəfindən 18 mart 2011-ci il tarixdə notariatda təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış və onun həmin əmlak üzərində mülkiyyət hüququ 25 avqust 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmələr hesab etmişlər ki, Cavabdeh1 mübahisəli əmlakı notariatda təsdiq olunmuş müqavilə əsasında dəyərini ödəməklə əldə etmiş və bu zaman təmsilçi Cavabdeh3 mülkiyyətçi Qaratel Məhərrəmovaya aid hissədə əmlakı özgəninkiləşdirməyə hüququnun olmamasını bilməmiş, eləcə də Cavabdeh1 əldə etdiyi əmlaka münasibətdə vicdansız sahib olması iddiaçı Qaratel Məhərrəmova tərəfindən sübuta yetirilməmişdir. Məhkəmələr Qaratel Məhərrəmovanın iddia tələblərinin rədd olunmasını həm də belə əsaslandırmışlar ki, mübahisəli əmlak Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmaqla həmin əmlak mülkiyyət hüququ əsasında hazırda sonuncuya məxsusdur. Qaratel Məhərrəmovanın əvvəlki iddiaları (o cümlədən ona qarşı irəli sürülmüş iddia tələbləri) hazırkı iddianın əsaslarını təşkil edən eyni əsaslar və eyni predmet üzrə, eyni tərəflərə qarşı irəli sürülmüş, həmin işlərə baxılarkən hazırkı iddiada mübahisələndirilən alğı-satqı müqaviləsinə və onun nəticələrinə faktiki olaraq hüquqi qiymət verilmiş, İddiaçı da həmin işlərin birində tərəf (cavabdeh) olmuş, onun mübahisələndirilən əmlaka hüquqlarına dair məsələyə də aydınlıq gətirilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı hazırkı iddia tələbi üzrə iddiaçı kimi göstərilsə də, ona münasibətdə (ona aid hissədə) konkret tələb irəli sürülməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Qaratel Məhərrəmovanın (İddiaçı) hazırkı iddia tələbləri ilə eyni predmetli və eyni əsaslı iddia tələbləri üzrə qanuni qüvvədə olan məhkəmə qərarları olduğundan, hazırkı tələblərə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz
38. Məhkəmə mövqeyini MPM-in 217.2, 261.0.2, 233.3-cü maddələri ilə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat:
39. İddiaçılar X5 və İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişlər.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6047/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(103)-6420/2022 nömrəli qərardadının İddiaçı cavabdehlərə qarşı xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair işə xitam verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə işin yenidən baxılması üçün göndərilməsi, qərardadın X3 aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
41. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1685/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) tərəfindən verilmiş şikayət qismən təmin edilərək iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1563/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərardadı İddiaçı cavabdehlərə qarşı xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair işə xitam verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə işə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.
Birinci instansiya məhkəməsində ikinci icraat:
42. Mülki işə yuxarıda qeyd olunan hissədə baxılarkən iddiaçı 02 may 2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, əmlakın qanunsuz yolla əldən çıxması nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
43. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1734/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilməmişdir.
44. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 11 ünvanda yerləşən “Ekspress” kafesi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş Dövlət Əmlakının Hüquqi və X16 haqqında 01 oktyabr 1997-ci il tarixli Şəhadətnaməyə əsasən, mülkiyyət hüququ əsasında X3 və X4 məxsus olmuş, Rusiya Federasiyası, İrkutsk vilayəti, Ust-İlimsk şəhərində yaşayan X5 Bakı şəhərində yaşayan qardaşı X4 ünvan 1-də yerləşən “Ekspress” kafesi və “Samir” restoranı üzərində sərəncam hüququ verən 02 iyun 2004-cü il tarixli etibarnamə vermiş, həmin tarixdə eyni zamanda Qaratel Məhərrəmovanın əri X13 etibarnamədə göstərilən əmlakların satılması barədə razılıq imzalamış, həm etibarnamə, həm də razılıq Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhərinin notariusu S.İ.Frolova tərəfindən təsdiq olunmuş, 11 may 2005-ci il tarixdə Qaratel Məhərrəmovanın qardaşı X11 Bakı şəhərində yaşayan Cavabdeh3 üç il müddətinə ona məxsus olan əmlak üzərində sərəncam hüququ verən etibarnamə vermiş, Cavabdeh3 Bəhram Məhərrəmovun verdiyi 11 may 2005-ci il tarixlı etibarnamə və eləcə də Qaratel Məhərrəmova tərəfindən Cavabdeh3 adına verilmiş ona məxsus olan “Samir” restoranı və “Ekspress” kafesi üzərində sərəncam hüququ verən və 13 oktyabr 2005-ci il tarixdə Rusiya Federasiyası Perm vilayətinin Perm şəhərinin notariusu tərəfindən təsdiq edilmiş etibarnamə əsasında “Ekspress” kafesinin 26 oktyabr 2005-ci il tarixdə Bakı şəhərinin 41 saylı notariat kontorunda təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 460 000 000 manata satmış, alqı-satqı müqaviləsinə əsasən İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti “Ekspress” kafesinə mülkiyyət hüququnu bildirən 18 noyabr 2005-ci il tarixli şəhadətnamə vermiş, 05 mart 2006-cı il tarixdə X11 vəfat etmiş, 2006-cı ilin sentyabr ayında Qaratel Məhərrəmova Cavabdeh3, Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ekspress” kafesinin 80 faizinin ona, qardaşı Bəhram Məhərrəmova məxsus olmaqla onların mülkiyyətində olmasını, qardaşı İddiaçı iş üzrə Cavabdeh3 borcunun olması ilə əlaqədar borcun təminatı kimi kafenin sənədlərini və eləcə də əmlakı üzərində sərəncam hüququ verən Bəhram Məhərrəmov tərəfindən imzalanmış etibarnaməni təqdim etməsini, İddiaçıla Cavabdeh3 arasında olan razılaşmaya əsasən İddiaçı borcunu qaytardıqdan sonra Cavabdeh3 kafeyə aid olan sənədləri qardaşına qaytarmalı olmasına baxmayaraq Cavabdeh3 borcun təminatı məqsədi ilə ona müvəqqəti etibar edilmiş əmlakı Cavabdeh1 satmasını və bununla da onun mülkiyyətindən məhrum olunmasını əsas göstərməklə 26 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş 18 noyabr 2005-ci il tarixli şəhadətnamənin ləğv edilməsinə və "Ekspress" kafesinə onların mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, mübahisəli kafeni alqı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh1 İddiaçı, X8 qarşı cavabdehlərin kafedən çıxarılmaları barədə qarşılıqlı tələb irəli sürmüş, Qaratel Məhərrəmovanın iddiasına və Cavabdeh1 qarşılıqlı iddiasına mahiyyəti üzrə məhkəmədə baxılana qədər Cavabdeh1 Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla “Ekspress” kafesinin mülkiyyətçiləri Qaratel Məhərrəmova və Bəhram Məhərrəmovun etibarnamə üzrə nümayəndəsi arasında kafenin alqı-satqısına dair 26 oktyabr 2005-ci il tarixli müqavilənin bağlanması zamanı notariat kontoruna X9 Federasiyası, Urkutsk vilayəti, Ust-İlimsk şəhərinin notariusu tərəfındən təsdiq olunmaqla Bəhram Məhərrəmova verilmiş 02 iyun 2004-cü il tarixli etibarnamənin təqdim edilməsinə baxmayaraq, alqı-satqı müqaviləsində həmin etibarnamənin qeyd edilməməsini əsas göstərməklə alqı-satqı müqaviləsində həmin etibarnamənin əks etdirilməsinin 41 saylı Dövlət Notariat Kontorunun notariusuna həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, işə məhkəmə instansiyalarında baxılan ərəfədə mübahisəli “Ekspress” kafesi Cavabdeh1 tərəfindən 18 mart 2011-ci il tarixdə notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış və onun həmin əmlak üzərində mülkiyyət hüququ 25 avqust 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mübahisəli əmlakı notariatda təsdiq olunmuş müqavilə əsasında dəyərini ödəməklə əldə etmiş və bu zaman təmsilçi Cavabdeh3 mülkiyyətçi Qaratel Məhərrəmovaya aid hissədə əmlakı özgəninkiləşdirməyə hüququnun olmamasını bilməmiş, eləcə də Cavabdeh1 əldə etdiyi əmlaka münasibətdə vicdansız sahib olması iddiaçı Qaratel Məhərrəmova tərəfindən sübuta yetirilməmişdir. Məhkəmələr Qaratel Məhərrəmovanın iddia tələblərinin rədd olunmasını həm də belə əsaslandırmışlar ki, mübahisəli əmlak Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmaqla həmin əmlak mülkiyyət hüququ əsasında hazırda sonuncuya məxsusdur. Cavabdeh1 18 mart 2011-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsinin 555100 manata Cavabdeh2 satmış, Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 119B ünvanında 0,10275 ha torpaq sahəsi üzərindəki, ümumi sahəsi 330,6 kv.metr olan qeyri-yaşayış binasına Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Hazırda İddiaçı qeyd olunan alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürmüşdür. Məhkəmə “müqavilənin etibarsız hesab edilməsi” tələbinə münasibətdə hesab edir ki, həmin tələb hər hansı hüquqi əsasa söykənmir, eyni zamanda iddiaçının belə bir iddia irəli sürməsi üçün yuxarıda qeyd olunduğu kimi subyektiv hüququ da olmamışdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edib ki, İddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, Bakı şəhəri, Nərimanov rayonu, X25 prospekti,119B saylı ünvanda yerləşən qeyri-yaşayış binası üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, həmin qeyriyaşayış sahəsinə münasibətdə alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verdiyinə görə iddiaçının subyektiv hüququ yaranmamışdır. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontorunda ******* nömrə ilə bağlanmış, 18 mart 2011-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbina dair iddia ərizəsi iddiaçının subyektiv hüququ yaranmadığında hazırki iddia tələbi rədd edilməlidir. Məhkəmə onu da qeyd edib ki, iddiaçıların subyektiv hüququnun olmadığı qənaətinə gəldiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Məhkəmə iddia tələbinin “əmlakın qanunsuz yolla əldən çıxması nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın tutulması” hissəsinə münasibətdə qeyd edib ki, müqavilənin etibarsızlığı tələbi rədd olunduğundan və maddi və mənəvi zərər tələbi ondan törəmə tələb olduğundan həmin hissədə də iddia təmin oluna bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
45. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
46. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş və kassasiya və birinci instansiya məhkəmələrinin aktları ilə eyni məzmunda tərtib edilmiş apellyasiya şikayətinə etirazda iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
47. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
48. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində anasının xəstəliyi ilə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin göstərdiklərinə dair müraciətinə hər hansı bir sübut əlavə etməmişdir. ünvan 13 ünvanladığı ərizəsində isə işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh3, eləcə də mübahisə premdeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 44 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının, digər cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
49. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
51. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
52. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
54. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
55. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
56. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
57. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehlərin n etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayıla bilməzdi.
58. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə 03 iyul 2015-ci il tarixli Qərarı). Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin formalaşdırdığı təcrübə baxımından haqlı olaraq işə baxarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən məhz onun hüququnun pozulub-pozulmadığını araşdırmışdır.
59. İşdən görünür ki, hazırki iddianın obyekti isə əvvəlki ünvanı Bakı şəh, Ağa Neymətulla küç., 45, hazırda Bakı şəhəri, Nərimanov rayonu, X25 prospekti 119 B, əvvəlki adı "Ekspress" kafesi, hazırda həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsidir. Eyd olunduğu kimi bu qeyri-yaşayış sahəsi isə mülkiyyət hüququ əsasında X3 və X4 məxsus olmuş, sonradan Cavabdeh1 satılmış və onun adına 18 noyabr 2005-ci il tarixli 006427 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh1 da 18 mart 2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsini Cavabdeh2 satmış və sonuncunun mülkiyyət hüququ da qeydiyyata alınaraq, çıxarışla rəsmiləşdirilmişdir.
60. İddiaçı hazırki iddianı qaldırsa da, belə bir tələblə məhkəməyə müraciət etməsinə subyektiv hüquqlarının olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd edib ki, iddiaçının subyektiv hüququ olmadığından onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti yoxdur. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir.
61. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, əqdin etibarsızlığının əsası və hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
62. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır,düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1734/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
63. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1734/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.